Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-587/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, nisyə satılmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(105)-43/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. S atıcı İddiaçı ilə Alıcı Cavabdeh arasında bağlanmış 2018-ci il 15 yanvar tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsinə əsasən Satıcı “əmlak” adlandırılacaq Müqavilənin 1.2-ci bəndində göstərilən əşyanı (avadanlığı) Alıcıya verməyi, Alıcı isə əşyanı qəbul edib bu Müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə Satıcıya müəyyənləşdirilmiş 143.540 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin Müqavilənin: - 1.2-ci bəndinə əsasən, əmlakın qiyməti və təsviri aşağıdakı kimidir: “İndesit” markalı paltaryuyan-70 ədəd x 408 manat=28560 manat; “Zanussi” markalı paltaryuyan-70 ədəd x 388 manat=27160 manat; “Çinar” markalı soyuducu 140 ədədx335 manat = 46900 manat; “Elektrolux” markalı kondisioner - 9-luq 50 ədəd x 432 manat = 21600 manat; “Zanussi” markalı kondisio ner - 12-lik 40 ədəd x 483 manat =19320 manat; cəmi 143.540 manat. - Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, bu Müqavilə bağlanarkən Alıcı əmlakın ümumi məbləğini 2 ay ərzində ödəyib bitirməyi öz öhdəsinə götürmüşdür. - Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Satıcı Alıcıdan təhvil verdiyi əmlakın dəyərinin vaxtı-vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Bu məqsədlə Satıcı ödənişlərin icra olunmasına müntəzəm olaraq nəzarət edir, ödəniş gecikdirildikdə bu barədə Alıcıya şifahi və ya yazılı xəbərdarlıq edir. - Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, Alıcı əmlakın dəyərini vaxtı-vaxtında ödəməlidir, həmçinin Alıcı Əmlakın dəyərini vaxtından əvvəl də ödəyə bilər. - Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, bu Müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələ r danışıqlar yolu ilə həll edilir. Əks təqdirdə mübahisələrə Azərbaycan Redspublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə baxıla bilər. - Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir. - Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən, Satıcı və Alıcı bu Müqavilə üzrə götürdükləri bütün öhdəliklərini tam və vaxtında həyata keçirdikdən sonra bu müqaviləyə xitam verilə bilər.
3. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müstəntiqinin 2019-cu il 10 may tarixli "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi" barədə qərarının mətninə əsasən, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış olduğu ********* nömrəli cinayət işi üzrə təqsirləndiri lən şəxs qismində cəlb edilmiş Cavabdeh əməlində dələduzluq cinayətinin tərkib əlamətləri istintaq materialları ilə sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmiş və mübahisənin mülki xarakter daşıması qeyd edilməklə, tərəflərə mülki icraat qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
4. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair qəbul edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli 2(005)-3761/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində “tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin mövcud olması, həmin müqavilə üzrə götürülmüş malların bir qisminin dəy ərinin ödənilməsi, hal-hazırda da malların dəyərinin hissə-hissə ödənilməsi və satış adı ilə İddiaçı götürdüyü malların bir qisminin satılaraq sonuncuya qısa zaman ərzində-2018-ci il 6 mart tarixində 17.000 manat, 2018-ci il 16 mart tarixində isə 30.000 manat pul ödənildiyi” qeyd olunmuşdur. 5. 2018-ci il 6 mart tarixli sənədin məzmununa əsasən, İddiaçı Cavabdeh 17.000 manat, 2018-ci il 16 mart tarixli sənədə əsasən İddiaçı Cavabdeh 30.000 manat almış, tarixsiz digər sənədlə Cavabdeh İddiaçı 48.000 manat vermişdir. Hər iki tərəf sənədləri imzalamışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şamaxı rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 7. 935 manatın və ödəniş gününün məzənnəsinə uyğun olaraq 94.622 ABŞ dollarının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi Şəmkir şəhərində yerləşən özünə məxsus “Şəmkir Electronics” mağazasında kompyuter avadanlıqlarının satışı ilə məşğul olmuş və cavabdehi 2012-ci ildən tanımışdır. Cavabdeh 2018-ci il 7 fevral tarixində “Çinar” zavodundan bir ədədi 335 manat olmaqla 140 ədəd soyuducu almışdır. İddiaçı isə cavabdehin göstərişi və mədaxil qəbzləri ilə Bakı şəhərinin Keşlə qəsəbəsində “köhnə ət kombinatı” adlanan ərazidəki saxlanc yerinə göndərmişdir. 2018-ci il 8 fevral tarixində isə cavabdeh iddiaçı tərəfindən bir ədədi 240 ABŞ dolları olmaqla 70 ədəd "İndesit" m arkalı 6 kiloqramlıq paltaryuyan maşınlarını mədaxil qəbzləri ilə Bakı şəhərinin Keşlə qəsəbəsində “köhnə ət kombinatı” adlanan ərazidəki saxlanc yerində qəbul etmişdir. 2018-ci il 14 fevral tarixində isə cavabdeh bir ədədinin qiyməti 228 ABŞ dolları olan "Zanussi ZVSG 710 İV" markalı 40 ədəd paltaryuyanı, bir ədədinin qiyməti 228 ABŞ dolları olan "Electrolux EMS 1064 NAU" markalı 30 ədəd paltaryuyanı, bir ədədinin qiyməti 255 ABŞ dolları olan "Zanussi 09 HP" markalı 50 ədəd kondisioneri və bir ədədinin qiyməti 285 ABŞ dolları olan "Zanussi 12 HP" markalı 40 ədəd kondisioneri mədaxil qəbzləri ilə Bakı şəhərinin Keşlə qəsəbəsində “köhnə ət kombinatı” adlanan ərazidəki saxlanc yerində qəbul etmişdir. Həmin malları gtötürdükdən sonra cavabdeh iddiaçı ilə əlaqə saxlayaraq bildirmişdir ki, həmi n mallara görə pulu 2018-ci il 15 fevral tarixində verəcəkdir. Lakin, cavabdeh ödənişi etməmiş, cavabdehə zəng edib malların pulunu istədikdə isə sonuncu bildirmişdir ki, 140 ədəd televizor versə, iddiaçıya olan bütün borcları ödəyəcəkdir. Bundan sonra iddiaçı, 2018-ci il 6 mart tarixində cavabdehə bir ədədinin qiyməti 178 ABŞ dolları olmaqla 140 ədəd "Vestel 132" markalı televizor göndərmiş və mədaxil qəbzi ilə Bakı şəhərinin Keşlə qəsəbəsində “köhnə ət kombinatı” adlanan ərazidəki saxlanc yerində cavabdeh həmin televizorları təhvil almış və həmin malların pulundan 2018-ci il 6 mart tarixində 17.000 manat və 2018ci il 16 mart tarixində isə 30.000 manat pul ödəmişdir. Lakin, cavabdeh yuxarıda qeyd olunan məişət avadanlıqlarına görə pulu ödəməmişdir. Cavabdehin hazırda 7935 manat və 94622 A BŞ dolları məbləğində borcu vardır və cavabdeh iddiaçıdan götürülmüş malların dəyərini bu günə kimi ödəməmiş və nəticədə də külli midarda ziyan vurmuşdur.
8. Şamaxı rayon Məhkəməsinin 2021-ci il 11 iyun tarixli 2(074)-383/2021 nömrəli qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Həmin mübahisəyə mahiyyəti üzrə baxmış Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli 2(005)-3761/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdehdən 7.935 manat məbləğində pulun, ödəniş gününün məzənnəsinə uyğun 94.622 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 2023cü il 20 fevral tarixli 2(103)-1585/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilmiş və iş kommersiya mübahisəsi olaraq aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
9. İddiaçı məhkəməyə ABŞ dolları ilə tələb olunan pulun Azərbaycan manatı ilə hesablanaraq tələb olunması üçün iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 7.935 manat və 143.540 manat olmaqla, cəmi 151.475 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, 2018-ci il 15 yanvar tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsinin (bundan sonra-“müqavilə”) 1.2-ci bəndində göstərilənlərdən (bax §2) əlavə, cavabdehin idd iaçıya 7935 manat borcu da var. Həmin borc dollarla götürdüyü malların manata nisbətdə olan fərqidir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 2018-ci il 6 mart tarixində 17.000 manat və 2018-ci il 16 mart tarixində 30.000 manat pul verilmişdir. Buna münasibətdə iddiaçı bildirmişdir ki, qeyd edilən cəmi 47.000 manat pul cavabdehə hazırkı müqavilədən kənar verilmiş 140 ədəd “Vestel 132" markalı televizorların dəyəridir. Yəni, cavabdehin 140 ədəd "Vestel 132” markalı televizorlara görə ödədiyi 47.000 manat pulun müqavilə üzrə onun öhdəliyinə heç bir aidiyyəti yoxdur.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, sonuncunun iddiaçıya tələbdə göstərildiyi qədər borcu yoxdur. Ona görə ki, cavabdeh borcun böyük hissəsini qaytarmış və iddiaçıy a cəmi 15.000 manat borcu qalmışdır. Məhkəməyə təqdim edilən ödəniş qəbzləri ilə müəyyən olunur ki, cavabdeh iddiaçıya müxtəlif vaxtlarda 17.000 manat, 30.000 manat, 48.000 manat, 401,2 manat, 282 manat, 303 manat və 400 manat olmaqla, cəmi 96.386,2 manat pul qaytarmışdır. Göstərilən məbləğlərdən də savayı cavabdeh pul qaytarmış, lakin yaşadığı mənzildən köçdüyü üçün müəyyən qəbzləri bu günə kimi tapa bilməmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023cü il 27 oktyabr tarixli 4/1382 nömrəli məhkəmə-xətşünaslıq ekspert rəyinə əsasən, 2018ci il 6 mart tarixli qəbzdə, 2018-ci il 16 mart tarixli qəbzdə və mülki işin 138-ci vərəqində olan tarixsiz qəbzdə “Alan” sözünün qarşısındakı imzalar iddiaçı tərəfindən icra edilmişdir. Həmin qəbzlərin əlyazma mətn ləri və "Verən" sözünün qarşısındakı imzalar isə eyni şəxs tərəfindən icra olunmuşdur.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli 2-2(119)542/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən müqavilə üzrə 143.540 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 143.570 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Sadiqov).
13. Məhkəmə araşdırması zamanı ekspert rəyinin və pul məbləğlərinin verilməsi barədə tərtib edilmiş yuxarıda qeyd olunan məlum kağız parçalarının (bax §10-11) tədqiqi zamanı iddiaçı tərəf bildirmişdir ki, həmin kağız parçaları əvvəlcədən olmuş olsaydı, cavabdeh tərəf bu kağızları cinayət işinin 2019-cu il də aparılan istintaqı zamanı müstəntiqə və yaxud, 2021-ci il 18 fevral tarixindən mülki icraat qaydasında başlanmış mülki iş üzrə məhkəmələrə təqdim edə və ya apellyasiya şikayətində bu barədə qeyd edə bilərdi. Ola bilsin ki, cavabdeh iddiaçının imzasını hansısa sənəddən əldə edib, yəni həmin imzanı hansısa müqavilədən kəsib götürüb, həmin “qəbzlər”i tərtib etmişdir. Elə həmin “qəbzlər”in yazılmış olduğu kağız parçaları və mətnlərin yazılışı da bunu təsdiq edir. Halbuki, iddiaçı tərəf həmin kağızlar olmadan da, məlum cinayət işinin istintaqı zamanı ifadəsində, eləcə də hazırkı iddia ərizəsində və məhkəmədə verdiyi bütün izahatlarında cavabdehin nisyə aldığı “Vestel 132” markalı televizorlara görə 2018-ci il 6 mart tarixində 17.000 manat və 2018-ci il 16 mart tarixində isə 30.000 manat pul ödədiyini və həmin ödənişlərin onların arasında bağlanmış müqavilə əsasında almış olduğu mallara görə yaranmış 143.540 manat məbləğində borcla heç bir əlaqəsi olmamışdır. Çünki, iddiaçı "xxxx" MMC-nin müdiri Əsgərov Əhəd ilə “Vestel” markalı televizorlara görə 2018-ci il 6 mart tarixli müqavilə imzalamış və cavabdehdən də “Vestel” markalı televizorlara görə 47.000 məbləğində pulu alıb Əsgərov Əhədə vermişdir.
14. Eyni zamanda, iddiaçı tərəf məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən 2023-cü il 27 iyul tarixində təqdim edilmiş tarixsiz kağız parçasında qeyd olunmuş 48.000 manat məbləğində pulu da heç bir vaxt almadığını, o cümlədən də cavabdehin bank vasitəsi ilə iddiaçıya hər hansı bir pul ödənişləri etmədiyini və cavabdehin məhkəməyə təqdim etdiyi pul göndərilməsi barədə qəbzlərdə qey d olunan pul məbləğlərinin iddiaçıya verilmədiyini, iddiaçının heç vaxt "xxxx" ASC-də və "xxxx" ASC-də bank hesabı olmadığını və "xxxx" ASC-də isə 2019-cu ildən sonra bank hesabı açdırdığını bildirmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, müqaviləyə əsasən iddiaçı tərəfindən “Electrolux” mağazalarından, "xxxx" QSC-dən və "xxxx" ASC-dən alınmış ümumilikdə cəmi 143.540 manat dəyərində olan və 2018-ci ilin fevral ayının birinci yarısında əlavə olaraq həmin müqavilədə nəzərdə tutulmayan 140 ədəd “Vestel 132” markalı televizor isə "xxxx" mağazasından alınıb 2018-ci il 6 mart tarixində cavabdehə nisyə satılmışdır. İşin bu xüsusatları məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən mübahisələndirilməyərək, öz təsdiqini tapsa da, cavabdeh məhkəmə iclaslarında müqavilə üzrə nisyə aldığı ümumilikdə 143.540 manat dəyərində mallara görə ödənilməyən borcunun cəmi 15.000 manat məbləğində olduğunu bildirərək, bununla bağlı Sumqayıt Kommersiya Məhkəməsində 2023-cü il 27 iyul tarixində keçirilən məhkəmə baxış iclasında məhkəməyə əlyazma mətnlə “2018-ci il 6 mart, X3 17000 AZN aldım, verən, Alan”, “xx.xx.2018, X3 30.000 AZN aldım, verən, Alan” və “X4 Natiqə verdim 48000 AZN, verən, Alan”(tarix yoxdur)” yazılmış üç ədəd qeyr-standart kiçik kağız parçaları təqdim etmişdir.
16. Bundan başqa cavabdeh iddiaçıya 2018-ci il 20 sentyabr tarixində "xxxx" ASC-də "Zolotoya Korona" hesabı ilə 401,2 manat məbləğində, 2019-cu il 11 mart tarixində "xxxx" ASC vasitəsilə 282 manat məbləğində, 2018-ci il 31 may tarixində "xxxx" ASC-nin “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 303 manat məbləğində və 2018-c i il tarixində "Zolotoya Korona" sürətli pul köçürmə sistemi vasitəsilə 400 manat məbləğində pulun göndərilməsi barədə qəbzlər təqdim etmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əlyazma mətnlə (bax §15) yazılmış üç ədəd kiçik kağız hissələrində qeyd olunan pul vəsaitlərinin və müxtəlif bank hesablarından iddiaçının adı qeyd olunmaqla göndərilmiş pul məbləğlərinin cavabdeh tərəfindən iddiaçıya məhz müqavilə üzrə ödənilməsi təsdiq olunmamışdır.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, məlum kağız parçalarında 17.000 manatın və 30.000 manatın alınması barədə məlumatlar hələ cavabdeh tərəfindən bu kağızda olan qeydlər təqdim edilmədən əvvəl, yəni bu mübahisənin hüquq mühafizə orqanlarında 2019cu ildən, məhkəmədə isə 2021-ci il 18 fevral tarixindən başland ığı dövrdən iddiaçı tərəf göstərilən həmin məbləğlərin 143.540 manat məbləğində borcla heç bir əlaqəsi olmaması barədə məlumat vermişdir.
19. Bundan əlavə məhkəmə hesab etmişdir ki, cavabdehin təqdim etdiyi məlum qəbzlərin tərtibat xüsusiyyətləri, həmin kağız parçalarının formaları, mətnləri və yuxarıda təsvir edilən işin digər halları da onların hazırkı müqaviləyə əsasən tələb olunan 143.540 manat məbləğində borcun tələb olunması üzrə mötəbər sübut kimi qəbul edilməsini istisna edir və məlum ödənişlərin bu müqavilə üzrə ödənilməsini təsdiq etmir.
20. Beləliklə də, məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə üzrə 143.540 manat məbləğində borcun qaytarılmalı olması öz təsdiqini tapmış, lakin, 7935 manat pulun iddiaçıya ödənilməsinin tələb olunmasının əsaslılığı müəyyən edi lməmiş və bu hissədə iddia tələbi iddiaçı tərəfindən sübut edilməmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra“MM”) 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448.1, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
22. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Sum qayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(105)-43/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv olunaraq, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən müqavilə üzrə 48.540 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər A.Süleymanov və M.Hüseynov).
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin §16-19-da göstərilən mövqeyinə münasibət də qeyd etmişdir ki, məhkəmə tərəfindən şərh olunan sübutlara qiymət verilməsində səhvə yol verilmişdir.
25. Məhkəmə iddiaçının ibtidai istintaq zamanı verdiyi hazırkı iddia ərizəsi ilə eyni məzmunlu ifadəsinə istinad edərək göstərmişdir ki, həmin qərara əsasən, tərəflər arasında mütəmadi olaraq iş birliyi münasibətləri olmuş, tanışdırlar, satış məqsədilə mallar götürülmüşdür. Nəzərə alınmalıdır ki, 2018-ci il 7 fevral tarixində cavabdeh satış adı ilə iddiaçıdan götürdüyü malların bir qisminin satılaraq iddiaçıya qısa zaman ərzində yəni bir aya, 2018-ci il 6 mart tarixində 17.000 manat, 2018-ci il 16 mart tarixində 30.000 manat pul ödəməsi bir daha onu göstərir ki, mallar satıldıqca pullar qaytarılır. Yəni alqı-satqı üzrə mülki münasibətlər zəminində tərəflərin münasibətləri davam edir.
26. Məhkəmə həmçinin müəyyən edilmiş hallar üzrə qiymətləndirmə apararaq qeyd etmişdir ki, iddiaçı məhkəmə araşdırması zamanı 47.000 (30. 000+17.000) manat pulun cavabdeh tərəfindən, müqavilədən kənar verilmiş 140 ədəd “Vestel 132” markalı televizorun dəyəri olaraq ödənildiyini, həmin ödənişin alqı-satqı müqavilə üzrə öhdəliklə bağlı olmadığını bildirsə də, yuxarda adı çəkilən cinayət təqibi üzrə araşdırma zamanı vermiş olduğu izahatında cavabdehin ondan aldığı malların pulundan həmin məbləğləri verdiyini bildirmişdir. Yəni ki, iddiaçı izahatında 140 ədəd “Vestel 132” markalı televizoru cavabdehə verdiyini göstərsə də, verilmiş 47.000 manat pulun ona məhz həmin televizorlara görə ödənildiyini bildirməmişdir.
27. Cavabdeh isə məhkəmə araşdırması zamanı vermiş olduğu izahatlarında 140 ədəd “Vestel 132” markalı televizor alması, buna görə ödəniş aparılması barədə iddiaçının iddialarını rədd etmiş, bu göstərilənlərin doğru olmad ığını bildirmişdir.
28. Məhkəmə sadalananları müqayisəli təhlil edərək hesab etmişdir ki, müəyyən edilmiş bu hallar cavabdehin qeyd olunan etirazının yəni 47.000 (30.000+17.000) manat pulun “Vestel 132” markalı televizorlara görə ödənilməsinin doğru olmaması barədə göstərdiklərinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.
29. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı halda həmin məbləğin (47.000 manat) 140 ədəd “Vestel 132” markalı televizorlarla bağlı verildiyini iddia edirsə, həmin halı sübutetmə yükü iddiaçının üzərindədir. Məhkəmələrə isə iddiaçı tərəfindən bu halı təsdiqləyən heç bir sübut təqdim olunmamış, 47.000 min manat pulun ödənilməsi işin mübahisəsiz halı olmaqla, həmin pulun məhz müqavilə üzrə verilmiş mallara görə iddiaçıya ödənilməsi məhkəmə araşdırması zamanı tədqiq edil miş sübutlarla öz təsdiqini tapmışdır.
30. Bundan əlavə məhkəmə göstərmişdir ki, “cinayət işinin icraatına xitam verilməsi" barədə qərara əsasən, iddiaçı həmin televizorların cavabdehə mədaxil qəbzləri ilə verildiyini göstərmiş, məhkəmə kollegiyasının araşdırması zamanı mədaxil qəbzlərinin təqdim olunması təklif olunsa da, iddiaçı tərəfindən həmin qəbzlər təqdim olunmamışdır.
31. Məhkəmə iclasında iddiaçı tərəf cavabdehə verildiyini iddia etdiyi 140 ədəd “Vestel” markalı televizorların "xxxx" MMC-dən alınması barədə məhkəmə kollegiyasına həmin halın sübutu kimi "xxxx" MMC-nin TSK01734 nömrəli sənədini təqdim etməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin sənədlə hansı tərəflər arasında, hansı malın alındığı, onun dəyəri, hansı müqavilə ilə əlaqədar tərtib olunduğu, ödənişlərin kim tərəfi ndən edildiyi, sənədin tərtib edilmə tarixi müəyyən olunmur, bu isə müvafiq sənədin sonradan tərtib olunmasını da istisna etmir. Buna görə də, həmin sənəd sübut meyarlarına cavab vermədiyindən sübut olaraq qəbul edilə bilməz.
32. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı 30.000 manat, 17.000 manat, 48.000 manat ödənişlərlə bağlı olan qəbzləri qəbul etməsə də, ona 47.000 manat ödəniş edilməsini qəbul etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə həmin sənədlərin iddiaçı tərəfindən imzalanması öz təsdiqini tapmışdır. Bu isə onu göstərir ki, iddiaçının ödənildiyini etiraf etdiyi cəmi 47.000 manat ödəniş məhz bu qəbzlərdə əksini tapmış məbləğlərdir. Bunun əksi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda müvafiq hal ona dəlalət edir ki, iddiaçı 48.000 manat pulun ona ödənilməsini inkar etsə də, məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə iddiaçı tərəfindən imzalanması təsdiqlənmiş sənəddə qeyd olunmuş 48.000 manat da ona ödənilmişdir.
33. Bundan başqa apellyasiya baxışı zamanı iddiaçı tərəf mübahisələndirilən həmin qəbzlərin mötəbər sübut olmadığını, iddiaçının imzası olduğu qaimə fakturalardan cavabdeh tərəfindən kəsilərək həqiqəti əks etdirən sübut kimi qiymətləndirilməsinin prosessual qanunvericiliyə uyğun olmadığını bildirsə də, müqayisəli tədqiqat üçün məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişlər. Odur ki, məhkəmə bu göstərilənləri həmin sübutun (qəbzlərin) inkar edilməsi üçün əsas olan hal kimi qəbul etməmişdir.
34. Məhkəmə həmçinin yuxarıda göstərilən qəbzlərə dair birinci instansiya məhkəməsinin §18-də qeyd etdiyi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, həmin qəbzlərdə ödənişin təyinatı qeyd olunmasa da, işin faktiki halları, tərəflər arasındakı münasibətlər belə nəticəyə gəlməyə əsas verir ki, onlar arasında malların nisyə alqısatqısı ilə bağlı müqavilə münasibətləri olmuşdur. Bu müqavilə münasibətlərini təsdiq edən fakt 2018-ci il 5 yanvar tarixli müqavilədir. Qeyd edilən alqı-satqı müqaviləsindən kənar iddiaçı tərəfindən cavabdehə malların verilməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də tərəflər arasında digər bir müqavilə münasibətləri olmamışdır.
35. Odur ki, məhkəmə qeyd etmişdir ki, həmin qəbzlərdə əks olunan ödənişlər hazırkı iddianın əsasını təşkil edən müqavilə üzrə satılmış malların dəyəri ilə bağlı olduğu qənaətin ə gəlməyə əsas verir. Bu halı inkar edən əsaslı şübhədən kənar mötəbər sübut müəyyən edilməmişdir.
36. Məhkəmə kollegiyası onu da vurğulamışdır ki, 30.000 manat, 17.000 manat işin mübahisəsiz halı kimi qəbul edilmiş, lakin eyni tərtibatla hazırlanmış və iş materiallarına əlavə edilmiş üçüncü sənəd 48.000 manat pulun da ödənilməsi barədə sübutu iddiaçının təkzib etməsi işin hallarına uyğun deyildir.
37. Məhkəmə birinci instansiya məhkəməsinin §19-da göstərdiyi mövqeyini əsassız hesab edərək bildirmişdir ki, həmin kağızların yarımçıq, qüsurlu olmasına baxmayaraq, məhz iddiaçının imzasının həmin sənəddə olması onları sübut əhəmiyyətli edir. Birinci instansiya məhkəməsi tərəfindən həmin sənədlərin mötəbərliyinə əvvəlcədən şübhə olunduğu halda, həmin sənədlərlə bağlı ekspertizanın təyin edilməs i də məntiqli mövqe deyildir. Beləliklə, iddiaçı 48.000 manatın cavabdeh tərəfindən ödənilmədiyini bildirsə də, məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə hər 3 sənədin iddiaçı tərəfindən imzalandığı müəyyən olunmuşdur.
38. Məhkəmə kollegiyasının iclasında cavabdeh onu da bildirmişdir ki, 48.000 manat məbləğ istintaqdan sonra iddiaçıya ödənildiyindən “cinayət işinin icraatına xitam verilməsi" barədə qərarda həmin məbləğlə bağlı heç bir qeyd yoxdur. “Cinayət işinin icraatına xitam verilməsi" barədə qərarında müstəntiq də cavabdeh tərəfindən ödənişlərin edilməsinə məhz mövcud olmuş nisyə alqı-satqı müqaviləsi üzrə ödənişlərin edilməsi kimi qiymət vermişdir.
39. Məhkəmə bununla bağlı bir daha qeyd etmişdir ki, yalnız iddiaçının təkzib etməsi səbəbindən həmin sənədin sübut əhəmiyyətli hesab edilməməsini məhkəmə əsassız hesab edir. Belə ki, eyni məzmunlu və eyni tərtibatlı iki sənəddə olan ödənişi hər iki tərəf qəbul etmiş, ekspertizanın rəyi ilə də imzaların eyni şəxsə məxsus olması təsdiqlənmişdir. Bu səbəbdən kollegiya hesab etmişdir ki, üçüncü sənəd də 48.000 manatın cavabdeh tərəfindən ödənildiyini təsdiq edən sənəd kimi qəbul olunmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, tərtib edilmiş sənədlər də onlar arasında ödənişlər edilməsi ilə bağlı olunmuşdur.
40. Apellyasiya şikayətinin iddiaçıya 282 manat, 303 manat, 400 manat, 401,20 manat pulun ödənilməsinin qəbzlərlə təsdiq olunması barədə dəlilinə münasibət də məhkəmə qeyd etmişdir ki, həmin sənədlərlə müvafiq məbləğlərin “Zolotaya Korona”, “Xəzri” pul köçürmələri sistem vasit əsilə cavabdeh tərəfindən iddiaçıya göndərilməsi təsdiqlənsə də, həmin pulların iddiaçı tərəfindən təhvil alınması iş materialları ilə müəyyən olunmur. Belə ki, “Zolotaya Korona”, “Xəzri” pul köçürmələri vasitəsilə pul məbləğlərinin köçürmələrinin həyata keçirilməsi zamanı pul məbləği göndərən şəxs tərəfindən göndərildikdən sonra, həmin məbləğlərin göndərilən şəxs tərəfindən alınmaması, pul məbləğinin göndərənə geri qayıtmasına səbəb olur. Bu səbəbdən həmin məbləğlərin iddiaçı tərəfindən alınmasını təsdiq edən sübut iş materiallarında olmadığından, həmin pul məbləğlərinin köçürülməsi barədə sənədin olması pulun iddiaçıya ödənilməsi barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. Bu səbəbdən pul köçürmələri ilə bağlı həmin sənədləri məhkəmə pulun iddiaçıya ödənilməsi baxımından mötəbər sübut kimi qəbul etməmişdir.
41. Məhkəmə cavabdeh tərəfindən 32.000 manatın ödənilməsi ilə bağlı izahatlarını da əsaslı hesab etməmiş, göstərmişdir ki, cavabdeh bu halı iddia etsə də, özü də bildirmişdir ki, 32.000 manatın ödənilməsi ilə bağlı qəbzi tapa bilməmiş və məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlilini də kollegiya əsassız hesab etmişdir.
42. Məhkəmə gəldiyi nəticəni MM-nin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 600.1 və 600.4-cü maddələrinə, MPM-nin 14.1, 14.2, 77.1, 88, 372.6, 372.7, 384.0.2 və 402.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
43. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş edilmişdir. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. MM-nin 385.1, 385.2, 386.1, 427, 442 və 560-cı maddələri üzrə-təqdim edilmiş qəbzlər kiçik kağız parçaları olmaqla üzərindəki mətnlərin özü də cavabdeh tərəfindən yazıldığından həmin kağızlar cavabdehin özü iddiaçı tərəfindən ona verilmiş imzalanmış təhvil-təslim aktlarından götürülmüş və hazırlanmışdır. Lakin birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, təqdim edilmiş kağız parçalarını öhdəliyin icra edilməsi sənədləri kimi qəbul etmişdir. Çox saylı sübutlara əsasən, tərəflər arasında müxtəlif çeşidli və müxtəlif məbləğlərdə texnikalar alınmış və satılmışdır. Cavabdeh barəsində cinayət təqibi də başlanılmış, iş üzrə bir çox şəxslər zərərçəkmiş şəxs qismində tanınmış, lakin sonradan cinay ət təqibinə xitam verilmişdir. Həmin qərarda iddiaçının ifadəsi də əks olunmuşdur. Həmin ifadədə bildirmişdir ki, cavabdehdən cəmi 47.000 manat pul alınmış və həmin pul hazırkı müqaviləyə görə deyil məhz “Vestel” televizorlarına görə verilmişdir.
45. MPM-nin 217.2, 217.3, 372, 386-cı maddələri üzrə- işə baxmış apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməkdə haqlı olmamış və mötəbər olmayan sübutlara əsaslanmışdır. Apellyasiya məhkəməsi işi səthi araşdırmış, iş üzrə düzgün nəticəyə gələ bilməmiş, iddia tələbini 95.000 manat miqdarında təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməm işdir. Kassasiya baxışının hədləri
47. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
49. Azərb aycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürü lən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilə r....”
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətlənd irilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəm əsinin mövqeyi 51. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
53. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
54. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(105)-43/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.