Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-91/2021 12.04.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq xidmətindən xx xxxxx 2017ci il tarixli 17 nömrəli Xüsusi lisenziyanın bərpa olunmasının cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin üzərinə qoyulması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq xidməti tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli 17 nömrəli Xüsusi lisenziyanın bərpa olunmasının cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən məlum oldu ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilməmişdir. Belə ki, cavabdeh kimi göstərilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti Naxçıvan Şəhər inzibati ərazi dairəsində yerləşir. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.3-cü maddələrinə əsasən iddia ərizəsi ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx xxxxx 2021-ci il tarixli, ********* nömrəli qəbzlə “Kapital Bank” Kəngərli filialına ödənilmiş 10 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, hesab edirəm ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq xidməti tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli 17 nömrəli Xüsusi lisenziyanın bərpa olunmasının cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq xidmətinə qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq xidməti tərəfindən verilmiş xx xxxxx 2017ci il tarixli 17 nömrəli Xüsusi lisenziyanın bərpa olunmasının cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx xxxxx 2021-ci il tarixli, ********* nömrəli qəbzlə “Kapital Bank” Kəngərli filialına ödənilmiş 20 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyatı üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-91/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-91/2021
12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver