Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-124/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X73 Şakir oğlunun sədrliyi, X16 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdehlər Cavabdeh1 (eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi), Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı və Cavabdeh4 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39 və Gəncə Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisi) qarşı “mirasın qəbul etmə faktının və payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39 və Gəncə Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisi) qarşı “mirasın qəbul etmə faktının və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6ndan miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın atasının adına olan 1/3 hissəsinə dair mirasın qəbul etmə faktının və payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmənin *1 fevral 2*24-cü il tarixində keçirilən hazırlıq iclasında “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, mərhum X6ndan miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın atasının adına olan 1/3 hissəsinin onun tərəfindən qəbul edilməsi və həmin mülkə dair onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi 68 saylı mülk AR ƏMDXY DƏD Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 24.*2.2*23-cü il tarixli, 1523**8358 qeydiyyat nömrəli reyestrdən çıxarışına əsasən, X17 1/3 payla, X18 1/3 payla və X13 1/3 payla adlarınadır. Mülk yaşayış sahəsi 53,8 kvm, 2 iki yaşayış otağından və 38,7 kvm köməkçi sahə olan “A” literli yaşayış binasından, 39,8 kvm iki yaşayış otağı və 5*,4 kvm köməkçi sahə olan “B” literli yaşayış binasından, 39,9 kvm iki yaşayış otağı, 42,* kvm zirzəmi və 54,7 kvm köməkçi sahə olan “C” literli yaşayış binasından və sənəd üzrə 722,* kvm mülkiyyət hüququ ilə ümumi torpaq sahəsindən ibarətdir. Mülk faktiki olaraq 3 hissəyə bölünmüş və hər üç hissənin giriş- çıxışı ayrıdır. X6 bir neçə dəfə rəsmi və qeyri-rəsmi ailə qurmuş və bu səbəbdən onun 6 uşağı olmuşdur. Onun ailə tərkibi Gəncə şəhər Qeydiyyat şöbəsinin arayışına əsasən aşağıdakılardan ibarət olmuşdur: İddiaçı, Cavabdeh1, X39, Cavabdeh3, Cavabdeh4, X4* və X24. X6 *9.12.2*2*-ci il tarixində vəfat etmişdir. 24.12.2*2*-ci il tarixdə Gəncə Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə ərizə ilə müraciət edərək, atasından qalan və nədən ibarət olmasından asılı olmayaraq, mirası qəbul etdiyini ərizəsi ilə təsdiqləmişdir. Ərizəsi V-88*/2*2* reyestr nömrəsi ilə 24.12.2*2*-ci il tarixi ilə qeydiyyata alınmışdır. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş qaydada mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Yuxarıda adları qeyd olunan şəxslərdən X24 2-3 illiyində rəhmətə getmiş, cavabdehlər Cavabdeh3 və Əliyeva Jalə atası ilə qeyri-rəsmi nikahda olan X19 qızları olduğundan onları ümumiyyətlə tanımır və heç bir zaman görməmiş, miras mülkdə onlar bir saat belə yaşamamışlar. Digər Cavabdeh4 isə atası rəhmətə getməmişdən bir neçə il öncə ərə getmiş və ailəliklə hal-hazırda ər evində yaşayır. Onun qardaşı Cavabdeh1 və onun anası Cavabdeh2 miras mülkdə yaşasalar da, mirasın qəbulu ilə bağlı heç bir hüquqi hərəkət etməmişlər. Beləliklə, cavabdehlər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə biganə yanaşaraq, mirasın qəbul edilməsi istiqamətində heç bir hüquqi addım atmamış və bununla da mirası qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etməmişlər. Bir müddət sonra hüquqlarının qeydə alınması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Gəncə Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, notariat ofisi mirasın böİüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı haqqında məktub verərək, şəhadətnamə verməsindən imtina etmişdir. Hesab edir ki, faktiki mirası qəbul etdiyindən və yuxarıda qeyd olunan qanun normasına əsasən qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, notariat ofisinin ərizəsi ilə hüquqlarının tanımaqdan imtina etməsi onun hüquqlarını birmənalı pozur. Bu səbəbdən atasından qalmış miras əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etdiyindən, hüquqlarının tanınması və müdafiə edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsi zəruridir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, mərhum X6 bir neçə ailə həyatı qurmuşdur. Belə ki, atası Elbrus Hüseynovun cavabdehlərdən Cavabdeh2 ilə birgə ailə münasibətlərindən Nərmin Əliyeva, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 doğulmuşdur. Lakin, Nərmin Əliyeva körpə yaşlarında vəfat etmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh5 (Əliyeva) isə Sevda Əsgərova ilə olan ailə münasibətindən doğulmuşdur. Mərhum X6 *8 dekabr 2*2*-ci il tarixində vəfat etmişdir. Atasının vəfatından sonra mübahisəli əmlak olan ünvan 2 ünvanının 1/3 hissəsi miras qalmışdır. Belə ki, 24 fevral 2*23-cü il tarixli, 1523**8358 qeydiyyat nömrəli, 2***13**2669-1*3*1 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ünvan 3 ünvanının 1/3 hissəsi X17, 1/3 hissəsi X18, 1/3 hissəsi isə X6nun mülkiyyətindədir. Mirası qəbul etmək üçün 24 dekabr 2*2*-ci il tarixli, 2*3318**22433 nömrəli, 8İ-22433 reyestr nömrəli ərizə ilə notariusa müraciət etsə də, miras əmlaka dair vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Cavabdehlərdən Cavabdeh3 və Cavabdeh5 (Əliyeva) tanımır və atasından miras qalmış evdə yaşamamışlar. Digər cavabdehlərdən Cavabdeh1 və onun anası Cavabdeh2 miras əmlakda yaşasalar da, miras əmlakın qəbul edilməsi üçün heç bir addım atmamışlar. Digər Cavabdeh4 isə ailə həyatı qurmuş və miras əmlakdan çıxıb getmişdir. Atasının vəfatından sonra atasının birinci növbəli vərəsəsi kimi ondan miras qalmış əmlakı qanunvericilikdə nəzərdən tutulan qaydada qəbul etdiyindən onun miras əmlaka dair tam payının müəyyən edilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 (eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi) iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, mübahisəli əmlak olan ünvan 1 ünvanında doğulmuşdur. Həmin əmlak nənəsi Məlahət Əliyevaya məxsus olmuş, nənəsi vəfat etdikdən sonra mübahisəli əmlak üzərində atası Elbrus Əliyev, əmiləri Yaqub Əliyev və Eyyub Əliyevin hər birinin 1/3 hissə olmaqla, miras payları müəyyən edilmiş və Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış verilmişdir. Hazırda evli olmaqla anası Cavabdeh2 ilə birlikdə miras əmlakda yaşayır. Bacısı Cavabdeh4 isə nənəsi və babası ilə yaşamışdır. Digər bacısı Nərmin Əliyeva isə körpə yaşında vəfat etmişdir. Lakin Nərminə ölüm haqqında şəhadətnamə alınmamışdır. Mübahisəli əmlak naturada bölünmüş və ayrı giriş-çıxışı vardır. Atasının vərəsəsi kimi onlarında miras əmlakda payları vardır, buna görə də iddiaçının tam hissədə payının müəyyən edilməsi düzgün və ədalətli deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, atası Elbrus Əliyev və anası Sevda Əsgərovanın ailə münasibətlərindən o və bacısı Aysel doğulmuşdur. X6* çox görməmiş, lakin, atasından miras qalmış əmlaka gedib-gəlmişdir. X5* məxsus başqa əmlak olmuş və orada yaşamışlar. Atasından miras qalmış əmlak üzərində birinci növbəli vərəsə kimi onun da payı vardır. Lakin payının müəyyən olunması üçün rəsmi müraciət etməmişdir. Ona görə də iddiaçının həmin əmlak üzərində tam payının müəyyən edilməsinə razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mərhum atası Elbrus Hüseynovadan miras qalmış mübahisəli əmlak olan ünvan 4 ünvanının 1/3 hissəsi üzərində vərəsə kimi onun da miras payı vardır. Belə ki, miras əmlakda doğulub boya başa çatmış və oradan ərə getmişdir. Atası Elbrus vəfat edəndən sonra miras əmlaka gedib gəlmişdir. Ona görə də iddiaçının tam payının müəyyən edilməsini istəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadıqlarını bildirmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 667791 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı *5 sentyabr 1981-ci il tarixində doğulmuşdur. Atası: İddiaçı, anası: X14r. 31 mart 2*23-cü il tarixli, 3-16-5/8-7*-Ə-1333/2*23 nömrəli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X34 *8 dekabr 2*2*-ci ildə ölmüşdür. Ölümün səbəbi: dəqiqləşdirilməmiş böyrək çatmamazlığı qeyd edilmişdir. 28 mart 2*23-cü il tarixli, *5/*9İS/*92234-23 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Vətəndaşlıq vəziyyətləri aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid 28.*3.2*23-cü ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri (arvadı) - X25 (*3.*7.1983), oğlu – X41 (*7.*3.2**2), qızı – X35 (14.*9.2**9) *5 aprel 2*23-cü il tarixli, *5/*9İS/*96156-23 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyətləri aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X2* aid *5.*4.2*23-cü ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı - X39 (*3.*8.1952), qızı – Cavabdeh4 (xx.xx.1981), oğlu – İddiaçı (*5.*9.1981), oğlu – Cavabdeh1 (xx.xx.1988), qızı – Cavabdeh3 (28.*3.119*), qızı – Cavabdeh5 (xx.xx.199*), qızı – X24 (19.*1.1991). 28 mart 2*23-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, *5.*9.1981-ci il təvəllüdlü İddiaçı, 15.*6.2**9-cu il təvəllüdlü X45, 13.12.2*11-ci il təvəllüdlü X42, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1, 15.*8.2*13-cü il təvəllüdlü X52, 14.*9.2**9-cu il təvəllüdlü X35, xx.xx.196*-cı il təvəllüdlü Cavabdeh2, 27.*3.2*1*-cu il təvəllüdlü X46, *7.*3.2**2-ci il təvəllüdlü X41, xx.xx.199*-cı il təvəllüdlü X4*, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh4, 23.*8.2*15-ci il təvəllüdlü X36, xx.xx.199*-cı il təvəllüdlü Cavabdeh3, 16.*2.1984-cü il təvəllüdlü X47, 15.*8.1985-ci il təvəllüdlü X48, 26.*7.2*11-ci il təvəllüdlü X9 şəhəri, R.Qasımov küçəsi, ev 68 ünvanında qeydiyyatdadırlar. 24 dekabr 2*2*-ci il tarixli, 2*3318**22433 nömrəli, 8İ-22433 reyestr nömrəli İddiaçı tərəfindən Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış ərizəsindən görünür ki, *8 dekabr 2*2*-ci ildə onun ünvan 5 ünvanında yaşayan atası – X34 ölmüşdür. Mirasın tərkibi: harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün miras əmlakdan ondan irs qalmış mirası qəbul edir. Mirasın tərkibinə daxil olan: miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin 3822 nömrəli, *1 dekabr 2*21-ci il tarixli məktubunda İddiaçı bildirilmişdir ki, mirasın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. 24 fevral 2*23-cü il tarixli, 1523**8358 qeydiyyat nömrəli, 2***13**2669-1*3*1 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanının 1/3 hissəsi X17, 1/3 hissəsi X18, 1/3 hissəsi X13 mülkiyyətindədir. Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 383749 nömrəli, *3 iyun 2**8-ci il tarixli *7 dekabr 1988-ci il tarixli kitabın 42* səhifəsindən çıxarışının surətindən görünür ki, X34 ilə Cavabdeh2 nikahları bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə “Əliyev”, qadına “Əliyeva,” soyadı verilmişdir. 17 avqust 2*23-cü il tarixli, 3-16-5/8-7*-Ə-3516/2*23 nömrəli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X53 *1 fevral 1995-ci ildə ölmüşdür. Ölüm haqqında *1.*2.1995-ci il tarixli, 71 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: kəskin ürək damar çatmamazlığı qeyd edilmişdir. 17 avqust 2*23-cü il tarixli, 3-16-5/8-7*-Ə-3517/2*23 nömrəli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X21 31 avqust 1994-cü ildə ölmüşdür. Ölüm haqqında 31.*8.1994-cü il tarixli 599 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: şəkərli diabet qeyd edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2*22-ci il tarixli, 2(125)-996/2*22 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X43 və X26 iddiası təmin edilmiş, X17, X18 və X7 adına qeydə alınmış, Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən əmlakı miras qismində qəbul etmələri faktının müəyyən edilməsi, X11 məxsus olmuş Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən miras əmlaka X17, X18 və X13 hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. AZ-İ seriyalı, 455*65 nömrəli, 21 iyul 2*23-cü il tarixli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X34 və X19 nikahın ər-arvadın birgə ərizəsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında *6 sentyabr 1988-ci il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Əliyev”, qadına “Əsgərova” soyadı verilmişdir. 16 dekabr 2*21-ci il tarixli, 1521*32*55 qeydiyyat nömrəli, 2*1*13*1*615-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanı tam pay olmaqla, X7 xüsusi mülkiyyətində olmuşdur. 1523*37353 qeydiyyat nömrəli, 28 noyabr 2*23-cü il tarixli, 2***13**2669-1*3*1 reyestr nömrəli X27 adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışdan görünür ki, ünvan 4 ünvanının 4/12 hissəsi X13, 1/12 hissəsi X28, 3/12 hissəsi X12, 4/12 hissəsi X27 mülkiyyətindədir. 1523*1*486 qeydiyyat nömrəli, *6 mart 2*23-cü il tarixli, 2***13**2669-1*3*1 reyestr nömrəli X13 adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışdan görünür ki, ünvan 4 ünvanının 4/12 hissəsi X13, 1/12 hissəsi X28, 3/12 hissəsi X12, 4/12 hissəsi X27 mülkiyyətindədir. 1523*1*467 qeydiyyat nömrəli, *6 mart 2*23-cü il tarixli, 2***13**2669-1*3*1 reyestr nömrəli X28 adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışdan görünür ki, ünvan 4 ünvanının 4/12 hissəsi X13, 1/12 hissəsi X28, 3/12 hissəsi X12, 4/12 hissəsi X27 mülkiyyətindədir. 15 noyabr 2*23-cü il tarixli, 4Ə-658 reyestr nömrəli, Gəncə şəhəri 1 saylı Notarius X3 və X47 arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 273,4 kvadratmetr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Hədiyyə alan”ın mülkiyyətinı verir: Hədiyyə verən – X43 (273,4 kvadratmetr sahədən özünə məxsus hissəni) Hədiyyə alan oğlu – X37 bağışladı; Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən ümumi sahəsi *,*722 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Hədiyyə alan”ın mülkiyyətinı verir: Hədiyyə verən – X43 (*,*722 ha hissədən özünə məxsus hissəni) Hədiyyə alan oğlu – X37 bağışladı; Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Hədiyyə verənə məxsusdur: - ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən *6.*3.2*23 tarixdə X29 verilmiş 1523*1*467 qeydiyyat nömrəli, 2***13**2669-1*3*1 reyestr nömrəli dövlət reyestrdən çıxarışa əsasən paylı mülkiyyət üzrə 4/12 hissə, 273,4 kv/m; - ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən *6.*3.2*23 tarixdə X29 verilmiş 1523*1*467 qeydiyyat nömrəli, 2***13**2669-1*3*1 reyestr nömrəli dövlət reyestrdən çıxarışa əsasən paylı mülkiyyət üzrə 4/12 hissə, *,*722 ha; Tərəflər bağışlanan daşınmaz əmlakın qiymətləndirmədilər. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş 14.11.2*23 il tarixli, qeydiyyat nömrəsi **********2BF771*2 olan arayışa əsasən müqavilə bağlananadək Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş 14.11.2*23 il tarixli, qeydiyyat nömrəsi **********2BF771*2 olan arayışa əsasən müqavilə bağlananadək Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 27 fevral 2*23-cü il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26.12.2*2*-ci il tarixdə vəfat etmiş - X18 vərəsələri: ünvan 7 ünvanında qeydiyyatda olan oğlu – X48, ünvan 8 ünvanında qeydiyyatda olan arvadı – X3* və onların hər biri miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 24.*2.2*23-cü il tarixdə verilmiş 1523**8358 qeydiyyat nömrəli, 2***13**2669- 1*3*1 reyestr nömrəli dövlət reyestrdən çıxarışa əsasən mərhum X31 məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi *,*722 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 273,4 kvadratmetr olan fərdi yaşayış evinin 1/3 hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş 24.*2.2*23-cü il tarixli, 2327*2231585KL781*1 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 27 fevral 2*23-cü il tarixli, 2V-16 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, 26.12.2*2*-ci ildə vəfat etmiş X5 qalmış arvadı ünvan 8 ünvanında qeydiyyatda olan X12 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X12 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı: ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 24.*2.2*23-cü il tarixdə verilmiş 1523**8358 qeydiyyat nömrəli, 2***13**2669-1*3*1 reyestr nömrəli dövlət reyestrdən çıxarışa əsasən mərhum X31 məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi *,*722 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 273,4 kvadratmetr olan fərdi yaşayış evinin 1/3 hissəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümümi əmlakdan payı ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 avqust 2*23-cü il tarixli, 3-21-3-33/2-74*3/2*23 nömrəli məktubunda bildirilmişdir ki, Kirovabad şəhər Soveti Tikinti və memarlıq işləri üzrə şöbəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün X8 1*.*7.1955-ci il tarixli layihə verilmişdir. Kirovabad şəhəri Notariat kontorunun 28.*4.1958-ci il tarixli, 4-2k-498 saylı bəxşeyiş müqaviləsinə əsasən ünvanı Kirovabad şəhəri, Kolxoz küçəsi, 78 olan bu mülk (tikili “A” da 39,* kvm iki yaşayış otaqları, 13,5 kvm köməkçi sahə, tikili “B” də 36,4 kvm iki yaşayış otaqları) X15 tərəfindən X11 bağışlamışdır. X7 adına bu əmlakın yerləşdiyi 722,* kvm torpaq sahəsinə dair 12.*5.1958-ci il tarixli torpaq qeydi tərtib olunmuşdur. Qeyd edilən sənədlərə əsasən X7 adına 16 dekabr 2*21-ci il tarixli, 2*1*13*1*615-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2*22-ci il tarixli, 2(125)-996/2*22 nömrəli qətnaməsinə əsasən iddiaçılar X43 və X26 iddiası təmin edilmiş, X17, X18 və X7 adına qeydə alınmış, Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən əmlakı miras qismində qəbul etmələri faktının müəyyən edilməsi, X11 məxsus olmuş Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən miras əmlaka X17, X18 və X13 hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Qətnaməyə əsasən X17 (1/3 hissə), X18 (1/3 hissə) və X13 (1/3 hissə) adlarına payları göstərilməklə, 24 fevral 2*23-cü il tarixli, 2***13**2669-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış verilmişdir. Fərdi yaşayış evi ümumi sahəsi 273,4 kv,m, tikili “A”-da ümumi sahəsi 91,6 kv,m, yaşayış sahəsi 53,8 kv,m olan iki yaşayış otağından, tikili “B”-də ümumi sahəsi 87,2 kv,m, yaşayış sahəsi 39,8 kv,m olan iki yaşayış otağından, tikili “C”-də ümumi sahəsi 94,6 kv,m olan, yaşayış sahəsi 39,9 kv,m olan iki yaşayış otağından, yerləşdiyi torpaq sahəsi *,*722 ha-dan ibarətdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, 24 fevral 2*23-cü il tarixli, 1523**8358 qeydiyyat nömrəli, 2***13**2669-1*3*1 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanının 1/3 hissəsi X17, 1/3 hissəsi X18, 1/3 hissəsi isə X13 mülkiyyətindədir. X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 ilə münasibətlərindən cavabdehlər xx.xx.199*-cı il təvəllüdlü Cavabdeh5 (Əliyeva) və xx.xx.199*-cı il təvəllüdlü Cavabdeh3 doğulmuşdur. AZ-İ seriyalı, 455*65 nömrəli, 21 iyul 2*23-cü il tarixli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X34 və X19 nikahı ər-arvadın birgə ərizəsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında *6 sentyabr 1988ci il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. X63 digər Cavabdeh2 ilə *7 dekabr 1988-ci il tarixində evlənmiş və tərəflərin ailə münasibətlərindən digər cavabdehlər xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh4 və 19.*1.1991-ci il təvəllüdlü Nərmin Əliyeva doğulmuşdur. Tərəflərin bildirməsinə görə 19.*1.1991-ci il təvəllüdlü Nərmin Əliyeva vəfat etmiş, lakin ona ölüm haqqında şəhadətnamə alınmamış və ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət edilməmişdir. İddiaçı Elbrus X2 ilə olan münasibətindən doğulmuş övladıdır. Miras qoyan X34 *8 dekabr 2*2*-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra mübahisəli əmlak olan ünvan 4 ünvanı paylı mülkiyyətdə olmaqla, 1/3 hissəsi miras qalmışdır. Hal-hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum X6ndan miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın atasının adına olan 1/3 hissəsinin onun tərəfindən qəbul edilməsi və həmin mülkə dair onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 (eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi), Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı və Cavabdeh4 iddia tələbini qəbul etmədiklərini, yəni iddiaçının mübahisəli əmlak üzərində tam payının müəyyən edilməsinə razı olmadıqlarını bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadıqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X22 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2*23-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, Notariat Kontorundə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. X23 Məhkəməsinin gəldiyi nəticəyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2**4-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 15*; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2**6-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə şərh olunanlara əsasən qeyd edir ki, mərhum miras qoyan X1* mübahisə predmeti olan ünvan 4 ünvanının 1/3 hissəsi miras qalmışdır. Miras qoyan Elbrus Əliyevin ölümündən sonra isə onun birinci növbə vərəsələri kimi yeddi nəfər şəxsin qalması (İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı və X24) müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin bildirməsinə əsasən X4 yaşlarından vəfat etsə də onun ölümü rəsmiləşdirilmədiyindən yəni, ölüm haqqında şəhadətnamə alınmadığından, habelə ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilmədiyindən və yaxud ölüm faktı müəyyən olunmadan qaldığından, həmçinin, hazırki vəziyyətdə Nərmin Əliyevanın miras qoyan Elbrus Əliyevin öldüyü məqamda sağ olubolmamasını müəyyən etmək mümkün olmadığından və bu barədə sübutlar mövcud olmadığından X24 da miras qoyan Elbrus Əliyevin övladı olaraq qanun üzrə İ növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır. Həmçinin, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 383749 nömrəli, *3 iyun 2**8-ci il tarixli *7 dekabr 1988-ci il tarixli kitabın 42* səhifəsindən çıxarışa əsasən X34 ilə Cavabdeh2 arasında nikah bağlanmışdır. Tərəflər arasında bağlanmış nikah pozulmadığından, mövcud vəziyyətdə Cavabdeh2 da miras qoyan Elbrus Əliyevin arvadı olaraq qanun üzrə İ növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır. Belə olan halda hazırda mirasqoyanın sağ olan vərəsələri kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı qalmışlar. Məhkəmə qeyd edir ki, mərhum miras qoyan X13 arvadı Cavabdeh2, övladları İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 (Əliyeva) və onların bacıları X24 miras qoyan X13 birinci növbəli vərəsələri olmaqla, mirasın açıldığı müddətdən 3 ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etmədiklərindən miras əmlakı qəbul etmiş sayılırlar. Ona görə də miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Lakin, miras əmlaka paylarının müəyyən edilməsi barədə müstəqil tələb irəli sürmədiklərindən, başqa sözlə ərizə vermədiklərindən və bu barədə xahişləri olmadığından məhkəmə yalnız iddiaçının miras əmlakın ümumilikdə 1/21 hissədə payının müəyyən edilməsi ilə kifayətlənir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, X1 miras qalmış, ünvan 4 ünvanının 1/3 hissəsindən ibarət olan miras əmlaka İddiaçı 1/7 payı olmaqla ümumi əmlaka 1/21 hissədə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 115.*.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumunu tələb etmədiyindən həmin məbləğ İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-22*, 227, 357-36*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X1 miras qalmış, ünvan 4 ünvanının 1/3 hissəsindən ibarət olan miras əmlaka İddiaçı 1/7 hissədə payı olmaqla ümumi əmlakın 1/21 hissəsinə miras payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-124/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-124/2024
24.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver