Məhkəmə qərarları › İş №2-2(1-8)-188/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-188/2026

17.06.2026 · Müqavilələrin dəyişdirilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair işlər - Borc müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-188/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativinə və cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilələrin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativinə və cavabdeh1 qarşı “müqavilələrin dəyişdirilməsi tələbinə dair” kommersiya işi üzrə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. ** №-li Təmir Inşaat Istehsal Tresti ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış 2014-cü il ## #### tarixli borc müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən “xxxx” Mənzil Tikinti Kooperativi 2099200 manat məbləğində pul vəsaitini borc alan ** №-li Təmir Inşaat Istehsal Trestinə 2 il müddətinə qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verir, borcalan isə bu müqavilənin şərtləri və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür.

2. cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə ** nömrəli Inşaat Istehsalat Təsərrüfat Tresti arasında bağlanmış 2016-cı il ## #### tarixli “Borcun əvəzləşdirilməsinə” dair müqaviləyə əsasən tərəflər 2014-cü il ## #### tarixində borc verilmiş 2099200 manat pul ödənilə bilmədiyi üçün borcun borc alan “** nömrəli Inşaat Istehsalat Təsərrüfat Tresti”nə məxsus 2200 ədəd, ümumi çəkisi 2624 ton (1 ton - 800 manat) dəmir boru ilə əvəzləşdirilməsi, ** nömrəli Inşaat Istehsalat Təsərrüfat Trestinin aldığı borcun, yəni 2099200 manatın əvəzinə sonuncuya məxsus 2200 ədəd, ümumi çəkisi 2624 ton (1 ton - 800 manat) dəmir boruların bu müqaviləyə əsasən borc verən cavabdeh2 Mənzil Tikinti Kooperativinə təhvil verilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 3. 2(102)- **/**** nömrəli, 2023-cü il ## ### tarixli qərarından görünür ki, * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli *-*(**)-***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1614 ədəd borunun cavabdeh "xxxx” QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı "xxxx” MTK-ya qaytarılması, cavabdeh "xxxx” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088 manat və 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx” QTSC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2018-ci il # ####### tarixli *- *(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati- Iqtisadi Kollegiyasının 2019-cu il ## ###### tarixli, *-*(***)-**/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il ## ###### tarixli qərarı ilə iddiaçının cavabdeh QTSC-yə, Trestə və 3-cü şəxsə qarşı boruların cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və sair tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2019-cu il ## ###### tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, MPM-nin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli **-*(***)-*(k)/**** saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2019-cu il ## ###### tarixli *-*(***)-**/**** saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2018-ci il # ####### tarixli 2-2(103)- ***/**** saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## ###### tarixli 2-2(103)- **/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli *-*(**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## #### tarixli 2- *(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il # ###### tarixli qərarı ilə iddiaçının cavabdeh QTSC-yə, Trestə və 3-cü şəxsə qarşı boruların cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və sair tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## #### tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin IX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 65-69-cü maddələrinə, MPM-nin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli **-*(***)-*(k)/**** saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## #### tarixli 2- *(***)-***/**** saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## ###### tarixli *-*(***)-**/**** saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il ## ######## tarixli 2- *(***)-***/**** saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli *-*(**)-***/**** saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2023-cü il tarixli *-*(***)-**/**** saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il ## ######## tarixli 2- *(***)-***/**** saylı qətnaməsi ləğv olunmuş, yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin olunmuş, cavabdeh "xxxx” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088 manat pulun "xxxx” QTSC-dən tutularaq iddiaçıya ödənilməsi, 1614 ədəd borunun cavabdeh "xxxx” QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı "xxxx” MTK-ya qaytarılması qərara alınmış, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

4. "xxxx” Qapalı Səhmdar Cəmiyyəti Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının *- *(***)-**/**** saylı 2023-cü il ## ### tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2024-cü il ## ###### tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi əldə edildiyinə görə "xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh2 MTK və cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”xxxx“cavabdeh MTK” və “cavabdeh ** №-li IITT”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** №-li IITT və “xxxx” MTK arasında bağlanmış 2014-cü il ## #### tarixli borc müqaviləsinin və ** №-li IITT və “xxxx” MTK-nın hüquqi varisi cavabdeh MTK arasında bağlanmış 2016-cı il ## #### tarixli borcun əvəzləşməsinə dair müqavilənin dəyişdirilməsi və hər iki müqavilə üzrə “xxxx” MTK və cavabdeh MTK əvəzinə borc verən (birinci tərəf) şəxs qismində fiziki şəxs olaraq onun adının qeyd edilməsi, yəni hər iki müqavilənin ** №-li IITT və iddiaçı ilə bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ** №-li IITT-nin direktoru Yusif Nəsirov maliyyə dəstəyi olaraq borca pul istədiyindən iddiaçı şəxsən öz vəsaiti hesabına 2099200 manat pul vəsaitini borc qismində trestə vermiş və borcun təminatı olaraq ümumi çəkisi 2624 ton (1 ton=800 manat) olan 2200 ədəd dəmir boru girov qoyulmuşdur. Həmin zaman trestdə məsuliyyət yaratmaq üçün aralarında razılığa əsasən pulların şəxsən ona çatması şərtilə 2014-cü il ## #### tarixində Trest və təsisçisi olduğu “xxxx” MTK arasında borc müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə bağlanılsa da, həmin pul vəsaiti onun şəxsi vəsaiti olmuşdur. Yəni müqavilə üzrə borc verən qismində MTK qeyd edilsə də, MTK-nın büdcəsindən həmin pul verilməmişdir. Bu faktı MTK-nın büdcəsində pulun olmaması da birbaşa sübut edir. Trest üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi üçün “xxxx” MTK-nın hüquqi varisi olan cavabdeh MTK arasında borcun əvəzləşdirilməsinə dair 2016-cı il ## #### tarixli müqavilə bağlanılmış, dəmir boruların borcun əvəzi olaraq verilməsi barədə razılığa gəlinmişdir. Borc verilmiş pulun iddiaçının şəxsi pulu olduğunu, MTK-ya heç bir aidiyyətinin olmadığını cavabdeh MTK-nın digər təsisçiləri və eləcə də həmin zaman direktoru olan X1 da bilirdi. Sözügedən müqaviləni Qənbər Fətullayev bağlayan zaman razılaşmışdır ki, həmin müqavilədə boruların satılması və satışdan əldə ediləcək pulun ona qaytarılması barədə qeyd olacaq. Lakin yenicə məlumat əldə etmişdir ki, MTK sözügedən qeydi yazmayaraq ona çatası vəsaitin qanunsuz və əsassız şəkildə MTKya çatması barədə müqavilə bağlamışdır. Borc qismində verilmiş pullar iddiaçının puludur, həmin pulun MTK-ya heç bir aidiyyəti yoxdur. Cavabdehlərə də məlum olduğu kimi trest əsl həqiqətdə həmin pulu və ya bunun təminatı olan dəmir boruları ona verməli idi. Son illərə kimi “narahat olma, pulların sənə veriləcək” deyərək vaxt istəsələr də, hazırkı günə nə pulu, nə də borular verilməmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı pulundan, ona çatası haqlardan məhrum olmuşdur. Hazırkı gündə ona çatası pullar ödənilmədiyindən, müqavilələr ümumi danışıqlara, razılaşmalara zidd olduğundan, ya borc verdiyi pullar, yaxud da təminatı olan dəmir borular ona qaytarılmalı, ya da sözügedən hər iki müqavilə dəyişdirilməli və hər iki müqavilə borc verən şəxs qismində fiziki şəxs olaraq şəxsən onunla bağlanmalıdır.

7. Cavabdeh MTK iddiaya etirazını onunla əsaslandırmışdır ki, 2014-cü il ## #### tarixdə cavabdeh MTK ilə ** №-li IITT arasında 2099200 manat məbləğində borc müqaviləsi imzalanmışdır. Borc məbləği ödənilmədiyindən 2016-ci il ## #### tarixdə notarial qaydada borcun əvəzləşdirilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən borcun əvəzi olaraq trestə məxsus olan 2200 ədəd, ümumi çəkisi 2624 ton (1 ton - 800 manat) dəmir boru MTK-ya verilmişdir. Trestin "Biləcəri Təmir- Quraşdırma" QTSC-yə də borcu mövcud olmuş və bu barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Bu səbəbdən QTSC cavabdehlər Trestə və MTK-ya qarşı borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması tələbi ilə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində iddia qaldırmış və * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2017-ci il # #### tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Lakin cavabdeh MTK-ya məxsus olan borular əsassız olaraq QTSC-nin sahibliyində olmuş və bu səbəbdən uzun sürən məhkəmə prosesləri başlanmışdır. * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli qətnaməsi ilə cavabdeh MTK-nin cavabdehlər QTSC və trestə qarşı iddiası ilə 1614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması, QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088 manat və 30 manat dövlət rüsumunun əvəzinin QTSC-dən tutularaq MTK-ya ödənilməsi qət edilmişdir. Məsələ bir neçə dəfə Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin baxış predmeti olmuş, sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il ## ### tarixli qərarı ilə cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasının 2022-ci il ## ######## tarixli qətnaməsi ləğv olunmuş, yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin olunmuş, cavabdeh “xxxx” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088 manatın “xxxx” QTSC-dən tutularaq iddiaçıya ödənilməsi, 1614 ədəd borunun cavabdeh “xxxx” QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı cavabdeh2 MTK-ya qaytarılması qət edimişdir. Həmin qərardan cavabdeh “xxxx” QTSC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət etmiş, Konstitusiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli qərardadı ilə tərəflər arasında Barışıq sazişi təsdiq olunaraq iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, ərizəçinin iddia etdiyi müqavilələr üzrə uzun sürən məhkəmə prosesləri baş vermiş, hətta qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə həmin müqavilələrin etibarlılığı təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı həmin borcun özü tərəfindən verildiyini bildirsə də, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Mübahisəli müqavilələr hüquqi şəxslər arasında bağlanmış, iddiaçı sadəcə olaraq hüquqi şəxsi təmsil edən şəxs kimi onu imzalamışdır. Hazırkı halda iddiaçı ilə MTK və MTK-nın təsisçiləri arasında münasibətlər kəskinləşdiyindən iddiaçı tərəfindən bu tip əsassız iddia irəli sürülmüşdür.

8. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva).

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələr üzrə bütün məhkəmə instansiyaları səviyyəsində bir neçə məhkəmə çəkişməsi baş tutmuş, aparılmış məhkəmə prosesləri zamanı tərəflər arasında müqavilənin mövcudluğu, onun şərtləri, borcun məbləği, müqavilənin icrası, öhdəliklərin yerinə yetirilməsi və digər müvafiq hüquqi məsələlər araşdırılmış, qüvvəyə minmiş məhkəmə aktları ilə ** №-li Təmir Inşaat Istehsal Tresti, “xxxx” Mənzil Tikinti Kooperativi və onun hüquqi varisi cavabdeh2 Mənzil Tikinti Kooperativi bu müqavilə münasibətlərinin bilavasitə iştirakçıları və tərəfləri kimi tanınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən borcun faktiki olaraq onun tərəfindən verildiyinə dair edilən istinad, mübahisələndirilən müqavilələrin subyekt tərkibini dəyişdirmək üçün hüquqi əsas təşkil etmir və müqavilə münasibətlərinin azadlığı prinsipinə ziddir. Əgər borc vəsaiti iddiaçının təşəbbüsü, tapşırığı və ya razılığı ilə onun təsisçisi hüquqi şəxs vasitəsilə təqdim edilibsə belə, bu, yalnız həmin iddiaçı ilə hüquqi şəxs arasında mövcud olan daxili hüquqi və ya təşkilati münasibətlərin nəticəsi hesab oluna bilər. Bu cür hallar isə borc müqaviləsinin və borcun əvəzləşdirilməsinə dair müqavilənin subyekt tərkibində dəyişiklik edilməsi üçün müstəqil əsas yaratmır və iddiaçının müqavilənin tərəfi kimi tanınması üçün hüquqi zəmin təşkil etmir.

11. Beləliklə, iddiaçının müqavilənin tərəfi kimi tanınması və müqavilə tərəflərinin dəyişdirilməsi tələbi Mülki Məcəllə ilə müəyyən olunmuş müqavilə azadlığı prinsipinə və müqavilə münasibətlərinin hüquqi mahiyyətinə ziddir. Iddiaçı 2099200 manat pul vəsaitini borc qismində ** №-li IITT-yə verməsini bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin (bundan sonra – “MM”) 389.1, 389.2, 390.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

13. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya instansiya məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər –Z.Məmmədov və R.Xəlilov).

15. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, qüvvəyə minmiş məhkəmə aktları ilə ** №-li Təmir Inşaat Istehsal Tresti, “xxxx” Mənzil Tikinti Kooperativi və onun hüquqi varisi cavabdeh2 Mənzil Tikinti Kooperativi bu müqavilə münasibətlərinin bilavasitə iştirakçıları və tərəfləri kimi tanınmışdır. Iddiaçı tərəfindən borcun faktiki olaraq onun tərəfindən verildiyinə dair edilən istinad, mübahisələndirilən müqavilələrin subyekt tərkibini dəyişdirmək üçün hüquqi əsas təşkil etmir və müqavilə münasibətlərinin azadlığı prinsipinə ziddir. Əgər borc vəsaiti iddiaçının təşəbbüsü, tapşırığı və ya razılığı ilə onun təsisçisi hüquqi şəxs vasitəsilə təqdim edilibsə belə, bu, yalnız həmin iddiaçı ilə hüquqi şəxs arasında mövcud olan daxili hüquqi və ya təşkilati münasibətlərin nəticəsi hesab oluna bilər. Bu cür hallar isə borc müqaviləsinin və borcun əvəzləşdirilməsinə dair müqavilənin subyekt tərkibində dəyişiklik edilməsi üçün müstəqil əsas yaratmır və iddiaçının müqavilənin tərəfi kimi tanınması üçün hüquqi zəmin təşkil etmir. Mübahisəli iş üzrə iddiaçının borc vəsaitinin faktiki olaraq onun tərəfindən verilməsi barədə iddiası müqavilə münasibətlərinin hüquqi mahiyyətini dəyişmir və müqavilənin tərəfi kimi tanınması üçün əsas yaratmır.

16. Məhkəmə gəldiyi nəticəni MM-in 389.1, 389.2 ,390.1, MPM-in 14.2, 47.1, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Iddiaçı kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

18. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-in 5.3, 6, 16.1, 21, 152, 157.2, 157.4, 324.1, 385.1, 421, 422, 423, 424, 425, 442, 443, 448.1, 560, 1096.2, 1097.1-ci maddələri üzrə - əgər, vergi xidmətinə “xxxx” MTK-nın büdcəsində olan pul vəsaitinin müəyyənləşməsi üçün sorğu verilməsi barədə əsaslı vəsatətini məhkəmə təmin etsə idi, o zaman haqlı olduğu, yəni büdcədə həmin məbləğdə pul olmadığı, borc müqaviləsi üzrə verilmiş pulların şəxsi vəsaiti olduğu təsdiqini tapar idi. Məhkəmə işin obyektiv həlli üçün əsas olan vəsatətini təmin etməmiş, aidiyyəti vergi orqanından təsdiqedici sübutları almamışdır. Ona aid olan pullar, müqavilələr üzrə ondan xəbərsiz baş tutmuş digər məhkəmə proseslərində iştirakçı olmamış, proseslər iştirakı olmadan keçirilmiş və nəticədə onun hüquqlarını, maraqlarını pozan nəticəyə gəlinmişdir. Bu səbəbdən də aidiyyəti qaydada yeni açılmış hallar üzrə məhkəməyə müraciət etmiş, o cümlədən ona çatası əmlak üzrə bağlanmış barışıq sazişi və nisyə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müqavilələr üzrə müəyyənləşmiş borc pulu şəxsi vəsaiti hesabına versə də müqavilə üzrə tərəflər vicdansız davranaraq pozuntuya yol vermiş, ona çatası pulu, borcun əvəzi olaraq dəmir boruları ona verməmişlər, bu da mülki qanunvericiliyin tələblərinə adekvat deyil.

19. MPM-in 14.2, 77.1, 88, 217.3, 416.1, 417.1, 418.1-ci maddələri üzrə - mötəbər hallara hüquqi qiymət verilməmiş, qanunvericiliyin tələbləri nəzərə alınmamış, gəlinmiş nəticə işin halları, işdəki mötəbər sübutlar, qətnamənin məzmunu, təsviri, əsaslandırıcı hissəsi ilə uzlaşmamış və bununla da hüquqları, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bu isə qanunvericiliyin işin düzgün, obyektiv və ədalətli şəkildə araşdırılması üzrə müəyyənləşdirilmiş prosessual tələblərini də kobud şəkildə pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, mübahisələndirilən qətnamənin qüvvədə saxlanılmasını xahiş etmiş və göstərmişdir ki, mübahisələndirilən müqavilə 10 ilə yaxın davam edən, 3 dəfə Ali Məhkəmədə və 3 dəfə Konstitusiya Məhkəməsinin icraatında olmuş işdə əsas hüquqi sənəd olmuşdur. Hər-hansısa etibarsızlıq, dəyişdirilmə və s. hallar mövcud olsa idi, məhkəmələr həmin müqavilələrə mövqe ortaya qoyardılar, eyni zamanda artıq yekunlaşmış işdə tərəf olmuş "Biləcəri Təmir- Quraşdırma" QTSC tərəfindən həmin müqavilələr ayrıca məhkəmə icraatında mübahisələndirilmiş, müqavilələrin etibarsız olmaması məhkəmə tərəfindən təsdiq olunmuş, həmin qətnamə də qanuni qüvvəsini almışdır. Göründüyü kimi aşağı instansiya məhkəmələri əsaslı olaraq iddianı təmin etməmişdir.

Kassasiya baxışının hədləri

21. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. ...”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

27. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.

28. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

29. Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması ilə əlaqələndirilməsi isə əsassızdır.

30. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

31. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

32. Apellyasiya məhkəməsi göstərmişdir ki, qüvvəyə minmiş məhkəmə aktları ilə ** №-li Təmir Inşaat Istehsal Tresti, “xxxx” MTK və onun hüquqi varisi cavabdeh2 MTK bu müqavilə münasibətlərinin bilavasitə iştirakçıları və tərəfləri kimi tanınmışdır. Iddiaçı tərəfindən borcun faktiki olaraq onun tərəfindən verildiyinə dair edilən istinad, mübahisələndirilən müqavilələrin subyekt tərkibini dəyişdirmək üçün hüquqi əsas təşkil etmir və müqavilə münasibətlərinin azadlığı prinsipinə ziddir. Əgər borc vəsaiti iddiaçının təşəbbüsü, tapşırığı və ya razılığı ilə onun təsisçisi hüquqi şəxs vasitəsilə təqdim edilibsə belə, bu, yalnız həmin iddiaçı ilə hüquqi şəxs arasında mövcud olan daxili hüquqi və ya təşkilati münasibətlərin nəticəsi hesab oluna bilər. Bu cür hallar isə borc müqaviləsinin və borcun əvəzləşdirilməsinə dair müqavilənin subyekt tərkibində dəyişiklik edilməsi üçün müstəqil əsas yaratmır və iddiaçının müqavilənin tərəfi kimi tanınması üçün hüquqi zəmin təşkil etmir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

35. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdeh tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın (ərizənin) dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar