Məhkəmə qərarları › İş №2-2(105)-181/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-181/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-181/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh X1rşı verilmiş “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-2(119)- 1877/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 15 sentyabr 2025-ci il tarixdə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 16148 manat məbləğində borcun, 1614,8 manat məbləğində faiz borcunun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 600 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 18362,8 manat məbləğində pul vəsaitinin və 145,1 manat (yüz qırx beş manat, on qəpik) məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC 30 oktyabr 2025-ci il tarixdə məhkəməyə yazılı vəsatətlə müraciət edərək göstərmişdir ki, Cavabdeh MMC-in fəaliyyəti ilə əlaqədar hüquqi ünvanı dəyişdirilərək “AZ1030, ünvan 1ydiyyata alınmışdır. Ona görə də, işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-2(119)- 1877/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Cavabdeh MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, işin ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 1877/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarda olan sənədlərdən göründüyü kimi Cavabdeh MMC-in hüquqi ünvanı dəyişdirilərək, AZ1030, ünvan 2diyyata alınmışdır. Həmin Məcəllənin 36.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsə qarşı iddialar hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə Cavabdeh MMC-in hüquqi ünvanı AZ1030, ünvan 3, bununla bağlı cavabdehin vəsatətini rədd etmişdir. Göstərilənlərə əsasən işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması xahiş edilir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı iddiaçı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 40. Müqavilə aidiyyəti 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı QSC Cavabdeh MMC-ə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 16 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmənin hazırlıq iclası 30 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. 30 sentyabr 2025-ci il tarixdə məhkəmənin ilk hazırlıq iclası keçirimiş, məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi iştirak edərək məhkəmənin verdiyi sualları cavablandırmış və iş üçün zəruri sənədlərin təqdim edilməsi zərurəti ilə əlaqədar məhkəmə iclası 30 oktyabr 2025-ci il tarixə təxirə salınmışdır. Həmin müddət ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” bölməsindən əldə edilmiş çıxarış ilə Cavabdeh MMC-nin hüquqi ünvanı “ünvan 4ublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 02 oktyabr 2025-ci il tarixli 3-21-2-2-1/2-75460/2025 nömrəli çıxarışı ilə cavabdehin hazırkı hüquqi ünvanı “AZ1030, ünvan 5 oktyabr 2025-ci il tarixdə məhkəməyə yazılı vəsatətlə müraciət edərək işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia ərizəsi mümkün hesab edilərək icraata qəbul edildikdən sonra cavabdeh hüquqi şəxsin ünvanının dəyişdirilməsi iddia ərizəsinin həmin məhkəmədə baxılmaması üçün əsas yaratmır. Ona görə də, məhkəmə ərazi aidiyyatının dəyişdirilməsindən imtina barədə vəsatətin rədd edilməsi əsaslıdır, şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-2(119)-1877/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-2(119)- 1877/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver