Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-77/2021 30.03.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 355,62 manat əsas, 30,35 manat faiz və 7,01 manat cərimə borcu olmaqla ümumilikdə 392,98 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı təşkilatın məhkəmə orqanları ilə iş şöbəsinin müdiri İsa Hacıyev məhkəməyə ərizə göndərərək cavabdehlə məhkəmədən kənar razılıq əldə olunduğundan iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanmasını xahiş etmişdir. Toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, iş üzrə iddiaçının iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1 fəslində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda ərizənin baxılmamış saxlanması nəzərdə tutulmasa da belə hesab edirəm ki, analogiya - yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə Cavabdeh tərəfindən iş üzrə rəy və etirazlar daxil olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlirəm ki, iddiaçı təşkilatın xx xxxxxx 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 20 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı ASC-nin Cavabdeh borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı təşkilatın xx xxxxxx 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 20 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-77/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-77/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver