Məhkəmə qərarları › İş №2-2(103)-9/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-9/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-9/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-369/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2009-cu il tarixli, 7318 №-li müqavilə üzrə 14324,67 manat, xx xxxxxx 2009-cu il tarixli, 196 №-li müqavilə üzrə 1739,28 manat, xx xxx 2011-ci il tarixli, 8223 nömrəli müqavilə üzrə 152,59 manat olmaqla, cəmi 16216,54 manat borc məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(81)-369/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-320/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kasasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2-2(102)-371/2018 saylı qərarı ilə cavabdehin kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-25/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh-dən 13574,88 manat borc məbləğinin və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kasasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-2(102)-487/2019 saylı qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-25/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iş üzrə tərəflərin nümayəndələri barışıq sazişini təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.1, 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 391-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı-nin Cavabdeh-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: - Cavabdeh iddia tələbi üzrə mübahisələndirilən məbləğin hazırki razılaşma imzalanan tarixə cəmi 3667 (üç min altı yüz altmış yeddi) manat məbləğində qaldığını təsdiq edərək həmin məbləğin bərabər hissələrlə 2021-ci ilin mart, aprel, may ayları ərzində ’’İddiaçı” MMC-yə ödənilməsinə dair razılığını bəyan edir; - Cavabdeh həmçinin məhkəmə gedişi dövründə aparılmış ekspertiza xərcinin də Cavabdeh” MMC tərəfindən ödəniləcəyini bəyan edir. - İddiaçı iddia tələbi üzrə mübahisələndirilən məbləğin hazırki razılaşma imzalanan tarixə cəmi 3667 (üç min altı yüz altmış yeddi) manat məbləğində qaldığını təsdiq edərək, həmin məbləğin Cavabdeh tərəfindən bərabər hissələrlə 2021-ci ilin mart, aprel, may ayları ərzində İddiaçı-yə ödənilməsinə dair razılığını bəyan edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-369/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Azad İmanov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar