Məhkəmə qərarları › İş №2(125)-237/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-237/2024

18.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-237/2024 18.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və torpaq sahəsində yerləşən evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və torpaq sahəsində yerləşən evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli 08 fevral 2018-ci il tarixli sərəncamı ilə mərhum atası X9 adına Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Gəc zavodunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılaraq verilmiş 400,0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş təmirsiz tikili olan evin sənədləşdirilməsi üçün cavabdeh Qocayeva (Hacıyeva) Jalə Şahin qızı tərəfindən törədilmiş maneənin aradan qaldırılması və onun həmin torpaq sahəsindən və evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli 08 fevral 2018-ci il tarixli sərəncamı ilə İddiaçı atası mərhum X9 adına Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Gəc zavodunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün 400,0 kv.m torpaq sahəsi ayrılaraq yerində ölçülüb təhvil verilmişdir. X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X12 vəfat etdikdən sonra həmin torpaq sahəsi və torpaq sahəsində tikilmiş təmirsiz ev qalmışdır. İddiaçı X9 hüquq varisidir. X6 miras əmlak qalmış “Volqa” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobili İddiaçı idarə etmiş və Nadirin ölümündən sonra digər vərəsələrin, qardaşı X5, bacıları X2, X3, X4 və qardaşı X7 razılıqları ilə idarə etmiş və sonra isə 2018-ci ilin iyun ayında satmışdır. Həmçinin İddiaçı həmin evdə ev əşyaları, yorğan döşək, çarpayısı və xırda qab-qacaq əşyaları da vardır. İddiaçı mirası faktiki olaraq qəbul edərək, əmlaka sahiblik və ondan istifadə etmişdir. Birinci növbəli vərəsəsi kimi İddiaçı həmin torpaq sahəsinə və evə dair reyestrdən çıxarış alınması üçün 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etmişdir. Cavabdeh İddiaçı qardaşı X1 arvadıdır. O, qaynatası X8 ölümündən istifadə edib varislər olaraq onları həmin torpaq sahəsinə buraxmadığından və qardaşı ilə cavabdehin arasında mübahisə olduğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsi özünün xx.xx.2023-cü il tarixli məktubu ilə faktiki torpaq sahəsi üzərində mübahisə olduğu və müayinə baxışına şərait yaradılmadığı müəyyən edildiyi səbəbindən ərizənin icrası - mümkün olmamış və Ərazi idarəsinin əməkdaşları həmin torpaq və fərdi yaşayış evi üzərində mübahisə olduğu üçün müayinə baxışı keçirilməsinə şərait yaradılmadığı səbəbindən sənəd verməmişdir. Belə hesab edir ki, onun hüquqları pozulmuşdur. Daşınmaz əmlak olan torpağı və evi mərhum Nadir Hacıyevin adına Cavabdeh təqsiri üzündən sənədləşdirə bilmirlər ki, qanunvericiliyə əsasən vərəsələrin payları müəyyən olunsun. Cavabdeh evin qapısını kilidləyib və vərəsələrin heç birini də evə, torpaq sahəsinə buraxmır. Özü isə köçüb Bakı şəhərində işləyir və orada faktiki yaşayır. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli 08 fevral 2018-ci il tarixli sərəncamı ilə mərhum atası X9 adına Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Gəc zavodunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılaraq verilmiş 400,0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş təmirsiz tikili olan evin sənədləşdirilməsi üçün cavabdeh Qocayeva (Hacıyeva) Jalə Şahin qızı tərəfindən törədilmiş maneənin aradan qaldırılması və onun həmin torpaq sahəsindən və evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərdi ki, iddia ərizəsində qeyd olunmuş torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ev cavabdehə məxsus deyildir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli 08 fevral 2018-ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Gəc zavodunun ərazisində yerləşən 400,0 kv.m torpaq sahəsində X12 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli AZ-İ 981240 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Gəc zavodu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirmişlər ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlər torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Həmçinin, faktiki torpaq sahəsi üzərində mübahisə olduğu və müayinə baxışına şərait yaradılmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məlumat üçün bildirmişlər ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddəsində göstərilən və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında göstərilən əsaslardan biri əsasında aparılır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-333/2-12430/2013 saylı məktubundan görünür ki, araşdırma zamanı Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli 08 fevral 2018-ci il tarixli sərəncamın əsasında daşınmaz əmlaka dair hər hansı qeydiyyat aparılmamışdır, eləcə də, qeyd olunan sərəncam arxiv qovluğunda aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli 08 fevral 2018-ci il tarixli sərəncamı atası mərhum X10 Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Gəc zavodunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün 400,0 kv.m torpaq sahəsi verildiyini, X9 xx.xx.2018-ci il tarixdə vəfat etdiyini, cavabdehin həmin torpaq və fərdi yaşayış evi üzərində mübahisə olduğu üçün müayinə baxışı keçirilməsinə şərait yaratmadığını bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi torpaq sahəsinə mərzçəkmə işlərinə qoyulan maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma ilə bağlı olduğundan həmin münasibətlərə torpaqğın mərzlənməsi və əmlak hüquqları ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının MM-nin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 6 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən mərzçəkmə işləri torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda aparılır. Həmin qaydaların 5.3-cü maddəsi ilə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-сü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, ilk növbədə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, iddia üzrə cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub– olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məhkəmə tərəfindən araşdırmalıdır. Ona görə də, məhkəmə iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində bir daha müəyyən etdi ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçı atasından miras qalmış torpaq sahəsinin sənədləşdirilməsi üçün cavabdeh Qocayeva (Hacıyeva) Jalə Şahin qızı tərəfindən törədilmiş maneənin aradan qaldırılması və onun həmin torpaq sahəsindən və evdən çıxarılmasına dair iddia qaldırsa da, onlar mirası qəbul etməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Digər tərəfdən iddiaçı mübahisəli fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində mərzçəkmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradıldığını və bu səbəbdən həmin torpaq sahəsinin sənədləşdirilməsinin mümkün olmadığını qeyd etsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlər torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunan sənədlərin olmadığı və mübahisə olduğu üçün həmin torpaq sahəsinin sənədləşdirilməsindən imtina verilmişdir. Göründüyü kimi iddiaçı mübahisəli topraq sahəsinə dair torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunan sənədləri təqdim edə bilmədiydən torpaq sahəsinin sənədləşdirilməsindən imtina verilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olmasını təsdiqləyəcək sübutları təqdim edə bilmədiyinə görə subyektiv hüququn birinci elementi olan hüquqi ixtiyara malik olmamışdır. Bu da, onu deməyə əsas verir ki, iddiaçının bütövlükdə hazırkı tələblə bağlı iddia irəli sürmək üçün subyektiv hüququ yaranmamışdır. Qeyd edilənlər baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli 08 fevral 2018-ci il tarixli sərəncamı ilə mərhum atası X9 adına Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Gəc zavodunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılaraq verilmiş 400,0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş təmirsiz tikili olan evə evin sənədləşdirilməsi üçün cavabdeh Qocayeva (Hacıyeva) Jalə Şahin qızı tərəfindən törədilmiş maneənin aradan qaldırılması və onun həmin torpaq sahəsindən və evdən çıxarılmasına dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver