Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-116/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçının nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab olunması və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-287/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X17 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 14 sentyabr 2009-cu il tarixdə verilmiş **********54-06301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359.7 kv.m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh3 məxsus 4/6 hissəsindən 80 kv.m. hissəsi İddiaçınə icarəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə görə icarə müddəti 13 oktyabr 2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Cavabdeh3 14 sentyabr 2009-cu il tarixdə verilmiş **********54-06301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən adına paylı mülkiyyyətdə olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixli, 4Ə-2952 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirmişdir.
3. Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən ümumi sahəsi 359.7 kv.m olan qeyri-yaşayış sahəsinin 229,75 kv.m. hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ X17 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 18 dekabr 2020-ci il tarixdə verilmiş **********54-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən qeydiyyata alınmışdır.
4. Cavabdeh3 tərəfindən İddiaçınə göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdə göstərilir ki, İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddəti 1 il – xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Eyni zamanda icarə müqaviləsinin müddətinin 12 oktyabr 2022-ci il tarixdə bitəcəyi bildirilmiş və icarə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsi nəzərə alınaraq icarə obyektinin xx.xx.2022-ci il tarixdən gec olmayaraq boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur.
5. Cavabdeh3 tərəfindən İddiaçınə göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icarə obyektinin boşaldılaraq təhvil verilməsi ilə yanaşı, təhvil verilərkən həmin obyektin yerləşdiyi Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanı üzrə dərman vəsaitlərinin satışı fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı almış olduğu lisenziyanın da ləğv edilməsi xahiş olunmuşdur.
6. Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Xaçmaz filialı üzrə satış meneceri Yusifli Samir icarə müqaviləsinin müddətinin xx.xx.2022ci il tarixdə bitdiyini, bununla da aptekdəki malın və inventarın yığılması üçün xx.xx.2022-ci il tarixdək möhlət verilməsini xahiş etmişdir.
7. "xxxx" QSC-nin baş auditoru Şahmar Qurbanov, Xaçmaz RSŞ-nin satış müdiri Samir Yusifli, fiziki şəxs Nümayəndə2 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, “Xaçmaz Dokta 1140” aptekində olan 15712,65 manat dəyərində və “Xaçmaz Dokta 721” aptekində olan 10811,02 manat dəyərində mallar sayılaraq Samir Yusifliyə təhvil verilmişdir.
8. Cavabdeh2 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2020-ci il tarixli 13877 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 anasına daşınmaz əmlakın alqı-satqısı və digər məsələlər barədə səlahiyyətlər vermişdir.
9. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış (Cavabdeh2 adından müqaviləni xx.xx.2020-ci il tarixli 13877 nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 imzalamışdır) 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359.7kv.m olan qeyriyaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh2 məxsus 200 kv.m. hissəsi Cavabdeh1nə icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti 21 noyabr 2025-ci il tarixədək müəyyən edilmişdir.
10. X12 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli və X5 ilə İddiaçı arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli icarə müqavilələrindən görünür ki, həmin müqavilələri İddiaçı adından onun etibarnamə üzrə nümayəndəsi X14 imzalamışdır (X2 Leylaya yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli bildiriş göndərmiş və İddiaçı malları xx.xx.2022-ci il tarixli akta əsasən ona təhvil verilmişdir).
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab olunması və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin İddiaçı icarəsində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kv.m. olan qeyri-yaşayış sahəsinin 80 kv.m. hissəsinə münasibətdə etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixədək uzadılmış hesab olunması və ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 359.7 kv.m. olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh3 məxsus olmuş 4/6 hissəsindən İddiaçınə icarəyə verilmiş 80 kv.m. hissəsindən iddiaçının istifadəsinə Cavabdeh3 tərəfindən maneələr yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359.7 kv.m olan qeyriyaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh3 məxsus 4/6 hissəsindən 80 kv.m hissəsi İddiaçınə icarəyə verilmiş, icarə müqaviləsi Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş, 3M-535 reyestr nömrəsi ilə qeydə alınmışdır. İcarə müqaviləsinin 2-ci bəndindən də göründüyü kimi, icarə müqaviləsi imzalanan zaman həmin qeyri-yaşayış sahəsi X17 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 14 sentyabr 2009-cu il tarixdə verilmiş **********54-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 4/6 hissə (239.8 kv/m) Cavabdeh3 məxsus olmuşdur. Həmin icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 13 oktyabr 2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusunun 24 oktyabr 2022-ci il tarixli, 1735 saylı arayışında bildirilir ki, xx.xx.2018-ci il tarixində 3M535 reyestr nömrəsi ilə bağlanan müqavilə "Elektron notariat" X1 ləğv olunmayıb, qüvvədədir. Cavabdeh3 məxsus **********54-06301 reyestr nömrəli, ********** reyestr nömrəli, xx.xx.2009-cu il tarixli çıxarış "Elektron notariat" X1 aşkar olunmamışdır, yüklülük barədə arayışı əldə etmək istəyən zaman sistem həmin çıxarış əsasında əqd bağlandığını və forma 1 məlumatına baxışın məhdudlaşdırıldığını göstərmişdir. Bu da o deməkdir ki, Cavabdeh3 həmin əmlakı özgəninkiləşdirib”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilmiş vəkil sorğusuna xx.xx.2022-ci il tarixli, **********11 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “Cavabdeh3 Amanşahovnanın adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat, **********54-06301 reyestr nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binası aşkar edilmiş və həmin qeyri-yaşayış binası Xaçmaz rayonu, 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-2952 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. X7 adına respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir”. 21 noyabr 2022-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş, 3M524 reyestr nömrəsi ilə qeydə alınmış icarə müqaviləsindən görünür ki, Cavabdeh2 sözügedən qeyri-yaşayış binasından 200 kv.m sahəni Cavabdeh1nə icarəyə vermişdir. Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya icarə müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilərək, icarə obyektinin təhvil verilməsi tələb edilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə eyni məzmunlu daha bir bildiriş göndərilmiş və əlavə olaraq icarə obyektinin yerləşdiyi ünvan üzrə dərman vasitələrinin satışı fəaliyyəti ilə məşğul olmaq üçün alınmış lisenziyanın da ləğv edilməsinin təmin olunması xahiş edilmişdir. Halbuki, icarə obyektinin mülkiyyətçisi, yəni Cavabdeh2 tərəfindən 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə müvafiq olaraq müqavilənin pozulmasına dair İddiaçınə heç bir təklif irəli sürülməmişdir. İcarə obyektinin mülkiyyətçisinin dəyişməsi ilə bağlı iddiaçıya heç bir məlumat verilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən vəkil sorğusuna 30 noyabr 2022-ci il tarixdə verilmiş cavab məktubu ilə iddiaçıya məlum olmuşdur ki, icarə obyekti 28 dekabr 2018-ci il tarixdən digər Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bundan əlavə, icarə obyekti yeni mülkiyyətçi Cavabdeh2 tərəfindən 21 noyabr 2022-ci il tarixdə digər Cavabdeh1nə icarəyə verilmişdir. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə cavabdehlərə pretenziya məktubu göndərilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 pretenziya məktublarını xx.xx.2022-ci il tarixdə qəbul etmiş, lakin məktuba hər hansı münasibət bildirməmişlər. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ona poçt vasitəsilə göndərilmiş pretenziya məktubunun qəbulundan imtina etsə də, pretenziya məktubu xx.xx.2022-ci il tarixdə həmin müəssisənin Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmiş, lakin məktuba münasibət bildirilməmişdir. İddiaçı tərəfindən mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə mediasiya təşkilatına müraciət edilmiş, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir.
13. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil2 01 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz göndərərək iddia ərizəsinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icarə obyektinin mülkiyyətçisinin dəyişməsi ilə 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin hər hansı şərti dəyişdirilməmişdir, mülkiyyətçi dəyişdikdən sonra da icarə müqaviləsi üzrə öhdəliklər icra olunmuş, mülkiyyətçinin dəyişməsi ilə icarəçinin hər hansı hüququ pozulmamış, sonradan da müqavilə onun qüvvədə olma müddətinin bitməsi ilə xitam olunmuşdur. İddiaçının müqaviləni təzələmək hüququnun olduğu icarəyəverən tərəfdən təkzib edilmir və bu hüquq da pozulmamışdır. Belə ki, icarəçi bu hüququndan o halda istifadə edə bilərdi ki, icarə sahəsi eyni şərtlərlə bir neçə icarəçiyə təklif olunsun, yaxud bir neçə icarəçi icarə sahəsini icarəyə götürmək istəsin. Bu halda icarəçinin icarə sahəsini icarəyə götürməkdə üstünlük hüququ vardır. Lakin əgər icarə sahəsi daha sərfəli şərtlərlə icarəyə təklif olunursa və icarəçi də həmin şərtlərlə icarə müqaviləsi bağlamaq istəmirsə, bu halda icarə sahəsi daha sərfəli şərtlərlə başqa icarəçiyə icarəyə verilə bilər ki, mülkiyyətçinin bu hüququ məhdudlaşdırıla bilməz. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsi mülkiyyətçi üçün daha sərfəli şərtlərlə, yəni əvvəla daha böyük bir sahə icarəyə verilməklə və daha çox icarə haqqı müəyyən edilməklə bağlanmışdır və həmin müqavilə bağlananadək, daha dəqiq, iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə müddətin bitməsi əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilməsinə dair icarəyəverən tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişin iddiaçı tərəfindən alındığı tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə iddiaçı tərəfindən icarəyəverənə icarə müqaviləsinin mülkiyyətçi üçün daha sərfəli şərtlərlə bağlanması ilə bağlı hər hansı təklif irəli sürülməmişdir. Halbuki, iddiaçı icarəyəverənin, sonuncuya məxsus qeyri-yaşayış sahəsinin daha böyük hissəsini və real bazar qiymətlərinə müvafiq olaraq daha böyük icarə haqqı müqabilində icarəyə vermək niyyətində olduğunu bilmişdir. Beləliklə, qeyd edilənlər əsasında bəlli olur ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinin tələbləri pozulmamışdır. Belə ki, Qanununun 13-cü maddəsinin 5-ci bəndinin tələbinə tamamilə müvafiq olaraq icarəyəverən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək haqqında ərizəsini icarəçiyə göndərmiş, bundan sonra da müddətin bitməsi ilə müqaviləyə xitam verilmişdir. İcarə sahəsindən iddiaçıya aid olmuş bütün malların və mebellərin iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə videomüşahidə altında toplanaraq çıxarılıb, iddiaçıya məxsus saxlanc yerinə (anbara) gətirilərək yenə də iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə və videomüşahidə altında boşaldılaraq təhvil verildiyini təsdiq edən videgörüntülər təsdiq edir ki, icarə müqaviləsi xitam olunduqdan sonra icarə sahəsində iddiaçıya aid hər hansı əşya qalmamışdır, hazırda da yoxdur. Bu faktı Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 16(105)-16/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının icrası zamanı aparılmış icra hərəktlərinin nəticələri də təsdiq edir. Belə ki, qərardadla İddiaçı icarə obyektində fəaliyyətinə Cavabdeh3 və digər şəxslər tərəfindən hər hansı maneənin törədilməsi qadağan edilmiş, lakin İddiaçı icarə obyektində hər hansı fəaliyyəti və həmin icarə obyektində hər hansı mal-materialı olmadığından qərardadın icrası da mümkün olmamışdır. İddiaçının icarə obyektinin mülkiyyətçisi, yəni Cavabdeh2 tərəfindən 12 oktyabr 2018-ci il tarixli müqavilənin 3-cü bəndinə müvafiq olaraq müqavilənin pozulmasına dair İddiaçınə heç bir təklif irəli sürməməsi ilə bağlı dəlili də əsassızdır. Əvvəla buna diqqət yetirmək lazımdır ki, müqavilənin 3-cü bəndində qeyd edilmiş «pozulma» ifadəsi müqavilənin Mülki Məcəllənin 423-cü maddəsi ilə nəzərdə tutulmuş ləğvini deyil, həmin Məcəllənin 689.1-ci maddəsi ilə nəzərdə tutulmuş xitamını nəzərdə tutur. O ki, qaldı icarə müqaviləsinin pozulması, xitam olunması ilə bağlı yeni mülkiyyətçi tərəfindən icarəçiyə təklif göndərilməsi məsələsinə- məhkəməyə təqdim olunmuş Cavabdeh2 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə Cavabdeh2 daşınmaz əmlakın alqı-satqısı ilə bağlı səlahiyyətlər də daxil olmaqla, bütün əmlakının idarə edilməsi ilə bağlı Cavabdeh3 geniş səlahiyyətlər vermişdir. Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm olan qeyri-yaşayış sahəsinin 80 kv.m hissəsi, habelə həmin hissənin icarəyə verilməsinə dair iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh3 tərəfindən icra edilmiş hər bir hərəkət eyni zamanda digər Cavabdeh2 tərəfindən edilmiş (edilməsinə əvvəlcədən razılıq verilmiş, habelə sonradan da bəyənilmiş) hərəkət olmuşdur. Yeni mülkiyyətçi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsi Cavabdeh3 ilə İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verildikdən sonra bağlanmış müqavilədir və həmin müqaviləni də mülkiyyətçi Cavabdeh2 tərəfindən verilmiş etibarnamə əsasında məhz Cavabdeh3 bağlamışdır. Bu mənada mülkiyyətçi etibarnamə üzrə nümayəndəsi vasitəsilə Cavabdeh1 ilə 21 noyabr 2022-ci il tarixdə yeni icarə müqaviləsi bağlamaqla nümayəndəsi Cavabdeh3 İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi ilə bağlı həyata keçirdiyi hərəkətləri bəyəndiyini bəyan etmişdir. İcarəyəverən Cavabdeh3 ilə icarəçi İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış, xx.xx.2022-ci il tarixinədək müddəti uzadılmış, xx.xx.2022-ci il tarixdə müddətin bitməsi ilə xitam verilmiş icarə müqaviləsi ilə bağlı İddiaçı tərəfindən məhkəmədə qaldırılmış “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair hazırkı mübahisə üzrə icarə müqaviləsinin xitam edilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1 və 423.2-ci maddələri ilə deyil, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1, 697.1 və 700.3-cü maddələri ilə tənzimlənir. Bundan başqa qeyd olunur ki, icarəyəverən Cavabdeh3 ilə icarəçi İddiaçı arasında Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kv.m olan qeyri-yaşayış sahəsinin 80 kv.m hissəsinin icarəsi ilə bağlı xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuşdur ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İcarə müddətinin sonunda tərəflərdən hər hansı biri müqavilənin pozulması ilə bağlı digər tərəfə təklif verməmiş, bu səbəbdən müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə, yəni müqavilənin müddətinin bitməsinə 1 ay 13 gün qalmış icarəyəverən icarəçiyə müddətin bitməsi ilə əlaqədar olaraq icarə müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərərək Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm təşkil edən qeyri-yaşayış sahəsinin 80 kvm hissəsinin xx.xx.2011-ci il tarixədək icarəyə verilməsinə dair İddiaçı ilə bağlanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tairxdə bitdiyini, bununla da icarə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin müddətinin bitməsi ilə xitam verildiyini nəzərə alınaraq icarə obyektinin xx.xx.2022-ci il tarixdən gec olmayaraq boşaldılıb təhvil verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə isə yeni bir müraciət göndərərək icarə obyektini təhvil verərkən icarə obyektinin yerləşdiyi Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanı üzrə dərman vasitələrinin və tibbi avadanlıqların satışı fəaliyyəti ilə məşğul olmaq üçün alınmış lisenziyanın da ləğv edilməsinin təmin olunmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə müqavilənin qüvvədə olma müddəti müəyyən edilmişdir. Həmin müddət bitmiş və icarə hüquq münasibətlərinə müddətin bitməsi ilə xitam verilmişdir. Müqavilə ilə müəyyən edilmiş müddətin bitməsi ilə icarəçinin icarə obyektindən istifadə ilə bağlı hüquqlarına da xitam verilmişdir. Yəni, müddət bitdikdən, bununla da icarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarə haqqını tam ödəmişdirsə, yeganə bir vəzifəsi qalmışdır ki, o da icarə obyektini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsində nəzərdə tutulmuş qaydada müddətin bitdiyi tarixdən gec olmayaraq icarəyəverənə təhvil verməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinin tələbinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Müddətin bitməsi ilə xitam olunmuş müqavilə üzrə icarə hüquq münasibətlərinin davam etdirilməsinə icarəyəverənin məcbur edilməsi, onu müqavilə bağlamağa məcbur etməkdir. Mülki Məcəllənin 423-cü maddəsi qüvvədə olan, yəni hələ şərtləri dəyişdirilməmiş, ləğv edilməmiş müqavilələr üzrə tərəflər arasında yaranmış mübahisələri tənzimləyir. Çünki qüvvədə olan müqavilənin şərtlərini yalnız qarşılıqlı razılıqla dəyişdirmək olar, eyni zamanda onu qarşılıqlı razılıqla ləğv etmək olar. Əgər tərəflərdən biri müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə razı deyildirsə, bu halda qanunverici həmin məsələnin həllini məhkəmənin səlahiyyətinə vermişdir. Çünki, əgər qüvvədə olan müqavilənin birtərəfli dəyişdirilməsinə və ya ləğv edilməsinə yol verilsəydi, bu halda mülki hüquq subyektləri arasında hərc-mərclik yaranar, mülki dövriyyənin sabitliyi pozulardı. Müddətin bitməsi ilə xitam olunmuş müqavilə isə qüvvədə olmayan müqavilədir. Bu baxımdan müqavilənin müddətinin bitməsi ilə xitam olunmasını, qüvvədə olan, icra olunan müqavilənin ləğv edilməsindən fərqləndirmək lazımdır. Müddət bitmişdirsə, daha müqavilə yoxdur. Yəni həmin müqavilə üzrə bütün hüquq münasibətlərinə, öhdəliklərə xitam verilmişdir. Xitam olunmuş müqavilənin ləğv edilməsinə ehtiyac yoxdur. Xitam olunmuş müqavilənin Mülki Məcəllənin 423-cü maddəsi ilə nəzərdə tutulmuş mənada ləğv edilməsi mümkün də deyil. Xitam olunmuş müqavilənin ləğv edilməsi, yalnız fiziki mənada, yəni məsələn yandıraraq, cıraraq və sair bu qaydada məhv edilməsi ilə mümkündür ki, Mülki Məcəllənin 423-cü maddəsi bu qaydada ləğvi deyil, icra olunan, qüvvədə olan müqavilənin hüquq çərçivəsində ləğvini nəzərdə tutur. İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinin tələbinə görə icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 8-ci bəndinin tələbinə görə müqavilənin ləğv edilməsi tərələrin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Heç bir əsas olmadan tərəflərdən hər hansı biri icarə müqaviləsini ləğv edərsə aylıq icarə haqqının 6 mislini ödəməyi öhdəsinə götürür. Qeyd edilən bəndlərin müqayisəli təhlili göstərir ki, müqavilənin 3-cü bəndi ilə müəyyən edilmiş münasibətlər müqavilənin müddətinin bitməsi ilə pozulmasını, xitam olunmasını nəzərdə tutan münasibətlər olmaqla “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 689.1, 697.1, 700.3-cü maddələri ilə tənzimlənir. İcarə müqaviləsinin 8-ci bəndi ilə müəyyən edilmiş münasibətlər isə müqavilənin qüvvədə olduğu müddətdə ləğv edilməsini nəzərdə tutan münasibətlər olmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsi ilə tənzimlənir. Bu səbəbdən icarə müqaviləsinin 3-cü bəndinin tətbiqi ilə bağlı yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsi tətbiq edilə bilməz. Müddətin bitməsi ilə xitam olunmuş icarə müqaviləsinin tərəfi olan icarəyəverəni həmin, qüvvədə olmayan icarə müqaviləsinin müddətini uzatmağa məcbur etmək olmaz. Əksi mülkiyyətçini (icarəyəverəni) bağlamağa razı olmadığı yeni müqavilə bağlamağa məcbur etmək olar ki, bu da yolverilməzdir. Bu cür məcburetmə Mülki Məcəllənin 390.1 (azad surətdə müqavilələr bağlamaq) və 390.3-cü (müqavilə bağlamağa məcburetməmə) maddələrinin pozulması olar. Məhkəməyə təqdim olunmuş İddiaçı Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) Samir Yusiflinin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, o, icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyini, bununla da aptekdəki malın və inventarın yığılması üçün xx.xx.2022-ci il tarixdək möhlət verilməsini icarəyəverəndən xahiş etmişdir. Bundan sonra icarəçiyə malının və inventarının yığılması üçün möhlət verilmiş, daha sonra mal və inventar videomüşahidə, habelə mühafizə polisinin nəzarəti altında yığılıb qablaşdırılmış və icarə obyektindən çıxarılaraq icarəçinin saxlanc yerinə daşınıb, orada icarəçinin iştirakçı ilə icarəçinin saxlanc yerinə (anbarına) boşaldılaraq videomüşahidə altında icarəçiyə təhvil verilmişdir. İddiaçı Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) Samir Yusiflinin xx.xx.2022-ci il tarixli bildirişi ilə təsdiq edilir ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi müqavilənin digər, yəni iddiaçı tərəfin də razılığı ilə müddətin bitməsi ilə xitam olunmuş, bundan sonra icarəçi icarə sahəsindəki özünə məxsus olan bütün əşyalarını (dərman vasitələrini, mebellərini və sair) çıxarıb, icarə sahəsini boşaldaraq icarəyəverənə təhvil vermişdir.
14. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil2 etirazı ilə bağlı 08 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, etirazda qeyd olunur ki, guya səlahiyyətsiz (icarə obyektinin mülkiyyətçisi olmayan) şəxs – Cavabdeh3 tərəfindən icarə müqaviləsinə xitam verilməsi barədə bildiriş sonradan Cavabdeh2 tərəfindən “bəyənilmişdir” və bu səbəbdən də həmin bildirişə əsasən icarə müqaviləsinə xitam verilməli idi. Bununla bağlı cavabdehlərin nümayəndəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə istinad edilir. Etirazda göstərilən dəlillər tamamilə əsassız olmaqla, iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdehlərin nümayəndəsinin mövqeyinə görə, bir Cavabdeh2, digər cavabdeh- səlahiyyətsiz şəxs Cavabdeh3 icarə müqaviləsinə xitam verilməsi barədə iddiaçıya göndərdiyi bildirişi sonradan “bəyəndiyi” üçün həmin etibarsız bildirişə etibarlı əqd kimi baxılmalıdır. Halbuki, nəzərə almaq lazımdır ki, Cavabdeh2 sonradan “bəyəndiyi” həmin əqd (bildiriş) həmin bəyənməyə münasibətdə üçüncü şəxs olan iddiaçının mənafelərini pozur. Belə ki, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə səlahiyyətli şəxs tərəfindən hər hansı etibarlı əqd- bildiriş təqdim edilmədiyindən elə həmin müqavilənin 3-cü bəndinə uyğun olaraq icarə müqaviləsinin müddəti daha 1 il müddətinə uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Göründüyü kimi, cavabdehlərin nümayəndəsinin Mülki Məcəllənin 358-ci maddəsinə istinadən iddiaçının mənafelərini pozan əqdi “bəyənməsi” Mülki Məcəllənin 351.5-ci maddəsinə zidd olduğu üçün qəbul edilə bilməz. Bundan əlavə, Cavabdeh3, iddiaçıya göndərdiyi bildirişlərdə hər hansı etibarnaməyə (yəni, səlahiyyətli olduğuna) istinad etməmiş, bildirişləri öz adından göndərmiş, Cavabdeh2 tərəfindən də Cavabdeh3 verilmiş etibarnamə iddiaçıya təqdim edilməmişdir. Halbuki Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Digər tərəfdən, hətta həmin etibarnamə təqdim edilmiş olsaydı belə, həmin etibarnamədə onun qüvvədə olma müddəti göstərilmədiyindən Mülki Məcəllənin 363.1-ci maddəsinin tələbləri baxımından bir ildən sonra, yəni xx.xx.2022-ci ildə qüvvədən düşmüşdü. Şərh edilənlərdən də göründüyü kimi, qanunvericiliyin imperativ tələblərinə cavab verməyən bildiriş əsasında müqaviləyə xitam verilməsi barədə bildiriş heç bir hüquqi nəticə yaratmayan, əhəmiyyətsiz əqd olmuşdur və həmin bildirişə istinadən cavabdehlərin nümayəndəsinin sonrakı dəlilləri də əsassız olmaqla, ümumiyyətlə müzakirə predmeti ola bilməz.
15. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, İddiaçı X14 adlı işçisinin olmadığını bildirmişdir.
16. Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçı ilə aralarındakı müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. O, Cavabdeh2 ona verdiyi xx.xx.2020-ci il tarixli etibarnamə əsasında xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə İddiaçınə müddətin bitməsi ilə əlaqədar icarə müqaviləsinə xitam verilməsi barədə bildirişlər göndərərək obyektin təhvil verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi X14 ona məktub ünvanlayaraq müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyini, malın və inventarın yığılması üçün xx.xx.2022-ci il tarixinədək vaxt verilməsini xahiş etmişdir. Daha sonra İddiaçınə aid mallar iddiaçının nümayəndəsinin iştirakı ilə obyektdən çıxarılaraq ona təhvil verilmişdir. Göstərilənlərə əsasən o, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh1 qanuni təmsilçisi Nümayəndə2 izahatında 21 noyabr 2022-ci il tarixdə Cavabdeh2 ilə sözügedən qeyri-yaşayış sahəsinin ona məxsus hissəsinə dair icarə müqaviləsi bağladığını bildirərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-287/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli müvafiq bildirişləri Cavabdeh3 İddiaçınə öz adından göndərmiş, həmin bildirişlərdə sözügedən icarə obyektinin mülkiyyətçisi Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi olduğu qeyd edilməmişdir. Buna baxmayaraq işin halları ilə müəyyən olunur ki, Cavabdeh3 həmin bildirişləri göndərməsinə mülkiyyətçinin sonradan hər hansı etirazı olmamış, daha sonra isə Cavabdeh3 etibarnamə əsasında sözügedən qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxsus 200 kv.m. hissəsini “Farmstore" MMC-yə icarəyə vermişdir. Məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslılığı müəyyən edilməmişdir.
21. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 355, 356, 357, 358, 689.1, 700.1, 324, 329.1, 337.1, 6.2, 390.1, 390.3, “İcarə haqqında” Qanunun 13.1, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23.-İcarə obyektinin mülkiyyətçisinin dəyişməsi: Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusunun 24 oktyabr 2022-ci il tarixli, 1735 saylı arayışında bildirilir ki, “xx.xx.2018-ci il tarixində 3M 535 reyestr nömrəsi ilə bağlanan müqavilə "Elektron notariat" X1 ləğv olunmayıb, qüvvədədir. Cavabdeh3 məxsus **********54-06301 reyestr nömrəli, ********** reyestr nömrəli, xx.xx.2009-cu il tarixli çıxarış "Elektron notariat" X1 aşkar olunmamışdır, yüklülük barədə arayışı əldə etmək istəyən zaman sistem həmin çıxarış əsasında əqd bağlandığını və forma 1 məlumatına baxışın məhdudlaşdırıldığını göstərmişdir. Bu da o deməkdir ki, Cavabdeh3 həmin əmlakı özgəninkiləşdirib”. - İddiaçı ilə bağlanmış icarə müqaviləsi qüvvədə olduğu halda, icarə obyektinin başqa şəxsə icarəyə verilməsi: 21 noyabr 2022-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş, 3M524 reyestr nömrəsi ilə qeydə alınmış icarə müqaviləsindən görünür ki, Cavabdeh2 sözügedən qeyri-yaşayış binasından 200 kv.m sahəni Cavabdeh1 MMC-yə icarəyə vermişdir. Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya icarə müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilərək, icarə obyektinin təhvil verilməsi tələb edilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə eyni məzmunlu daha bir bildiriş göndərilmiş və əlavə olaraq icarə obyektinin yerləşdiyi ünvan üzrə dərman vasitələrinin satışı fəaliyyəti ilə məşğul olmaq üçün alınmış lisenziyanın da ləğv edilməsinin təmin olunması xahiş edilmişdir. Halbuki icarə obyektinin mülkiyyətçisi, yəni Cavabdeh2 tərəfindən 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə müvafiq olaraq müqavilənin pozulmasına dair İddiaçınə heç bir təklif irəli sürülməmişdir. İcarə obyektinin mülkiyyətçisinin dəyişməsi ilə bağlı iddiaçıya heç bir məlumat verilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən vəkil sorğusuna 30 noyabr 2022-ci il tarixdə verilmiş cavab məktubu ilə iddiaçıya məlum olmuşdur ki, icarə obyekti 28 dekabr 2018-ci il tarixdən digər Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, icarə obyekti yeni mülkiyyətçi Cavabdeh2 tərəfindən 21 noyabr 2022-ci il tarixdə digər Cavabdeh1 MMC-yə icarəyə verilmişdir. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə cavabdehlərə pretenziya məktubu göndərilmiş, lakin məktuba münasibət bildirilməmişdir. İddiaçı tərəfindən mübahisənin mediasiya vasitəsilə həll edilməsi barədə mediasiya təşkilatına müraciət edilmiş, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. -12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılmış hesab olunmasına dair: Birinci instansiya məhkəməsi hazırkı iş üzrə Mülki Məcəllənin “Əqdlərdə razılıq” adlı 15-ci fəslinə aid bütün maddələrə 355, 356, 357, 358-ci maddələrə istinad etmiş, lakin konkret olaraq həmin fəslin hansı maddəsini tətbiq etdiyini göstərməmişdir. Halbuki, həmin normalar fərqli münasibətləri(qabaqcadan verilən razılıq, sonradan verilən razılıq, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi) tənzimləyir və məhkəmə tərəfindən eyni vaxtda bu normaların hamısının tətbiq edilməsi də onu təsdiq edir ki, məhkəmə mübahisənin həlli ilə bağlı konkret norma tətbiq etməkdə çətinlik çəkmişdir. Bununla bağlı apellyator İnsan Hüquqları üzrəAvropa Məhkəməsinin “Castrave v. Moldova” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyinə diqqət yetirilməsini zəruri hesab edir. Həmin işdə Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən milli məhkəmələr qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir (§ 34). Hazırkı işdə Mülki Məcəllənin 355, yaxud 356 və ya 357-ci maddələrinin tətbiqi istisna olunur. Belə ki, həmin maddələr yaranmış mülki münasibətlərdə üçüncü subyektin-əvvəlcədən və yaxud sonradan razılıq verməli olan üçüncü şəxsin olmasını ehtiva edir. İcarə müqaviləsinin bağlanması və ya onun pozulması münasibətlərində isə iki subyekt- icarəyə verən və icarəçi iştirak edir, belə əqdlərin bağlanması üçün hər hansı üçüncü şəxsin razılığı tələb olunmur. Belə olan halda, yalnız Mülki Məcəllənin 358-ci maddəsi nəzərdən keçirilə bilər ki, bu normanın da tətbiq oluna bilməməsi aşağıda şərh edilir. -məhkəmə, həmin etibarnaməyə və bununla bağlı Mülki Məcəllənin 358-ci maddəsinə istinad edərkən, həmin maddənin tətbiqinin hazırkı iş üzrə qeyri-mümkün olduğunu nəzərdən qaçırmışdır. Belə ki, bildiriş səlahiyyətsiz şəxs tərəfindən verildiyindən, səlahiyyətli şəxs “əqdi bəyənməsi” barədə məlumatı müqavilə ilə müəyyən edilmiş bir aylıq müddət ərzində verməli idi. Həmin müddət ərzində iddiaçı (icarəçi) səlahiyyətli şəxs tərəfindən Bildiriş almadığı üçün müqavilə növbəti il üçün uzadılmış hesab edilmişdir. Sonradan “bəyənmə” isə artıq müqavilənin müddətinin uzadılmasından sonra verildiyi üçün iddiaçı üçün heç bir hüquqi əhəmiyyət kəsb edə bilməzdi. Göründüyü kimi, belə “bəyənmə” mülki hüquq münasibətlərinin subyektlərinin vicdanlı davranış tələblərinə zidd olmuşdur. - Bundan əlavə, məhkəmə, öz qətnaməsində Mülki Məcəllənin 324-cü maddəsinə formal istinad etsə də, həmin Məcəllənin 325.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyinin fərqinə varmamışdır. Belə ki, normaya görə: 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Yuxarıda da qeyd edildiyi kimi,“bəyənmə” özü də iradə ifadəsi olmaqla əqd hesab edildiyindən, həmin əqd (“bəyənmə”) iddiaçıya çatdığı andan etibarlı ola bilərdi. Lakin belə əqd iddiaçıya, müqavilə ilə müəyyən edilmiş 1 aylıq müddətdə çatdırılmadığından, müqavilənin müddəti uzadılmış hesab edilmişdir və bundan sonra verilən və yaxud “bəyənilən” əqd (bildiriş, yaxud “bəyənmə”) müqavilənin pozulması (yaxud xitamverilməsi) üçün əsas hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, etibarnamənin Cavabdeh2 tərəfindən Cavabdeh3 xx.xx.2020-ci il tarixdə verilməsi hələ həmin etibarnamənin iddiaçıya çatdırılması anlamına gəlmir və cavabdehlər bunu təkzib edən sübutu məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi, iddia tələbinin icarə müqaviləsinin müddətinin uzadılmış hesab olunmasına dair hissəsi təmin edilməli idi. - İddiaçının icarəsində olan sahəni də əhatə edən sahənin icarəyə verilməsinə dair 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin həmin hissədə etibarsız hesab edilməsinə dair: Apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərindən də göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti uzadılmış hesab edildiyindən, həmin sahə başqa şəxsə icarəyə verilə bilməzdi. - Tərəflər arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun olaraq, notariat qaydasında bağlanmışdır, həmin müqavilənin qüvvədə olduğu bütün müddət ərzində iddiaçının həmin əmlaka sahiblik və istifadə hüquqları qüvvədə olmuşdur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bundan əlavə, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. İstinad edilən maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, icarə obyektinin 200 kv.m. hissəsinin 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1nə icarəyə verilməsinə dair müqavilə, Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqd-yəni “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olmuşdur. Belə olan halda iddia tələbinin bu hissəsi də əsaslı olmaqla təmin edilməli idi. - icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsinə dair: Şikayətin hazırkı bölməsinin İ və İİ hissələrində qeyd edilən dəlillərlə iddiaçının icarəyə götürdüyü sahəyə dair istifadə və sahiblik hüququnun qüvvədə olması sübuta yetirilmişdir. Həmçinin icarə obyektindən istifadəyə maneələr yaradılmasını təsdiq edən fotolar da təqdim edilmişdir. Belə olan halda iddianın bu hissəsinin də təmin edilməsindən imtina əsassız olmuşdur. - Halbuki, iş materiallarından da aydın görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə müəyyən edilmiş 1 aylıq müddət ərzində müqavilənin pozulmasına dair bildiriş müqavilə şərtlərinə və qanunun imperativ tələblərinə cavab verən qaydada göndərilməmiş və bu səbəbdən müqavilənin müddəti növbəti 1 il üçün uzadılmış hesab edilmişdir. Belə olan halda, məhkəmə tərəfindən yalnız xx.xx.2020-ci il tarixli 13877 nömrəli etibarnaməyə istinad edilməklə, faktiki olaraq mübahisəni mahiyyəti üzrə həmin “sübut” əsasında “həll etməsi”, yəni, iddiaçıya çatdırımalı olan “bəyənmə”nin çatdırılmasına dair heç bir sübut olmadığı halda, müqavilənin pozulmasına dair “bildiriş”in təqdim edilmə faktını tanımaqla həll etməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin də pozulması ilə müşayiət olunmuşdur. Bundan əlavə, məhkəmənin istinad etdiyi İddiaçı MMC-nin Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) Samir Yusiflinin xx.xx.2022-ci il tarixli bildirişi”nə gəldikdə isə qeyd edilməlidir ki, həmin şəxsi məhkəmə hansı səbəbdən “səlahiyyətli şəxs” hesab etməsi aydın deyil, belə ki, icarə müqaviləsi İddiaçı MMC-nin adından onun tərəfindən imzalanmamışdır, həmin bildirişlə müraciət etməyə onun səlahiyyəti olmamışdır, icarə obyektindən malların çıxarılması zərurəti isə cavabdehin qanunsuz müdaxiləsindən sonra, tez xarab olan dərmanların və xüsusi şəraitdə saxlanılmalı olan tibbi malların yararsız vəziyyətə düşməsinin və zərər dəyməsinin qarşının alınmasından yaranmışdı. Göründüyü kimi, bu məsələyə münasibətdə də Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı cavabdehin vəkili Vəkil2 etiraz təqdim etmişdir. Etiraz aşağıdakı kimi əsaslandırılmışdır: İddiaçı iddia ərizəsində hesab etmişdir ki, mübahisə «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü , 4-cü, 5-ci bəndləri, 15-ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 352, 423.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunu. Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması 3. İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. 4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.
5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Maddə 15. İcarəçinin əmlak hüquqlarının müdafiəsi 1. İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 352. Əqdin bir hissəsinin etibarsızlığının nəticələri Əqdin bir hissəsini etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü, 4-cü, 5-ci bəndlərinə, 15-ci maddəsinin 1-ci bəndinə istinad etməklə hesab etmişdir ki, mübahisəli icarə sahəsinin mülkiyyətçisinin dəyişməsi iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir, müqavilənin müddəti qurtardıqdan sonra iddiaçının müqaviləni təzələmək hüququ vardır, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında mülkiyyətçi X8 ərizəsi olmadığına görə icarə müqaviləsi, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir, buna görə iddiaçı həmin icarə sahəsindən onun istifadəsinə cavabdeh Leyla Əsgərova tərəfindən törədilən maneələrin qadağan edilməsini tələb edə bilər. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, onunla bağlanmış icarə müqaviləsi Mülki Məcəlləsinin 423.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada, yəni icarəyəverən tərəf müqavilənin ləğv edilməsi tələbi ilə iddiaçıya müraciət etməli, iddiaçının imtinasını aldıqdan və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində iddiaçıdan cavab almadıqda müqavilənin ləğv edilməsi tələbini məhkəmə qaydasında irəli sürə bilərdi. Bu əsasla da iddiaçı hesab etmişdir ki, icarəyəverən Leyla Əsgərova tərəfindən Mülki Məcəllənin 423.2ci maddəsinə riayət edilməyib, müqavilənin müddətinin qurtarmasına 1 ay 13 gün qalmış müqavilənin xitam edilməsinə dair Bildiriş göndərilməklə müqavilənin xitam edilməsi doğru olmayıb. Kommersiya işindən görünür ki, icarə obyektinin mülkiyyətçisinin dəyişməsi ilə 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin hər hansı şərti dəyişdirilməmişdir, mülkiyyətçi dəyişdikdən sonra da icarə müqaviləsi üzrə öhdəliklər icra olunmuş, mülkiyyətçinin dəyişməsi ilə icarəçinin hər hansı hüququ pozulmamış, sonradan da müqavilə, onun qüvvədə olma müddətinin bitməsi ilə xitam olunmuşdur. İddiaçının müqaviləni təzələmək hüququnun olduğu icarəyəverən tərəfdən təkzib edilmir və bu hüquq da pozulmamışdır. Belə ki, icarəçi bu hüququndan o halda istifadə edə bilərdi ki, icarə sahəsi eyni şərtlərlə bir neçə icarəçiyə təklif olunsun, yaxud bir neçə icarəçi icarə sahəsini icarəyə götürmək istəsin. Bu halda icarəçinin icarə sahəsini icarəyə götürməkdə üstünlük hüququ vardır. Lakin əgər icarə sahəsi daha sərfəli şərtlərlə icarəyə təklif olunursa və icarəçi də həmin şərtlərlə icarə müqaviləsi bağlamaq istəmirsə, bu halda icarə sahəsi daha sərfəli şərtlərlə başqa icarəçiyə icarəyə verilə bilər ki, mülkiyyətçinin bu hüququ məhdudlaşdırıla bilməz. Kommersiya işinin materiallarından görünür ki, X15 ilə Cavabdeh1 MMC arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsi mülkiyyətçi üçün daha sərfəli şərtlərlə, yəni əvvəla daha böyük bir sahə icarəyə verilməklə və daha çox icarə haqqı müəyyən edilməklə bağlanmışdır və həmin müqavilə bağlananadək, daha dəqiqi iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə müddətin bitməsi əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilməsinə dair icarəyəverən tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli Bildirişin iddiaçı tərəfindən alındığı tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə iddiaçı tərəfindən icarəyəverənə icarə müqaviləsinin mülkiyyətçi üçün daha sərfəli şərtlərlə bağlanması ilə bağlı hər hansı təklif irəli sürülməmişdir. Halbuki, iddiaçı icarəyəverənin, sonuncuya məxsus qeyri-yaşayış sahəsinin daha böyük hissəsini və real bazar qiymətlərinə müvafiq olaraq daha böyük icarə haqqı müqabilində icarəyə vermək niyyətində olduğunu bilmişdir. Beləliklə, qeyd edilənlər əsasında bəlli olur ki, «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinin tələbləri pozulmamışdır. Belə ki, Qanununun 13-cü maddəsinin 5-ci bəndinin tələbinə tamamilə müvafiq olaraq icarəyəverən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək haqqında ərizəsini icarəçiyə göndərmiş, bundan sonra da müddətin bitməsi ilə müqaviləyə xitam verilmişdir. Kommersiya işinin materiallarına əlavə edilmiş «Flaskard»dao lan görüntülərdən görünür ki, icarə sahəsindən iddiaçıya aid olmuş bütün malların və mebellərin iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə videomüşahidə altında toplanaraq çıxarılıb, iddiaçıya məxsus saxlanc yerinə (anbara) gətirilərək yenə də iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə və videomüşahidə altında boşaldılaraq təhvil verildiyini təsdiq edən videgörüntülər təsdiq edir ki, icarə müqaviləsi xitam olunduqdan sonra icarə sahəsində iddiaçıya aid hər hansı əşya qalmamışdır, hazırda da yoxdur. Bu faktı Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 16(105)- 16/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının icrası zamanı aparılmış icra hərəktlərinin nəticələri də təsdiq edir. Belə ki, qərardadla İddiaçı MMC-nin icarə obyektində (Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm olan qeyri-yaşayış sahəsinin 80 kvm hissəsində) fəaliyyətinə Askyerova (Əsgərova) Leyla və digər şəxslər tərəfindən hər hansı maneənin törədilməsi qadağan edilmiş, lakin İddiaçı MMC-nin icarə obyektində (Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm olan qeyri-yaşayış sahəsinin 80 kvm hissəsində) hər hansı fəaliyyəti və həmin icarə obyektində hər hansı mal-materialı olmadığından qərardadın icrası da mümkün olmamışdır. Digər tərəfdən sözügedən qərardadda apellyasiya instansiyası məhkəməsinin İddiaçı MMC-yə məxsus dərman vasitələri icarə obyektində olduğundan» ifadəsini qeyd etməsi doğru olmamışdır. Belə ki, həmin qərardad qəbul edilərkən əvvəla icarə obyektində İddiaçı MMC fəaliyyət göstərmirdi, icarə sahəsində İddiaçı MMC-yə aid hər hansı dərman vasitəsi və ya hər hansı əşya yox idi, digər tərəfdən də apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfin iştirak etmədiyi məhkəmə iclasında, habelə yerində müayinə etmədiyi icarə sahəsində yalnız iddiaçı tərəfin bildirdikləri əsasında dərman vasitələrinin qalmış olduğuna dair qənaətə gəlməsi doğru və həqiqətə uyğun olmamışdır. İddiaçının icarə obyektinin mülkiyyətçisi, yəni X15 tərəfindən 12 oktyabr 2018-ci il tarixli müqavilənin 3-cü bəndinə müvafiq olaraq müqavilənin pozulmasına dair İddiaçı MMC-yə heç bir təklif irəli sürməməsi ilə bağlı dəlili də əsassızdır. Əvvəla buna diqqət yetirmək lazımdır ki, müqavilənin 3-cü bəndində qeyd edilmiş «pozulma» ifadəsi müqavlənin Mülki Məcəllənin 423-cü maddəsi ilə nəzərdə tutulmuş ləğvini deyil, həmin Məcəllənin 689.1-ci maddəsi ilə nəzərdə tutulmuş xitamını nəzərdə tutur. O ki, qaldı icarə müqaviləsinin pozulması, xitam olunması ilə bağlı yeni mülkiyyətçi tərəfindən icarəçiyə təklif göndərilməsi məsələsinə, məhkəməyə təqdim edilmiş X15 tərəfindən Askyerova (Əsgərova) Leylaya verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə X15 daşınmaz əmlakın alqı-satqısı ilə bağlı səlahiyyətlər də daxil olmaqla, bütün əmlakının idarə edilməsi ilə bağlı Askyerova (Əsgərova) Leylaya geniş səlahiyyətlər vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 355. Əqdlərdə razılıq anlayışı 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 356. İcazə (qabaqcadan verilmiş razılıq) Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə
358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. İstinad edilən maddi hüquq normalarının tələblərindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm olan qeyriyaşayış sahəsinin 80 kvm hissəsi, habelə həmin hissənin icarəyə verilməsinə dair iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Askyerova (Əsgərova) Leyla tərəfindən icra edilmiş hər bir hərəkət eyni zamanda digər cavabdeh X15 tərəfindən edilmiş (edilməsinə əvvəlcədən razılıq verilmiş, habelə sonradan da bəyənilmiş) hərəkət olmuşdur. Kommersiya işindən görünür ki, yeni mülkiyyətçi X15 ilə Cavabdeh1 MMC arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsi Askyerova (Əsgərova) Leyla ilə İddiaçı MMC arasında xx.xx.2018ci il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verildikdən sonra bağlanmış müqavilədir və həmin müqaviləni də mülkiyyətçi X15 tərəfindən verilmiş etibarnamə əsasında məhz Askyerova (Əsgərova) Leyla bağlamışdır. Bu mənada mülkiyyətçi etibarnamə üzrə nümayəndəsi vasitəsilə Cavabdeh1 MMC ilə 21 noyabr 2022-ci il tarixdə yeni icarə müqaviləsi bağlamaqla nümayəndəsi Askyerova (Əsgərova) Leylanın İddiaçı MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi ilə bağlı həyata keçirdiyi hərəkətləri bəyəndiyini bəyan etmişdir. Hesab edilir ki, icarəyəverən Askyerova (Əsgərova) Leyla ilə icarəçi İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış, xx.xx.2022-ci il tarixinədək müddəti uzadılmış, xx.xx.2022-ci il tarixdə müddətin bitməsi ilə xitam verilmiş icarə müqaviləsi ilə bağlı İddiaçı MMC tərəfindən məhkəmədə qaldırılmış «müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi tələbinə dair» hazırkı mübahisə üzrə icarə müqaviləsinin xitam edilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1 və 423.2-ci maddələri ilə deyil, «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1, 697.1 və 700.3-cü maddələri ilə tənzimlənir. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması 1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Maddə 700. İcarə müqaviləsi 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi qanunda əmlak kirayəsi müqaviləsi olan icarə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi ilə xitam verildiyi olduqca aydın və anlaşılan bir dildə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Maddə 369. Müddətin qurtardığını bildirən vaxt 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. 369.3. Aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır. 369.6. Günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göründüyü kimi qanunda mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxt olan müddətin başlama və qurtarma (bitmə) anları da dəqiq müəyən olunmuşdur. Kommersiya işindən görünür ki, icarəyəverən Askyerova (Əsgərova) Leyla ilə icarəçi İddiaçı MMC arasında Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm olan qeyri-yaşayış sahəsinin 80 kvm hissəsinin icarəsi ilə bağlı xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuşdur ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İcarə müddətinin sonunda tərəflərdən hər hansı biri müqavilənin pozulması ilə bağlı digər tərəfə təklif verməmiş, bu səbəbdən müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə, yəni müqavilənin müddətinin bitməsinə 1 (bir) ay 13 (on üç) gün qalmış icarəyəverən icarəçiyə müddətin bitməsi ilə əlaqədar olaraq icarə müqaviləsinə xitam verilməsinə dair Bildiriş göndərərək Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm təşkil edən qeyri-yaşayış sahəsinin 80 kvm hissəsinin xx.xx.2011-ci il tarixədək icarəyə verilməsinə dair İddiaçı MMC ilə bağlanmış 12 oktyabr 2018-ci il tarixli İcarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tairxdə bitdiyini, bununla da İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin müddətinin bitməsi ilə xitam verildiyinin nəzərə alınaraq icarə obyektinin xx.xx.2022-ci il tarixdən gec olmayaraq boşaldılıb təhvil verilməsini xahiş etmişdir, xx.xx.2022-ci il tarixdə isə yeni bir müraciət göndərərək icarə obyektini təhvil verərkən icarə obyektinin yerləşdiyi Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanı üzrə dərman vasitələrinin və tibbi avadanlıqların satışı fəaliyyəti ilə məşğul olmaq üçün alınmış Lisenziyanın da ləğv edilməsinin təmin edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə müqavilənin qüvvədə olma müddəti müəyyən edilmişdir. Həmin müddət bitmiş və icarə hüquq münasibətlərinə müddətin bitməsi ilə xitam verilmişdir. Müqavilə ilə müəyyən edilmiş müddətin bitməsi ilə icarəçinin icarə obyektindən istifadə ilə bağlı hüquqlarına da xitam verilmişdir. Yəni, müddət bitdikdən, bununla da icarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçinin, icarə haqqını tam ödəmişdirsə, yeganə bir vəzifəsi qalmışdır ki, o da icarə obyektini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsində nəzərdə tutulmuş qaydada müddətin bitdiyi tarixdən gec olmayaraq icarəyəverənə təhvil verməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinin tələbinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağalmağa məcburetməyə yol verilmir. Müddətinin bitməsi ilə xitam olunmuş müqavilə üzrə icarə hüquq münasibətlərinin davam etdirilməsinə icarəyəverənin məcbur edilməsi, onu müqavilə bağlamağa məcbur etməkdir. Mülki Məcəllənin 423-cü maddəsi qüvvədə olan, yəni hələ şərtləri dəyişdirilməmiş, ləğv edilməmiş müqavilələr üzrə tərəflər arasında yaranmış mübahisələri tənzimləyir. Çünki, qüvvədə olan müqavilənin şərtlərini yalnız qarşılıqlı razılıqla dəyişdirmək olar, eyni zamanda onu qarşılıqlı razılıqla ləğv etmək olar. Əgər tərəflərdən biri müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə razı deyildirsə, bu halda qanunverici həmin məsələnin həllini məhkəmənin səlahiyyətinə vermişdir. Çünki, əgər qüvvədə olan müqavilənin birtərəfli dəyişdirilməsinə və ya ləğv edilməsinə yol verilsəydi, bu halda mülki hüquq subyektləri arasında hərc-mərclik yaranar, mülki dövriyyənin sabitliyi pozulardı. Müddətinin bitməsi ilə xitam olunmuş müqavilə isə qüvvədə olmayan müqavilədir. Bu baxımdan müqavilənin müddətinin bitməsi ilə xitam olunmasını, qüvvədə olan, icra olunan müqavilənin ləğv edilməsindən fərqləndirmək lazımdır. Müddət bitmişdirsə, daha müqavilə yoxdur. Yəni həmin müqavilə üzrə bütün hüquq münasibətlərinə, öhdəliklərə xitam verilmişdir. Xitam olunmuş müqavilənin ləğv edilməsinə ehtiyac yoxdur. Xitam olunmuş müqavilənin Mülki Məcəllənin 423-cü maddəsi ilə nəzərdə tutulmuş mənada ləğv edilməsi mümkün də deyil. Xitam olunmuş müqavilənin ləğv edilməsi, yalınz fiziki mənada, yəni məsələn yandıraraq, cıraraq və sair bu qaydada məhv edilməsi ilə mümkündür ki, Mülki Məcəllənin 423-cü maddəsi bu qaydada «ləğv»i deyil, icra olunan, qüvvədə olan müqavilənin hüquq çərçivəsində ləğvini nəzərdə tutur. İddiaçı MMC ilə cavabdeh Askyerova (Əsgərova) Leyla arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinin tələbinə görə icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 8-ci bəndinin tələbinə görə müqavilənin ləğv edilməsi tərələrin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Heç bir əsas olmadan tərəflərdən hər hansı biri icarə müqaviləsini ləğv edərsə aylıq icarə haqqının 6 mislini ödəməyi öhdəsinə götürür. Qeyd edilən bəndlərin müqayisəli təhlili göstərir ki, müqavilənin 3-cü bəndi ilə müəyyən edilmiş münasibətlər müqavilənin müddətinin bitməsi ilə pozulmasını, xitam olunmasını nəzərdə tutan münasibətlər olmaqla «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 689.1, 697.1, 700.3-cü maddələri ilə tənzimlənir. İcarə müqaviləsinin 8-ci bəndi ilə müəyyən edilmiş münasibətlər isə müqavilənin qüvvədə olduğu müddətdə ləğv edilməsini nəzərdə tutan münasibətlər olmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsi ilə tənzimlənir. Bu səbəbdən icarə müqaviləsinin 3-cü bəndinin tətbiqi ilə bağlı yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsi tətbiq edilə bilməz. Müddətinin bitməsi ilə xitam olunmuş icarə müqaviləsinin tərəfi olan icarəyəverəni həmin, qüvvədə olmayan icarə müqaviləsinin müddətini uzatmağa məcbur etmək olmaz. Əksi mülkiyyətçini (icarəyəverəni) bağlamağa razı olmadığı yeni müqavilə bağlamağa məcbur etmək olar ki, bu da yolverilməzdir. Bu cür məcburetmə Mülki Məcəllənin 390.1 (azad surətdə müqavilələr bağlamaq) və 390.3-cü (müqavilə bağlamağa məcburetməmə) maddələrinin pozulması olar. Kommersiya işində olan İddiaçı MMC-nin Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) Samir Yusiflinin xx.xx.2022-ci il tarixli Bildirişindən görünür ki, o, icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyini, bununla da aptekdəki malın və inventarın yığılması üçün xx.xx.2022-ci il tarixdək möhlət verilməsini icarəyəverəndən xahiş etmişdir. Bundan sonra icarəçiyə malının və inventarının yığılması üçün möhlət verilmiş, daha sonra mal və inventar videomüşahidə, habelə mühafizə polisinin nəzarəti altında yığılıb qablaşdırılmış və icarə obyektindən çıxarılaraq icarəçinin saxlanc yerinə daşınıb, orada icarəçinin iştirakı ilə icarəçinin saxlanc yerinə (anbarına) boşaldılaraq videomüşahidə altında icarəçiyə təhvil verilmişdir. İddiaçı MMC-nin Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) Samir Yusiflinin xx.xx.2022-ci il tarixli Bildirişi ilə təsdiq edilir ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi müqavilənin digər, yəni iddiaçı tərəfinin də razılığı ilə müddətin bitməsi ilə xitam olunmuş, bundan sonra icarəçi icarə sahəsindəki özünə məxsus olan bütün əşyaları (dərman vasitələrini, mebellərini və sair) çıxarıb, icarə sahəsini boşaldaraq icarəyəverənə təhvil vermişdir. Kommersiya işində Samir Yusiflinin İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi olaraq bir çox şəxslərlə müqavilələr bağladığını təsdiq edən sübutlar mövcuddur. Digər tərəfdən məhz Samir Yusifli özünü İddiaçı MMC-nin Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) olaraq təqdim edərək sözügedən bildirişə imza etmiş, həmin bildirişlə icarə müqaviləsinin xitam olunduğunu təsdiq etmiş, icarə obyektindən İddiaçı MMC-yə aid olan bütün malmaterialın çıxarılmasına icazə verilməsi üçün möhlət istəmiş, bundan sonra da videmüşahidə altında mal-materialı çıxarıb İddiaçı MMC-nin saxlanc yerinə təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 443 Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin ödənilməsi 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəktləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Maddə 456. Borclunun öz işçilərinin hərəkətləri üçün məsuliyyəti Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdiyi hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. İcarəyəverən Askyerova (Əsgərova) Leyla ilə icarəçi İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi, onda nəzərdə tutulmuş icarə (müqavilə) müddətinin bitməsi ilə, xitam olunduğundan borclu (icarəçi) İddiaçı MMC-nin icarəyəverən qarşısında yalnız bir öhdəliyi - icarə obyektini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsində nəzərdə tutulmuş qaydada müddətin bitdiyi tarixdən gec olmayaraq icarəyəverənə təhvil vermək– qalmış, həmin öhdəliyin icrası ilə də İddiaçı MMCnin adından onun icarə obyektində olan və icarə obyektindəki fəaliyyətini faktiki olaraq idarə edən Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) Samir Yusifli icra etmiş, başa çatdırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv olunması, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 389. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 355. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 356. Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir.
28. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması
1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
2. İcarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən bazar dəyəri üzrə ödəməlidir.
3. İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir.
4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.
5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
33. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
34. İşin müəyyən edilmiş faktiki halları baxımından iddianın qanuni əsası kimi Mülki Məcəllənin 689-cu maddəsi nəzərdən keçirilə bilər.
35. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh3 arasında 12 oktyabr 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359.7 kv.m. olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh3 məxsus 4/6 hissəsindən 80 kv.m. hissəsi xx.xx.2021-ci il tarixinədək İddiaçı MMC-yə icarəyə verilmişdir. İcarəçi həmin icarə obyektində dərman vasitələrinin satışı ilə məşğul olmuşdur. Cavabdeh3 həmin qeyriyaşayış sahəsinin ona məxsus hissəsini xx.xx.2018-ci il tarixdə Cavabdeh2 bağışlamış və sonuncunun mülkiyyət hüququ müvafiq qaydada ödvlət qeydiyyatına alınmışdır. İcarə müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədiklərindən müqavilə xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə bir neçə ay qalmış – xx.xx.2022-ci il tarixdə Cavabdeh3 icarə müqaviləsinə xitam verilməsinə dair İddiaçı MMC-yə bildiriş göndərərək icarə obyektinin təhvil verilməsini tələb etmiş, daha sonra xx.xx.2022-ci il tarixdə eyni məzmunlu daha bir bildiriş göndərərək əlavə olaraq icarə obyektinin yerləşdiyi ünvan üzrə dərman vasitələrinin satışı fəaliyyəti ilə məşğul olmaq üçün alınmış lisenziyanın da ləğv edilməsini xahiş etmişdir. 2022-ci ilin noyabr ayında İddiaçınə məxsus mallar icarə obyektindən çıxarılaraq X10 təhvil verilmişdir. Bundan sonra “Farmstore" MMC ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanda yerləşən ümumi sahəsi 359.7 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 200 kv.m. hissəsi “Farmstore" MMC-yə icarəyə verilmişdir.
36. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eyni olmuşdur. 37.Belə ki, həmin dəlillər aşağıdakılardan ibarət olmuşdur: - icarə obyektinin mülkiyyətçisinin dəyişmiş, iddiaçı ilə bağlınmış icarə müqaviləsi qüvvədə olduğu halda, icarə obyekti başqa şəxsə icarəyə verilmişdir. -12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddəti uzadılmış hesab olunmalıdır; - iddiaçının icarəsində olan sahənin icarəyə verilməsinə dair 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsi həmin hissədə etibarsız hesab edilməlidir; - icarə obyektindən istifadəyə maneələr yaradılması qadağan edilməlidir.
38. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən şikayətin dəlillərini əsassız hesab edir.
39. İlk öncə məhkəmə kollegiyası verilmiş etibarnamə ilə bağlı iddiaçının dəlilləri və həmin dəlillərə cavabdeh tərəfin etirazının dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehlər tərəfindən ümumiyyətlə iddiaçı ilə bağlanmış icarə müqaviləsi ilə bağlı hər hansı mübahisə olduğu müəyyən olunmur. İddiaçı həmin halı- yəni icarəyəverənin dəyişməsi ilə bağlı halı və müvafiq olaraq başqa icarəçi ilə yeni bağlanmış icarə müqaviləsini o səbəbdən mübahisələndirir ki, müqavilə münasibətlərinin davam etməsində maraqlıdır. Hazırda müəyyənləşdirilməli olan məsələ müqavilənin xitamının qanuni olub-olmamasıdır.
40. «İcarə haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü bəndinə əsasən icarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, icarə obyektinin mülkiyyətçisinin dəyişməsi ilə 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin hər hansı şərti dəyişdirilməmişdir, mülkiyyətçi dəyişdikdən sonra da icarə müqaviləsi üzrə öhdəliklər icra olunmuş, mülkiyyətçinin dəyişməsi ilə icarəçinin hər hansı hüququ pozulmamış, sonradan da müqavilə, onun qüvvədə olma müddətinin bitməsi ilə xitam olunmuşdur.
42. İşin halları ilə iddiaçı tərəfindən cavabdehə müqavilə müddətinin uzadılması barədə müraciətin olduğu, edilmiş müraciətdən imtina ilə iddiaçının hüquqlarının pozulduğu müəyyən olunmur. X15 ilə Cavabdeh1 MMC arasında 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqavilə bağlananadək, yəni iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə müddətin bitməsi əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilməsinə dair icarəyəverən tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişin iddiaçı tərəfindən alındığı tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə iddiaçı tərəfindən icarə müqaviləsinin bağlanması ilə bağlı hər hansı təklif irəli sürülməmişdir.
43. Beləliklə, «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinin tələblərinin pozulması müəyyən olunmur. Belə ki, icarəyəverən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək haqqında ərizəsini icarəçiyə göndərmiş, bundan sonra da müddətin bitməsi ilə müqaviləyə xitam verilmişdir.
44. Məhkəməyə təqdim edilmiş X15 tərəfindən Askyerova (Əsgərova) Leylaya verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə X15 daşınmaz əmlakın alqı-satqısı ilə bağlı səlahiyyətlər də daxil olmaqla, bütün əmlakının idarə edilməsi ilə bağlı Askyerova (Əsgərova) Leylaya geniş səlahiyyətlər vermişdir. Belə ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm olan qeyri-yaşayış sahəsinin 80 kvm hissəsi, habelə həmin hissənin icarəyə verilməsinə dair iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Askyerova (Əsgərova) Leyla tərəfindən icra edilmiş hər bir hərəkət eyni zamanda digər cavabdeh X15 tərəfindən edilmiş (edilməsinə əvvəlcədən razılıq verilmiş, habelə sonradan da bəyənilmiş) hərəkət olmuşdur.
45. xx.xx.2018-ci il tarixdə icarə müqaviləsinin 3-cü bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İcarə müddətinin sonunda tərəflərdən hər hansı biri müqavilənin pozulması ilə bağlı digər tərəfə təklif verməmiş, bu səbəbdən müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə, yəni müqavilənin müddətinin bitməsinə 1 (bir) ay 13 (on üç) gün qalmış icarəyəverən icarəçiyə müddətin bitməsi ilə əlaqədar olaraq icarə müqaviləsinə xitam verilməsinə dair Bildiriş göndərərək Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm təşkil edən qeyri-yaşayış sahəsinin 80 kvm hissəsinin xx.xx.2021-ci il tarixədək icarəyə verilməsinə dair İddiaçı MMC ilə bağlanmış 12 oktyabr 2018-ci il tarixli İcarə müqaviləsinin müddətinin xx.xx.2022ci il tairxdə bitdiyini, bununla da İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin müddətinin bitməsi ilə xitam verildiyini nəzərə alınaraq icarə obyektinin xx.xx.2022-ci il tarixdən gec olmayaraq boşaldılıb təhvil verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə isə yeni bir müraciət göndərərək icarə obyektini təhvil verərkən icarə obyektinin yerləşdiyi Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanı üzrə dərman vasitələrinin və tibbi avadanlıqların satışı fəaliyyəti ilə məşğul olmaq üçün alınmış lisenziyanın da ləğv edilməsinin təmin edilməsini xahiş etmişdir.
46. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə müqavilənin qüvvədə olma müddəti müəyyən edilmiş, həmin müddət bitmiş və icarə hüquq münasibətlərinə müddətin bitməsi ilə xitam verilmişdir. Müqavilə ilə müəyyən edilmiş müddətin bitməsi ilə icarəçinin icarə obyektindən istifadə ilə bağlı hüquqlarına da xitam verilmişdir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinin tələbinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağalmağa məcburetməyə yol verilmir.
48. Müqavilənin 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərələrin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Heç bir əsas olmadan tərəflərdən hər hansı biri icarə müqaviləsini ləğv edərsə aylıq icarə haqqının 6 mislini ödəməyi öhdəsinə götürür.
49. İddiaçı MMC-nin Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) Samir Yusiflinin xx.xx.2022-ci il tarixli Bildirişindən görünür ki, o, icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyini, bununla da aptekdəki malın və inventarın yığılması üçün xx.xx.2022-ci il tarixdək möhlət verilməsini icarəyəverəndən xahiş etmişdir. Bundan sonra icarəçiyə malının və inventarının yığılması üçün möhlət verilmiş, daha sonra mal və inventar videomüşahidə, habelə mühafizə polisinin nəzarəti altında yığılıb qablaşdırılmış və icarə obyektindən çıxarılaraq icarəçinin saxlanc yerinə daşınıb, orada icarəçinin iştirakı ilə icarəçinin saxlanc yerinə (anbarına) boşaldılaraq videomüşahidə altında icarəçiyə təhvil verilmişdir.
50. Samir Yusiflinin İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi olaraq bir çox şəxslərlə müqavilələr bağladığını təsdiq edən sübutlar mövcuddur. Belə ki, X12 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli və X5 ilə İddiaçı arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli icarə müqavilələrindən görünür ki, həmin müqavilələri İddiaçı adından onun etibarnamə üzrə nümayəndəsi X14 imzalamışdır.
51. Göründüyü kimi, işin yuxarıda təsvir olunan halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı sübut olunmamışdır. Halbuki, mübahisə üzrə sübutetmə yükü “qeyri-yaşayış sahəsinin 80 kv.m. hissəsinə münasibətdə icarə müqaviləsinin etibarsız hesab edilməsi, 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılmış hesab olunması və “iddiaçıya icarəyə verilmiş 80 kv.m. hissədən iddiaçının istifadəsinə cavabdeh tərəfindən maneələrin yaradılmasının qadağan edilməsini” iddia edən iddiaçı tərəfin üzərinə düşür.
52. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-287/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.