Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6533/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X2rşı “ işdən kənarlaşdırmağa dair əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X2rşı “ işdən kənarlaşdırmağa dair əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X3 rəhbərliyi tərəfindən onun usta vəzifəsindən 17 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1463/2023 nömrəli əmri ilə işdən kənarlaşdırılmasına dair əmrin etibarsız hesab edilməsinə, onun işdən çıxarılmasına qoyulan maneənin aradan qaldırılmasına və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildən 2023-cü ilin iyul ayına qədər "xxxx" QSC Lokomotivlərin Təmiri Departamentinin Gəncə Lokomotivlərin Təmiri Deposunda müxtəlif vəzifələrdə işləmişdir. Son bir ildə Gəncə Lokomotivlərin Təmiri Deposunda elektrovozların təmiri sexində usta kimi işləmişdir. O, 19 il "xxxx" QSC Lokomotivlərin Təmiri Departamentinin Gəncə Lokomotivlərin Təmiri Deposunda işlədiyi müddətdə dəfələrlə nümunəvi işçi kimi rəhbərlik tərəfindən sertifikatlar almışdır. 2022-ci ilin iyul ayında müdiriyyət tərəfindən ona bildirilmişdir ki, yeni qaydalara görə ildə bir dəfə müqavilə bağlamaq məcburiyyətindədirlər. O, şəxsən buna etiraz edən zaman ona izah olunmuşdur ki, “Sən narahat olma sənin iş stajın çoxdur və uzun illər bir yerdə əməkdaşlıq edirik.” O, onların səmimiyyətinə inanaraq bir illik müqavilə ilə işləməsinə razılıq vermişdir. Lakin, bir il tamam olduqdan sonra, onu aldadaraq yenidən iş müqaviləsi bağlamaq üçün öncədən köhnə 1 illik iş müqaviləsinə xitam verilmədiyinə dair müdiriyyət tərəfindən göstəriş verilmişdir. Lakin, o, yenidən iş müqaviləsinin imzalanmasını tələb edən zaman ona bildirmişlər ki, onlar lazım olsa ona məlumat verəcəklər. O, aldanıldığını bildikdən sonra rəhbərliyə dəfələrlə şifahi qaydada müraciət edərək bildirmişdir ki, onun himayəsində iki azyaşlı övladı və xəstə anası vardır. Ailəsinin yeganə gəlir mənbəyi onun əmək haqqıdır. Onun işdən kənarlaşdırılımasının heç bir əsası yoxdur. Rəhbərlik tərəfindən öncədən düşünülmüş haqsızlıqlarla onun işdən kənarlaşdırılması tamamilə qanunsuz və əsassızdır. O, işə gedib gələrək sadəcə olaraq öz peşə funksiyasından kənara çıxmayaraq usta olaraq vəzifə borcunu həyata keçirməklə məşğul olmuşdur. O, dövlətin ən alı varlığı insanlar, onun təməli ədalətdir prinsipini ön plana çəkərək hesab edir ki, dövləti insanların bütün hüquqlarını təsbit etməklə yanaşı, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradır. Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının ratifikasiya etdiyi Beynəlxalq hüquqi aktlarda və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş normalar və prinsiplərin qorunmasına dövlətin vətəndaş olaraq ona verdiyi təminat cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, "xxxx" QSC Yük Daşımaları Departamenti X3 rəhbərliyinin əmri əsasında onun işdən kənarlaşdırılması qanunun müddəalarına müvafiq deyildir. Bu barədə aidiyyəti məhkəmə orqanın əsaslandırılmış qərarı yoxdur və o, bütün maddi qaynaqlardan qanunsuz olaraq məhrum edilmişdir. Ailəsinin maddi təminatı sual altına alınmışdır. "xxxx" QSC Yük Daşımaları Departamenti X7 17 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1463/2023 nömrəli əmri ilə işdən kənarlaşdırmasına dair əmrinin məzmununda onun əmək müqaviləsinin bitməsini və öz ərizəsində işdən kənarlaşdırılmasının əsası göstərilmişdir. Göründüyü kimi "xxxx" QSC Yük Daşımaları Departamenti X3 rəhbərliyi onun tutduğu vəzifədən kənarlaşdırılmasına dair 17 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1463/2023 nömrəli əsassız əmr verərək onun konstitusion hüquqlarını pozmuşdur. Onun tələbi əsasında ona mübahisələndirilən əmrin sürəti 08 avqust 2023-cü il tarixdə verilmişdir. Cavabdeh "xxxx" QSC Yük Daşımaları Departamenti X3 rəhbərliyi tərəfindən usta vəzifəsindən kənarlaşdırılması ona qarşı yol verilən qanunsuz hərəkətdir, həmin hərəkətin nəticəsində o, mənəvi sarsıntı keçirmiş və şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş iztirab keçirmiş, hazırda onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkir. Məhkəməyə müraciət edərək "xxxx" QSC Yük Daşımaları Departamenti X3 17 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1463/2023 nömrəli əmri ilə işdən kənarlaşdırılmasına dair əmrin etibarsız hesab edilməsini, onun işə çıxmağına qoyulan maneənin aradan qaldırılmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini tələb etməsi qanunun müddəalarına müvafiqdir və bu barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, 20 ilə yaxın müddətdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X4 işləyir, 2004-cü ildə çilingər vəzifəsinə, 2018-ci ildə isə usta vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə nizam-intizamlı, məsuliyyətli işçi olmuş və heç bir töhmət almamış, məsuliyyətə cəlb edilməmişdir. Həmçinin davamiyyəti yerində olmuşdur. 2019-cu ildə lokomotiv depo ilə bağlı kurslar təşkil edilmiş, həmin kurslarda iştirak etmiş və lokomotivlərin təmiri ilə bağlı müxtəlif dərəcəli sertifikatlar almışdır. 2022-ci ildə çalışdığı müəssisənin rəhbərliyi yeni qaydalara görə ildə 1 dəfə müqavilə bağlanmalı olduğunu ona bildirmiş və o da çalışdığı müəssisənin səmimiyyətinə inanaraq razı olmuş və 1 illik müqavilə bağlamışdır. Lakin, müqavilənin müddəti bitdiyi üçün heç bir əsas göstərmədən onu işdən çıxarmışlar. Depo rəhbəri əmək müqaviləsinə xitam verilməsi barədə ona məlumat vermişdir. Axı işlədiyi müddət ərzində onun hər hansı səhvi və səhlənkarlığı olmamışdır, belə olduğu hansı səbəbə və hansı əsasa görə müqaviləsinə xitam verilmişdir? Bu barədə X6 Xidmətində də araşdırma aparılmış və araşdırılmanın nəticəsi olaraq ona əmək müqaviləsinin müddətinin bitdiyi üçün xitam verildiyi bildirilmişdir. Hesab edir ki, illərdir vicdanla və məsuliyyətlə çalışdığı müəssisə tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin səbəblərinin üzrlü olması barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 02 sentyabr 2004-cü il tarixində 419 nömrəli əmr ilə X5 elektromaşın sexinə 4-cü dərəcə ilə çilingər qəbul olunmuş, xx.xx.2005-ci il tarixində 411 nömrəli əmr ilə 5-ci dərəcə verilmiş, 15 iyul 2008-ci il tarixində 258-k nömrəli əmr ilə 6cı dərəcə verilmiş, 23 noyabr 2011-ci il tarixində 614-k nömrəli əmr ilə Elektromaşın sexinə elektron motor bloklarının təmiri üzrə çilingər keçirilmiş, 16 noyabr 2018-ci il tarixində 283 k nömrəli əmr ilə akkumulyator və elektrik maşınları təmiri sexinin ustası vəzifəsinə keçirilmiş, 20 fevral 2020-ci il tarixində 33-1-R nömrəli əmr ilə elektrovoz təmiri sexinə usta vəzifəsinə keçirilmiş, 14 iyul 2022-ci il tarixində, 89-i-R nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmiş, 15 iyul 2022-ci il tarixli, 199620 nömrəli əmr ilə "xxxx" QSCnin Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposu Elektrovozların təmiri sexinə usta vəzifəsinə qəbul edilmiş, 17 iyul 2023-cü il tarixli, 13-1- 16/3-10-1463/2023 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Lokomotivlərin Təmiri Departamentinin əmrinin surətindən görünür ki, Lokomotivlərin təmiri departamentində yeni lokomotiv depoların istifadəyə verilməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixindən 1 ay müddətinə Gəncə lokomotivlərin təmiri deposunun işçisi İddiaçı Gəncə yeni lokomotivlərin təmiri deposuna müvəqqəti olaraq keçirilməsi əmr edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Lokomotivlərin Təmiri Departamentinin əmək müqaviləsinin ləğv edilməsi haqqında məlumatdan görünür ki, işçi Bayramov X1 təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposunun elektrovozların təmiri sexində usta vəzifəsində işləməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 17 iyul 2023-cü il tarixində əmək müqaviləsi ləğv edilmişdir. İnsan resursları şöbəsi İddiaçı ilə son haqq-hesabın aparılmasını, həmçinin, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işlədiyi müddətdə istifadə etmədiyi 30.3 təqvim günü (xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 30 təqvim günü, xx.xx.2023-xx.xx.2023-cü iş ili üçün 0.3) əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsini təmin etməsi. Əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli 255 nömrəli əmək müqaviləsidir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş sertifikatdan görünür ki, İddiaçı "xxxx" QSC-nin insan resursları idarəsi tərəfindən təşkil edilmiş “Alstom markalı AZ8 və AZ elektrik lokomotivləri üzrə texniki xidmətin təmin edilməsi və sürücülük təliminin mexaniki sistem (araba) modulu-nu (16 saat) müvəffəqiyyətlə bitirmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş sertifikatdan görünür ki, İddiaçı "xxxx" QSC-nin insan resursları idarəsi tərəfindən təşkil edilmiş “Alstom markalı AZ8 və AZ4 elektrik lokomotivləri üzrə texniki xidmətin təmin edilməsi və sürücülük təliminin yüksək gərginlikli sistem və avadanlıqlar modulu”-nu (24 saat) müvəffəqiyyətlə bitirmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş sertifikatdan görünür ki, İddiaçı "xxxx" QSC-nin insan resursları idarəsi tərəfindən təşkil edilmiş Alstom markalı AZ8 və AZ4 elektrik lokomotivləri üzrə texniki xidmətin təmin edilməsi və sürücülük təliminin ümumi təsvir modulu”-nu (24 saat) müvəffəqiyyətlə bitirmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş sertifikatdan görünür ki, İddiaçı "xxxx" QSC-nin insan resursları idarəsi tərəfindən təşkil edilmiş Alstom markalı AZ8 və AZ4 elektrik lokomotivləri üzrə texniki xidmətin təmin edilməsi və sürücülük təliminin ümumi təsvir modulu”-nu (32 saat) müvəffəqiyyətlə bitirmişdir. 09 avqust 2019-cu il tarixli "xxxx" Qapalı Səhmdar Cəmiyyəti texniki xidmət üzrə təlim sertifikatından görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində “AZ4A lokomotivlərinə planlı və plandankənar texniki xidmətin göstərilməsi üzrə əsas prinsiplər” proqramı üzrə təlimi müvəffəqiyyətlə bitirmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/1-02822 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı tərəfindən təsvir edildiyi kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Lokomotivlərin təmiri Departamentinin nümayəndəsinin “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mübahisə üzrə xx.xx.2023-cü il tarixdə 15:15 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Lokomotivlərin təmiri Departamentinə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində 15:15 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (50 manat ims xərci, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi: 13-1-16/3- 10-1463/2023, xx.xx.2023-cü il. İşəgötürən orqan "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək müəyyən etdi ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 02 sentyabr 2004-cü ildə Lokomotivlərin Təmiri Departamenti X5 elektromaşın sexinə çilingər vəzifəsinə işçi kimi qəbul edilmişdir. Daha sonra müxtəlif vaxtlarda müxtəlif vəzifələrə təyin edilmişdir. 14 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmiş, 15 iyul 2022-ci il tarixində "xxxx" QSC-nin Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposu Elektrovozların təmiri sexinə usta vəzifəsinə qəbul edilmiş, "xxxx" QSC-nin İnsan resursları şöbəsinin rəisi tərəfindən 17 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1463/2023 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda İddiaçı əmək müqaviləsinə xitam verilməsini və işdən kənarlaşdırılmasını əsassız hesab edərək, hazırki iddia üzrə cavabdeh ola bilməyən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X2rşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 53.1-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Məhkəmə ilk növbədə iddianı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X5 münasibətdə araşdıraraq hesab edir ki, həmin orqan iddiaya cavab verməli olan şəxs deyildir. Başqa sözlə, iddiaçı tələbini hüquqi şəxs olmayan orqana qarşı qaldırmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı işə götürən və onu işdən xaric edən orqan "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Lakin, hal-hazırda iddiaçı tərəfindən iddia tələbi hazırki mülki işdə prosessual statusu və hüquqi şəxs olmayan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X5, yəni iddiaya cavab verməli olmayan orqana qarşı iddia verilmişdir ki, bu səbəbdən də iddia təmin edilə bilməz. Başqa sözlə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X7 adlı hüquqi şəxs mövcud olmadığından hazırki mübahisə ilə bağlı mövcud olmayan, eyni zamanda hər hansı cavabdehliyi daşımayan orqana qarşı iddia qaldırılması qanuni və əsaslı olmamışdır. Məhkəmə həmçinin, qeyd edir ki, məhkəmənin 17 oktyabr 2023-cü il tarixində keçirilən hazırlıq iclasında İddiaçı cavabdehi digər cavabdehlə əvəz etməsi təklif olunmuş, lakin iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli yazılı ərizə təqdim edərək (bax iş vərəq 39), hazırki iddiasını müdafiə etdiyini, X3 cavabdeh kimi qalmasını istədiyini və mövcud iddiaya baxılması üçün məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Belə olduğu halda məhkəmə işə mövcud tələb əsasında baxmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X2rşı “ işdən kənarlaşdırmağa dair əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6533/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6533/2023
18.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver