Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-17/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Seyidova Səriyyə Seyid qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə; İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X2 Cavabdeh MTK-ya qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-667/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X4 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 81798,37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 197400 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MTK Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş göndərilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də, VM-nin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2018-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə yaranan 171798,37 manat borcuna görə 197400 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2018-ci il tarixli **********7 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə 81798,37 manat ödənilməmiş borcu qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-667/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X4 apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-667/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MTK Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş göndərilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də, VM-nin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2018-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə yaranan 171798,37 manat borcuna görə 197400 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2018-ci il tarixli **********7 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə 81798,37 manat ödənilməmiş borcu qalmışdır. İş üzrə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X1 halda, qətnamədə iddiaçı qismində Bakı şəhər X6 Departamenti göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2- 2(103)-56/19 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X2 apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)-667/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilərək Cavabdeh MTKnın xx xxxxxx 2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 81798,37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 197400 manat məbləğində xx.xx.2018-ci il tarixli **********7 saylı protokolla siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Cavabdeh MTK kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-337/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-56/19 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-337/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, işə apellyasiya qaydasında baxılarkən işin hallarının hərtərəfli araşdırılmamasının və sübutların ümumiyyətlə qiymətləndirilməməsinin nəticəsidir ki, iddia qaldırılana qədər və iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən dövlət büdcəsinə aparılmış ödənişlər məhkəmə tərəfindən nəzərə alınmamış, bu isə sonda işin həqiqi hallarına uyğun olmayan əsassız və qanunsuz məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur.İş materiallarından həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 28.dekabr 2018-ci il tarixli qərardadla iddiaçının apellyasiya şikayəti mümkün hesab edilərək işə baxılması xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş, cavabdehə göndərilmiş zərf “qapı bağlı” qeydi ilə məhkəməyə qaytarılmış, xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş məhkəmə baxışı barədə yeni bildiriş də eyni qeydlə cavabdehə rəsmi təqdim edilmədən məhkəməyə qaytarılmış, məhkəmə isə cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən, ona iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbər vermədən işə baxaraq iddia tələbinin təmin edilməsi barədə qanunsuz, faktiki olaraqsa əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Araz Məmmədov şikayəti müdafiə edərək həmçinin bildirdi ki, hazırki iclasda təqdim etdiyi şəxsi hesab vərəqəsindən və məktubdan da göründüyü kimi cavabdehin 31193, 17 manat borcu qalmışdır. Göstərilənlərə əsasən qeyd edilmiş borca münasibətdə iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək həmçinin qeyd etdi ki, həmin dövr üzrə MTK-nın yaranmış vergi borcu tam ödənilmişdir. Ödəməyə dair sübutlar kassasiya şikayətinə əlavə edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-667/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 31193,17 manat borcun ödənilməsini təmin etmək məqsədi ilə məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 197400 manat məbləğində xx.xx.2018-ci il tarixli **********7 saylı protokolla siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmalı və apellyasiya şikayəti qismən təmin edilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - xx xxxxxx 2018-ci il tarixli **********5 saylı vergi borcunun ödənilməsinə dair bildirişin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 170817 manat 34 qəpik borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi cavabdehdən tələb edilmişdir. - xx xxxxxx 2018-ci il tarixli **********7 saylı vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. - xx xxxxxx 2018-ci il tarixli **********7 saylı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında protokolun və ona əlavə edilmiş siyahının təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 791-ci məhəllədə yerləşən Cavabdeh MTK-ya məxsus 197.400 manat məbləğində olan əmlak – üç iki otaqlı mənzil siyahıya alınmışdır. İşdə olan: - vergi ödəyicisinin siyahıya alınmış əmlakı məsul saxlamaya verilməsi haqqında xx.xx.2018-ci il tarixdə akt tərtib edilmişdir. - xx.xx.2018-ci il tarixli **********7 saylı protokoldan görünür ki, vergi ödəyicisinin əmlakı siyahıya alınarkən onun nümayəndəsi X5 iştirak etmiş, həmin protokola, siyahıya və akta imza atmışdır. - Cavabdeh” MTK-nın sədri T.Əhmədov X4nə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizədə müəssisənin kassasında pul vəsaitinin olmadığı, Cavabdeh MTK Ə.Əlizadə küçəsi 791-ci məhəllədə iki girişli, yüksək mərtəbəli yaşayış binasının inşa etdiyi, 2018-ci ilə vergi borcu ilə əlaqədar üç iki otaqlı ümumi sahəsi 329 kvm olmaqla dördüncü girişdə, dördüncü mərtəbədə 92,9 kvm olan 68 saylı, 69 saylı 118,8 kvm və 117,3 kvm olan 70 saylı mənzillərin satılmaması, boş mənzillərin olduğu, arayışın xx.xx.2017-ci il tarixli etibarnamə əsasında nümayəndə X5 tərəfindən tərtib edildiyi barədə bildirilmişdir. - xx xxxx 2018-ci il tarixli **********962400 saylı vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlığın təsdiq olunmuş surətindən görünür ki, əmlak siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdar edilmişdir. - apellyasiya icraatı zamanı təqdim edilmiş Cavabdeh MTK-ya aid olan şəxsi hesab vərəqəsindən də qeyd edilmişdir ki, əhatə dövrü xx.xx.2014-xx.xx.2020, saldo – 34 012,14; hesablanmışdır 4 244 701,28; ödənilmişdir 2 168 561,05; azaldılmışdır 984 551, 20, çap tarixinə faiz borcu 642 297, 43; əhatə etdiyi dövrün son tarixinə saldo – 1 416 978,12; çap tarixinə saldo – 1 416 660, 76; cəmi ödənməli borc 1 743 754, 60. Kollegiya ilk öncə qeyd edir ki, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmiş “İşə apellyasiya qaydasında baxılarkən işin hallarının hərtərəfli araşdırılmamasının və sübutların ümumiyyətlə qiymətləndirilməməsinin nəticəsidir ki, iddia qaldırılana qədər və iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən dövlət büdcəsinə aparılmış ödənişlər məhkəmə tərəfindən nəzərə alınmamış, bu isə sonda işin həqiqi hallarına uyğun olmayan əsassız və qanunsuz məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur” göstərişinə əsasən məhkəmə iclasları dəfələrlə təxirə salınmış və iddiaçıdan qeyd edilmiş ödənişlərlə bağlı sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. xx xxxxxx 2020-ci il tarixli apellyasiya iclası zamanı iddiaçının nümayəndəsi cavabdeh tərəfindən aparılmış bütün ödənişləri nəzərə alınmaqla tərtib edilmiş yeni məlumat vərəqəsi təqdim etmişdir. Qeyd edilmiş sənəddən isə cavabdehin 31193,17 manat (o cümlədən vergilər üzrə 0,0 manat, faizlər üzrə 30073,17 manat, maliyyə sanksiyası üzrə isə 1120,0 manat) borcu qalması qeyd edilmişdir. Kollegiya qeyd edir ki, göründüyü kimi iddiaçının vergilər üzrə 0,0 manat borcu olsa da, borcun gec ödənilməsi səbəbindən faizlər üzrə 30073,17 manat, maliyyə sanksiyası üzrə isə 1120,0 manat yaranmışdır. Yəni, cavabdehdən 31193,17 manat borcun ödənilməsini təmin etmək məqsədi ilə məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 197400 manat məbləğində xx.xx.2018-ci il tarixli **********7 saylı protokolla siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub- olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Həmin Məcəllənin 89.8-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfındən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən sıyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya almdıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək, MPM-in 217.1-ci və 372.7-ci maddənin tələblərinə əməl etmədən qətnaməni əsaslandırmadığından iddianın hansı hüquqi əsaslarla rədd olunması müəyyən edilmir. Məhz bu səbəbdən iddia qismən təmin edilsə belə birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-nın xx xxxxxx 2017-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 31193,17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 197400 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Əmlakın satışından əldə olunan gəlir hesabına cavabdehin dövlət büdcəsinə olan ödənilməmiş 31193,17 manat vergi borcu ödənilməlidir. Satışdan artıq qalan pul cavabdehə qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-667/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli , 2-2(81)-667/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-nın xx xxxxxx 2017-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 31193,17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 197400 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satışından əldə olunan gəlir hesabına cavabdehin dövlət büdcəsinə olan ödənilməmiş 31193,17 manat vergi borcu ödənilsin. Satışdan artıq qalan pul cavabdehə qaytarılsın. İddiaçı tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MTK-dan 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət qəlirlərinə alınsın. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-17/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-17/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver