Məhkəmə qərarları › İş №2(111)-49/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-49/2021

22.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-49/2021 22.02.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə ərizə ilə məhkəməyə müraciət edərək uşaqları X3 doğulması haqqında xx xxxxxx 2004-cü il tarixdə Kəngərli Rayon Böyükdüz Kənd İcra Nümayəndəliyi tərəfindən qeydə alınmış AZ-İV 625150 nömrəli doğum haqqında şəhadətnamənin düzgün olmamasının müəyyən olunması, doğum tarixinin xx xxxxxx 2003-cü il müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, övladları X7 xx.xx.2003-cü il tarixdə Kəngərli rayon Böyükdüz kəndində anadan olmuş, anadan olarkən Riyad adı verilmişdir. Soyadı Rzayev (ata soyadına görə), ata adı isə Mikayıl oğlu (ata adına münasibətdə) doğum akt kitabında qeyd edilmişdir. Övladları Riyada səhvən xx.xx.2004-cü il tarixdə doğulması haqqında şəhadətnamə verilmişdir. Əlavə olaraq bildirirlər ki, övladıları Riyadın doğum haqqında şəhadətnaməsinin verilməsi övladı dünyaya gəlmədən əvvələ düşür. Bunu da nəzərə almaq lazımdır ki, övladı Riyadın Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini, Çağırış biletini və digər sənədləri xx.xx.2003-cü il olaraq qeyd edilmişdir. Onlar övladına yeni şəxsiyyət vəsiqəsi üçün Kəngərli rayon polis şöbəsinə müraciət etdikləri zaman onlara məlum olmuşdur ki, övladları Riyadın doğum tarixi səhvən xx.xx.2004-cü il olaraq qeyd edilmişdir. Bundan sonra həmin yalnışlığın düzəldilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmişlər. Doğum haqqında şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət edə biləcəyi qeyd olunmuşdur. Əlavə olaraq onu da qeyd etmək istəyirlər ki, övladları Riyadın bütün sənədləri xx.xx.2003-cü il olaraq qeyd edilmişdir. Məhkəmədə ərizəçi qismində dindirilən Ərizəçi1 ərizəsinə uyğun izahat verərək ərizəni müdafiə etdiyini, övladı Rzayev Riyadın həqiqətən xx xxxxxx 2003-cü il tarixdə doğulduğunu, onun Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış biletində və digər sənədləri xx.xx.2003-cü il olaraq qeyd edildiyini, lakin səhvən xx.xx.2004-cü il tarixdə doğulması haqqında şəhadətnamə verildiyini, Riyadın doğum haqqında şəhadətnaməsinin verilməsi onun dünyaya gəlməsindən əvvələ düşdüyünü, bu faktın olması verilən şəhadətnamənin səhv olmasını sübut etdiyini göstərərək Kəngərli Rayon Böyükdüz Kənd İcra Nümayəndəliyi tərəfindən qeydə alınmış AZ-İV 625150 nömrəli doğum haqqında şəhadətnamənin düzgün olmamasının müəyyən olunması, doğum tarixinin xx xxxxxx 2003-cü il müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmədə ərizəçi qismində dindirilən Ərizəçi2 ərizəsini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Naxçıvan MR Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən məhkəməyə məktub göndərilərək işə iştirakları olmadan baxılması xahiş edildiyinə görə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İV 625150 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2004-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 02 nömrəli Ərizəçi1 ünvanlanmış məktuba əsasən X3 doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Böyükdüz X11 Məktəbi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 4 nömrəli arayışa əsasən X5 aid məktəb sənədlərində doğum tarixi xx.xx.2003-cü il göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 59 nömrəli arayışına əsasən xx.xx.2003-cü il təvəllüdlü çağırışçı X1 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən ilkin qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş AZE 10524971 nömrəli Azərbaycan Respublikasının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən X7 xx.xx.2003-cü il tarixdə Naxçıvan MR Babək rayon Böyükdüz kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyəti Böyükdüz kənd İƏDÜN-nin xx xxxxxx 2021-ci il tarixli 17 nömrəli arayışına əsasən Böyükdüz kənd İcra Nümayəndəliyinin 2016-2020-ci illərə dair təsərrüfatbaşına kitablarında X3 doğum tarixi xx.xx.2003-cü il kimi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş İ-JQ 493654 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi1 Miklayıl oğlu ilə X6 xx xxxxxx 1998-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Rzayeva” soyadı verimişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, Naxçıvan MR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən X3 doğum haqqında akt qeydinə düzəliş və dəyişiklik etməkdən imtina edilib və məhkəmədə dindirilən ərizəçilərin izahatları və tədqiq olunan hüquqi sənədlərlə X3 xx xxxxxx 2003-cü ildə doğulması təsdiq olunur. Çünki xx xxxxxx 2004-cü ildə doğulan uşaq üçün xx xxxxxx 2004-cü il tarixdə doğum haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Göstərilən sübutlarla Kəngərli Rayonunun Qeydiyyat şöbəsində xx xxxxxx 2004-cü ildə aparılmış doğum haqqında akt qeydinin düzgün olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X3 xx xxxxxx 2004-cü il tarixdə doğulması barədə xx xxxxxx 2004-cü il tarixdə Kəngərli Rayon Böyükdüz Kənd İcra Nümayəndəliyi tərəfindən qeydə alınmış AZ-İV 625150 nömrəli doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən olunmalı, X3 doğum tarixinin xx xxxxxx 2003-cü il olması müəyyən edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 341, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 xx.xx.2004-cü ildə doğulması haqqında Kəngərli Rayon İcra Hakimiyyəti Böyükdüz kənd İƏDÜN-də aparılmış xx xxxxxx 2004-cü il tarixli 02 nömrəli doğum akt qeydinin düzgün olmaması müəyyən edilsin. X3 xx xxxxxx 2003-cü il tarixdə doğulması müəyyən edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar