Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-614/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9nə, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh3 tərəfindən verilmiş ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-31/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: – xx.xx.2017-ci il tarixli **********19817/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 14-cü km-2, korpus “A”, 20 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E5 literli qeyri-yaşayış binasına (Kotec) (1-ci İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 14-cü km 2, korpus “A”, 16 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E6 literli qeyri-yaşayış binasına (Kotec) (2-ci İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 14-cü km 2, korpus “A”, 10 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E8 literli qeyri-yaşayış binasına (Kotec) (3-cü İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 14-cü km 2, korpus-A, 4 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E11 literli qeyri-yaşayış binasına (Kotec) (4-cü İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-6 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 14-cü km 2, korpus “A”, 2 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E12 literli qeyri-yaşayış binasına (Kotec) (5-ci İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-7 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 14-cü km-2, korpus-A, 18 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E2 literli qeyriyaşayış binasına (Kotec) (6-cı İpoteka predmeti), xx.xx.2018-ci il tarixli **********19817/İM- 8 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh9 MMC-yə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 14-cü km-2, korpus “A”, 1 “A” ünvanında istifadədə olan 0.05609 ha torpaq sahəsində yerləşən 1438.9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binasına (Kotec) (7-ci İpoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına Borc alan Maraqlı şəxs MMCnin xx.xx.2017-ci il tarixli **********19817 №-li Kredit müqaviləsi (1- ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısındakı 2.476.190,48 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 62.317,46 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5% dərəcəsi ilə hesablanmış 308.148,15 manat məbləğində əldən çıxmış fayda, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% (otuz faiz) dərəcəsi ilə hesablanmış 1.762.531,75 manat məbləğində cərimə faizləri, cəmi 4.609.187,84 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 910 manat məbləğində çəkilmiş xərclər 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci İpoteka predmetlərinin dəyərindən; – xx.xx.2019-cu tarixli **********35518/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasına (8-ci İpoteka predmeti), xx.xx.2019-cu tarixli **********35518/İM-2 №- li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasına (9-cu İpoteka predmeti), xx.xx.2019-cu tarixli **********35518/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (10-cu İpoteka predmeti), xx.xx.2019-cu tarixli **********35518/İM-4 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (11-ci İpoteka predmeti), xx.xx.2019-cu tarixli **********35518/İM-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (12-ci İpoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına Borcalan Maraqlı şəxs MMC-nin xx.xx.2019-cu il tarixli **********35518 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısındakı 383.483,04 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 4.817,18 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 % dərəcəsi ilə hesablanmış 47.722,33 manat məbləğində əldən çıxmış fayda, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanmış 272.961,82 manat məbləğində cərimə faizləri, cəmi 708.984,37 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 650 manat məbləğində çəkilmiş xərclər 8-ci, 9-cu, 10-cu, 11ci və 12-ci İpoteka predmetlərinin dəyərindən; – xx.xx.2019-cu il tarixli **********50019/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, 16.17 mərtəbəli, 117b nömrəli binanın 1-ci girişində, 16-cı mərtəbədə yerləşən 196.8 kv.m. ümumi, 118.9 kv.m. yaşayış sahəsindən ibarət, 4 otaqlı 58 nömrəli mənzilə (13-cü İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, Südçülük sovxozu, Balaxanı küçəsində mülkiyyətdə olan 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 99.2 kv.m. yaşayış, 19.9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə (14-cü İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan ünvan 8 ünvanında yerləşən 54.15 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı, 9 saylı mənzilə (15-ci İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/İM-4 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, b.18, m.3 (Yeni qaydalarla: AZ 1000, ünvan 9 ünvanında yerləşən 61 kv.m. ümumi sahədən ibarət 3 otaqlı mənzilə (16-cı İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-5 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (12-ci İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-4 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (11-ci İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-3 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (10-cu İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-2 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (9-cu İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-1 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (8-ci İpoteka predmeti) tutmanın yönəldilməsi, İpoteka predmetlərinin açıq hərracdan satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Maraqlı şəxs MMC-nin xx.xx.2019-cu il tarixli **********50019 №-li Kredit müqaviləsi (3-cü Kredit müqaviləsi) üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısındakı 3.500.000 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 44.230,47 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 % dərəcəsi ilə hesablanmış 435.555,56 manat məbləğində əldən çıxmış fayda, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanmış 2.490.833,33 manat məbləğində cərimə faizləri, cəmi 6.470.619,36 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində çəkilmiş xərclər 13-cü, 14-cü, 15-ci, 16-cı, 12-ci, 11-ci, 10-cu, 9-cu və 8-ci İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9nə, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı 15-ci İpoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan Cavabdeh7, Cavabdeh1, Cavabdeh12, X2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh6 və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları, 13-cü və 14-cü İpoteka predmetləri satıldıqdan sonra həmin yaşayış sahələrində yaşayan mülkiyyətçi Cavabdeh4 və digər şəxslər, həmçinin 16-cı İpoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan mülkiyyətçi Cavabdeh3 və digər şəxslər yaşayış sahələrini (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları hissəsində iş üzrə icraata xitam verilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 dekabr tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ipoteka predmetlərinə tutma yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaitlər hesabına Maraqlı şəxs MMC-nin ASC “Xalq” Bankı qarşısındakı 3.500.000 manat məbləğində əsas borcu, 44.230,47 manat məbləğində faiz borcu, 2021-ci il 1 iyun tarixindən 2023-cü il 27 noyabr tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 435.555,56 manat məbləğində əldən çıxmış fayda, 170.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4.149.786,03 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
4. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul olunması xahiş edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin faiz və cərimə hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 may tarixli 2-2(103)-401/2024 nömrəli qətnaməsi ilə iddiaçı və üçüncü şəxsin apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 dekabr tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsidən apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki ikinci icraat
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-31/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh3 tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-31/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti üzrə prosessual müddətin buraxılmamış hesab edilməsi qərara alınmışdır.
8. Həmin qərardaddan iddiaçının nümayəndəsi Nümayəndə3 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-31/2023 nömrəli qərardadının ləğv edilməsi və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin ötürülmüş hesab edilməsi xahiş edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2 (113)-31/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 11.33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
12. 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.
13. 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
14. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
15. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
Məhkəmənin mövqeyi
17. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
18. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-31/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.
20. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. İş materialları ilə müəyyən olunur ki, cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti olmamışdır.
22. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 dekabr tarixli e- 2-2(113)-31/2023 nömrəli qətnaməsi Cavabdeh3 ünvan 10 ünvanına poçt rabitəsi vasitəsilə göndərilmiş, lakin həmin məktub “köçüb” qeydi ilə məhkəməyə qaytarılmışdır.
23. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2-2(113)- 31/2023 nömrəli qətnaməsi Cavabdeh3 rəsmi qayadada təqdim edilməmişdir.
24. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh3 verilmiş ərizəsində qətnamənin ümumiyyətlə ona təqdim edilmədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən cavabdehin bildirdiyi faktiki hallardan kənara çıxma və ya cavabdehin istinad etmədiyi halın müəyyən edilməsi baş verməmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsi haqlı olaraq qərardaddan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti buraxılmamış hesab etmişdir.
26. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-31/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.