Məhkəmə qərarları › İş №2-2(104)-115/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-115/2023

13.03.2023 · Sair işlər - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-115/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhraman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, e-2-2(115)-222/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı1 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili maliyyə lizinqə müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqaviləyə əsasən xx.xx.2021-ci il tarixədək yaranmış 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, 96 manat 10 qəpik gecikdirilmiş cərimə məbləği, cəmi 13 335 manat 90 qəpik lizinq borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-222/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-222/2022 saylı qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh2 apellyasiya şikayəti verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli e-2-2(115)-222/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qanunverciliklə müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə geri qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli e-2-2(115)-222/2022 saylı qərardadından Cavabdeh2 şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli e-2-2(115)-222/2022 saylı qərardadının ləğv edilməsini və aprllyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, bu günlərdə Goranboy rayon İcra İdarəsinə dəvət edilərkən ona məlum olmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin e2- 2(115)-222/2022 saylı qətnaməsi ilə ondan pulun tutulması qət edilmişdir. Bundan sonra o, Gəncə Kommersiya Məhkəməsinə qətnamənin surətini almaq ücün ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq göstərilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-222/2022 saylı 16 mart 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 ünvanına 16 mart 2022-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş və sonuncu poçt xəbərnaməsini imzalamaqla qətnamənin surətini rəsmi qaydada almışdır. Ona göndərilən məktuba həmçinin poçt xəbərnaməsinin surəti də əlavə edilmişdir. Bundan sonra xəbərnamədə olan imzanın ona məxsus olmadığını bilmişdir. Həmçinin poçt qəbzinə baxarkən də görünür ki, Cavabdeh2 adı qarşısında olan imza PŞ-nin rəisi tərəfindən çəkilən imza ilə eynidir. Belə olan halda ola bilər ki, onun yerinə imzanı poçt işçisi atmış və geri qaytarmışdır. Bu günədək də qətnamənin surətini rəsmi qaydada almamışdır. Hazırki apellyasiya şikayətini tərtib etmək üçün də qətnamənin surətini özü Goranboy rayon İcra İdarəsindən əldə etmişdir. Məhkəmənin istinad etdiyi poçt qəbzinə də nəzər yetirilsə görünər ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh2 adının qarşısında olan imza PŞ-nin rəisi tərəfindən çəkilən imza ilə eynidir. Buna görə də ekspertiza da lazım deyildir. Məhkəmə imzanın ona məxsus olub-olmaması məsələsini aydınlaşdırmaq üçün xətşünaslıq ekspertizası keçirə və ya poçtla bağlı rəsmi sorğu verə bilərdi. Belə olan halda şikayət vaxtında verilmiş sayılır və müddətin bərpa edilməsinə dair vəsatət verilməsinə ehtiyac yoxdur. Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2-2(115)-222/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, e-2-2(115)-222/2022 saylı qərardadı və həmin qərardadla bağlı 20 fevral 2023-cü il tarixli, e-2- 2(115)-222/2022 saylı qərardadı ləğv edilməli və qətnamədən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələbinin yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, cavabdeh işdə olan poçt göndərişinin verilməsi barədə xəbərnamədəki imzanın ona məxsus olmadığını, həmin imzanın poçt şöbəsinin rəisi tərəfindən çəkildiyini iddia etsə də birinci instansiya məhkəməsi qeyd olunan faktların cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilərək mübahisələndirilməli olması qənaətinə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu qənaəti əsassız olmuşdur. Belə ki, prosessual müddətin bəpasına dair ərizə qətnamənin şəxs tərəfindən alınması, lakin qanunla müəyyən edilmiş müddətdə hansısa üzrlü səbəbdən şikayət verilməməsi halı üçün verilir. Hazırda isə cavabdeh poçt göndərişinin verilməsi barədə xəbərnamədəki imzanın ona məxsus olmadığını, qətnamənin onun tərəfindən rəsmi qaydada alınmadığını və qətnamədən yalnız Goranboy rayon İcra Şöbəsin vasitəsi ilə məlumatlı olduğunu bildirmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsi poçt göndərişinin verilməsi barədə xəbərnamədəki imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsi müvafiq ekspertiza təyin etməklə aydınlaşdıra bilərdi. Hərçəndki, iş materiallarda olan digər sənədlərdəki cavadbeh V. Məmmədovaya məxsus imzalarla poçt göndərişinin verilməsi barədə xəbərnamədəki “Cavabdeh2” adının qarşındakı imzaya vizual baxış zamanı fərqliliklərin olması, o cümlədən poçt göndərişinin verilməsi barədə xəbərnamədəki “Cavabdeh2” adının qarşındakı imza ilə PS-nin rəisi qrafasındakı imzada bənzərliklərin olması müəyyən edilməkdədir. Eyni zamanda qətnamənin digər cavadbeh Cavabdeh1 verilməsini təsdiq edən poçt göndərişinin verilməsi barədə xəbərnamədəki “şəxsən” sözünün qarşısındakı imzanın, o cümlədən işdəki digər sənədlərdə (müqavilədə və s.) Cavabdeh1 məxsus olan imzanın da poçt göndərişinin verilməsi barədə xəbərnamədəki “Cavabdeh2” adının qarşındakı və PS-nin rəisi qrafasındakı imzaların başlanğıcında bənzərlikləri vardır ki, cavadbeh Cavabdeh1 Cavabdeh2 ailə üzvü olduğu təqdirdə həmin halların da araşdırılması mqəsədəmüvafiq hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən poçt göndərişinin verilməsi barədə xəbərnamədəki “Cavabdeh2” adının qarşındakı imzanın Cavabdeh2 məxsus olubolmaması, poçt göndərişinin verilməsi barədə xəbərnamədəki “Cavabdeh2” adının qarşındakı imza ilə PS-nin rəisi qrafasındakı imzanın eyni-şəxs tərəfindən icra edilibedilməməsi, o cümlədən işdəki digər sənədlərdə (müqavilədə və s.) Cavabdeh1 məxsus olan imzanın poçt göndərişinin verilməsi barədə xəbərnamədəki “Cavabdeh2” adının qarşındakı və PS-nin rəisi qrafasındakı imza ilə eynilik təşkil edib-etməməsi müvafiq ekspetiza keçirilməklə müəyyən edilməli və bu araşdırmanın nəticəsinə müvafiq olaraq, cavadbehin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə cavab verib-verməməsi məsələsi həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, e-2-2(115)-222/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, e-2-2(115)-222/2022 saylı qərardadı və həmin qərardadla bağlı Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2-2(115)-222/2022 saylı qərardadı ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-222/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələbinin yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver