Məhkəmə qərarları › İş №2(125)-24/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-24/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-24/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının hüquqi varisi X1, iddiaçının vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi» barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 21 nömrəli evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin evdən çıxarılmaları tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-19/2025 nömrəli qərardadına əsasən Cavabdeh3 X2 və İddiaçı qarşı «miras əmlakda payların müəyyən edilməsi» tələbi barədə iddiasına, X1 və İddiaçı Cavabdeh3 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və payların müəyyən edilməsi tələbi» barədə qarşılıqlı iddiasına mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair hazırki mülki işin Gəncə Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh3 X2 və İddiaçı qarşı «miras əmlakda payların müəyyən edilməsi» tələbi barədə iddiasına, X1 və İddiaçı Cavabdeh3 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və payların müəyyən edilməsi tələbi» barədə qarşılıqlı iddiasına dair 2(125)-19/2025 nömrəli mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmələri məqsədəmüvafiqdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə Gəncə Şəhər Məhkəməsinin icraatında olan sözügedən mülki işlərin bir icraatda birləşdirilməsinə etirazı olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil Gəncə Şəhər Məhkəməsinin icraatında olan sözügedən mülki işlərin bir icraata birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-ci maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 43.1 və 43.2-ci maddəsinə görə isə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair hazırki mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatında olan X1 və İddiaçı Cavabdeh3 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və payların müəyyən edilməsi tələbi» barədə qarşılıqlı iddiasına dair 2(125)-19/2025 nömrəli mülki işlə birlikdə bir icraatda baxılması üçün həmin mülki işə birləşdirilsin və həmin mülki işə 2(125)-19/2025 statik nömrəsi təyin edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar