Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-596/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı cavabdeh “El-Ex” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qiymətləndirmə barədə rəyin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(113)- 2410/2020 saylı qərardadından iddiaçının şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, R01/35/19 saylı ekspert rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2410/2020 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilərək geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad daha çox formal mülahizələrə əsaslanmış, iddia ərizəsinin dəlillərinə və iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən iddiaçının hüquqi marağının mövcudluğu nəzərə alınmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2410/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-2410/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyini onun hüquqlarının pozulmasına səbəb olan rəy hesab edərək ləğv edilməsi barədə iddia irəli sürmüşdür. İddiaçı göstərir ki, qeyd edilən qiymətləndirmə rəyi əsas götürülməklə icra hərəkətləri həyata keçirilərsə onun hüquqları pozulmuş olacaq. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisə predmeti olan ekspert rəyi özlüyündə iddiaçının hər hansı hüququnu poza bilməz. İddiaçı hazırkı halda icra məmurunun məhz həmin rəy əsas götürülməklə qəbul edilən qərarlarını və ya onun üçün hüquqi nəticə yaradan hərəkətlərini mübahisələndirə bilər. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi rəy əsasında iddiaçı üçün hüquqi nəticə yaradan hər hansı qərar qəbul edilməyə də bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, müstəqil olaraq hər hansı hüquqi nəticə yaratmayan ekspert rəylərinin iddia icraatı qaydasında mübahisələndirilməsi yolverilməz olduğundan məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2410/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2410/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-596/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-596/2020
04.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver