Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-170/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3, üçüncü şəxs X1 iştirakları ilə, iddiaçı X6 Məhsullarının İstehsalı, Emalı və Satışı Kooperativinin Cavabdeh ASC-yə (üçüncü şəxs X3) qarşı borcun silinməsi, maddi zərərin tutulması, iddiaçının su ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbləri üzrə Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2- 2(113)-969/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Tovuz Kənd X2, Emalı və Satışı Kooperativi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X6 Məhsullarının İstehsalı, Emalı, və Satışı Kooperativinin məişət (təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin edilməsinin cavabdeh “AzərsuASC-nin üzərinə qoyulması, dəymiş maddi zərərə görə 15600 manat məbləğində pul vəsaitinin cavabdehin hesabından iddiaçının xeyrinə tutulmasi və iddiaçıya qanunsuz hesablanmış 34749 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2- 2(113)-969/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Tovuz Kənd X2, Emalı və Satışı Kooperativinə hesablanmış 34749 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiyası məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sayğaca müdaxilə faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab edilməsi barədə gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Hazırki iş üzrə də iddiaçı tərəf obyektin su təchizatı sisteminə baxış keçirməsinə etiraz etməmişdir. Bundan əlavə də obyektdə sudan səmərəsiz istifadə halı, qanunun müddəalarının pozulması halı öz təsdiqini tapmış və bunun qarşısı qanunvericiliyin tələblərinə uyğun alınmışdır. Əməkdaşlar tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 09 fevral 2018-ci ildə obyektə baxış keçirən zaman STV 80 markalı mexaniki su sayğacında nasazlıq aşkar etmişlər. Mexaniki su sayğacı çıxarılaraq yerinə smart tipli su sayğacı quraşdırılmışdır. Suölçən cihaza müdaxilə olub-olmamasının müəyyən edilməsi üçün sayğac X7 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasına təqdim edilmişdir. Müayinə nəticəsində sayğaca müdaxilə edildiyi və təmirə yararsız olduğu müəyyən edilmişdir. Bu barədə 15 fevral 2018-ci il tarixli, 0253/0032191 saylı rəy tərtib edilmiş, bunu təsdiq edən fotoşəkillər çəkilmişdir. Həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. Məhkəmə prosesinin gedişatında həmin fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Lakin iş üzrə sayğaca müdaxilə faktını təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, əsassız olaraq dəymiş ziyan məbləğinin silinməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 20 aprel 2015-ci il tarixli **********30 nömrəli əmri ilə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” haqqında qaydaların tələbinə görə su sayğacı bir ildə bir dəfə dövrü yoxlamadan keçirilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə qətnamənin əsaslılığını mübahisə edilən hissəsi üzrə yoxlayaraq işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2- 2(113)-969/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya baxışının predmetini həmin hissədə təşkil edir. İş materiallarından görünür ki, tərəflər arasında 12.10.2020-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan 03.04.2018-ci il tarixli mexaniki su sayğacının laborator yoxlamadan keçirilməsi haqqında arayışdan məlum olur ki, 09.02.2018-ci il tarixdə 0253 saylı mexaniki su sayğacı istifadəyə yararsız olduğundan Cavabdeh ASC tərəfindən çıxarılaraq NÖCİ-nə göndərilmiş, həmçinin abonentin su təchizatı dayandırılmış və N 308126 loqoli plomb ilə plomblanmışdır. Daha sonra 03.04.2018-ci il tarixində abonentin öz vəsaiti hesabına alınmış 200126 saylı smart tipli su sayğacı Cavabdeh ASC tərəfindən quraşdırılaraq plomblanmışdır. İş materiallarında olan Cavabdeh ASC X5 Kalibrləmə laboratoriyasının 15.02.2018-ci il tarixli 0253/0032191 saylı rəyindən görünür ki, 0253 saylı mexaniki su cihazının zavod plombuna və hesablama mexanizminə müdaxilə aşkar olunmuş, su cihazı təmirə və istifadəyə yararsız olması müəyyən olunmuşdur. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, Tovuz Kənd X2, Emalı və Satışı Kooperativinin 29.10.2020-ci il tarixə qalıq borcu 34729 manat təşkil edir. Birinci instansiya məhkəməsi düzgün olaraq bel nəticəyə gəlmişdir ki, iddiaçıya akt əsasında hesablanmış 34729 manat borc silinməlidir. Apellyasiya şikayətindən də göründüyü kimi, Cavabdeh ASC-nin əməkdaşları iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə 09 fevral 2018-ci ildə iddiaçının su təchizatı sisteminə cari baxış keçirmiş, iddiaçının mexaniki su sayğacı çıxarılaraq yoxlamaya göndərilmiş, 15 fevral 2018-ci il tarixli, 0253/0032191 saylı rəyə əsasən sayğacın zavod plombuna və hesablama mexanizminə müdaxilə aşkar olunmuş və həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Həmin Qaydaların 6.17-ci bəndinə əsasən tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Qaydaların tələblərindən göründüyü kimi, istehlakçının suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda bu barədə akt tərtib edilməklə dəymiş ziyan hesablana bilərdi. Hazırkı halda Cavabdeh ASC iddiaçıya məxsus obyektdən çıxarılmış mexaniki sayğaca müdaxilə edildiyini və üzərindəki plombun zədələndiyini iddia etdiyi halda bu barədə qanunla nəzərdə tutulmuş qaydada müvafiq akt tərtib edilməmişdir. Qaydaların 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasınınXidmətinmüəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasınınXidmətinmüəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Cavabdeh iddiaçıdan tələb edilən 34729 manat borcun hansı qaydada və hansı dövr üçün hesablanması barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən sübutlar iş materiallarına əlavə olunmamışdır. Apellyasiya şikayətində bu barədə məhkəməyə fotoşəkillər təqdim edildiyi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə cavabdehin dəlillərinin əsaslı olduğu təsdiq olunmur. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya rəy əsasında hesablanmış 34749 manat məbləğində borcun silinməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2- 2(113)-969/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2- 2(113)-969/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-170/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-170/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver