Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-463/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (113)-1467/2019 nömrəli qətnaməsindən (hakim Səbinə Nuriyeva) cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Cavabdeh-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3650 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3650 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2017-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında cavabdehin xx.xx.2017-ci il tarixə yaranan 27523,23 manat borcuna görə 3650 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2017-ci il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1176/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin Cavabdeh ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1467/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)- 1176/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (113)- 1467/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə tutulmuş vergi borcu cavabdeh tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilir. Birinci instansiya məhkəməsinə həmin işə baxılanadək hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatət verilmiş, vəsatət əsassız olaraq təmin edilməmişdir. Bundan başqa iddiaçı orqan məhkəmədə iddia qaldırmadan da pul tələbinə dair qərarların icrasını təmin edə bilər. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyərək, cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (113)-1467/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx.xx.2017 il tarixli **********692800 nömrəli bildirişdən görünür ki, Cavabdeh-nin xx.xx.2017-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 25,335.61 manat məbləğində borcunun olması bildirilərək göstərilən borcların 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2017-ci il tarixli **********6 saylı qərardan görünür ki, Cavabdehnin əmlakının siyahıya alınması qərara alınmışdır. “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2017-ci il tarixli **********6 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3650 manat dəyərində daşınar əmlakı siyahıya alınmışdır. Siyahı iddia ərizəsinə əlavə edilmişdir. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2017-ci il tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün Cavabdeh-nin təsisçisi Fikrət Abdullayevə təhvil verilmişdir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xx.xx.2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh-nin əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Qeyd edilən sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1, 23.1 və 23.1.6-cı, 32.1, 59.1, 77.1, 78.1 -ci maddələrinə istinad edərək iddianın əsaslı olduğuna dair nəticəyə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətini əsassız hesab edir. Apellyasiya şikayətində iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmədən vergi borcunun tutulması barədə inzibati aktı icraya yönəltmək hüququ olduğu nəzərə alınaraq iş üzrə icraata xitam verilməli olduğu qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ təsbit edildiyindən cavabdehin bu dəlili əsassızdır. Cavabdeh apellyasiya şikayətində vergi orqanı tərəfindən tələb edilən borcun inzibati iddia icraatı qaydasında mübahisələndirildiyini qeyd etsə də, bu barədə apellyasiya şikayətinə hər hansı sübut əlavə edilmədiyindən məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət əsassız hesab edilərək təmin edilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən cavabdehin şəxsi vərəqəsi araşdırılaraq müəyyən edilmişdir ki, dövlət büdcəsinə yaranmış vergi borcunun əsas hissəsi cavabdehə vergi orqanı tərəfindən inzibati aktlar əsasında hesablanmış borc deyil, özünün təqdim etdiyi bəyannamələr və hesabatlar üzrə yaranmış borclardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə mübahisələndirilən məhkəmə qətnaməsi ilə tutulmuş vergi borcunun ödənilməsi və ya ləğv edilməsi barədə sübutlar təqdim etmədiyindən iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilməsi, ləğv edilməsi və ya icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (113)-1467/2019 nömrəli qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (113)- 1467/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-463/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-463/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver