Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-466/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli 2-2(113)-463/2022 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi Cavabdeh 19.10.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1423,72 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5450 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin buna baxmayaraq cavabdeh yaranmış borc məbləğini yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 19.10.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 19.10.2021-ci il tarixə yaranan 1423,72 manat borcuna görə 5450 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 25.10.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 19 oktyabr 2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1423,72 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli 2-2(113)-463/2022 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli 2-2(113)-463/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi hesab vərəqəsini nəzərdən keçirdikdə vergilər üzrə vərəqədə 11.02.2022-ci il tarixdə 500 manat və 11.03.2022-ci il tarixdə 925 manat ödənişin oturduğu aydın olur. Lakin Vergi Məcəlləsinin 88- ci maddəsinin tələblərini nəzərə alaraq həmin ödəniş əvvəlki mövcud borc məbləğlərinə aid edildiyindən hal-hazırda 215,93 manat borc məbləği hələ də qalmaqda davam edir. İşə apellyasiya qaydasında baxılması 18.05.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli 2-2(113)-463/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh göndərilmiş 26 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, həmin tarixə dövlət büdcəsinə olan 1341,58 manat vergi borcunun (vergilər üzrə 1207,79 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə 33,79 manat) 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 21.10.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakı siyahıya alınmışdır. İşdəki 10.02.2022-ci il tarixli və 10.03.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, vergi orqanı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh tərəfindən dövlət büdcəsinə müvafiq olaraq 500 manat və 925 manat mənləğində pul ödənilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin iddia qaldıısiyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasının əsasını təşkil edən 19 oktyabr 2021-ci il tarixə yaranmış 1423,72 manat məbləğində vergi borcu cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən ödənilmiş vergi borcunun əvvəlki borclarına silindiyini göstərsə də, iddia qaldırılan tarixə cavabdehin 1423,72 manatdan artıq vergi borcu olduğu iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 88-ci maddəsinə əsasən cavabdehin ödədiyi 1425 manat vəsait iddia qaldırılan tarixədək yaranmış vergi borcu üzrə silinməli olduğundan və həmin məbləğ tam ödənildiyindən iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli 2-2(113)-463/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli 2-2(113)-463/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-466/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-466/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver