Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-930/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Quba rayon İcra Hakimiyyəti başçısının 2017-ci il ## ######## tarixli *** nömrəli Sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən ** nömrəli “Bulanlıq” yay otlaq sahəsindən 128 hektar ərazi müvəqqəti İddiaçı istifadəsinə verilmiş və həmin gün Quba rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır.
2. Quba rayon İcra Hakimiyyəti başçısının 2017-ci il ## ######## tarixli *** nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 2021-ci il ## ####### qeydiyyat tarixli çıxarış almışdır.
3. Quba rayon İcra Hakimiyyəti Başçısının 2016-ci il # ###### tarixli *** nömrəli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 60 hektar yay otlaq sahəsi 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə cavabdeh1 istifadəsinə verilmişdir.
4. Quba rayon İcra Hakimiyyəti Başçısının 2016-ci il # ###### tarixli *** nömrəli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 60 hektar yay otlaq sahəsi 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə cavabdeh2 istifadəsinə verilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 (bundan sonra – “cavabdeh2”) və cavabdeh1 (bundan sonra – “cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz olaraq zəbt edib istifadə etdikləri icarə hüququ əsasında iddiaçının istifadəsində olan Quba rayonu ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsi üzərində icarə hüquqlarına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, DƏDRX-nin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 2021-ci il ## ####### tarixli, ************ reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və həmin torpaq sahəsinin plan və ölçüsünə əsasən iddiaçının qanuni icarəsində olan həmin 128 ha otlaq sahəsindən 2017-ci ildən etibarən, yəni iddiaçının icarəsinə verildiyi vaxtdan cavabdehlər qanunsuz olaraq istifadə edir, həmin torpaq sahəsində özlərinə məxsus heyvanları otarırlar. İddiaçı cavabdehlərə dəfələrlə müraciət edərək torpaq sahəsinin onun qanuni icarəsində olduğunu və həmin torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmasını, torpaq sahəsinin aidiyyəti üzrə onun istifadəsinə qaytarmalarını xahiş etmişdir. Lakin cavabdehlər qanuni icarəsində olan həmin torpaq sahəsindən istifadə hüquqlarını pozmaqda, maneələr törətməkdə davam edirlər və torpaq sahəsini aidiyyəti üzrə onun istifadəsinə qaytarmaqdan imtina edirlər. Ona görə də cavabdehlər qanunsuz olaraq zəbt etdikləri, istifadə etdikləri, icarə hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalı, həmin torpaq sahəsi üzərində icarə hüquqlarına cavabdehlər tərəfindən edilən qəsdlərə son qoyulmalıdır.
7. Cavabdeh cavabdeh1 iddiaya etiraz etmiş və bildirmişdir ki, Quba rayonu ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 60 hektar yay otlaq sahəsinin onun istifadəsinə verilməsi ilə bağlı Quba rayon İcra Hakimiyyəti başçısının sərəncamı 2016-cı il # ###### tarixində, Quba rayonu ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı Sərəncam isə 1 il 1 ay sonra, yəni 2017-ci il ## ######## tarixində verilmişdir. Sözügedən torpaq sahəsinə onun istifadə hüququ iddiaçıdan əvvəl yaranmış və həmin torpaq sahəsinə dair xəritəsi mövcuddur. Quba rayon İcra Hakimiyyəti başçısının 2016-cı il # ###### tarixli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 60 hektar yay otlaq sahəsinə dair çıxarışın əldə edilməsi üçün 2024-cü ilin dekabr ayında iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir.
8. Cavabdeh cavabdeh2 iddiaya etiraz etmiş və bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair iddiaçı tərəfindən çıxarışın hansı qaydada alınması hələ də cavabdehlərə məlum deyil. Halbuki həmin torpaq sahəsi iddiaçıdan əvvəl Quba rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə onun və cavabdeh1 istifadəsinə verilmişdir. Buna görə onlar yay aylarında 2-3 ay mal-qaranı həmin torpaq sahələrinə apararaq oradan istifadə edirlər.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*- *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – H.Alıyeva).
10. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*- **/**** saylı, 2024-cü il ## ####### tarixli ekspert rəyinə görə, DƏDKR-nin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Beydulla Əlistanovun mütəxəssis rəyində qeyd edilmişdir ki, DƏDR-dən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 2021-ci il ## ####### qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 2017-ci il ## ######## tarixli *** nömrəli Sərəncamına əsasən iş üzrə iddiaçının istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 128 ha yay otlaq sahəsinin sərhədləri müəyyən edilmiş, lakin cavabdehlər baxışda iştirak etmədiyi üçün və iş materiallarında Quba rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamlarına əsasən onların istifadəsinə verilmiş Quba rayonunun ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 50 və 60 ha yay otlaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd (sxem və koordinatlar) olmadığından həmin torpaq sahələrinin sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır. Bundan başqa cavabdehlərə məxsus torpaqayırma sənədləri təqdim olunmadığı üçün iddiaçının istifadəsinə verilmiş, ** nömrəli “Bulanlıq” adlanan 128 ha yay otlaq sahəsinin Quba rayon İcra Hakimiyyəti başçısının 2016-cı il # ###### tarixli *** nömrəli Sərəncamına əsasən cavabdeh cavabdeh2 istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 50 ha yay otlaq sahəsi və ya Quba rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il # ###### tarixli *** nömrəli Sərəncamına əsasən cavabdeh1 istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 60 ha yay otlaq sahəsi ilə üst-üstə düşübdüşməməsini, eyni zamanda cavabdehlər baxışda iştirak etmədiyi üçün iddiaçının istifadəsinə verilmiş yay otlaq sahəsinin cavabdehlər, habelə başqa hər hansı bir şəxs tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər izahatlarında Quba rayonunun ərazisində yerləşən “Bulanlıq” yaylağından 50 və 60 hektar yay otlaq sahələrinin Quba rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən iddiaçıdan bir il əvvəl heyvandarlığın inkişafı məqsədilə onların istifadəsinə verildiyini, buna görə yayda 2-3 ay heyvanları mübahisələndirilən torpaq sahəsinə apararaq oradan istifadə etdiklərini bildirsələr də, onların hazırkı vaxtadək icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadıqları müəyyən olunmuşdur. İddiaçının isə Quba rayonu ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsinə 2017-ci il ## ######## tarixindən 2032-ci il ## ######## tarixinədək icarə hüququ Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 2021-ci il ## ####### tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdehlər mübahisələndirilən torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlərə malik deyil və onlar həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişlər.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 139.3, 140, 152.1, 157.4, 157.8 və 170.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 48.2, 55, 82 və 84-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77, 88, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – İ.Dəmirov və K.Muxtarov).
15. Məhkəmə bildirmişdir ki, iddiaçı cavabdehlərin məhz ona ayrılmış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsindən 2017-ci ildən etibarən istifadə etdiklərini, həmin torpaq sahəsində özlərinə məxsus heyvanları otardıqlarını, torpaq sahəsindən istifadə hüquqlarını pozduqlarını bildirməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman verdikləri izahatlarında isə cavabdehlər məhz özlərinə ayrılmış torpaq sahəsindən istifadə etdiklərini bildirməklə iddianın rədd edilməsini xahiş etmişlər.
16. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il # ###### tarixli qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, eyni zamanda müvafiq mütəxəssis rəyinin alınması üçün mütəxəssisin iştirakı ilə torpaq sahəsinin yerində müayinəsi barədə tərəflərə məlumat verilmişdir. Lakin cavabdehlər torpaq sahəsinin yerində müayinəsində iştirak etməmiş, bunu dağdan evə yeni gəlmələri və hava şəraiti ilə əlaqədar olduğunu bildirmişlər (2025-ci il ## ###### tarixli iclas protokolu, cild 2, səh 58-60).
17. Məhkəmə cavabdehlərin davranışını MPM-in 97.5-ci maddəsinin tələbləri baxımından qiymətləndirməklə qeyd etmişdir ki, iş üzrə təqdim olunmuş 2024-cü il ## ####### tarixli ekspert rəyinə görə, iddiaçının istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 128 ha yay otlaq sahəsinin sərhədləri müəyyən edilmiş, lakin cavabdehlər baxışda iştirak etmədiyi üçün və iş materiallarında Quba rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamlarına əsasən onların istifadəsinə verilmiş Quba rayonunun ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 50 və 60 ha yay otlaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd (sxem və koordinatlar) olmadığından həmin torpaq sahələrinin sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır. Bundan başqa cavabdehlərə məxsus torpaqayırma sənədləri təqdim olunmadığı üçün iddiaçının istifadəsinə verilmiş, ** nömrəli “Bulanlıq” adlanan 128 ha yay otlaq sahəsinin Quba rayon İcra Hakimiyyəti başçısının 2016-cı il # ###### tarixli *** nömrəli Sərəncamına əsasən cavabdeh cavabdeh2 istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 50 ha yay otlaq sahəsi və ya Quba rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il # ###### tarixli *** nömrəli Sərəncamına əsasən cavabdeh1 istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 60 ha yay otlaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini, eyni zamanda cavabdehlər baxışda iştirak etmədiyi üçün iddiaçının istifadəsinə verilmiş yay otlaq sahəsinin cavabdehlər, habelə başqa hər hansı bir şəxs tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır.
18. Məhkəmə bildirmişdir ki, işin qeyd edilən halı və apellyasiya şikayətini müvafiq dəlili ilə əlaqədar olaraq iddiaçının vəkili və nümayəndəsi cavabdehlərin qəsdən torpaq sahəsinin yerində müayinəsində iştirak etmədiklərini, hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbirinə dair 2024-cü il ## ##### tarixli qərardadının icrası ilə bağlı 2024-cü ilin iyun ayında icra məmurlarının iştirakı ilə tərtib olunmuş aktda cavabdeh cavabdeh1 müvafiq torpaq sahəsindən istifadə etməsinin müəyyən edildiyini, həmin qərardadla istifadəsinə qadağa qoyulduğunu bildirmişdir.
19. Cavabdeh cavabdeh1 apellyasiya şikayətində iddiaçıya məxsus olan torpaq sahəsinin daha əvvəl ona ayrıldığını, yaxud iddiaçıya məxsus deyil, özünə ayrılmış torpaq sahələrindən istifadə etdiyini bildirsə də, bu halları təsdiq edən hər-hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Hazırkı işdə mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ dövlət reyeterində qeydə alınmışdır. Birinci instansiya məhkəməsin qətnaməsini mübahisələndirən cavabdeh cavabdeh1 iş üzrə torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlərə malik deyil və həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 139.1, 139.3, 140, 152.1, 157.4 və 157.8-ci, TM-nin 48.2, 55, 82 və 84-cü, MPM-in 14.2, 77.1, 88, 97-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri üzrə torpaq sahəsinə cavabdehin istifadə hüququ iddiaçıdan əvvəl yaranmış və onun həmin torpaq sahəsinə dair xəritəsi mövcuddur. Quba rayon İcra Hakimiyyəti başçısının 2016-cı il # ###### tarixli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən ** nömrəli “Bulanlıq” adlanan 60 hektar yay otlaq sahəsinə dair çıxarışın əldə edilməsi üçün 2024-cü ilin dekabr ayında iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Hazırda inzibati iş həmin məhkəmənin icraatındadır. Yəni hazırki iş üzrə cavabdehin qeyd olunan torpaq sahəsi üzrə gözlənilən mülkiyyət hüququ mövcuddur. Bu isə məhkəmələr tərəfindən pozulmuşdur.
23. MPM-in 14.1 və 217.1-ci maddələri üzrə - məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması aparılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti cavabdeh cavabdeh1 tərəfindən verildiyi üçün hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız həmin cavabdehə aid hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.”
“Maddə 163. Sahibliyin verilməsi 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.”
“Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.”
“Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 29.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 30.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 31.Belə ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində olan icarə hüquqlarına əsaslanaraq hazırkı iddianı irəli sürmüşdür. 32.Kollegiya qeyd edir ki, icarə və ya digər müqavilə əsasında əşyadan istifadə etmək hüququna malik olan şəxs üçüncü şəxslərin həmin əşyaya edilən müdaxiləsindən qorunmaq hüququ da mövcuddur. Bu hüquq o vaxt yaranır ki, həmin əşya müqavilə əsasında ondan istifadə etmək hüququna malik olan şəxsin sahibliyində olmuş olsun. 33.Belə hüququn müdafiəsi ilə bağlı iddia isə əşya hüququnun deyil, sahiblik hüququnun müdafiəsindən irəli gəlir (işə baxan aşağı instansiya məhkəmələri mübahisənin həllində əşya hüququna aid maddi hüquq normalarına istinad etsə də, kassasiya şikayətində bununla bağlı dəlillər irəli sürülmədiyinə görə həmin məsələ MPMin 416.1-ci maddəsinin tələbləri baxımından hazırkı yoxlamanın predmetinə aid edilə bilməz). 34.Belə ki, MM-in 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur. 35.MM-in bundan sonrakı maddələri isə sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (MM-in 159-cu maddəsi). Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. 36.Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur (MM-in 163.1-ci maddəsi). 37.Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. 38.İşə baxan məhkəmələr tərəfindən müəyyən edilən hallardan da belə nəticəyə gəlinir ki, mübahisəli torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının sahibliyinə verilib, lakin cavabdehin özbaşına hərəkətləri həmin sahibliyin pozulmasına səbəb olur. 39.Ona görə də kollegiya hesab edir ki, mübahisənin həlli baxımından kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri əhəmiyyətli hesab edilə bilməz. 40.Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də əsassızdır. Belə ki, həmin dəlillər işin araşdırılmaması ilə əsaslandırılmışdır. 41.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi
42. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 43.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 44.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 45.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.