Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-4/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Məhəmmədəli Əsəd oğlu Rzayevdən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-47/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 55000 (əlli beş min) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) 55000 (əlli beş min) manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-47/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxxxxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 55000 (əlli beş min) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) 55000 (əlli beş min) manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, Cavabdeh dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Z.Sadiqov) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-47/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmişdir. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 məhkəmə kollegiyasına iddiadan imtina edilməsi barədə ərizə təqdim etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin ərizənin məzmunundan görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, **********6 nömrəli qərar üzrə dövlət büdcəsinə borcu yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin iddiadan imtina barədə ərizəsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizəni məhkəmə kollegiyasına təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinin tələbinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin iddiadan imtinası qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığına görə məhkəmə tərəfindən qəbul edilməli, bununla bağlı birinci instansiya məhkəməsinin e-2- 2(119)-47/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263, 369, 370, 384.0.4, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 55000 (əlli beş min) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) 55000 (əlli beş min) manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddiasından imtinası qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-47/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-4/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-4/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver