Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-31/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkilinümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” ilk iddiası, Cavabdeh ASC-nin İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız sayılaraq xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1796/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixli 23/21 saylı Müqavilə üzrə 1.336.884 (bir milyon üç yüz otuz altı min səkkiz yüz səksən dörd) manat məbləğində dəymiş ziyanın və 1604,30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2021-ci il tarixli “Yükdaşıma, anbar və sair xidmətlərinin göstərilməsi haqqında” 23/21 nömrəli Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İcraçı (İddiaçı MMC) Sifarişçinin (Cavabdeh ASC-nin) sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidməti göstərməyi, Sifarişçiyə məxsus mallar üzrə saxlanc və anbar xidmətlərini və digər xidmətləri icra etməyi, Sifarişçi isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş məbləğdə, müddətdə və qaydada xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Habelə, Sifarişçiyə göstərilən xidmətlər daxilinə fəhlə xidməti, usta xidməti, təmizlik xidməti, dezinfeksiya xidmətləri daxildir. Eyni zamanda, Müqavilənin gələcək icrası ilə əlaqədar İcraçı tərəfindən əlavə olaraq nəqliyyat vasitələrinin alınması və qeyri-yaşayış sahələrinin icarəsi də nəzərdə tutulur... Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh ASC arasındakı işgüzar münasibətlər böyük bir layihəyə dayandığından, İddiaçı MMC işə başlamamışdan öncə bu layihə üçün olduqca böyük məbləğlərdə xərclərlə üzləşmişdir. Bu əsasla, Müqavilənin 7.3-cü bəndində təsbit edilmişdir ki, Sifarişçi tərəflər arasında bağlanılmış Müqaviləyə xitam vermək niyyətində olduğu təqdirdə İcraçıya 1 il öncədən (xitam tarixi xx.xx.2025-ci ilədək olduğu halda) xəbərdarlıq etməlidir. Müqavilənin 7.4-cü bəndinə əsasən isə, 7.3-cü bənddə qeyd edilən müddətlərə Sifarişçi tərəfindən riayət edilmədiyi təqdirdə, Sifarişçi əvvəlcədən xəbərdar etmək üçün nəzərdə tutulmuş müddətlərə görə minimal aylıq xidmət haqqı məbləğini həmin dövr üçün hesablayaraq İcraçıya cərimə ödəməklə müqaviləyə xitam verə bilər. Müqavilənin 5.1-ci bəndinə əsasən Sifarişçi İcraçıya aylıq vergilər və digər ödənişlər daxil olmaqla ƏDV daxil 111407 manat minimal xidmət haqqı ödəyir... Lakin, Cavabdeh ASC xx.xx.2024-cü il tarixində İddiaçı MMC-yə yazılı qaydada müraciət edərək Müqavilə üzrə münasibətlərinə xx.xx.2024-cü il tarixdən xitam veriləcəyini bildirmişdir. Həmin tarixdən etibarən tərəflər arasında qalıq əsas borcun və xitam şərtlərinə əməl edilmədiyi üçün Müqavilədə nəzərdə tutulmuş dəymiş ziyanın ödənilməsi barədə danışıqlar aparılmış, lakin cavabdeh dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. Müvafiq xitam müddətinə əməl edilmədiyi üçün Müqavilənin 7.4-cü bəndinə əsasən 12 ay x 111407 manat = ******* manat dəymiş ziyan hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 3 iş günü müddətində 216794,40 manat qalıq əsas borc məbləği və 1.336.884 manat dəymiş ziyan məbləğinin ödənilməsi tələbi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq, əsas borc ödənilsə də, bu günədək qeyd edilən kompensasiya məbləği iddiaçıya ödənilməmiş, cavabdeh öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh ASC də 10 oktyabr 2024-cü il tarixdə İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız sayılaraq xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2021-ci il tarixli 23/21 nömrəli Müqavilənin 7.4-cü bəndinin etibarsız sayılması və həmin Müqaviləyə 01 avqust 2024-cü il tarixdən xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 01 mart 2021-ci il tarixli 23/21 nömrəli “Yükdaşıma, anbar və sair xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən iddiaçı şirkət (İddiaçı MMC) Cavabdeh ASC-yə məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, daşınan yüklərlə bağlı bütün sənədləşməni həyata keçirməyi (kağız və ya proqram təminatı vasitəsi ilə), həmçinin Cavabdeh ASC-yə məxsus mallar üzrə anbar və saxlanc xidmətləri, əlavə olaraq Müqavilənin 2.2-ci bəndində göstərilən xidmətləri icra etməyi, Sifarişçi isə bunun Müqabilində icraçıya bu Müqavilənin 5ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. 01 mart 2021-ci il tarixli 23/21 nömrəli Müqaviləyə, tərəflər arasındakı işgüzar münasibətlər qurtardığına görə, xitam verilməsi tələb edilsə də, iddiaçı şirkət Cavabdeh ASC-yə pretenziya ünvanlayaraq bildirir ki, güya Cavabdeh ASC-nin onlara 216794,40 manat əsas borcu vardır, halbuki, Cavabdeh ASC-nin iddiaçı şirkətə heç bir borcu qalmamışdır, həmçinin Müqavilənin 7.4-cü bəndinə əsasən Cavabdeh ASC onlara ******* manat pul ödəməlidir, halbuki, həmin məbləğin Cavabdeh ASC-dən tələb edilməsi qanunsuz və əsassızdır. Çünki Cavabdeh ASC ilə İddiaçı MMC arasında artıq işgüzar münasibətlərə son qoyulmuşdur, yəni Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə heç bir sifariş verilmir və cavabdeh şirkət də heç bir sifarişi yerinə yetirmir. Buna baxmayaraq qarşı tərəf Müqaviləyə xitam verilməsindən imtina edir və Cavabdeh ASC-dən pul tələb edir. Cavabdeh ASC tərəfindən yaranmış şəraitlə bağlı Müqaviləyə vaxtından əvvəl xitam verilməsi (və ya ləğv edilməsi) barədə 15 noyabr 2023-cü il tarixdə İddiaçı MMC-nin rəhbərinə talıElektron ünvan meil ünvanı vasitəsilə məlumat göndərilmişdir. Bundan başqa, 19 sentyabr 2024-cü il tarixli məktubla da sözügedən Müqaviləyə 01 avqust 2024-cü il tarixdən xitam verilməsi və Müqavilənin 7.4-cü bəndinin etibarsız hesab olunması xahiş edilmiş, lakin cavabdeh məktublara, pretenziyaya məhəl qoymamışdır. Ona görə də Cavabdeh ASC məhkəməyə qarşılıqlı iddia ilə müraciət edir. İddiaçı MMC-yə qarşı iddia qaldırmadan öncə Müqavilənin etibarsız sayılaraq xitam verilməsi və ******* manat pulun Cavabdeh ASC-dən istənilməsinin qanunsuz və əsassız olması, eləcə də Cavabdeh ASC-nin İddiaçı MMCyə heç bir borcunun olmadığı barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd qarşılıqlı iddia ərizəsinə əlavə olunur. Hazırkı iş üzrə məhkəmə tərəfindən Mülki Məcəllənin 528, 560.1 və 560.2-ci maddələri tətbiq edilməklə Cavabdeh ASC tərəfindən verilmiş qarşılıqlı iddia təmin edilməlidir. Müqavilə üzrə bütün öhdəliklər Cavabdeh ASC tərəfindən yerinə yetirildiyinə və müqaviləyə ehtiyac qalmadığına görə qeyd olunan əqdə xitam verilməlidir. Cavabdeh tərəfindən müqavilənin 7.4-cü bəndinin müqavilədə yazılması və tətbiq edilməsi hüquqdan sui-istifadədir və bu hal Şirkətə ziyan vurmaq məqsədi daşıyır, qanun isə hüquqdan sui-istifadəni qadağan edir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 1796/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” ilkin iddiası qismən təmin edilərək Cavabdeh ASC-dən 1.336.884 manat kompensasiya və 1459 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.338.343 (bir milyon üç yüz otuz səkkiz min üç yüz qırx üç) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, habelə Cavabdeh ASC-nin İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız sayılaraq xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (hakim İslam Əliyev). Qətnamədən Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1796/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi haqqında yeni qətnamə qəbul olunması xahiş edilmişdir. İşin apellyasiya baxışı zamanı tərəflərin nümayəndələri mübahisənin məhkəmədən kənar qaydada, barışıq sazişi ilə həll edilməsi üçün onlara vaxt verilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası vəsatəti təmin etmişdir. İş üzrə təyin olunmuş hazırkı məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri Nümayəndə1 və Vəkil məhkəmə kollegiyasına barışıq sazişi və ərizələr təqdim edərək, tərəflərin mübahisəni öz aralarında barışıq sazişində razılaşdırılmış şərtlərlə həll etdiklərini bildirmiş və barışıq sazişi təsdiq edilməklə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1796/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, ərizələri və barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1796/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə isə, ... tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında qeyd olunur ki, «İcra haqqında» Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. Həmin Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 117.1.3-cü maddəsində icranın məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında həyata keçirilməsi təsbit edilmişdir... Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, müraciətdə göstərilən məsələ Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin müddəaları baxımından hüququn analogiyası qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsi Palatasının istinad edilən Qərardadında formalaşdırılmış hüquqi mövqeyə müvafiq olaraq, məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinin şərtləri sonradan icra edilmədikdə maraqlı tərəfin müraciəti əsasında məhkəmə həmin qərardadı müvafiq qaydada icraya yönəldir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinadən hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları və həmin barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul və təsdiq edilməli, bununla əlaqədar Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1796/2024 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 402.2.4-cü maddəsinə müvafiq olaraq, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (nümayəndəsi Nümayəndə2) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 1796/2024 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər arasında razılığın qüvvəyə mindiyi xx.xx.2025-ci il tarixdən ən geci 90 (doxsan) təqvim günü müddətində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ümumilikdə 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini İddiaçınə ödəyəcək və bununla da tərəflər arasında hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan 2-2(105)-31/2025 nömrəli kommersiya işi üzrə “pul tələbinə dair” ilk və “müqavilənin etibarsız sayılaraq xitam verilməsi tələbinə dair” qarşılıqlı iddialar üzrə məhkəmə mübahisəsi tam həcmdə hazırkı Saziş çərçivəsində barışıq yolu ilə həll edilmiş hesab ediləcək;
2. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti bu Sazişdə göstərilən 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin ödənişini vaxtında icra etməzsə və ya gecikdirərsə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin növbəti günü iddia tələbinə uyğun olaraq 1.338.343 (bir milyon üç yüz otuz səkkiz min üç yüz qırx üç) manat məbləğində pul vəsaitinin onun xeyrinə cavabdeh "xxxx" ASC-dən tam tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” ilk iddiası, Cavabdeh ASC-nin İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız sayılaraq xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə hazırkı kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.