Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-163/2020 17.06.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh X4 və onun vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 6190 manat əsas borcun, 3022 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 9242 manat məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-nə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadan lıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə X4 arasında bağlanmış 242-GL/15 nömrəli xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, lizinqə götürülmüş, güzəştli dəyəri 14.399,60 olan kənd təsərrüfatı texnikaları üçün 14.399,60 məbləğinə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, bu ödəniş qrafikləri üzrə xx xxxx 2017-ci il tarixədək 5360 manat ödənilməli olduğu halda, cəmi 1000 manat ödəniş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)-996/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X1 6190 manat əsas borc, 3022 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 9242 manat məbl əğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir ( hakim - X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-531/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cərimə borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, cavabdeh X1 619 manat cərimə borcu tutularaq İddiaçı ASC-yə ödənilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspert tədqiqatına görə 200 manat xərc cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir ( hakim - M.Tağızadə). Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindəncavabdeh X4 və onun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasınakassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kommersiya işi kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan ə mlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, mülki prosessual qanunvericiliyə müvafiq olaraq kommersiya mübahisələrinə dair işlər üzrə əmlak xarakterli iddianın qiyməti on min manatdan az olduğu üçün bu iddia üzrə apellyasiya insatnsiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi istisna edildiyindən, hazırki şikayət kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. MPM-nin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.1, 404-1 və 408ci maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh X4 və onun vəkili Vəkil kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. İş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsin
Məhkəmə qərarları › İş №2-2(102)-163/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-163/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver