Məhkəmə qərarları › İş №2-2(102)-108/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-108/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-108/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı X1 cavabdeh “xxxx” ASC-nəqarşı iş üzrə QƏRAR (açar sözlər: müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələri tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil oğlunun, cavabdehin vəkili Vəkil oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, iddiaçı X1 cavabdeh “xxxx” ASC-nə qarşı borcun silinməsi tələbinə dair iqtis adi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-720/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC və onun vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 52.923,41 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs kimi sahibkarlıqla – Xızı rayonu Giləzi qəsəbəsində yerləşən “xxxx” ASC-yə məxsus un dəyirmanında un istehsalı və satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bütün dövrlərdə vergi, elektrik, qaz, su və sair ödənişləri vaxtında ödəmiş, fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlət idarələri və təşkilatları ilə əlaqədar olan bütün öhdəlikləri vaxtında layiqincə yerinə yetirmişdir. “xxxx” ASC-yə məxsus un dəyirmanına 2018-ci ilin iyul-avqust ayları üçün 19.440 kvt/s əlavə sərfiyyat borcunun olduğu müəyyən edildiyi bildirilmişdir. Hesablanmış borcun qanunsuz düzgün hesablanmadığını hesab etdiyindən, tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə və “xxxx” ASC-yə şikayətlər olmuş, daha sonra isə xx.xx.2018-ci il tarixində Xaçmaz şəhər Regional bölməsinin əməkdaşları tərəfindən araşdırıma aparılmış, fəaliyyət göstərdiyi dəyirmana elektrik enerjisinə görə artıq sərfiyyat hesablanmış və elektrik enerjisinə görə qeyri-qanuni hesablanmış sərfiyyat xx.xx.2018-ci il tarixində Xaçmaz şəhər Regional Bölməsinin əməkdaşları tərəfindən ləğv edilmiş, xx.xx.2018-ci il tarixli, 23/22-1-184 saylı məktubda 19.440 kvt/s sərfiyyatın onun abonent hesabından silindiyi bildirilmiş, bununla bağlı tərəfindən X3 Agentliyinin Xaçmaz şəhər Regional bölməsinə təşəkkür bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq, fəaliyyət göstərdiyi Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən “xxxx” ASC-yə məxsus un dəyirmanına “xxxx” ASC tərəfindən xəbərdarlıq göndərilmiş, Xaçmaz şəhər Regional bölməsinin əməkdaşlarının araşdırmalarının nəticələrini nəzərə almayaraq, qanunsuz əməllərinə davam etmişlər. Buna baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli göndərilmiş hesab ödəniş vərəqəsin ə əsasən 52.923,41 manat məbləğində borcun olduğu hesablanmışdır və həmin borcun əlavə sərfiyyat kimi hesablanması qeyd edilmişdir. Halbuki əlavə sərfiyyat deyilən bir anlayış yoxdur. Belə ki, iddiaçı tərəfindən yenidən cavabdeh “xxxx” ASC-yə şifahi olaraq müraciət edilərkən orada ona fəaliyyət göstərdiyi Xızı rayonu Giləzi qəsəbəsində yerləşən “xxxx” ASC-yə məxsus un dəyirmanında yerləşən işıq sayğacına “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixində NDQ 004577 saylı akt tərtib edilmiş və əlavə sərfiyyat hesablamaları da həmin akta əsasən hesablandığını və hər ay hesablanacağı bildirilmişdir. Bundan sonra artıq ona əlavə sərfiyyatın necə hesablandığı ona aydın olmuşdur. Halbuki, elektrik enerjisinə görə qeyri-qanuni hesablanmış sərfiyyat xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhər Regional böl məsinin əməkdaşları tərəfindən ləğv edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq akt tərtib edilməklə borc yazılmışdır. Cavabdehdən həmin akt tələb edilsə də, akt iddiaçıya təqdim edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-427/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş NDQ № 004577 saylı akt əsasında hesablanmış 52923 manat 41 qəpik məbləğində borcun X1 **********604672 saylı abunə hesabından silinməsi qət edilmişdir ( hakim – S.Nuriyeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-720/2019 saylı qətnaməsi ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, müvafiq akta əsasən iddiaçı ilə yenidən hesablaşmanın aparılması "X6 Qaydalar ı"nın 8.15-ci bəndinin tələblərinə əsaslanmışdır. Belə ki, EEİQ-nin 8.15-ci bəndinə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Məhkəmə mübahisəyə əsassız olaraq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR Qanununun müddəalarını tətbiq etmişdir. İddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstə rdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və "Elektrik Enerjisindən istifadə Qaydaları"na riayət olunması vəziyyətini yoxlamışdır. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil oğlunun, cavabdehin vəkili Vəkil oğlunun izahatlarını dinləyərək, məhkəmə k ollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-720/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, NDQ № 004577 saylı, xx xxxx 2018-ci il tarixli akta görə istehlakçı Yem Zavodunda (Giləzi qəsəbəsi) E.E.İ.Q-na uyğun olaraq yoxlama aparılan zaman məlum olmuşdur ki, güc transformatotunun texniki itki hesabı aylıq hesablaşmada nəzərə alınmamış, xx xxxxxxxx 2018-ci il tarixli ”xxxx” ASC-nin AKT komissiyasının Texniki sahə üzrə tələblər İcra vərəqinə görə güc transformatorunun texniki itki hesabı aylıq hesablaşmada nəzərə alınmamış, icra vərəqinin qeyd hissəsində abonentə hər ay qarşılıqlı hesablaşmada transformator i tkisi təyin edilməsi göstərilmiş, “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilərkən iddiaçıya NDQ № 004577 saylı, xx xxxx 2018-ci il tarixli akt yazılmış və həmin akt əsasında abonentə xx.xx.2018-ci il tarixdə 11539,80 manat, xx.xx.2018-ci il tarixdə 5292 manat, xx.xx.2018-ci il tarixdə 36101,70 manat borc hesablanmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, 52.933 manat 50 qəpik (11539,80 manat+5292 manat+36101,70 manat) əlavə sərfiyyat “xxxx” ASC tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, NDQ № 004577 saylı, xx xxxx 2018-ci il tarixli akt əsasında hesablanmış, elektrik enerjisi ilə təchizat xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq f əaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olan “xxxx” ASC-nin 2018-ci ilin sentyabr ayında apardığı yoxlamaların vahid məlumat reyestrində qeydə alındığı iş materialları ilə sübut olunmamış, qanunvericilik sahibkarlıq sahəsində aparılan bütün yoxlamaların dairəsini müəyyənləşdirmiş və bu sferada aparılan yoxlamalar zamanı qanunsuzluqların qarşısını almaq və sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə yoxlamaların reyestrdə qeydiyyata alınmasının mütləqliliyini təsbit etmiş, bu yoxlamalar siyahısına inhisarçı mövqe tutan hüquqi şəxslər tərəfindən aparılan yoxlamalar da daxil edilmiş, “xxxx” ASC-nin maddənin məzmununda sadalanan yoxlayıcılar siyahısına aid olması nəzərə alınarsa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların mara qlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbi cavabdeh üçün də məcburidir, digər tərəfdən cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və "Elektrik Enerjisindən istifadə Qaydaları"na riayət olunması vəziyyətini yoxladığını, yoxlamanın iddiaçının maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması məqsədilə aparılmadığını qeyd etsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edil miş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama b aşlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Qanunun tələbindən göründüy ü kimi, müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası 52.933,50 manat məbləğində əlavə sərfiyyatın “xxxx” ASC tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, xx xxxx 2018-ci il tarixli akta əsasən, həm də texniki itki olaraq hesablandığını, elektrik enerjisi ilə təchizat xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olan “xxxx” ASC-nin iddiaçıda apardı ğı yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını, digər tərəfdən cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotunu və "Elektrik Enerjisindən istifadə Qaydaları"na riayət olunması vəziyyətini yoxladığını, yoxlamanın iddiaçının maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması məqsədilə aparılmadığını qeyd etsə də, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s. bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestr də qeydiyyata alınmasını təmin etməli olduqlarını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)720/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-720/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver