Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-483/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi zərər və əldən çıxmış fayda 23.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-129/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 10 yanvar tarixində Cavabdeh öz mülkiyyətində olan ünvan 1 ün vanında yerləşən ümumi sahəsi 925,6 m2-dən ibarət olan qeyri-yaşayış sahəsini İddiaçı MMC-yə müqavilə əsasında icarəyə vermişdir.
2. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndinə əsasən aylıq icarə haqqı 7.000 manat təşkil edir və icarə vergisi icarəyəverən tərəfindən ödənilir, icarə haqqının icarəçi tərəfindən icarəyəverənə hər ayın 15-də nağd və ya köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur; 3.1-ci bəndinə əsasən icarə müqaviləsi 10 il müddətinə bağlanır, yəni 2019cu il 10 yanvar tarixdən 2029-cu il 10 yanvar tarixədək qüvvədədir; 5.4.2-ci bəndinə əsasən fəaliyyət zərkrəti ilə əlaqədar «İcarə sahəsi»ndə əlavə qurğular və avadanlıqlar quraşdırmaq, kiçik konstruktiv yenidən qurma işləri aparmaq icarəçinin hüququdur; 7.2-ci bəndinə əsasən icarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırıl mış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınan əşyalar icarəçinin mülkiyyəti olmaqla icarə müddətinin bitdiyi tarixdə və ya icarə müqaviləsinə xitam veriləcək digər hallarda icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə icarayə verən tərəfindən alına bilər; 10.1-ci bəndinə əsasən tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi forsmajor hallarının (yanğın, subasma, zəlzələ, tətil və s.) yaranması ilə bağlı olduğu halda, öhdəliklərin müqavilə ilə müəyyən edilmiş icra müddətləri, bu halların və onların tərəflərə təsiri aradan qalxacağı dövrə kimi uzadılır. Fors-major hallarının təsirinə məruz qaldıqda, tərəflər müqavilənin lazımi qaydada icra edilməsi və ya icra edilməməsi üçün məsuliyyət daşım ır.
3. Həmin müqavilənin 11.1-11.4-cü bəndlərinə əsasən tərəflərin yalnız qarşılıqlı razılığı ilə müqavilə vaxtından əvvəl ləğv edilə bilər. İcarəçi icarəyə verəni 2 ay əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. İcarəçi ardıcıl 3 ay ərzində icarə haqqını ödəmədikdə, icarəyəverən birtərəfli qaydada müqaviləyə xitam verə bilər. İcarəyəverən tərəfindən bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozularsa və icarəçinin xəbərdarlığına baxmayaraq, bu pozuntular aradan qaldırılmazsa, icarəçi 10 gün əvvəlcədən icarəyəverəni yazılı şəkildə xəbərdar etməklə, müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. Eyni şərt icarəçiyə də şamil olunur. 4. 2019-cu il 18 aprel tarixli, İN-X/O-4852/2019 nömrəli lisenziya əlavəsinin verilməsindən imtina olunması barədə məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi zamanı müəyyən olunmuş çatışmazlıqlara görə lisenziya əlavəsinin verilməsindən imtina olunur, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin verilməsi məsələsinə yenidən baxılacaqdır. 5. 2019-cu il 19 aprel tarixli podrat müqaviləsindən və 2019-cu il 19 aprel tarixli smetadan görünür ki, sifarişçi İddiaçı MMC ilə podratçı "xxxx" MMC arasında olan razılığa əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən MMC-nin klinikasına lisenziya əlavəsinin verilməsi məqsədi ilə bu klinikanın daxilində təmir-tikinti işlərini yerinə yetirməyi öz üzərinə götürür. Görüləcək təmir-bərpa işlərinin dəyəri ƏDV ilə birlikdə 28.025 manat təşkil edir. 6. 2019-cu il 17 iyun tarixli təhvil aktından görünür ki, 2019-cu il 19 aprel tarixli podrat müqaviləsinə əsasən 2019-cu il 17 iyul tarixinədək ƏDV daxil ümumilikdə 26.150 manat dəyərində ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-nin icarəsində olan klinikasında təmir işləri görülmüşdür. 7. 2019-cu il 27 iyun tarixli lisenziya əlavəsinin surətindən görünür ki, İddiaçı MMC-yə ünvan 2 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə əlavə işlərin görülməsinə icazə verilmişdir.
8. Mədaxil qəbzlərindən görünür ki, 2019-cu ilin yanvar ayından və 2020-ci ilin 5 mart tarixinə qədər (sonuncu icarə haqqı ödənişi 2020-ci ilin fevral ayı üçün) hər ay 7000 manat olmaqla icarə haqqı Cavabdehə ödənilmişdir. 9. 2020-ci il 4 aprel tarixli məktubdan görünür ki, İddiaçı MMC Cavabdeh müraciət edər ək bildirmişdir ki, hazırda ölkədə və dünyadakı məlum vəziyyət (COVİD-19) fors major hallarına daxildir, dövlət və özəl tibb müəssisələrində çalışan işçilərin karantin müddəti dövründə sərbəst hərəkətinə icazə verilsə də, işçilərin işə gəlişində çətinliklər yaranmış, bu səbəbdən də klinikanın fəaliyyəti məhdudlaşdırılmış, həmçinin aralarında bağlanmış icarə müqaviləsinin müddəti 10 il olduğundan, cavabdeh tərəfindən müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək hüququ yoxdur və icarəyə götürdüyü cavabdehin mülkiyyətində olan sahədə fəaliyyəti davam etdirmək niyyətindədir, əgər hər hansı etirazı olarsa bununla bağlı məhkəməyə müraciət oluna bilər, yalnız məhkəmənin müvafiq qətnaməsi olduğu halda icarə götürdüyü sahənin boşaldılaraq təhvil verilməsi mümkündür. 10. 2020-ci il 6 a prel tarixli məktubdan görünür ki, Cavabdeh, İddiaçı MMC-nin 2020-ci il 4 aprel tarixli məktubuna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli, 124 nömrəli qərarı ilə əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyatı təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə müvafiq dövlət orqanları və qurumları, o cümlədən ayrı-ayrı sahələr üzrə, xüsusəndə özəl tibb müəssisələrinin əməkdaşlarına müvafiq xidməti vəsiqə, yaxud iş yerindən arayış əsasında xüsusi karantin rejiminin tə tbiq edildiyi bütün müddət ərzində hərəkət etmələrinə icazə verilmiş, hesab edir ki, “fors major” hadisəsinə məruz qalmaqları ilə bağlı aralarında bağlanmış müqavilənin 10-cu bəndinə əsaslanmaqlarının heç bir hüquqi əsası yoxdur və bu bəhanə ilə icarə haqqının ödənilməyən hissəsini ödəməkdən yayınılması müqavilə şərtlərinin pozulması hesab ediləcəkdir.
11. Ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən ödəmə mənbəyindən tutulan vergi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hesabına 2019-cu ilin yanvar ayından 2020-ci il 5 may tarixinə qədər ümumilikdə 14.336,97 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
12. İddiaçı MMC-nin işçi kollektivinin tərtib etdiyi aktdan görünür ki, 2020-ci il 18 may tarixində saat 12:30 radələrində kli nikanın yerləşdiyi binada elektrik təchizatı olmasına baxmayaraq, yalnız klinikanın işığı qəsdən söndürülmüş və klinikanın rəhbərliyi tərəfindən hər ay işıq sərfiyyatı ilə əlaqədar ödəniş nağd şəkildə bina kompleksinin komendantına vaxtında ödənilməsinə baxmayaraq, sahibkar tərəfindən iş fəaliyyətinə kobud şəkildə müdaxilə olunmuş, işçi kollektivi 2020-ci il may ayının 18-dən 29-na qədər hər gün işə gəlmiş və bu müddətdə elektrik təchizatının qəsdən verilməməsinin şahididirlər. 13. 2020-ci il 18 may tarixində iddiaçı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə klinikasının işıqlarının qəsdən söndürülməsinə görə tədbirlərin görülməsi məqsədi ilə müraciət edərək, 29-cu Polis Şöbəsinin ***-**** nömrəli məktubu ilə mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət e tmək hüququ izah edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki ilk kommersiya icaatı üzrə
14. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) 2020-ci il 2 iyul tarixdə iddia ərizəsi ilə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra mətndə cavabdeh) ilə arasında 2019-cu il 10 yanvar tarixində ünvan 2 ünvanında yerləşən 925,6 m2 olan qeyri-yaşayış sahəsinin icarəsinə görə bağlanmış müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 70.120 manat, əldə edəcəkləri gəlirlərdən məhrum olduqlarına görə 510.000 manat məbləğində pulun (əldən çıxmış fayda) və icarə vergisinə görə aylıq 980 manat olmaqla 2020-ci ilin may ayınadək 13.356,97 manat məbləğində pulun cavab dehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci il 21 iyun tarixində bir pəncərə prinsipi ilə dövlət qeydiyyatına alınmaqla təsis edilmişdir. 2018-ci il 15 noyabr tarixindən, 2017-ci il 21 dekabr tarixli İN/L-1145/2017 qeydiyyat nömrəli lisenziyaya uyğun olaraq özəl tibb müəssisəsi kimi fəaliyyətinə başlamışdır. Klinikanın fəaliyyət göstərdiyi ünvan cavabdehin mülkiyyətindəki sahəsi 925,6 m2 olan ünvan 2, 1- ci mərtəbə, 3 saylı qapı olmuşdur.
16. Tərəflər arasında 2019-cu il 10 yanvar tarixində bağlanmış icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 7.000 manat olmaqla, 10 il müddətinə iddiaçı tərəfindən icarəyə götürülmüşdür. Azərbaycan Respublikası İq tisadiyyat Nazirliyi tərəfindən verilmiş 2019-cu il 27 iyun tarixli, İN/L1145/2017/2 qeydiyyat nömrəli lisenziya əlavəsinə əsasən iddiaçının icarəsində olan ünvanda 9 növ tibbi xidmət üzrə fəaliyyətinə icazə verilmişdir.
17. Müqavilə bağladıqdan sonra iddiaçı keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kifayət qədər personal cəlb etmiş və xeyli miqdarda vəsait xərcləməklə ümid etmişdir ki, müqavilənin qüvvədə olduğu 10 il ərzində fəaliyyət sahəsini bir az da genişləndirməklə daha çox gəlir əldə edəcək. İcarəyə götürdüyü sahədə lisenziya verən qurumun tələblərinə uyğun olaraq ilk növbədə təmir-bərpa işləri aparmış, klinikanı müxtəlif tibbi avadanlıqlarla təchiz etmişdi. Lakin müqavilə bağladıqları müddətdən bəri müqavilə şərtlərini vaxtında və dürüst yerinə yetirməyinə baxmayaraq cavabdehi n qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda zərər dəymiş və əldə edəcəyi gəlirdən məhrum olmuşdur. 18. 2020-ci il 4 mart tarixində cavabdehə bir ay ərzində sahəni boşaldıb təhvil verilməsi barədə rəsmi məktub daxil olmuşdur. 2020-ci il 4 mart tarixli məktuba cavab olaraq iddiaçı 2020-ci il 7 mart tarixli məktubla cavabdehə rəsmi qaydada bildirmişdir ki, sahəni boşaldıb təhvil verilməsi müqavilə şərtlərinə və qanuna uyğun deyildir. Belə olduğunu gördükdə cavabdeh MMC-nin icarəyə götürdüyü sahəni 1 ay ərzində boşaltmasa, klinikanın işıqlarını söndürəcəyi ilə hədələmişdir. 2020-ci ilin mart ayında dəfələrlə cavabdehin işçiləri olan energetik və binanın komendantı bildirmişlər ki, cavabdeh onlardan tələb edir ki, işıqları söndürsünlər.
19. Cavabdehə rəsmi ünvanladığı məktubla bildiri lmişdir ki, aralarında yaranan mübahisələri qarşılıqlı razılıqla həll etməyin tərəfdarıdır və ondan müqavilə şərtlərinə riayət etməsini, hər hansı narazılığı yaranarsa müqavilənin 13-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət edə biləcəyini xatırlatmışdır.
20. Eyni zamanda bildirilmişdir ki, yalnız məhkəmənin qərarı olduğu təqdirdə icarəyə götürdüyü sahəni boşalda bilər, əks halda qanunvericiliyin tələblərinə və aralarında bağlanmış müqaviləyə müvafiq olaraq vurulmuş ziyanın ödənilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlar. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 14 mart saat 00:00-dan etibarən ölkədə koronovirus pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya təd birləri ilə bağlı qərarından sonra cavabdehə rəsmi qaydada müraciət edilmişdir ki, karantin müddətində pasiyent olmadığından və klinika heç bir gəlir əldə etmədiyindən icarə haqqının verilməsində ləngimə olacaqdır və bunun nəzərə alınmasını xahiş etmişdir.
21. Bundan başqa bildirilmişdir ki, ölkədə elan olunmuş xüsusi karantin rejimi müddətində aralarında bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərinin icrası mümkünsüz olmuşdur. Dövlət və özəl tibb müəssisəsi işçilərinin hərəkətinə icazə verilməsinə baxmayaraq, klinika yalnız Səhiyyə Nazirliyinin tövsiyyələri nəzərə alınmaqla növbətçilik qaydasında işləyirdi. Belə ki, müqavilənin 10-cu maddəsində göstərilmişdir ki, tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi fors major hallarının (yanğın, subasma, zəlzələ, tətil və s.) yaranması ilə bağlı olduğu halda, öhdəliklərin Müqavilə ilə müəyyən edilmiş icra müddətləri, bu halların və onların Tərəflərə təsiri aradan qalxacağı dövrə kimi uzadılır. Fors-major hallarının təsirinə məruz qaldıqda Tərəflər Müqavilənin lazımi qaydada icra edilməsi və ya icra edilməməsi üçün məsuliyyət daşımır.
22. Lakin buna baxmayaraq cavabdeh rəsmi qaydada bildirmişdir ki, ölkədə elan edilmiş xüsusi karantin rejiminin onlara heç bir aiddiyyatı yoxdur, xahişləri əsassızdır və göstərdiyi müddətdə icarə sahəsinin boşaldılmasını tələb etmişdir. Ölkədəki xüsusi karantin rejimindən başqa cavabdehin qanunsuz hərəkətləri də mənəvi-psixoloji durumlarına mənfi təsir göstərirdi. May ayının əvvəllərində energetik Nürəddin və komendant Rəşad bildirmişlər ki, cavabdeh onlara zəng vuraraq klinikanın işıqlandır ılmasını söndürmələrini israrla tələb etmişdir.
23. May ayının əvvəllərindən klinikanın normal fəaliyyətinə başlamışdılar ki, 2020-ci il 18 may tarixdə klinikanın işıqları qəfildən söndürülmüş, müəyyən edilmişdir ki, bu cavabdeh tərəfin qanunsuz əməlidir. Bununla bağlı Yasamal RPİ-nin 29-cu polis bölməsinə rəsmi qaydada müraciət edilmişdir, lakin polis tərəfindən də heç bir təsirli tədbirlər görülməmiş və bildirilmişdir ki, bununla bağlı məhkəməyə müraciət edilməlidir.
24. Qeyd edilmişdir ki, tibb müəssisənin işıqlandırılmasının qəsdən qanunsuz söndürülməsi böyük məsuliyyətdir, çünki burada əhaliyə tibbi yardım göstərilir, tibbi avadanlıqlardan istifadə olunur, reaktivlərin, dərman və preparatların xarab olması ilə nəticələnə bilər. Bu da ciddi fəsadlara yol açmaqla yanaşı klinikaya böyük məbləğdə zərər vurulması ilə nəticələnə bilər. Həmçinin klinikada rəsmi 25-dək müxtəlif ixtisaslı həkim və personal fəaliyyət göstərirdi. Həmin şəxslərə orta hesabla 250 manatdan 400 manatadək aylıq əmək haqqı ödənilirdi ki, bu da işlədikləri dövr ərzində 81.927 manat məbləğində idi. Hazırda cavabdehin qanunsuz hərəkətləri səbəbindən həmin şəxslər işsiz və əmək haqqısız qalmışlar.
25. İşçilərə işsizliklə bağlı verilmiş müavinətin məbləği 6.300 manat təşkil etmişdir. Ümumi fəaliyyət göstərdikləri müddətdə cavabdehə 109.500 manat məbləğində icarə haqqı ödənilmiş və 14.400 manat məbləğində kommunal xərclər ödənilmişdir. Klinikanın fəaliyyət göstərməsi üçün lisenziya ilə bağlı 1.150 manat dövlət rüsumu verilmişdir və icarəyə götürdüyü sahənin lisenziya komissiyasının tələblərinə uyğun vəziyyət ə gətirilməsi üçün tərəfindən 26.150 manat təmir və bərpa xərcləri çəkilmişdir.
26. Klinikanın normal fəaliyyəti üçün tibbi ləvazimat və reaktivlərə hər ay 2.650 manat məbləğində pul xərclənirdi və cavabdeh tərəfindən klinikanın işıqlarının söndürülməsi nəticəsində laboratoriyada yerləşən iki ədəd soyuducuda olan 12.520 manat dəyərində reaktiv maddələr tamamilə xarab olmuşdur. Klinikanın fəaliyyətini təşviq etmək üçün marketinq və reklam xərclərinə 24.000 manat məbləğində xərc çəkilmişdir ki, bunlara televiziyada, mətbuatda, posterlərdə və sosial şəbəkələrdə gedən reklamlar aiddir.
27. Əmək haqqının ödənilməsinə, vergilərin, məcburi dövlət sosial sığorta ayırmalarına və tibbi ləvazimatlara iddiaçı təsis payını aldıqdan sonra ümumilikdə 176.964 manat vəsait yatırılmışdır və 10 illik müddət ərzində biznes plana uyğun olaraq təxminən 18 aydan sonra aylıq xərclər çıxılmaqla 5.000 manat gəlir qazanmalı olduğunu hədəfləmişdir ki, bu da qeyd edilən müddət üçün 510.000 manat gəlir edirdi. Cavabdehin müqavilə şərtlərini pozması nəticəsində o əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olmuş və hesab edir ki, cavabdeh həmin zərərləri qarşılamalıdır.
28. Cavabdehlə aralarında bağlanmış 2019-cu il 10 yanvar tarixli icarə müqaviləsinin 5.4.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində “İcarə sahəsi”ndən onun təyinatına uyğun olaraq fasiləsiz və maneəsiz istifadə etmək icarəçinin hüququdur. Müqavilənin 9.4-cü maddəsində göstərilmişdir ki, bu müqavilənin şərtlərinin pozulması və lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülkihüq uqi məsuliyyət daşıyırlar.
29. Həmçinin icarəyə verənin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ müqavilədə nəzərdə tutulmadığı halda (11.3-cü maddə istisna olmaqla) icarəyə verən olan cavabdeh müqavilə şərtlərini kobud şəkildə pozaraq icarəçinin icarəyə götürdüyü sahənin boşaldılması ilə bağlı qanunsuz tələbini irəli sürərək müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Qanunvericiliyin və müqavilə tələblərini nəzərə alaraq, cavabdeh ona vurduğu zərərə görə məsuliyyət daşımalı, vurulmuş zərəri və məhrum olduğu əldən çıxmış məbləği kompensasiya etməlidir.
30. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1, 21.2 146.1, 158.1.2, 158.3, 158.4, 1096, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarına istinad etmişdir. b) ikinci kommersiya icraatı üzrə
31. Cavabdeh iddiaçı olan MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 10 yanvar tarixli müqavilənin ləğv edilməsi, onun xeyrinə ödənilməmiş icarə haqqı borcu olaraq birdəfəlik 21.000 manat və 2020-ci il 1 iyun tarixdən başlamaqla, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək, hər ay üçün 7.000 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur (Daşınmaz əmlakı n dövlət reyestrindən ******* çıxarışa əsasən 925,6 m2-dən ibarət olan qeyri-yaşayış sahəsi). Tərəflər arasında bağlanmış 2019-cu il 10 yanvar tarixli icarə müqaviləsi əsasında mülkiyyətində olan qeyriyaşayış sahəsi sözügedən MMC-yə icarəyə verilmişdir.
33. MMC icarəyə götürdüyü qeyri-yaşayış sahəsini özəl tibb fəaliyyətinin (klinika) həyata keçirilməsi üçün istifadə etmişdir. Özəl tibb fəaliyyəti ilə məşğul olmağa müvafiq icra hakimiyyətindən icazə (lisenziya) alınması üçün aralarında olan icarə müqaviləsindən istifadə edərək lisenziya üzrə fəaliyyət sahəsi kimi onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanını göstərmiş və vergi uçotunda MMC-nin fəaliyyət yeri olaraq bu ünvanı qeydə aldırmışdır. Həmçinin, hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edərək, MMCnin hüquqi ünvanı kimi onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanı göstərilmişdir. 2020-ci ilin mart ayınadək MMC tərəfindən icarə haqları ödənilmişdir.
34. Mart ayında MMC ölkədə karantin rejiminin tətbiq edilməsini bəhanə gətirərək icarə haqqını ödəməkdən yayınmışdır. Dəfələrlə yazılı və şifahi qaydada MMC-nin diqqətinə çatdırılmışdır ki, bütün dünyada yayılmış pandemiya ilə əlaqədar respublikada elan edilmiş xüsusi karantin rejimində klinikaların, tibb müəssisələrinin fəaliyyətinə tam icazə verildiyindən, MMC-nin aralarındakı müqavilənin «Fors-major» halını nəzərdə tutan müddəasına istinadla icarə haqqının ödənilməsindən imtinası əsassızdır. Lakin MMC mart ayından sonrakı müddətdə icarə haqqını ödəməmişdir. 35. 2020-ci il 29 may tarixində MMC-nin rəhbərliyi icarə obyektindən avadanlıqlarını çı xararaq, qalan icarə borcunu da ödəmədən aralarındakı icarə münasibətlərinə faktiki olaraq xitam vermişdir. Lakin tərəflərindən icarə müqaviləsinin vaxtından əvvəl xitamına dair müvafiq qaydada müqavilə (saziş) bağlanma təkliflərinə müsbət cavab verməyərək, faktiki pozulmuş icarə müqaviləsinin sənəd üzərində formal qalmasını davam etdirməklə onun mülkiyyətində olan əmlakından təyinatı üzrə istifadə etməyinə, digər şəxsə icarəyə verməyinə və ya özgəninkiləşdirməyinə bilərəkdən əsassız maneə yaradılmışdır.
36. Nəzərə alınmalıdır ki, MMC-nin vergi ödəyicisi kimi vergi uçotunda mülkiyyətində olan qeyri-yaşayış sahəsini müvafiq vergi orqanında qeydə aldırması və özəl tibb fəaliyyətinə icazə (lisenziya) alınarkən yenə də bu ünvanı fəaliyyət sahəsi kimi qeydə aldırması ilə belə vəziyyət yaranmışd ır ki, müvafiq dövlət orqanlarında göstərilən məqsədlər üzrə qeydə alınmış icarə müqaviləsi ləğv olunmadan, mülkiyyətində olan qeyriyaşayış sahəsini digər anoloji icarəçiyə icarəyə verə bilmir.
37. Həmçinin, həmin sahəni başqa şəxslərə satmaq istərkən də eyni problem ortaya çıxır ki, əmlaka dair 3-cü şəxslə olan müqavilə əsasında məhdudiyyətin olduğu görünür. Bu halda əmlakın yeni mülkiyyətçisi də kommersiya məqsədi ilə bu qeyri-yaşayış sahəsini nə icarəyə verə biləcək, nə də özü istifadə edə biləcək. Bununla əlaqədar olaraq 2020-ci il 19 iyun tarixində MMC-yə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və ödənilməmiş icarə haqqının ödənilməsinə dair təklif (pretenziya) göndərilərək, 15 gün müddətinə aralarında bağlanmış 2019-cu il 10 yanvar tarixli müqaviləyə xitam üçün zəruri tə dbirlər görülməsi icarə haqqı üzrə qalan “21.000” manat məbləğindəki borcun könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə, tərəfindən aidiyyəti məhkəməyə müraciət olunacağı diqqətə çatdırılmışdır.
38. Tərəfindən bu təklif göndərildikdən sonra MMC-nin direktoru Nümayəndə3 tərəfindən yazılı müraciət göndərilərək, guya, tərəfindən onun fəailiyyətinə maneələr yaradıldığı və ziyan vurulduğu iddia olunmaqla, müraciətdə göstərilən məbləğdə pulun ödənilməsi tələb olunmuşdur. MMC-nin direktorunun sözügedən 2020-ci il 20 iyun tarixli məktubunu onun son təklifinə (Pretenziya) cavab kimi qiymətləndirərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, MMC 2020-ci il 29 may tarixində icarə obyektini boşaldaraq çıxıb getsə də müqavilə əsasında son 3 aylıq icarə haqqını ödəməmi şdir. Cəmi 21.000 manat icarə haqqının ödənilməməsi onun əmlak mənafeyinin cavabdeh tərəfindən pozulmasıdır.
39. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 157.5, 421.1, 421.2, 423.1, 423.2, 424.3, 675, 685.2, 685.2.1, 685.2.2, 700-ci maddələrinə, İcarə haqqında Azərbaycan Respublikasının Qanununun 1, 2, 7.5-ci maddəsinə istinad etmişdir. c) birləşdirilmiş kommersiya icraatı üzrə
40. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2457/2020 nömrəli, 2020-ci il 13 noyabr tarixli qərardadı ilə hər iki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır (hakim S.Nuriyeva).
41. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli, 2-2(113)-156/2021 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək, 2019-cu il 10 yanvar tarixli ica rə müqaviləsi üzrə icarə vergisinə görə ödənilmiş 13.356,97 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, 2019-cu il 10 yanvar tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 2020-ci il 18 may tarixədək olan 15.866,66 manat məbləğində icarə haqqının iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (hakim E.Əliyev).
42. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı işin yuxarıda qeyd olunan hallarına istinadla (bax yuxarıda §1-13) müəyyən etmişdir ki, 10 yanvar 2019-cu il tarixində tərəflər arasında icarə müqaviləsi bağlanmış, iddiaçı obyekti icarəyə götürən zaman 4 həkim ixtisası üzrə tibbi xidmət göstərirdi, daha sonra əlavə ixtisasların (lisenziyanın) alınması üçün müraciət etmiş, ünva n 1 ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi zamanı müəyyən olunmuş çatışmazlıqlara görə lisenziya əlavəsinin verilməsindən imtina olunmuş, qeyd olunan çatışmazlıqlar aradan qaldırmaq üçün klinikanın daxilində təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün podratçı şirkətlə müqavilə bağlanmış və 17 iyun 2019-cu il tarixdə ƏDV daxil ümumilikdə 26.150 manat dəyərində ünvan 2 ünvanında yerləşən icarə sahəsində təmir işləri görülmüşdür. Bundan sonra 27 iyun 2019-cu il tarixində iddiaçıya ünvan 2 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə əlavə işlərin görülməsinə icazə verilmiş və daha 9 ixtisas üzrə əlavə lisenziya alınmışdır. İddiaçı 2020-ci ilin fevral ayına qədər fevral ayı da daxil olmaqla icarə haqqını ödəmiş, lakin 2020-ci ilin mart, aprel və may ay larının icarə haqqısını ödəməmişdir.
43. Həmin məhkəmə ilkin iddia tələbi üzrə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən icarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınan əşyalar icarəçinin mülkiyyəti olmaqla icarə müddətinin bitdiyi tarixdə və ya icarə müqaviləsinə xitam veriləcək digər hallarda icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə icarayə verən tərəfindən alınması qeyd edilsə də, təmir və bərpa xərcləri ilə bağlı tərəflər arasında başqa razılaşma olmamışdır. İddiaçı isə 2020-ci ilin may ayında icarəyə götürdüyü sahəni tərk edərkən mülkiyyətində olan avadanlıqları özü ilə aparmışdır.
44. Odur ki, klinikanın daxilində təmir-tikinti işlərinin yerinə yetirilməsi və digər zərərlə bağlı 70.120 manat və əldən çıxmış fayda ilə bağlı 510.000 manat məbləğində tələblərlə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyinə görə rədd edilməlidir.
45. Məhkəmə ilkin iddianın icarə vergisinə görə aylıq 980 manat olmaqla 2020-ci ilin may ayınadək 13.356,97 manat məbləğində pulun ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən icarə vergisi icarəyə verən tərəfindən ödənilməli olduğu halda, sözügedən vergi icarəyə verən cavabdeh deyil, icarəçi iddiaçı tərəfindən ödənildiyinə görə (ödəniş tapşırıqları əlavə edilib) iddia tələbi həmin hissədə təmin edilməlidir.
46. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibə tdə göstərmişdir ki, 2020-ci il 10 yanvar tarixində imzalanan müqavilə şərtlərinə görə bir aylıq icarə haqqı 7.000 manat olduğundan və icarə haqqının hər ayın 15-də ödənilməsi nəzərdə tutulduğundan, icarəyə götürən MMC tərəfindən 112.000 manat 2020-ci il 10 may tarixinədək (müqavilənin bağlandığı tarixdən sonra 16 ay), 18 may tarixinədək (şahid ifadələri və polisə müraciət), cəmi 113.866,66 manat icarə haqqı cavabdehə ödənilməli olduğu halda, yalnız 98.000 manat ödənilmiş, 15.866,66 manat ödənilməmiş qalmışdır.
47. İlkin iddiaçının nümayəndəsinin pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərə görə klinikanın işləməməsi səbəbindən icarə haqqının ödənilməməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tətbiq olunan sözügedən məhdudiyyətlər səhiyyə sistemində fəaliyyət göstərən işçilərə və tibb m üəssisələrinə şamil edilməmiş və bu səbəbdən ilkin iddiaçı tərəfindən 2020-ci il 18 may tarixinədək olan 15.866,66 manat icarə borcu ödənilməlidir. Həmçinin icarə haqqı yalnız 2020-ci il 18 may tarixinədək tutulmalıdır, belə ki, həmin tarixdən elektrik enerjisinin olmaması səbəbindən ilkin iddiaçı fəaliyyət göstərməmiş və 2020-ci il 28 may tarixində isə icarə sahəsini tərk etməklə, faktiki icarə müqaviləsinə xitam verilmiş, sonuncu hazırki iddiasında icarə müqaviləsinin davam etdirilməsi və ya məhdudiyyətlərin aradan götürülməsi ilə bağlı tələb irəli sürməmişdir. Göründüyü kimi cavabdeh 2020-ci ilin mart ayında icarə müqaviləsinə xitam verilməsi barədə bildirişi ilkin iddiaçıya göndərmiş, sonuncu isə 2020-ci il 28 may tarixdə icarə sahəsini tərk etməklə müqaviləyə xitam verdiyinə görə iddi a tələbi 2019-cu il 10 yanvar tarixli müqavilənin ləğv edilməsi hissəsində təmin edilməlidir.
48. Bununla yanaşı, ilkin iddiaçının adına rəsmiləşdirilən tibbi lisenziyalar məhz mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana alındığına görə 2020-ci il 28 may tarixindən həmin sahənin cavabdeh tərəfindən başqa icarəçilərə verilməsinin mümkünsüzlüyü barədə cavabdehin nümayəndəsinin istinad etdikləri ilə bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim edilmədiyinə görə icarə haqqı yalnız 2020-ci il 18 may tarixədək olan dövr üçün tutulmalıdır.
49. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 421.1, 421.2, 421.3, 427.1, 442, 443.1, 445.2.2, 445.7, 448.1, 448.2, 448.4, 449.1, 449.3, 700.1, 700.2-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13-cü maddələrinə isti nad etməklə əsaslandırmışdır.
50. Həmin qətnamədən ilkin iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun qismən ləğv və iddianın təmin edilməsi xahiş edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki icraat
51. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-129/2022 nömrəli qətnaməsi ilə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 09 iyun tarixli, 2-2(113)-156/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Məmmədov və R.Qurbanov).
52. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 372.6-cı maddəsinə istinad edərək, ilk növbədə apellyasiyanın hədləri ilə bağlı göstərmişdir ki, məhkəmə qətnamənin əsaslılığını İddiaçı MMC-nin iddias ının təmin edilməyən, yəni müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsindəİddiaçı MMC-yə vurulmuş maddi zərərə görə 70.120 manat, əldə edəcəklərigəlirlərdən məhrum olduqlarına görə 510.000 manat məbləğində pulun tutulmasına dair tələblərinin rədd edildiyi hissədə yoxlayanılır.
53. Həmin məhkəmə yoxlanılan hissədə məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasların olmaması nəticəsinə gəlmiş və göstərmişdir ki, işin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 925,6 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsini icarəçiyə-ilkin iddiaçıya aylıq icarə haqqı 7.000 manat olmaqla 10 il müddətinə (10 yanvar 2029-cu il tarixədək) icarəyə verilmişdir. Obyekt 2020-ci il 28 may tarixinəədək sonuncunun icarəsində olmuş, həmin tarixdə icarəçi icarəyə götürdüyü obyekti avadanlıqları ilə birlikdə tərk etmişdir.
54. İş üzrə qəbul edilmiş qətnamənin ilkin iddiaçı tərəfindən mübahisələndirilməyən hissəsindən görünür ki, məhkəmə ilkin iddiaçının 2020-ci ilin iki ayı və may ayının 18-dək cavabdehə icarə haqqı ödənilmədiyini müəyyən edərək, qarşılıqlı tələb üzrə qeyd edilən dövr üçün 15.866,66 manat icarə haqqı borcunu tutmuşdur. Tərəflər arasında icarə münasibətlərinə faktiki xitam verildiyini nəzərə alaraq məhkəmə cavabdehin (qarşılıqlı iddiaçının) 2019-cu il 10 yanvar tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə tələbini təmin etmişdir.
55. İcarə müqaviləsinin 11.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə tərəflərin yalnız qarşılıqlı razılığı ilə vaxtından əvvəl ləğv edilə bilər. Müqavilənin 2.2-ci bəndində icarə haqqının hər ayın 15-də ödənilməsi nəzərdə tutulmuşdur. İşin materiallarındakı 2020-ci il 4 mart tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə icarə verilmiş obyekti digər şəxsə satması ilə əlaqədar xəbərdarlığın alındığı gündən 1 ay sonra müqaviləyə xitam verdiyini qeyd edərək sahəni boşaldaraq təhvil verməyi xahiş etmişdir.
56. İlkin iddiaçı 2020-ci il 07 mart tarixli cavab məktubunda icarəyəverənə belə bir hüququnun olmadığını bildirərək sahəni tərk etməkdən imtina etmiş, 2020-ci ilin mart və aprel aylarında icarəyə götürülmüş obyektdə fəaliyyət göstərməyə davam etmiş, 2020-ci ilin may ayının sonlarında obyekti tərk etmişdir. İcarəyəverənə ünvanlanmış 2020- ci il 15 mart tarixli məktubunda ilkin iddiaçı qeyd etmişdir ki, ölkə ərazisində koronovirus pandemiyasının yayılması ilə əlaqədar fors-major hal baş verdiyindən icarə haqqı ödənilməsi ilə bağlı öhdəliyin icrası dayandırılır. İcarəyəverən 2020-ci il 6 aprel tarixli cavab məktubunda icarə haqqı ödənişinin dayandırılmasının müqavilə şərtinin pozulması olduğunu, klinika fəaliyyətini davam etdirdiyi üçün pandemiyanın forsmajor olmadığı qeyd edilərək ödənişin dayandırılmasına etiraz etmişdir.
57. Məhkəmə ilkin iddiaçının bu mülahizəsi ilə razılaşmışdır ki, icarəyəverənin sahəni özgəninkiləşdirməsi əsası ilə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ olmamışdır. Lakin məhkəmə eyni zamanda hesab etmişdir ki, ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilmiş k arantin rejimi ilə bağlı qaydalarda klinikaların fəaliyyətinin dayandırılması nəzərdə tutulmadığından ilkin iddiaçıya icarə haqqı ödənişini dayandırmaq hüququ verən fors major hal baş verməmişdir. İcarə haqqı ödənişlərinin 3 ay ardıcıl həyata keçirilməməsi isə icarə müqaviləsinin 11.4-cü bəndində icarəyə verənə birtərəfli qaydada müqaviləyə xitam vermək hüququ verən əsas kimi nəzərdə tutulmuşdur.
58. İlkin iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin 9.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2, 1096, 1097.1-ci maddələrinə istinad edərək icarəyəverən tərəfindən ona vurulmuş maddi zərərin və icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi əsası ilə əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir.
59. İşə apellyasiya instansiya məhkəməsində baxılar kən ilkin iddiaçının nümayəndəsi vurulmuş maddi zərər tələbi ilə bağlı məhkəməyə sənədlər təqdim etmiş və bildirmişdir ki, təqdim olunan sənədlər müəssisən mühasibində olmuş, mühasib isə Covid-19 virusuna yoluxduğundan qeyd olunan sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır.
60. Məhkəmə MPM-nin 372.2.-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfin birinci instansiya məhkəməsinə təqdim etmədiyi sübutlar apellyasiya mərhələsində qəbul edilə bilməz. İşin materiallarından görünür ki, iddia ərizəsi 2020-ci il 03 iyul tarixində məhkəməyə daxil olmuş, 2021-ci il 09 iyun tarixində məhkəmə işə mahiyyəti üzrə baxılmasını yekunlaşdıraraq qətnamə qəbul etmişdir. İlkin iddiaçının mühasibinin bütün bu müddət ərzində xəstə olması və bu səbəbdən s ənədləri təqdim etmək imkanı olmaması inandırıcı olmadığından məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası mərhələsində təqdim edilmiş sənədlərin sübut kimi qəbul edilməsi üçün qanuni əsas mövcud deyil.
61. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 9.4-cü bəndində qeyd edilir ki, bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar.
62. İlkin iddiaçı iddia edir ki, icarəyəverənin göstərişi ilə 2020-ci il 18 may tarixində klinikanın işıqları söndürüldüyü üçün həmin tarixdən fəaliyyət göstərə bilməmiş, bu səbəbdən obyekti tərk edərək icarə münasibətlərinə vaxtından əvvəl xitam verməyə məcbur olmuşlar. Buna görə də icarəyəverən vurulmuş zərərin əvəzini, o cümlədən obyektə çək ilmiş təmir xərclərinin əvəzini ödəməlidir.
63. İlkin iddiaçının pul tələbinin 26.150 manat hissəsi icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə əlaqədar icarəyə götürülmüş obyektdə təmir və bərpa xərclərinin icarəyəverəndən onun xeyrinə tutulması barədədir. İcarəçinin icarəyə götürülmüş əmlakın yaxşılaşdırılması ilə əlaqədar çəkdiyi xərclərlə bağlı məsələlər “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə tənzimlənir.
64. Qanunun 9-cu maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. İcarəy əverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.
65. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.3-cü bəndində “icarəyə verən” “icarə sahəsi”nin içərisində olan avadanlıq, qurğu, cihaz və əşyaları azad şəkildə, icarə müqaviləsi üzrə istifadəyə yararlı vəziyyətdə icarəçiyə təhvil verir. Müqavilənin 8.4cü bəndində qeyd edilir ki, tərəflər razılaşırlar ki, icarəçi icarə sahəsini müvafiq təhvil təslim aktında qeyd olunan təmirli şəkildə icarəyəverəndən qəbul edir, bundan sonra isə icarə sahəsinin daxilində olan cari təmir işləri onların qarşılıqlı razılığı ilə həyata kçeriləcəkdir.
66. İşin materiallarından görünür ki, İddiaçı MMC 2019-cu il 10 yanvar tarixli icarə müqaviləsi bağlananadək icarəyə verilmiş ünvan 1 ünvanında fəaliyyət göstərmiş və ona həmin obyektdə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün 2017-ci il 21 dekabr tarixində lisenziya verilmişdir (iş mat. 1-cild 125-ci vərəq).
67. İşin materiallarının 1-ci cildinin 121-ci vərəqinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2019-cu il 18 aprel tarixli məktubundan görünür ki, İddiaçı MMC 2019-cu il 12 mart tarixində əlavə tibb xidmətləri ilə əlaqədar lisenziya verilməsi üçün Nazirliyə müraciət etmiş, həmin tibbi xidmətlərə lisenziya verilməsi üçün obyektdə zəruri dəyişiklər həyata keçirilməli olduğundan lisenziya verilməsindən imtina edilmişdir. Bundan sonra ilkin iddiaçı 2019-cu il 19 aprel tarixində "xxxx" MM C ilə podrat müqaviləsi bağlamış və əlavə tibbi xidmətlərə görə lisenziya alınması üçün icarəyə verilmiş obyektdə görüləcək işlərin dəyəri 28.025 manat müəyyən edilmişdir. 17 iyun 2019-cu il tarixli təhvil aktında qeyd edilir ki, 19 aprel 2019-cu il tarixli podrat müqaviləsinə əsasən 17 iyul 2019-cu il tarixinədək ƏDV daxil ümumilikdə 26.150 manat dəyərində ünvan 2 ünvanında yerləşən İddiaçı MMC klinikasında təmir işləri görülmüşdür.
68. Bu məbləğin İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 işə apellyasiya qaydasında baxılarkən 2022-ci il 22 mart tarixli məhkəmə iclasında bildirmişdir ki, obyektin təmirinə 26.100 manat xərc çəkilmiş, həmin məbləğin cəmi ¼ hissəsi, yəni 5000 manat ödənilmiş, ödəniş nağd olaraq həyata keçirilmişdir.
69. Təqdim edilmiş sübutlara əsasən həmin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, obyekt İddiaçı MMC-yə təmirli və istifadəyə yararlı vəziyyətdə təhvil verilmişdir. Əks halda klinikaya 2017-ci ildə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməzdi. Eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin icarəyə götürdüyü obyektdə 2019-cu ildə gördüyü təmir işlərinin məqsədi obyektin vəziyyətinin yaxşılaşdırılması deyil, klinikanın əlavə tibb xidmətləri ilə məşğul olması üçün lisenziya alması ilə bağlı olmuşdur. Bu işlərin dəyəri icarəyəverəndən MM-nin 424.5-ci maddəsinə əsasən o halda tutula bilər ki, icarəçi müqavilə üzrə öhdəliklərinə riayət edərək icarə haqqı ödənişlərini vaxtlı-vaxtında həyata keçirildiyi halda onun icarəyə götürülm üş obyektdə fəaliyyətinə icarəyəverən tərəfindən maneə yaradıldığı mötəbər sübutlarla təsdiq edilmiş olsun (bax aşağıda «Tətbiq edilən hüquq»). 70. "xxxx" ASC-nin MMC-nin direktoruna ünvanlanmış 2021-ci il 29 dekabr tarixli məktubunda qeyd edilmişdir ki, icarəyə götürülmüş obyektə texniki şərt verilmədiyindən, obyektin qeydə alınmış elektrik sayğacı olmadığından göstərilən müddətdə həmin ünvanda elektrik enerjisinin "xxxx" ASC tərəfindən dayandırılıbdayandırılmaması barədə məlumat qeydə alınmamışdır. 2020-ci il 18 mart tarixində icarəyə götürülmüş obyektin elektrik təchizatının kəsildiyinə dair iş materiallarının 52-ci vərəqinə əlavə edilmiş Yasamal RPİ-nin 29-cu PŞ- nin sahə inspektoru A.Quliyevin arayışı, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 (klinikanın həkimi), X1 (klinikanın həkimi) ifadələri, Klinikanın işçiləri tərəfindən tərtib edilmiş akt mövcud olsa da "xxxx" ASC-nin 2021-ci il 19 mart tarixli məktubunda qeyd edilmişdir ki, 2020-ci il 18 may tarixində ilkin iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin elektrik enerjisi dayandırılmamışdır.
71. Məhkəmə hesab etmişdir ki, 2020-ci ilin may ayında icarəyə verilmiş obyektin elektrik enerjisinin icarəyəverənin göstərişi ilə kəsildiyinə dair MMC tərəfindən həkim A.Məhərrəmovanın şahid ifadəsindən başqa digər sübut təqdim edilmədiyindən, işdə elektrik enerjisinin hansı mənbədən kəsilməsi barədə "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş akt və digər hər hansı mötəbər sübut mövcud olmadığından “ilkin iddiaçının icarəyə götürülmüş obyektdə fəaliyyətini dayandırmasında icarəyəve rənin təqsirli olduğu sübut edilmir. Buna görə də iddiaçının müqavilə şərtlərinin icarəyəverən tərəfindən pozulması əsası ilə dəymiş maddi zərərin tutulması tələbinin rədd edilməsinə dair məhkəmənin mövqeyi qanuni və əsaslı hesab edilir.
72. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, icarə sahəsinin elektrik təchizatının kəsilmə səbəbinin aydınlaşdırılması üçün ilkin iddiaçı "xxxx" ASC- dən mütəxəssis dəvət etməmiş, yaranmış problemin aradan qaldırılması üçün icarəyəverənə rəsmi müraciət etmədən, icarə götürdüyü sahədə fəaliyyətinə yaranmış maneələrin aradan qaldırlması üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmədən obyekti tərk edərək icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı icarəyəverənin təklifi ilə razılaşmışdır.
73. Həmin qətnamədən ilkin iddia çı tərəfindən 2022-ci il 31 may tarixində kassasiya şikayəti verilərək, onun mübahisələndirilən hissəsində ləğv, ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
74. «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 9 və 15-ci maddələrinin, icarə müqaviləsinin 1.2, 5.4.1, 5.4.2-ci bəndlərinin tələbləri pozulmuşdur-məhkəmə qeyd olunan Qanunun bu normalarının tələblərini pozmaqla, birinci instansiya məhkəməsi ilə eyni mövqedən çıxış edərək klinikanın fəaliyyət göstərməsi üçün lisenziya ilə bağlı ödənilmiş 1.150 manat dövlət rüsumunun, icarəyə götürülmüş sahənin lisenziya komissiyasının tələblərinə uyğun vəziyyətə gətirilməsi üçün 26.150 manat təmir-tikinti xərcin in ödənilməsi barədə tələbini təmin etməmişdir. Məhkəmə iddia tələbinin bu hissəsinin ödənilməməsini onunla əsaslandırmışdır ki, həmin məbləğin MMC tərəfinədən "xxxx" MMC-yə ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. MMC-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən 2022-ci il 2 mart tarixli məhkəmə iclasında obyektin təmirinə 26.100 manat xərc çəkildiyini, həmin məbləğin cəmi ¼ hissəsinin, yəni 5.000 manatının ödənildiyini, ödənişin nağd olaraq həyata keçirildiyini bildirmişdir. Lakin işin məhkəmədə araşdırılan halları ilə də müəyyən olunur ki, 2019-cu il 10 yanvar tarixində MMC ilə ilk iddia üzrə cavabdeh arasında icarə müqaviləsi bağlanmış, MMC obyekti icarəyə götürən zaman 4 həkim ixtisası üzrə tibbi xidmət göstərilmişdir ki, daha sonra əlavə ixtisasla rın (lisenziyanın) alınması üçün müraciət edilsə də, həmin ünvanda yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi zamanı müəyyən olunmuş çatışmazlıqlara görə lisenziya əlavəsinin verilməsindən imtina olunmuşdur, qeyd olunan çatışmazlıqlar aradan qaldırılmaq üçün klinikanın daxilində təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün podratçı şirkətlə müqavilə bağlanmışdır. 2019-cu il 17 iyun tarixində ƏDV daxil, ümumilikdə 26.150 manat dəyərində ünvan 4 ünvanında yerləşən MMC-nin klinikasında təmir işləri görülmüşdür. Bundan sonra 2019-cu il 27 iyun tarixdə MMC-yə özəl tibb fəaliyyətinin abmulator xidməti üzrə əlavə işlərin görülməsinə icazə verilmiş və daha 9 ixtisas üzrə əlavə lisenziya alınmışdır. Bütün bunlar “Florence Clinic" MMC ilə podratçı-"xxxx" MMC arasında bağlanmış və məhkəməyə t əqdim edilmiş 2019-cu il 19 aprel tarixli podrat müqaviləsi və smeta cədvəli, 2019-cu il 17 iyun tarixli təhvil aktı və 2019-cu il 27 iyun tarixli lisenziya əlavəsi ilə təsdiq edilsə də, işə baxan məhkəmələr onları mötəbər sübut kimi qəbul etməmişdilər.
75. Klinikanın özəl tibb fəaliyyəti göstərməsi üçün lisenziyanın alınmasına görə rüsumun ödənilməsi «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 22-ci maddəsində nəzərdə tutulmuşdur. Rüsumun ödənilməsi haqqında qəbz məhkəməyə təqdim edilmişdir. Həmin lisenziya əlavəsində icazə verilən işlərin siyahısından görünür ki, ambulator tibbi xidmət üzrə klinik (2.34.1) və klinik-biokimyəvi (2.34.2) olmaqla laboratoriya fəaliyyətinin də olması, tibb müəssisəsində tibbi reaktivlərin olmasını zəruri etmişdir ki, xəbərdarlıq edilmədən elektr ik enerjisinin dayandırılması onların yararsız hala düşməsini və iddiaçıya 12.520 manat dəyərində ziyan dəyməsini qaçılmaz etmişdir.
76. Klinikanın yeni ünvanda fəaliyyətini bərpa etmək məqsədi ilə başqa yerə çıxıb getməməsi üçün klinikada fəaliyyət göstərən 25 nəfərədək müxtəlif ixtisaslı həkim və köməkçi personalın işsiz qaldığı dövrdə onlara ümumilikdə 6.300 manat pulun ödənilməsi həmin şəxslər tərəfindən təsdiq edilə bilərdi, lakin məhkəmə bu halın araşdırılmasında da obyektivlik göstərməmişdir.
77. Azərbaycan Respublikası MPM-in 421 və 424-cü maddələrinin tələbləri pozulmuşdur- məhkəmə 2020-ci il 18 may tarixdə icarəyə götürülmüş obyektin elektrik təchizatının kəsildiyinə dair işin materiallarında olan Yasamal RPl-nin 29-cu PŞ-nin sahə inspektoru A. Quliyevin arayışına, birinci instan siya məhkəməsində şahid qismində dindirilmiş A. Məhərrəmovanın və F. Məhərrəmovun (klinikanın həkimləri) ifadələrinə, Klinikanın işçiləri tərəfindən tərtib edilmiş akta istinad etsə də, “Azərişıq" ASC-nin 2021-ci il 19 mart tarixli məktubunu yanlış izah etməklə, MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinin elektrik enerjisinin dayandırılmadığı qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, məktubda klinikanın elektrik enerjisinin "xxxx" ASC tərəfindən dayandırılmadığı qeyd edilmişdir ki, bu da həmin obyektdə elektrik enerjisinin icarəyəverən tərəfindən dayandırıldığını bir daha təsdiq edir. Lakin, məhkəmə yuxarıda göstərilən hüquq normalarının tələblərinə zidd olaraq icarəyəverən tərəfindən müqavilənin ləğv edilməsini qəbul etməyərək, onun təqsirli hərəkəti nəticəsində dəyən zə rərin əvəzinin ödənilməsi barədə iddia tələbini təmin etməmişdir.
78. Azərbaycan Respublikası MM-nin 1096.1-ci, 1096.2-ci və 1097.1-ci maddələrinin tələbləri pozulmuşdur-tərəflər arasında olan 2019-cu il 10 yanvar tarixli icarə müqaviləsinin 1.2-ci maddəsinə əsasən “İcarə sahəsi” “İcarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi məqsədilə klinika kimi istifadə olunmaq üçün bir aylıq icarə haqqı 7.000 (yeddi min) manat olmaqla (2.1) və 10 (on) il müddətinə müqavilə bağlanılmaqla (3.1) icarəyə götürülmüşdür. Özəl tibb xidmətinin göstərilməsi üçün əvvəlcə MMC-nin təsis payı alınmış, “İcarəyə verənlə təsisçi arasında 10 il müddətinə icarə müqaviləsi bağlanmış, daha 9 ixtisas üzrə əlavə lisenziya alınmış, hazırlanmış biznes plana uyğun olaraq 18 aydan sonra digər xərclər çıxilmaqla hər ay 5.000 (beş min) manat gəlir əldə edilməsi nəzərdə tutulmuşdur ki, 8 il 6 ay (102 ay) müddət üçün 510.000 manat gəlirin əldə edilməsi tamamilə mümkündür. 79. 2019-cu il 10 yanvar tarixli icarə müqaviləsinə görə icarəçinin müqavilənin qüvvədə olduğu müddət ərzində “İcarə sahəsi”-dən onun təyinatına uyğun olaraq fasiləsiz və maneəsiz istifadə etmək hüququ (5.4.1), lakin icarəyə verənin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ olmadığı halda (11.3-cü maddə istisna olmaqla), heç bir əsas olmadan müqaviləyə xitam verilməsini və icarə sahəsinin boşaldılmasını tələb etməsi və nəhayət binanın kommunal strukturlarına xidmət edən şəxslərin onun tabeçiliyində olmasına görə üstün mövqeyindən istifadə edərək klinikanın elektrik enerjisinin dayandırılm ası tamamilə qanunsuz olmuşdur ki, nəticədə iddiaçıya yuxarıda qeyd edilən real zərərlərlə yanaşı, əldən çıxmış faydaya görə 510.000 manat ziyan dəymişdir. İcarə müqaviləsinin 9.4-cü maddəsinə əsasən bu müqavilənin şərtlərinin pozulması və lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülkihüquqi məsuliyyət daşıyırlar.
80. Lakin məhkəmə bu məsələni də obyektiv araşdırmamış tərəflər arasında olan yazışmalarla “İcarəyə verən”in icarə müqaviləsini ləğv etmək niyətinin 2020-ci ildən başlandığı sübut edilsə də, məhkəmə bunu “İcarəçi" tərəfindən 2020-ci ilin mart, aprel və may aylarında icarə haqqının ödənilməməsi ilə əlaqələndirmiş, klinikanın elektrik enerjisinin dayandırılmasına görə “İcarəyə verənin təqsirli, hüquqazidd hərəkətinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.
81. Belə ki, 2020-ci il 18 may tarixində klinikanın elektrik enerjisinin qanunsuz dayandırılması “İcarəyə verən” tərəfindən həyata keçirildiyi və “İcarəçi”yə dəymiş zərərə birbaşa səbəb olduğu halda, məhkəmə klinikanın yerləşdiyi qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsinin dayandırılması barədə “Azərişıq" ASC-nin 2021-ci il 19 mart tarixli məktubunu yanlış şərh etməklə və yuxarıda göstərilən maddi hüquq normalarını pozmuş və əldən çıxmış 510.000 manat məbləğində fayda ilə əlaqədar mötəbər sübutun təqdim edilməməsi ilə əlaqədar yanlış nəticəyə gəlmişdir.
82. Apellyasiya instansiyası məhkəməsi təəfindən həmçinin MPM-nin 88 və 372.1-ci maddələrinin tələbləri pozulmuşdur. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
83. Kassasiya şikayətinə qarşı etiraz d axil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
84. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
85. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ilkin iddianın təmin olunmadığı hissədə yoxlanılacaqdır.
86. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ü çün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
87. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” 88. “İcarə haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuş dur: “Maddə
9. İcarə zamanı mülkiyyət...
5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.
6. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.” “Maddə
15. İcarəçinin əmlak hüquqlarının müdafiəsi
1. İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanuns uz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.
2. İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir.
3. İcarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər”.
89. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir”. IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 90.Məhkəmə kollegiyası ilkin iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 91. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş ki mi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı). 92.İlk növbədə qeyd edilməlidir ki, apellyasiyanın həddlə rinə və kassasiya şikayətinin məhkəmə aktının mübahisələndirildiyi hissəyə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı ilkin iddiaçının iddiasının təmin edilməyən, yəni müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsindəvurulmuş maddi zərərə görə 70.120 manat, əldə edəcəklərigəlirlərdən məhrum olduqlarına görə 510.000 manat məbləğində pulun tutulmasına dair tələblərin rədd edildiyi hissəsində yoxlanılır.
93. Məhkəmə kollegiyası yoxlanılan hissədə ilkin iddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə eyni olan olan dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda §§ 53-72).
94. İlkin iddiaçının § 74-də göstərilən dəlilləri ilə bağlı Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, icarə sahəsi ilkin iddiaçıya təmirli və istifadəyə yararlı vəziyyətdə təhvil verilmiş, 2019-cu ildə ilkin iddiaçının gördüyü təmir işlərinin məqsədi obyektin vəziyyətinin yaxşılaşdırılması deyil, klinikanın əlavə tibb xidmətləri ilə məşğul olması üçün lisenziya alması ilə bağlı olmuşdur.
95. İlkin iddiaçının tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.4.2-ci maddəsinə əsasən qeyd olunan yaxşılaşdırmaları aparmaq hüququnun olmasına dair kassasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, icarə müqaviləsinin sözügedən bən dinə görə (bax yuxarıda §2) icarəçi icarə sahəsində əlavə qurğular və avadanlıqlar quraşdıra, kiçik konstruktiv yenidənqurma işləri aparmaq hüququna malikdir.
96. İcarəçinin qeyd olunan müqavilə bəndinin tələbləri baxımından icarə sahəsindən quraşdırdığı qurğular və avadanlıqlarla bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Yenidənqurma işlərinə gəldikdə, müqavilə şərti tərəflərin bununla bağlı akt tərtib etmələrini, başqa sözlə həmin işlərin görülməsinin qarşılıqlı surətdə razılaşdırılmasını müəyyən edir.
97. İşin faktiki hallarını araşdıran məhkəmələrə isə belə aktın təqdim olunması işin materialları ilə müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddiaçının icarəyə götürülmüş obyektdə konstruktiv dəyişikliklər edilməsinə çəkilmiş xərclərin icarəyəverəndən tutulması tələbinə «İcarə haqqında» Qanunun 9-cu maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir, ilkin iddiaçının kassasiya şikayətinin «İcarə haqqında» Qanunun 9 və 15-ci maddələrinin, icarə müqaviləsinin 5.4.1 və 5.4.2-ci bəndlərinin pozulmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
98. Kassasiya şikayətinin §77-78-də göstərilən dəlilləri ilə bağlı nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 11.3-cü bəndinə görə, icarə haqqı ödənişləri 3 ay ardıcıl həyata keçirilmədikdə, icarəyə verənин birtərəfli qaydada müqaviləyə xitam vermək hüququ təsbit olunmuşdur.
99. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf mü qavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-nin 424.5-ci maddəsi).
100. MM-nin 424.5-ci maddəsinin baxılan işin müəyyən edilmiş hallarına tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinə görə ziyan o halda tutula bilər ki, icarəçi müqavilə üzrə öhdəliklərinə riayət edərək icarə haqqı ödənişlərini vaxtlı-vaxtında həyata keçirildiyi halda onun icarəyə götürülmüş obyektdə fəaliyyətinə icarəyəverən tərəfindən maneə yaradıldığı mötəbər sübutlarla təsdiq edilmiş olsun.
101. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddiaçı tərəfindən mübahisələndirilməyən hissəsindən göründüyü kimi, ilkin iddiaçının 2020-ci ilin mart, aprel ayı və icarəçinin icarə sahəsini tərk etdiyi may ayının 18-dək icarə haqqını ödəməməsi müəyyən edilmiş, həmin dövr üçün 15.866,66 manat icarə haqqı borcu ilkin iddiaçıdan icarəyəverənin (cavabdehin) xeyrinə tutulmuşdur.
102. İlkin iddiaçı icarə sahəsində elektrik enerjisinin cavabdeh tərəfindən kəsilməsinə istinad etsə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olaraq sübutetmə vəzifəsi daşıyan ilkin iddiaçı bu barədə mötəbər süбutları təqdim edə bilməmişdir (bax yuxarıda § 70-71).
103. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və MPM-nin 407.2 və 416-cı maddəsinin tələbləri baxımından hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araş dırma aparılmır, onlara qiymət verilmir.
104. İlkin iddiaçı kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillər hissəsində MPM-nin 88 və 372.1-ci maddələrinin mətnlərinə istinad etmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yol verilən pozuntunun nədən ibarət olmasını göstərməmişdir. 105.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 106.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-129/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov V.T.Həsənov