Məhkəmə qərarları › İş №2(125)-789/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-789/2024

09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - İşə b
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-789/2024 09.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurduqları maddi ziyana görə cavabdehlər Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyasının (bundan sonra HMK) sədri Cavabdeh1 və poliklinikanın nevropatoloqu Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində maddi ziyanın və 60 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5060 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildən "xxxx" MMC-də laboratoriya müdiri, bakterioloq və baytar vəzifələrində işləmişdir. İşlədiyi bütün müddət ərzində üzərinə götürdüyü öhdəlikləri layiqincə, vicdanla yerinə yetirmişdir. Lakin son vaxtlar "xxxx" MMC-nin istehsal üçün qəbul etdikləri mal ətində dövlət standartlarına uyğunsuzluq olduğu üçün və həmçinin lazımi keyfiyyət tələblərinə cavab vermədiyi üçün o, rəhbərliyə öz kəskin iradını bildirmiş və əgər bir də belə cür ət məhsulları qəbul olunarsa, onda onların istehsala buraxılmasına icazə verməyəcəyini bildirmişdir. Bundan sonra onunla "xxxx" MMC-nin rəhbərliyi arasında ziddiyyətlər və münaqişələr yaranmağa başlamışdır. Onun sağlamlığımda ciddi problemlər yarandığı üçün işə çıxa bilməmişdir. Bunu "xxxx" MMC-nin rəhbərliyinə də bildirmişdir. Həmçinin, müalicə olunmaq üçün daimi olaraq qeydiyyatda olduğu və müalicə aldığı Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinə müraciət etmişdir. Təbii ki, burada da həkimlər tərəfindən dəfələrlə müayinə və müalicə olunmuşdur. Həmin vaxt yıxılmağıyla əlaqədar bel-omba nahiyəsində ağrılar baş vermiş və həmçinin bel fəqərələrinin sınığı olmuşdur. Əlbəttə ki, bununla əlaqədar hərəkət etmək qabiliyyəti məhdudlaşmış və bunun nəticəsində müvəqqəti olaraq əmək qabiliyyətini itirmişdir. Hal-hazırda 71 yaşı vardır. Təbii ki, bu yaşda olan şəxsin sağalması və zədələnmiş bədən üzvlərinin bərpası çox çətinliklə olmaqla uzun müddət aparır. Bunun nəticəsidir ki, o, 5 aydan çox müddətə müalicə olunmuş və bununla əlaqədar qeydiyyatda olduğu və müalicə aldığı xəstəxana və poliklinika şöbəsində də ona əmək qabiliyyətinin müvəqqəti olmaması barədə vərəqə də verilmişdir. "xxxx" MMC-nin rəhbərliyi artıq ona qarşı qərəz və qəsd mövqeyində durduğu üçün onun xəstə olduğunu bildikləri halda, qəsdən Azərbaycan Respublikası Tibbi Ərazi X1 verilmiş “Əmək qabiliyyətinin müvəqqəti olmaması” vərəqələrinin yoxlanılması ilə əlaqədar sorğu göndərmişlər. Onların sorğusu Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10n “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X10 tərəfindən yoxlanılmış və ona verilmiş həmin “əmək qabiliyyətinin müvəqqəti olmaması” vərəqələrinin təlimata uyğun olmayan şəkildə rəsmiləşdirilməsinin müəyyən edilməsi barədə rəy verilmişdir. Həmin rəydən də görünür ki, Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinin həkim məsləhər komissiyasının sədri Cavabdeh1 xəbərdarlıq edilmiş və həmçinin həmin poliklinikanın nevropatoloqu S.G.Hacıyevaya töhmət verilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ona verilmiş “Əmək qabiliyyətinin müvəqqəti olmaması” vərəqələri 6 gündən sonra həkim məsləhər komissiyasına təqdim edilmədən digər müddətə uzadılmışdır. Yəni, həmin bu “Əmək qabiliyyətinin müvəqqəti olmaması” vərəqələrindəki müəyyən olunmuş çatışmazlıqlar onun günahından deyil, xəstəxananın Poliklinika şöbəsinin əməkdaşlarının səhlənkarlığı səbəbindən baş vermişdir. Çox qəribədir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası TƏBİB-ə verdiyi bu sorğunun yoxlanması zamanı Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın əməkdaşları ona və ailə üzvlərinə zəng edərək onlara hədə-qorxu və təzyiq göstərərək onun işdən çıxması barədə könüllü şəkildə ərizə yazmasını tələb etmişdilər. Çox maraqlıdır ki, onun həmin bu MMC-də işləyib-işləməməsinin xəstəxana əməkdaşına hər hansı bir aidiyyəti olubolmamasını ondan soruşduqda, o, bildirmişdir ki, “sizin işlədiyiniz MMC-nin rəhbərliyi bizdən AR Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa şikayət verib. Ona görə tez gedib işdən çıxmaq barədə ərizə verin.” İşin bu hallarından açıq-aydın görünür ki, "xxxx" MMCnin rəhbərliyi ona qarşı olan bu qanunsuz əməllərini davam etdirərək Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın əməkdaşlarına qarşı da təzyiq göstərərək onun könüllü şəkildə işdən çıxması barədə ərizə yazmağına məcbur etmişdirlər. Həmin bu xəstəxananın əməkdaşlarının ona qarşı olan təzyiqi və hədə-qorxusu uzun müddət davam etmiş, bunun nəticəsində o, stress və əsəb keçirərək, onsuz da çətin olan sağlamlıq vəziyyəti bir qədər də ağırlaşmışdır. Eyni zamanda Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın əməkdaşlarının səhlənkarlığı və öz vəzifələrinin icrasına qanunamüvafiq qaydada yanaşmadıqlarına görə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X11 tərəfindən Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinin ona verdiyi “Əmək qabiliyyətinin olmaması” vərəqələri qanunamüvafiq qaydada tərtib edilməmiş hesab olunmuşdur. Təbii ki, bütün bunlar da həmin xəstəxananın əməkdaşlarının qanunsuz əməlləri nəticəsində baş vermişdir. Belə ki, Azərbaycan Respublikası Nazilər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məsqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” xx.xx.1993-cü il tarixli, 9 saylı qərarına görə həmin bu əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələri xəstənin müalicə aldığı tibb müəssisəsi tərəfindən həmin bu Qaydaların tələblərinə uyğun rəsmiləşdirilməlidir. Yəni həmin bu qərara görə də əmək qabiliyyətinin olmaması vərəqələrinin rəsmiləşdirilməsi ilə əlaqədar bütün məsuliyyət tibb əməkdaşlarının üzərinə qoyulur. Lakin onu müayinə və müalicə edən tibb müəssisəsinin əməkdaşları öz vəzifələrinə səhlənkar yanaşmışlar, bunun nəticəsində də ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın əməkdaşları, Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinin həkim məsləhət komissiyasının sədri Cavabdeh1 və həmçinin həmin poliklinikanın nevropatoloqu S.G.Hacıyevayanın səhlənkarlığı, öz vəzifələrinin icrasına məsuliyyətsizcəsinə yanaşmaları nəticəsində o, əsassız olaraq işindən və təbii ki, aylıq gəlirindən də məhrum olmuşdur. Eyni zamanda cavabdehlərin bu qanunsuz əməlləri nəticəsində onun barəsində işlədiyi "xxxx" MMC-nin kollektivi arasında da mənfi fikir formalaşmış və onun barəsində istər-istəməz saxtakar şəxs kimi münasibət yaranmışdır. Əlbəttə ki, bu da onun kollektivdə və ictimaiyyətdə işgüzar nüfuzuna böyük xələl gətirmişdir. Eyni zamanda 10 aydan artıq müddətdə işsiz qalması nəticəsində o, aylıq 1000 manat əmək haqqı olmaqla, ümumilikdə 10.000 manat əmək haqqından məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununu uyğun izahat verib əlavə olaraq göstərdi ki, 2020-ci ilin mart ayında yıxılması ilə əlaqədar olaraq Bakıda xəstaxanada stasionar müalicə almışdır. 45 gün orada müalicə aldıqdan sonra Gəncəyə gəlmişdir. Ağrılarına görə yeriməkdə və s. çətinlik çəkdiyinə görə Gəncəyə bacısının yanına gəlmişdir. 2021-ci ilin dekabr ayında ilk dəfə Gəncə şəhəri Z.Məmmədov adına xəstəxanaya müraciət etmişdir. İcbari tibbi sığorta hesabına müalicə olunmuş, MRT çəkilmişdir. Bülletenləri də Gəncədən almışdır. 2022-ci ilin noyabrın 1-də işə qayıtmış, noyabrın 29-da isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır. Bundan sonra işə bərpa, həmçinin 70-ci maddənin “ç” bəndinin götürülməsi ilə əlaqədar məhkəməyə müraciət etmiş, işlədiyi müəssisənin hüquqşünası Cavid müəllim bülletenlərin saxta olması barədə arayış gətirmişdir. Həmçinin işlədiyi müəssisə mediada çıxış edərək, “Sevinc xanım saxta bülleten gətirib, biz çox hörmət etmişik, indi qocalıb” və s. kimi cümlələr işlətmişlərdir. Məhkəmədə vəsatət vermişdir ki, həkimlər çağırılıb, dinlənilsin. Ancaq vəsatəti təmin olunmamış, iddiası da rədd edilmişdir. Daha sonra Gəncə Şəhər Prokurorluğuna müraciət etmişdir ki, onu bu vəziyyətdən çıxarsınlar. Prokurorluqda araşdırma aparıldıqdan sonra müəyyən olunmuşdur ki, bülletenlər saxta deyil, xəstəxananın səhlənkarlığı nəticəsində bülletenlərdə ciddi pozuntular vardır, HMK-dan keçirilməmişdir. HMK isə daxili səhlənkarlıqdır. HMK-nın sədri hazırki iş üzrə Cavabdeh1dur, digər cavabdeh Səadət xanım isə xəstəxananın nevropatoloqudur. Prokurorluqda da izahat vermişdirlər ki, səhlənkarlıq nəticəsində olmuşdur. Məhz buna görə İmdad həkimə xəbərdarlıq, Səadət xanıma isə töhmət verilmişdir. HMK-nın möhürü İmdad həkimdə olmuşdur. İmdad həkim öz izahatında göstərmişdir ki, onun təqsiri yoxdur, sorğu göndərilib, heç kim bülleten təqdim etməyib, o da qol çəkməmişdir. “Sədrin xəbəri olmadan həkimin nə ixtiyarı vardır, qol çəkib bülleten versin?” Bu müddət ərzində Səadət xanım və tibb bacısı da ona zəng edib məcbur etmişdirlər ki¸ “get ərizə yaz, yoxsa bizi prokurorluğa verəcəklər.” O isə “verdiyiniz bülletenlər saxta deyilsə, niyə narahatsınız?” deyə soruşduqda “müdür belə deyir” cavabını vermişlərdir. O isə bildirmişdir ki, müdür bu məsələyə görə onlara nəsə desə hara qədər lazımdırsa gedəcəkdir. Məhz cavabdehlərin səhlənkarlığı nəticəsində 2022-ci ilin noyabr ayından bəri işləmir və əmək haqqı almamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin müdürü, eyni zamanda HMK-ın sədri vəzifələrini icra edir. Həmçinin ondan başqa komissiyanın 2 nəfər də üzvü vardır. Qayda belədir ki, vətəndaş müalicə həkiminə müraciət etdikdə həkimin səlahiyyəti vardır ki, 3 gün, 3 gün olmaqla 6 gün müddətində bülleten verilsin. Xəstəlik vərəqəsinin 6 gündən artıq uzadılması ilə bağlı mütləq HMK-ya müraciət olunmalıdır. Əlavə jurnal vardır, HMK-nın xüsusi möhürü vardır. Həkim nevroloq Cavabdeh2 tərəfindən hər dəfə 3 gün olmaqla, 6 günlük əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqi açılmış və “Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı” kitabında müvafiq qeydlər aparılmışdır. Lakin İddiaçı verilən əmək qabiliyyətinin olmaması vərəqinin 6 gündən sonra uzadılmasından heç bir xəbəri olmamış, nə xəstə, nə də onun müalicə həkimi 6 gündən sonra ona müraciət etməmişdir. Həmin sənədlərdə onun imzası və HMKnın möhürü yoxdur. Artırmaları müalicə həkimi özü vermişdir. Sadəcə nəzarət etmədiyinə görə ona xəbərdarlıq edilmişdir. İddianın ona münasibətdə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xəstə, hazırki iş üzrə İddiaçı hər dəfə 3 gün olmaqla, 6 günlük əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqi açılmış və “Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı” kitabında müvafiq qeydlər aparılmışdır. Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqi 6 gündən sonra HMK-ya təqdim edilmədən davam etdirilmişdir. Yol verdiyi bu cür nöqsana görə ona töhmət verilmişdir. Lakin verilmiş xəstəlik vərəqələri saxta, yaxud qanunsuz olmamış və hazırda da qüvvədə olmuş, ləğv edilməmişdir. Hər dəfə xəstə müraciət etdikdə, müayinədən keçirilmiş, MRT nəticələrinə baxılmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Əmək qabiliyyətinin olmaması vərəqələrinin surətlərindən görünür ki, Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin nevropatoloqu Hacıyeva tərəfindən İddiaçı xəstəlik vərəqələri verilmiş, İddiaçı xx.xx.2021-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 183 nömrəli əmrin surətindən görünür ki, "xxxx" MMC-nin “Ofis” bölməsində “Laboratoriya müdiri və Bakterioloq, baytarlıq” vəzifəsində işləyən İddiaçı Tofiq qızı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” «işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə ünvanlanmış 23 noyabr 2022-ci il tarixli, PHŞ/6.37-2- 2022-364 nömrəli məktubun surətindən görünür ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 tərəfindən X4 verilmiş xx.xx.2022-ci il tarixli müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti ilə əlaqədar PHŞ/6-2-2022-11215 nömrəli məktuba cavab olaraq bildirmişdirlər ki, müraciətlə bağlı araşdırma aparılmış, Z.Məmmədov adma xəstəxananın poliklinika şöbəsinin HMKnın sədri Cavabdeh1, həkim nevropatoloqu Cavabdeh2 izahatları alınmışdır. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan X5 01 07.2022-ci il tarixdə həkim nevropatoloq Cavabdeh2 bel oma nahiyyəsində ağrı, hərəkət məhdudluğu şikayətləri ilə müraciət etmişdir. Xəstə Cavabdeh2 tərəfindən müayinə edilmiş, təyinat verilmiş, "L4-L5 fəqərələrin kompression sınığı” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən hər dəfə 3 gün olmaqla 6 günlük əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi açılmış və "Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı" kitabında müvafiq qeydlər aparılmışdır. Əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi 6 gündən sonra HMK-ya təqdim edilmədən xx.xx.2021-ci ilədək davam etdirilmişdir. Eyni vəziyyət avqust və sentyabr aylarında da təkrarlanmışdır. Xəstə HMK-ya təqdim edilmədiyindən poliklinikanın HMK-nın jurnalında S.T.Qazıyevanın əmək qabiliyyətinin artırılması barədə heç bir qeydiyyat aparılmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X4 verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatışmazlıqlara görə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin nevropatoloqu Cavabdeh2 Gəncə şəhər Birləşmiş Xəstəxananın PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1551/K saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci “a” bəndinə əsasən töhmət verilmişdir, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMK-ın sədri Cavabdeh1 Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1086/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən müddətin ötürülməsi səbəbindən təmin edilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işlədiyi müddətdə sağlamlığında olan problemlə bağlı Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinə müraciət etmiş, iddiaçı xx.xx.2021ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. İddiaçı iddia etmişdir ki, əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi açılarkən pozuntuya yol verdikləri üçün cavabdehlərin təqsirli hərəkətləri nəticəsində işdən çıxarılmış və 10 aydır ki, işsiz qalaraq ona maddi ziyan dəymişdir. Cavabdehlər isə iddia tələbinə qarşı etiraz edərək Cavabdeh2 verilmiş xəstəlik vərəqələrinin saxta, yaxud qanunsuz olmadığını, digər Cavabdeh1 isə iddiaçıya verilən əmək qabiliyyətinin olmaması vərəqinin 6 gündən sonra uzadılmasından heç bir xəbəri olmadığını, nə xəstənin, nə də onun müalicə həkiminin 6 gündən sonra ona müraciət etməməsi ilə əsaslandırmışdirlar. Halbu ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə ünvanlanmış 23 noyabr 2022-ci il tarixli, PHŞ/6.37-2-2022-364 nömrəli məktubundan görünür ki, X4 verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatışmazlıqlara görə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin nevropatoloqu Cavabdeh2 Gəncə şəhər Birləşmiş Xəstəxananın PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1551/K saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci “a” bəndinə əsasən töhmət verilmişdir, həmin xəstəxananın poliklinika şöbəsinin HMK-nın sədri Cavabdeh1 Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilmişdir.Göründüyü kimi cavabdehlər əmək vəzifələrini yerinə yetirərkən işlərində yol verdikləri pozuntuya görə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin öz vəsifələrin düzğün icra etməmələri nəticəsində işindən azad olunmuş və işləmədiyi aylar üzrə almadığı əmək haqqına görə ona maddi ziyan dəymişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan qanunvericilikdən görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi cavabdehlər əmək vəzifələrini yerinə yetirərkən işlərində yol verdikləri pozuntuya görə iddiaçı işdən azad edilmiş, işləmədiyi aylar üzrə almadığı əmək haqqına görə ona maddi ziyan dəymişdir. Cavabdehlərin etirazlarında göstərdikləri dəlillərə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehlərin göstərdiyi dəlillər formal mülahizələrə əsaslandığından iddianın rədd olunması üçün əsas ola bilməz. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:- - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehlərə aid edilməli, ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat pul və 60 (altmış) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu hesabına müştərək qaydada 10 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet zərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver