Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-756/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı icarə obyektindən çıxarılmanın qanunsuz sayılması və sair tələblərə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: apellyasiya icraatına xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılmanın qeyri-qanuni hesab edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1491/2022 nömrəli iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər "xxxx" MMC və Qanuni nümayəndə) məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsindən cavabdeh tərəfindən iddiaçının çıxarılmasının qeyri-qanuni hesab edilməsi, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən iddiaçının istifadəsi ilə bağlı cavabdeh tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması, üçüncü şəxslərin icarə obyektindən çıxarılması, cavabdeh tərəfindən icarə obyektindən çıxarılmış icarəçiyə məxsus avadanlıq və əşyaların icarə obyektinə qaytarılması, sökülmüş reklam və banerlərin yerinə bərpa edilməsi və icarə obyektinin mübahisə yaranmadan əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçının istfadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən iddiaçının çıxarılması qeyri-qanuni hesab edilmiş, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən iddiaçının istifadəsi ilə bağlı cavabdeh tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
3. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, təmin edilməyən hissədə ləğv edilib, iddianın qalan hissədə, yəni üçüncü şəxslərin icarə obyektindən çıxarılması, cavabdeh tərəfindən icarə obyektindən çıxarılmış icarəçiyə məxsus avadanlıq və əşyaların icarə obyektinə qaytarılması, sökülmüş reklam və banerlərin yerinə bərpa edilməsi və icarə obyektinin mübahisə yaranmadan əvvəlki vəziyyətinə qaytarılaraq onun istifadəsinə verilməsini xahiş etmişdir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
4. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətdən imtina haqqında ərizə təqdim edib, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.
PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətindən imtina ərizəsini müdafiə etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanunazidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
8. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı MMC-nin Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2022 nömrəli iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Həmin apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova