Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-526/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-1277/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(81)- 1277/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ASC həmin qətnamədən xx.xx.2020-ci il tarixdə poçta təqdim edilməklə birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, həmin şikayət xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bundan sonra mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilmiş, həmin məhkəmə tərəfindən iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-216/2020 saylı qərardadı ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh ASC ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizə verərək, ötürülmüş müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qətnamənin surəti Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən qəbul edilsə də, həmin şəxsin məsuliyyətsizliyi ucbatından qətnamə gec əldə olunmuşdur. Bu səbəbdən də, apelyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli e-2-2(82)-1277/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh ASC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmişdir. Ərizədə göstərilən hallar isə hüquqi şəxsə münasibətdə heç bir halda ötürülmüş müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq prosessual müddətin bərpasından imtina etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-1277/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-526/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-526/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver