Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3716/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X28 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun, yəni Ərizəçi qəyyum təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğma anası 15.*2.1945-ci il təvvəlüdlü X14, doğma qardaşı xx.xx.1983-cü il təvəllüdlü X11, X12 və oğlu X17 ilə göstərilən ünvanda birlikdə yaşayırlar. X1 1-ci qrup əlildir və Gəncə şəhər Psixiatriya Xəstəxanasında qeydiyyata alınmışdır. X2 78 yaşı olduğundan X1na qulluq etməsi mümkünsüzdür və onun özünün qulluğa ehtiyacı vardır. Zəruri sənədləri qardaşı Elmar Abdilov imzalamaq iqtidarında olmadığı üçün sənədləşdirmə işlərini apara bilmirlər. Ona görə də qardaşı Elmar Abdilov fəaliyyət qabiliyyəti olmayan hesab olunmalı və o, onun qəyyumu təyin olunmalıdır. Məhz bu səbəblərdən Gəncə Şəhəri İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək qardaşı xx.xx.1983-cü il təvəllüdlü X5 qəyyumu təyin edilməsi barədə sərəncam verilməsini xahiş etmiş, lakin Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən onun ünvanına göndərilmiş məktubda məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 autizm, ağır dərəcəli əqli gerililik diaqnozu ilə Gəncə şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır, qulluq və müalicəyə ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X15 ərizənin təmin olunmasına etirazlarının olmadığını göstərdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AA1151991 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Avdilov (Abdilov) Elmar Heydaralı oğlu xx.xx.1983-cü ildə anadan olmuşdur. İX-JQ 3*76*9 nömrəli və AZB 1*83*6 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.1983-cü ildə anadan olmuş X6 və 21.*6.1972-ci ildə anadan olmuş Ərizəçi Heydaralı oğlunun ata qrafasında X7, ana qrafasında isə X3 qeyd olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış 27.*5.2*24-cü il tarixli məktubdan görünür ki, Elmar Avdilovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 29.*5.2*24-cü il tarixli, 282 nömrəli məktubdan görünür ki, X13 *7.*3.1992-ci ildən Psixonevroloji dispanserdə “Ağır dərəcəli olan əqli gerilik, anadangəlmə lal-karlıq” diaqnozu ilə dispanserdə qeydiyyatdadır və 1-ci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X29 tərəfindən verilmiş 15.*8.2*24-cü il tarixli, 584 nömrəli rəydən görünür ki, xx.xx.1972ci ildə anadan olmuş X11 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək iqtidarında deyildir. X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, Avdilov (Abdilov) Elmar Heydaralı oğlu psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, Avdilov (Abdilov) Elmar Heydaralı oğlunun psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə qismən təmin edilməli, Avdilov (Abdilov) Elmar Heydaralı oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 23*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1983-cü ildə anadan olmuş Avdilov (Abdilov) Elmar Heydaralı oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3716/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3716/2024
08.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında - Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver