Məhkəmə qərarları › İş №2-2(104)-114/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-114/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-114/2023 06.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrilik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 99/2023 saylı qərardadından İddiaçı vəkili Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 326.184 manat 60 qəpik borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh tərəfindən hesablanmış 326.184 manat 60 qəpik borcun abunə hesabından silinməsi və Cavabdehndən 610 000 manat məbləğində dəymiş maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-51/2022 saylı qərardadı ilə İddiaçı Cavabdehndən 610 000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi tələbi ayrıca icraata ayrılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-99/2023 saylı qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilmiş olsa da, lakin ona uyğun dövlət rüsumu ödənilməməsi əsası ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı vəkili Vəkil xx.xx.2023-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(115)-99/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Cavabdehİstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bundan sonra iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə müraciət edərək 610 000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə icraata götürülmüşdür. X1 Məhkəməsinin xx.xx.2023-cü iltarixli, 2-2(115)-99/2023 saylı qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. Qərar ona əsaslanmışdır ki, ərizə verilərkən dövlət rüsumu ödənilməmişdir. Lakin məhkəmə hazırkı iddia tələbinin tələbin həcminin artırılması ilə verildiyini və ayrıca icraat olaraq ayrıldığını nəzərə almamışdır. Yəni hazırkı iddia tələbi yeni iddia ərizəsi kimi deyil, davam edən tələb üzrə verilmiş və ilk olaraq verilmiş iddia tələbində dövlət rüsumu ödənilmişdir. Ona görə də, hesab edir ki Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-99/2023 saylı qərardadı ləğv edilməli vəişə mahiyyəti üzrə baxılmalıdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-99/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 99/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-99/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində, 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilmiş olsa da, ona uyğun dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iddiaçı tərəfə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən belə bir sənəd təqdim edilməmişdir. İddiaçının nümayəndəsinin qənaətinə görə hazırkı tələb əvvəlki tələbin davamı olduğuna görə bu tələb üzrə rüsum ödənilməməlidir. Şikayətin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçı tələbinin həcmini artırdığına görə tələb olunan məbləğə uyğun da rüsumun ödənildiyini təsdiq edən ödəniş sənədini iddia ərizəsinə əlavə etməlidir. Əks halda daha çox məbləğdə rüsum ödəməkdən yayınmaq üçün iddianın məbləği az miqdarda göstərilə, iddia icraata qəbul edildikdən sonra həcmi artırıla və beləliklə də “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliklərin əhəmiyyəti heçə endirilə bilər. Odur ki, kollegiya hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi birinci instansiya məhkəməsinə təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-99/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-99/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad onun çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver