Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-289/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavabdeh X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: vergi borcunun məhkəmə qaydasında tutulması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X5 Departamentinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (bundan sonra iddiaçı) cavabdeh X1 (bundan sonra cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-229/2019 saylı, 27 mart 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: işin halları: İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən dövlət büdcəsinə olan 79.250,03 manat borcun tutulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-2(81)-7/2019 saylı iş) 1 fevral 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X6 və X3, 2-2(103)-229/2019 saylı iş) 27 mart 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, cavabdehdən dövlət büdcəsinə olan 79.250,03 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İşə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq etdiyi normaları belə düzgün təfsir etməmiş və iş üzrə təqdim olunmuş sübutları düzgün qiymətləndirməyərək iş üzrə yekun nəticəyə gələrkən prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə tə minat verilir. 73-cü maddəyə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır əsaslandırma hissəsi: Hazırkı iş üzrə aydınlaşdırılmalı olan məsələ iddiaçı inzibati orqanın qərarı əsasında cavabdehin dövlət büdcəsinə ödəməli olduğu vergi borcunun alınması barədə iddiaya məhkəmə qaydasında baxılmalı ol ması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə borcun tutulması ilə bağlı iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. İddiaçı isə hesab edir ki, onun məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, MPM-in 26.2.8-ci maddəsinə əsasən, vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə mübahisələr inzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə aiddir. Vergi orqanlarının vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcunun tutulması ilə bağlı iddia tələbləri ilə əlaqədar aşağıdakıların qeyd edilməsi zəruridir. Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində o lan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi dövlətin ən önəmli gəlir qaynağı olmaqla dövlət suverenliyinin əsas təzahür formalarından biridir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, “vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tən zimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir”. Göründüyü kimi, vergilər müasir dövlətin əsas gəlir mənbəyi və bazar iqtisadiyyatının tənzimlənməsinin səmərəli alətidir. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Bütün qeyd olunanlar vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsinin təmin edilməsini labüd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi vergilərin tam və vaxtında ödənilməsinə nəzarət etməyi vergi orqanlarının vəzifələrinə aid etmişdir. Vergiləri vaxtında ödəmək vergi ödəyicisinin, onların tam və vaxtında ödənilməsinə nəzarət etmək isə vergi o rqanlarının vəzifəsidir. Vergi orqanlarının qeyd olunan vəzifələrinin həyata keçirilməsi üçün vergi qanunvericiliyində vergilərin tam və vaxtında ödənilməsinin təmin edilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Qanunvericiliyə əsasən vergi orqanlarının vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin əsası kimi göstərmişdir ki, cavabdeh borcu könüllü şəkildə dövlət büdcəsinə ödəməmiş, cavabdehin siyahıya alınacaq daşınmaz və daşınar əmlakı mövcud deyildir. Odur ki, iddiaçı borcun cavabdehdən məhkəmə qaydasında tutulmasını tələb edir. İddiaçının bu dəlili ilə bağlı qeyd edilməlidir ki, məhkəmələrin qərarları qanuni qüvvəyə mindikdən sonra MPM-in 234-cü maddəsinə əsasən icr a edilir. “İcra haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır və həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmçinin icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Göründüyü kimi, məhkəmənin yekun qərarı əsasında icra sənədi verilir və həmin icra sənədi icra orqanı tərəfindən icra edilir. Bununla yanaşı, “İnzibati icraat haqqında” 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən i cra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında” Qanunun 6. 1.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi hesab olunur. Göründüyü kimi, vergi orqanlarının icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, yaranmış vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən verilən icra sənədi məhkəmə qaydasında vergi borclarının tutulmasından daha səmərəli vasitədir. Hazırkı iş üzrə vergi orqanı tərəfindən vergi ödəyicisi barədə hesablanmış və tələb olunan məbləğ vergi ödəyicisi tərəfindən mübahisələndirilmir. İş materialları nda vergi ödəyicisinin ondan tələb olunan məbləği inzibati və ya məhkəmə qaydasında mübahisələndirməsinə dair sübut yoxdur. Başqa sözlə, vergi orqanının hazırkı iddiasının mahiyyəti mübahisələndirilməyən vergi borcunun vergi ödəyicisindən tutulması ilə bağlıdır ki, həmin borcun tutulması ilə bağlı ən səmərəli vasitə vergi orqanı tərəfindən icra orqanına borcun tutulması ilə bağlı icra sənədinin verilməsidir. Belə olan halda, hazırkı işdə tərəflər arasında borc məbləği mübahisələndirilmədiyindən məhkəmə qaydasında borcun vergi orqanının xeyrinə tutulması ilə prosedur lüzumsuz olaraq dövlət büdcəsinə vergilərin vaxtında ödənilməsi prosesini yubadır. Qeyd edilməlidir ki, vergi orqanı müəyyən müddət davam edən məhkəmə prosesləri olmadan da birbaşa olaraq “İnzibati icraat haqqında” Qanunun 82.1 -ci və “İcra haqqında” Qanunun 6.1.8-cı maddələrinin tələblərinə uyğun olaraq eyni məzmunlu icra sənədi verməklə vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsini tələb edə bilər. Belə olan halda, məhkəmə qaydasında vergi borclarının dövlət büdcəsinə ödənilməsi üçün iddia qaldırmağa lüzum qalmır. Beləliklə, məhkəmə kollegiyası vurğulayır ki, vergi ödəyiciləri tərəfindən mübahisələndirilməyən vergi borclarının dövlət büdcəsinə alınması məqsədilə vergi orqanları tərəfindən qaldırılan iddialar vergilərin dövlət büdcəsinə ödənilməsi prosesinin müddətini lüzumsuz olaraq uzatdığından, bu qəbildən olan borcların tutulması məqsədilə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinin və “İcra haqqında” Qanunun 6.1.8-cı maddəsinin tələblərinə uyğun olaraq icra orqanına i cra sənədinin verilməsi daha məqbuldur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Odur ki, apellyasiya məhkəməsinin mövqeyi yuxarıda sadalanan hüquq normalarının tələblərinə uyğundur. Qeyd edilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 4 19-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-229/2019 saylı, 27 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-289/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-289/2019
16.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver