Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-331/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 yanvar tarixli 2-2(105)-18/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Paylayıcı Cavabde h və istehlakçı İddiaçı MMC arasında 2019-cu il 10 iyun tarixli AXM-2864/19 nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışd və paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh əməkdaşları tərəfindən “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 2021-ci il 24 iyun tarixli SS 29/1640-01376 nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, dövlət yoxlamasına gətirilmiş Xaçmaz rayon xidmət sahəsinin İddiaçı MMC-nin pivə istehsalı sexinin qaz xətti üzərində quraşdırılmış “G400” markalı 80106190 nömrəli turbin tipli "Elester" qaz sayğacı 2021-ci il 17 iyun tarixində xətdən çıxarılmış (forma-2 № 9024517), 2021-ci il 24 iyun tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsində keçən qaz sərfi düzgün qeydə alınmamışdır (yoxlama nəticəsi: xətalar normaya uyğundur, batareya və impuls ötürücüsü tələb olunur).
3. Cavabdeh əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2021-ci il 29 iyun tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və müəyyən olunm uşdur ki, (baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2021-ci il 24 iyun tarixli SS 29/1640-01376 nömrəli rəyinə əsasən G-400 markalı 80106190 nömrəli turbin tipli elester qaz sayğacının baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsindən keçən qazın sərfi düzgün qeydə alınmamışdır (tələb: dəymiş ziyan hesablansın və ödənilsin). 4. 2021-ci ilin iyun ayında akt əsasında İddiaçı MMC-yə məxsus **********00000 nömrəli abonent koduna 12.500,6 manat borc hesablanmışdır.
5. Cavabdeh ilə istehlakçı İddiaçı MMC arasında “İstehlak edilmiş təbii qazın dəyərinin ödənilməsi barədə” 2021-ci il 29 iyul tarixli 1 nömrəli razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən, istehlakçı təbii qazdan istifadəyə görə 10.690,63 borcun olmasını qəbul etmiş, 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında hər ayın 25-ə qədər 2.138,13 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 1.3-cü bəndində göstərilmişdir ki, istehlakçıya hesab-faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu razılaşma protokolunun 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borc üzrə ödəniş edilmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürülməyəcəyini bildirir.
6. Cavabdeh əməkdaşları tərəfindən “təbii qazın uçotunun pozulması haqqında” 2023-cü il 25 yanvar tarixli UP-23 nömrəli akt tərtib olunmuşdur. Həmin aktda qeyd edilmişdir ki, “Qazdan istifadə qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq “G400” markalı 801 06190 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq olunmuş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 36.879 m3 müəyyən olunmuşdur. 7. 2023-cü ilin yanvar ayında akt əsasında İddiaçı MMC-yə məxsus **********00000 nömrəli abonent koduna 8.113,38 manat borc hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2023-cü il 25 yanvar tarixli UP 23 nömrəli akt əsasında hesablanmış 8.105 manat borc və 2021-ci il 29 iyun tarixli ******* nömrəli akt əsasında hesablanmış 12.500,6 manat borcun silinməsi, hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat xidmət haqqı və 152 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Armud-Padar kəndində yerləşən iddiaçının pivə istehsalı sexindən kənarda, yəni iddiaçının nəzarətində olmayan sahədə istehlakçıya məxsus “G-40 0” markalı 80106190 nömrəli sayğac quraşdırılmış və qaz cihazları istismar olunur. Cavabdehin əməkdaşları tərəfindən həmin sahədə quraşdırılmış sayğaca baxış keçirilən zaman iddiaçının nümayəndəsinin iştirakı təmin olmamışdır. Həmçinin həmin sayğaca iddiaçının hər hansı bir işçisinin də müdaxilə etməsi qeyri-mümkündür. Belə ki, həmin sayğac iddiaçının pivə istehsalı sexindən təqribən 1 km kənarda, yəni iddiaçının ərazisində deyil, Xaçmaz şəhərini su ilə təmin edən "xxxx" ASCnin su anbarının ərazisində quraşdırılmışdır. Həmin sahə mühafizə olunan ərazidir, ərazinin girişində polis postu vardır və ərazi polisin nəzarətində olmaqla fasiləsiz olaraq mühafizə olunur, kənar şəxslərin, o cümlədən iddiaçının əməkdaşlarının həmin sahəyə girişi qadağandır, sayğaca baxış keçirmək üçün giriş yalnız X3 İstismar İdarəsinin müraciəti əsasında polisin razılığı ilə mümkündür. Həmin sayğac mühafizə olunan ərazidə yerləşməklə yanaşı, həm də magistral (tranzit) qaz kəmərinin üzərində quraşdırılmış, sayğacın quraşdırıldığı qutunun açarı da X3 İstismar İdarəsinin mütəxəssislərindədir. Ona görə də, akta əsasən hesablanmış 8.105 manat debitor borc əsassızdır. Bundan başqa, iddiaçıya aid abonentin saldosundan görünür ki, qaz sayğacı quraşdırıldığı vaxtdan indiyədək qaz sərfiyyatında ciddi fərqlər olmamışdır. Bundan başqa, cavabdeh iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasını hər hansı şəkildə sübuta yetirməmiş və bu hal yalnız ehtimal olunmuşdur. Cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilməmiş, bu faktı təsdiq edən hər hansı sübut əl də olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 4.9cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə də, cavabdehin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2021-ci il 29 iyun tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən müəssisənin abonent hesabına hesablanmış 12.500,6 manat borc da əsassız hesablanmışdır.
10. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, 2021-ci il 17 iyun tarixində abonentin sayğacı xətdən açılaraq laboratoriyaya göndərilmiş, laboratoriyanın 2021-ci il 24 iyun tarixli rəyinə əsasən G-400 markalı 80106190 nömrəli Turbin tipli ELSTER qaz sayğacının ba za temperaturunun standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsinin keçən qazın sərfi düzgün qeyd etmədiyi müəyyən olunmuşdur. Bu rəyə müvafiq olaraq abonent üçün “təbii qazdan istifadə qaydalarının pozulması barədə 2021-ci il 29 iyun tarixli ******* nömrəli akt tərtib olunmuş və itirilmiş qazın bərpasına uyğun olaraq 62.503 m3 və ya 12.500,60 manat ziyan məbləği hesablanaraq abonent koduna işlənilmişdir. Tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi 2021-ci il 29 iyul tarixli 1 nömrəli razılaşma protokoluna əsasən iddiaçı borcu qəbul etmiş, beş ay ərzində (avqust, sentyabr, oktyabr, noyabr, dekabr) hissə-hissə ödəməyi, bununla bağlı cavabdehə heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüşdür. Buna görə də razılaşma protokolu iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi üçün əsasdır. 2023-cü il 25 yanvar tarixli 23 nömrəli akta görə isə sayğaca yerində xidmət göstərilərkən xətaların normaya uyğun olmadığı müəyyən edilmiş, uçota alınmayan qaz sərfi 36.879 m3 olmaqla dəyəri 8.113,38 manat abonentin koduna işlənilmişdir.
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli e-2-2(119)1700/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2023-cü il 25 yanvar tarixli UP 23 nömrəli akt əsasında hesablanmış 8.105 manat borc və 2021-ci il 29 iyun tarixli ******* nömrəli akt əsasında hesablanmış 12.500,6 manat borcun silinməsi, cavabdehdən 151,82 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat xidmət haqqının əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – H.Əliyeva).
12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh yoxlamaların aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməsi, iddia tələbi və mülki prosessual qanunvericiliyin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: **********00000) “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2023-cü il 25 yanvar tarixli UP 23 nömrəli a kt əsasında hesablanmış 8.105 manat borc və 2021-ci il 29 iyun tarixli ******* nömrəli akt əsasında hesablanmış 12.500,6 manat borcun silinməsi qənaətinə gəlmişdir.
13. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 4.2 və 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-ci bəndlərinə, Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 yanvar tarixli 2-2(105)-18/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – M.Hüseynov və İ.Dəmirov).
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, şikayətin “cavabdeh tərəfindən iddiaçı barədə aparılmış yoxlamaların cavabdehin işçilərinin cavabdeh müəssisənin ərazisinə getmədikləri və heç bir yoxlama aparmadıqları və dolayısıyla da həmin aktların tərtib olunmasına əsas olmuş hərəkətlərin yoxlama olmadığından yoxlamaların vahid reyesterdə qeydə alınmalı olmaması barədə” dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçının mübahisələndiriyi borc məbləği cavabdeh tərəfindən iddiaçı barəsində təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması nəticəsində tərtib olunmuş 2021-ci il 29 iyun tarixli ******* nömrəli akta və “təbii qazın uçotunun pozulması haqqında” 2023-cü il 25 yanvar tarixli UP-23 nömrəli akta əsasən hesablanmışdır. Hər iki aktın məzmunundan da göründüyü kimi, həmin aktlar məhz müvafiq yoxlamaların nəticəsi olaraq tərtib olunmuşdur. Həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit olunmuşdur. Sözügedən reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tu tulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar olunmuş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
17. Həmçinin kollegiya qanunvericilik aktlarının tələbləri baxımından apellyasiya şikayətinin “iddiaçının qaz sayğacı müəssisə ərazisindən kənarda yerləşdiyinə görə cavabdehin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni müəssisənin ərazisinə getməməsi, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama ap arılmaması” barədə dəlillərini də əsassız hesab etmişdir. Belə ki, qaz sayğacının müəssisənin ərazisindən kənarda yerləşməsi işin mübahisəsiz halı olmaqla, bu bir tərəfdən iddiaçının həmin sayğaca hər hansı müdaxilə imkanlarını istisna edir, digər tərəfdən həmin sayğacın məhz iddiaçını qazla təchiz edən borunun üzərində yerləşməsi cavabdeh tərəfindən həmin sayğacla bağlı yoxlamaların məhz “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”nin tələblərinə uyğun şəkildə aparılmalı olması nəticəsinə gəlməyə əsas vermişdir.
18. Apellyasiya şikayətinin “tərəflər arasında imzalanmış 2021-ci il 29 iyul tarixli 1 nömrəli razılaşma protokolunun şərtlərinə istinad edilməklə irəli sürülən dəlilləri”nə gəldikdə isə, kollegiya qeyd olu nan protokolun məzmunu baxımından MPM-in tələbləri baxımından hesab edir ki, həmin protokolda iddiaçının cavabdehə qarşı heç bir tələb irəli sürülməyəcəyi barədə qeydin olması iddiaçını hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnu aradan qaldırmır.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-cı maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 3.2, 13.1-13.3 və 31.2.3-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 1.3, 2.10, 2.11-2, 4.2, 4.7, 4.8 və 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Prezi dentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.1-ci bəndlərinə, MPM-in 4.1, 4.2, 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MPM-in 9.1-ci maddəsi üzrə - məhkəmə iddiaçının pivə istehsalı zavodunda sənaye məqsədləri üçün təbii qazdan istifadə etdiyini nəzərə almamışdır. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərə fli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə iddiaçı tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı 12.500,60 manat borcu qəbul etmiş və tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi 2021-ci il 29 iyul tarixli 1 nömrəli razılaşma protokoluna əsasən borcu beş ay ərzində (avqust, sentyabr, oktyabr, noyabr, dekabr) hissə-hissə ödəməyi, bununla bağlı cavabdehə heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüşdür. İddia tələbinin digər hissəsi isə abonent barəsində tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” 2023-cü il 25 yanvar tarixli 23 nömrəli aktla bağlıdır. Apellyasiya məhkəməsi qeyd olunanları nəzərə almadan apellyasiya şikayətini təmin etməmişdir.
22. MPM-in 88-ci maddəsi üzrə - Azərbaycan Respublikasını n Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bakı Apellyasiya Məhkəməsi qeyd olunanları nəzərə almamışdır. Bu cür hallarda istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına zəmin yaradır və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olur. Təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmələr tam haqlı olaraq cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması qənaətinə gəlmişdir. 2019-2024-cü illərin abonentin saldosundan da məlum olanlara görə, cavabdeh iddiaçının mühafizə olunan ərazidə quraşdırılmış sayğaca heç bir müdaxilə edə bilməməsini görmüş, bundan sui-istifadə edərək, hər iki ildən bir, yəni 2019, 2021 və 2023cü illərdə qanunsuz aktlar tərtib etməklə, iddiaçıya süni surətdə əlavə borc hesablanmasına nail olmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsində də dəfələrlə iddiaçı tərəfindən bildirilmişdir ki, iddiaçının 2021-ci il 29 iyul tarixli 1 nömrəli “r azılaşma protokolu” imzalamasının əsl səbəbi həmin dövrdə pandemiyanın olması, bu səbəbdən müəssisənin kollektivinin yalnız 30 faizinin işləməsinə icazə verilməsi, həmin protokolun imzalanmaması halında cavabdeh tərəfindən qazın kəsilməsi ilə hədələnməsi olmuşdur. Qazın kəsilməsi isə onsuz da pandemiya zamanı ziyanla işləyən müəssisənin fəaliyyətinin tam dayanmasına, müəssisənin külli miqdarda vergi və digər borclarının yaranmasına səbəb olacaqdı. Kassator şikayətində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qeyd edir. Halbuki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi mübahisələndirilir. Bu halın özü, birmənalı olaraq kassasiya şikayətinin formal xarakterli olmasının göstəricisidir. Digər tərəfdən, kassator şikayətdə məhkəmənin həqiqətə nail olmaq üçün təqdim edilmiş iş üçün müh üm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamasına istinad edir. Halbuki, MPM-in 416.1-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Başqa sözlə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Göründüyü kimi, cavabdehin kassasiya şikayəti formal xarakterli olmaqla yanaşı, dəlilləri tam əsassızdır. Kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı məhkəmə iclas protokollarına dair qeydlər də verilməmişdir. Kassasiya baxışının hədləri
24. Hazırkı i craat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq 25. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
3. Ümumi tələblər
5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqav ilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.”
6. Qaz paylayı cısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” 26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməkl ə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə
3. Yoxlamaların qanuniliyi 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə
13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı t ərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.”
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Qaz qurğularının istismarı 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərin in qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.”
28. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 4 16.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
32. Kassasiya şikayətində istinad olunan MPM-in 9.1-ci maddəsinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
33. Eyni zamanda, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddia tələbində qeyd edilən məbləğlərdə borcun hesablanmasına əsas olmuş aktlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda isə həmin aktlar əsasında hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. H əmin aktların hər hansı hüquqi nəticəsi olmadığına görə isə cavabdehin həmin aktlara və iddiaçı ilə imzalanmış razılaşma protokoluna istinad etməsi əsassızdır.
34. Kassasiya şikayətində qeyd edilən işin faktiki hallarının tam araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi və MPM-in 88-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlillər də əsassızdır.
35. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
36. M əhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasi ya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cav ab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
38. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi bütün dəlillərə qiymət verilmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 yanvar tarixli 2-2(105)-18/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.