Məhkəmə qərarları › İş №2-2(102)-282/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-282/2019

16.07.2019 · Sair işlər - Digər - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-282/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X2 qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 16.07.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə İddiaçı ARDNŞ-in İddiaçı cavabdeh X2 qarşı borcun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-34/2019 saylı iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı İddiaçı İB cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə olunmuş təbii qaza görə yaranmış 8872,40 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı müqavilə əsasında X2 məxsus Zirə qəsəbəsində yerləşən istixananı təbii qazla təchiz etmişdir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh m üqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində İddiaçınə 16 noyabr 2017-ci il tarixə 8872,40 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən müəyyən ödənişlərin olmasına baxmayaraq 8872,40 manat borc ödənilməmiş qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 təbii gazdan istifadəyə görə yaranmış 36539,60 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-235/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsi (hakim - M.T.Hacıbəyova) ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X1 təbii gazdan istifadəyə görə yaranmış 27667,20 manat borcun və 22 manat dövlət rüsumunun əvəzinin İddiaçı İB-nin xeyrinə tutulması, iddia tələbinin təbii qazdan istifadəyə görə yaranmış 8872,40 manat məbləğində borcun İddiaçı İB-nin xeyrinə tutulması hissəsində isə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-34/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən vəməruzəçi hakim - H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçı ARDNŞ-nin İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-235/2018 saylı iş üzrə 14 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsini qismən (8872,40 manat borcun tutulması barədə iddianın təmin edilməməsi hissəsində) ləğv edib iddianın tam təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi işin hallarını düzgün müəyyənləşdirməmiş, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı təbii qazdan istifadəyə görə cavabdehin yaranmış ümumi 36.539,60 AZN borcunu təsdiq edən bütün sübutları məhkəməyə təqdim etmişdir, həmin məbləğin müxtəlif hissələri barədə sübutlar ayrı-ayrılıqda məhkəməyə təqdim edilməmişdir, buna görə də, ümumi məbləğin 8872,40 AZN hissəsi barədə sübutların təqdim edilməməsi barədə məhkəmələrin gəldiyi nəticə qanunsuzdur. İş materiallarında olan hesab-fakturalardan görünür ki, 2017-ci ilin iyun, iyul və avqust ayları üzrə təbii qazdan istifadəyə görə kifayət qədər iri həcmdə sərfiyyatlar olmuşdur və buna görə sayğacın elektron göstəricisi də hər ay artmışdır. Sayğac sərfıyyatı da elektron göstəricilərə uyğun hesablandığından, həmin göstərici üzrə borc məbləği də abonent tərəfindən ödənilməlidir. İşə baxan məhkəmələr 8872,40 AZN məbləğində borcun tutulması hissəsində iddia tələbini rədd edərkən, hər hansı əsaslandırma apara bilməmiş, həmin məbləğin silindiyi halda hansı dövrə aid olan borc olması və qanunsuz hesablanması barədə gəldiyi nəticənin nəyə istinad edildiyini, “Qaz təchizatı haqqında” Qanunun, “Qazdan istifadə Qaydaları”nın və s. sahəvi normativ aktların hansı tələblərinin pozulmasını qətnamədə göstərə bilməmişlər. Halbuki, Mülki Prosessual Məcəllən in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, cavabdeh tərəf də 8872,40 AZN borcun qanunsuz hesablanması və əsassız tələb edilməsi barədə etirazının əsası kimi istinad etdiyi halları sübut etməli idi. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, yalnız cavabdeh tərəfin əsaslandırılmayan izahatlarına istinad etməklə, iddia tələbini qismən təmin etmək barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasın a baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən m üəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı cavabdehin obyektinə (istixanaya) verdiyi təbii qazın sərfiyyatına görə 36539,60 manat məbləğində borc hesablamış və həmin borcun cavabdehdən tutulmasını tələb etmiş, cavabdeh borcun 27667,20 manat məbləği hissəsində etiraf etmiş, lakin 8872,40 manat məbləği hissəsində yazılı etiraz edərək borcun hesablandığı 2017-ci ilin avqust ayından əvvəlki iyun, iyul aylarında sayğacın mexaniki göstəricisinin avqust ayı ilə eyni olması həmin aylarda təbii gazdan istifadə edilməməsinin göstəricisi olduğunu bildirmişdir. Belə olan halda abonentin saldosu cədvəl məlumatında 2017-ci ilin avqust ayından əvvəlki iyun, iyul aylarında borc qalığının 8872,40 manat məbləğində göstərilməsinin əsaslı olmadığı məhkəmə tərəfindən düzgün qiymətləndirilmişdir. Cavab deh tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, iddiaçının obyektinin ünvanı üzrə yaranmış 36539,60 manat borc məbləğinin 8872,40 manatı 2017-ci ilin avqust ayından əvvəlki iyun, iyul ayları ərzində yaranmış, lakin cavabdeh həmin borcun, sayğacın mexaniki göstəricilərinin dəyişməz olaraq qaldığı təqdirdə, necə yaranmasını əsaslandıra bilməmişdir. İş materiallarında olan iddiaçı təşkilat tərəfindən verilmiş "Abonentin Saldosu" cədvəl məlumatlarına əsasən 2017-ci ilin iyun, iyul və avqust ayınadək sayğacın göstəricisi dəyişməz olaraq qalmışdır və göstərilən müddət ərzində cavabdehin qaz nəqlini işlək vəziyyətə gətirilməsini təmin etmək üçün sayğacdan kənar və ya sayğacın nasaz vəziyyətdə olmaqla istifadə edilməsini müəyyən edən hər hansı bir mötəbər sübutu iddiaçı təşkilat mə hkəməyə təqdim edə bilməmiş, əksinə iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı izahatında "aparılmış yoxlama nəticəsində laboratoriyanın rəyinə əsasən sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğaca hər hansı bir müdaxilə olunması faktının aşkarlanmadığını" göstərmişdir. Nəzərə almaq lazımdır ki, sübutetmə vasitəsi olaraq iddiaçının məhkəməyə təqdim etdiyi “saldo”da (səh. 102) 2017-ci ilin avqust ayından əvvəlki iyun, iyul ayları ərzində sayğacın mexaniki göstəricilərinin dəyişməz olaraq qalmasına baxmayaraq 8872,40 manat məbləğində borcun yaranmasının əsası kimi hər hansı bir mötəbər sübutu iddiaçı təşkilat məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, işdə olan (izahatlar və digər) mövcud sübutlar da silinməsi tələb edilən borc məbləğinin qanuni əsaslarla hesablanmadığını gös tərir. Belə ki, qaz paylayıcısı (nəzarətçisi) istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçı tərəfindən həmin borcun mövcudluğunun inandırıcı və mötəbər sübutlar əsasında sübuta yetirilmədiyinə əsaslanmaqla məhkəmə cavabdehə hesablanmış 8872,40 manat borcu silməkdə haqlı olmuşdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kassasiya şikayətinin dəl illəri işin hallarının apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilməməsindən ibarətdir. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəisnə əsasən isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Göstərilən normaların mənasına görə birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq kassasiya məhkəməsində işə mahiyyəti üzrə baxılmır, yəni sü butlar qəbul edilmir, işin faktiki halları araşdırılmır, sübutlara hüquqi qiymət verilmir. İşə kassasiya qaydasında baxan məhkəmə öz qərarında müəyyən edilməmiş və yaxud da rədd edilmiş halları müəyyən etmək və ya sübuta yetirilmiş kimi qəbul etmək, bu və ya digər sübutların mötəbərliyi və yaxud da mötəbər olmaması məsələlərinə dair, bir sübutun digər sübut üzərində üstünlüyü barədə qərar vermək hüququna malik deyildir. Kassasiya məhkəməsi əvvəlki məhkəmə instansiyalarından müəyyən edilmiş işin faktiki hallarından çıxış etməklə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. Lakin bu zaman kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyənləşdirilməsi zamanı sübutların toplanılmasına, yoxlanılmasına, mümkünlü yünə, aidiyyətinə və qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə əməl edilib-edilmədiyini nəzərə alır. Bu mənada, hazırki işin halları baxımdan kollegiya nəzərə alır ki, işin faktiki halının müəyyənləşdirilməsi zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların toplanılmasına, yoxlanılmasına, mümkünlüyünə, aidiyyətinə və qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Ona görə də, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlillər üzrə araşdırma apara bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan ap ellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-34/2019 saylı iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver