Məhkəmə qərarları › İş №2-2(102)-575/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-575/2019

27.12.2019 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-575/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR (Açar sözlər: sayğaca müdaxilə; əlavə enerji sərfiyyatının hesablanması; yoxlamanın reyestrdə qeydiyyatdan keçməməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi hakim), Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi, borcun silinməsi və ödənilmiş pul vəsaitinin istifadə ediləcək elektrik enerjisinin dəyərinə aid edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası nın 16 oktyabr 2019-cu il tarixli, e-2-2(103)-709/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MMCnin mülkiyyətində olan və cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, BakıSumqayıt şosse yolunun 16-cı km-də, Xırdalan şəhəri ərazisində yerləşən “Riyad” Ticarət Mərkəzinə əlavə hesablanmış 11.883,24 manat məbləğində enerji borcunun silinməsi, həmin borcla əlaqədar İddiaçı MMC tərəfindən ödənilmiş 11.883,24 manat pul vəsaitinin “Riyad” Ticarət Mərkəzində istifadə edilən və gələcəkdə istifadə ediləcək elektrik dəyərinə aid edilməsi barədə iddia əri zəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 30.01.2002-ci il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrində qeydiyyata alınmışdır və ********** dövlət qeydiyyat №-li VÖEN verilmişdir. Fəaliyyətə başladığı tarixdən İddiaçı MMC bütün ödənişləri vaxtlı-vaxtında ödəmiş, o cümlədən sərf olunan elektrik enerjisinin dəyəri də vaxtında və tam ödənilmişdir. Lakin buna baxmayaraq cavabdehin əməkdaşları tərəfindən 18.01.2019-cu il tarixdə əsassız olaraq istehlakçı İddiaçı MMC barəsində 017872 saylı Akt tərtib edilmişdir. Həmin Akta qeyd olunmuşdur ki, "18.01.2019-cu il tarixli 110/10 kvt-hıq Əliağa Vahid y/s-da yazılmış qüsur aktına əsasən məlum ol du ki, 22.12.2018-ci il tarixindən 110/10 kvt-luq Ər-Riyad №2 çıxış kabel xətti şəbəkəyə qoşularaq elektrik enerjisini istehlak etmişdir. Lakin (1********) №-li sayğac dövrəyə düzgün qoşulmama səbəbindən dövrədən axan yükü qeydə almamışdır. Axan yük tərəfindən ölçüldü. Uçot şöbəsinin protokoluna 31.12.2018-ci il tarixdən 18.01.2019-cu il tarixinə y/snın daxili balansına uyğun olaraq müvafiq hesabat aparılsın.” Bundan sonra, “xxxx” ASC tərəfindən 24.01.2019-cu il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinə görə 52496 və 31.01.2019-cu il tarixli ********* saylı hesab ödəniş vərəqəsinə görə 79540 əlavə sərfiyyat qeydə alınmış və İddiaçı MMC-yə əsassızolaraq 11 883,24 manat borc hesablanmışdır. Xüsusi ilə qeyd olunur ki, bu birinci hal deyil və cavabdeh tərəfindən İddiaçı MMC-yə istifadə olunan elektrik enerjisi haqqı artıq olaraq bir necə dəfə də hesablanmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 19.11.2018-ci il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinə görə İddiaçı MMC-yə 17.10.2018-ci il tarixdən 19.11.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enejisi haqqının ödənişi üçün 35 460 manat borc hesablanmışdır. İddiaçı MMC-nin rəhbərliyi borc məbləğinin yüksək olması ilə bağlı şifahi iradını bildirdikdən sonra həmin borc məbləği 19.11.2018-ci il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinə görə 20 520 manata qədər azaldılaraq texniki səhf olunduğu bildirilmişdir. Bundan əlavə bildirilir ki, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı-Sumqayıt şosse yolunun 16-cı km-də yerləşən, Xırdalan şəhəri ərazisində yerləşən “Riyad” Ticarət Mərkəzinin elektrik enerj isi 05.03.2019-cu il tarixdə İddiaçı MMC-nin borcu olmadığı halda, “xxxx” ASC tərəfindən heç bir xəbərdarlıq edilmədən, səhər saat 09:00 radələrində elektrik enerjisinin verilişi dayandırılmışdır. Hal-hazırda İddiaçı MMC-nin mülkiyyətində olan ticarət mərkəzində 103 nəfər fiziki şəxs işçi olaraq çalışır. Buna baxmayaraq “xxxx” ASC dəfələrlə, heç bir əsas olmadan, qərəzli olaraq 103 nəfər şəxsin işlədiyini nəzərə almadan, o cümlədən içərisində ərzaq malları satışı və s. iaşə obyektləri olan ticarət mərkəzinin işıqlarını artıq 4-cü dəfədir ki, kəsirlər. İddiaçı MMC-də 103 nəfər işçisinin olmasını, Ticarət Mərkəzində digər sahibkarlıq fəaliyyəti göstərən obyektlərinin olmasını, elektrik enerjisinin təcili bərpa edilməsini nəzərə alaraq məhkəmə mübahisəsinə qədər Cavabdeh ASC tərəfindən suni yaradılmış və əsassız hesablanmış 11 883,24 manat borc məbləğini "İddiaçı” MMC cəmiyyətin iş ahəngi pozulmasın deyə məcbur olub ödəmişdir. Göründüyü kimi, cavabdehin əməkdaşlarının və vəzifəli şəxslərinin elədikləri “texniki səhvlərin” ucbatından İddiaçı MMC-yə 11 883,24 manat məbləğində maddi ziyan çəkmişdir. Bundan başqa, cavabdehin əməkdaşları tərəfindən “X2 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılsa da, həmin yoxlama yoxlamaların vahid reyestrində qeydə alınmamışdır və qanunvericiliyin bu tələbləri də cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsinin 13.06.2019-cu il tarixli, e-2-2(81)-671/2019 saylı (sədrlik edən hakim F.Mədətli) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan və cəmiyyətin sahib karlıq fəaliyyəti ilə məşğul olduğu, Bakı-Sumqayıt şosse yolunun 16-cı km-də, Xırdalan şəhəri ərazisində yerləşən “Riyad” Ticarət Mərkəzinə əlavə hesablanmış 11.883,24 manat məbləğində enerji borcunun silinməsi, həmin borcla əlaqədar İddiaçı MMC tərəfindən ödənilmiş 11.883,24 manat pul vəsaitinin “Riyad” Ticarət Mərkəzində istifadə edilən və gələcəkdə istifadə ediləcək elektrik enerjisinin dəyərinə aid edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiy a instansiyası məhkəməsi) 16.10.2019-cu il tarixli, e-2-2(103)-709/2019saylı (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev vəC.Yusifov) qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 13.06.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, akta əsasən iddiaçı ilə yenidən hesablaşmanın aparılması «X1 Qaydaları»nın 8.15 və 8.17-ci bəndlərinin tələblərinə əsaslanmışdır. Belə ki, «X1 Qaydaları»nın 8.15-ci bəndinə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elekt rik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. «X1 Qaydaları»nın 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxili ndə yenidən hesablaşma aparılmalıdır. Aktda göstərilən hal (sayğac düzgün qoşulmadığı üçün dövrədən axan yükü qeyd etmir) «X1 Qaydaları»nın 8.17-ci bəndində nəzərdə tutulan pozuntu hallarından uçot cihazlarının qoşulma sxemlərinin pozulması halını ifadə etmiş, nəticədə elektrik enerjisinin uçotu səhv aparılmışdır. Belə olan halda, məhkəmə mübahisəyə «X1 Qaydaları»nın 8.15 və 8.17-ci bəndlərini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq düzgün tətbiq etməmiş və bununla maddı hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsassız olaraq «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının m üdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunlarının, həmçinin «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamənin və «X1 Qaydaları»nın 8.34-cü bəndinin müddəalarını tətbiq etmişdir. Belə ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və «X1 Qaydaları»na riayət olunması vəziyyətini yoxlamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barəd ə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi Aytəkin Quliyeva məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsiisə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2019-cu il tarix li qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyas iya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 16 oktyabr 2019cu il tarixli, 2-2(103)-709/2019 saylı qətnamə ilə, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2-2(81)-671/2019 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunun 1, 2.1, 2.2, 2.3, 3.1-ci maddələrinə, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1, 3.1, 3.2, 13.1–13.4-cü maddələrinə istinad edərək belə hesab etmişdir ki, hazırkı mübahisəyə baxarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzg ün hüquqi qiymət verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilmiş və iddia təmin edilməklə düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, cavabdeh kasasiya şikayətində yazır ki, «məhkəmə mübahisəyə «X1 Qaydaları»nın 8.15 və 8.17-ci bəndlərini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq düzgün tətbiq etməmiş və bununla maddı hüquq normalarının pozuntusuna yol vermişdir» (yazı üslubu kasasiya şikayətində olduğu kimi saxlanılmışdır). Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız sayır, belə ki, cavabdehin həmin dəlili formal və deklarativ xarakter daşımaqla, əslində sözügedən dəlilin məhkəmənin iş üzrə tətbiq etdiyi maddi hüquq normaları və nəticə etibarı ilə, iş üzrə gəldiyi qənaətl ə səbəbli əlaqəsi yoxdur. Bir daha xatırlatmaq zəruridir ki, həm birinci və həm də apelyasiya instansiyası məhkəmələri iddiaçının iddiasının qanuni və əsaslı olması nəticəsinə gələrkən haqlı olaraq «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanuna və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanuna istinad etmişlər. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır (Qanun 01 noyabr 2015-ci il tarixdən qüvvəyə minmişdir). 2.1-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, gömr ük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfındən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müv afiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 3.1-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüqu qi nəticəsi yoxdur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun (29 avqust 2015-ci il tarixdə qüvvəyə minmişdir) 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər b u cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1–13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, tə krarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Beləliklə, apelyasiya instansiyası məhkəmə si düzgün olaraq belə qənaətə gəlmişdir ki, enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh «xxxx» ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, «X1 Qaydaları»na riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa iddiaçıya məxsus obyektin elektrik uçot komplektini yoxlayaraq, elektrik enerji sayğacının «X1 Qaydaları»nın pozulması adı ilə əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır. Həmçinin, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, «xxxx» ASC-nin əməkdaşları tərəfindən iddiaçının sayğacına və elektrik enerjisi uçotuna baxış keçirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməməsi yoxlamanın nəticələrinin ləğv edilməsi üçün müstəqil əsasdır. Cavabdehin kasasiya şikayətində qeyd etdiyi digər dəlil isə ondan ibarətdir ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və «X1 Qaydaları»na riayət olunması vəziyyətini yoxlamışdır. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir, belə ki, yuxarıda adıçəkilən qanunlarda hər hansı yoxlayıcı orqanlar tərəfindən aparılan yoxlamalar üçün ayrıca istisnalar nəzərdə tutulmamış, yəni, müəyyən edilmiş sözügedən qaydalar hamı üçün məcburi olmaqla, eynidir. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, e-2-2(103)-709/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver