Məhkəmə qərarları › İş №2-2(105)-44/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-44/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-44/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı və Cavabdeh İddiaçı qarşı kommersiya işi üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi, borcun tutulması, müqavilənin etibarsızlığı) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif Səlim qızının katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə ilk iddia və Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2-2(119)-715/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh Xaləddı̇ n oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı 19 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi əsasında yaranmış borcun – üç aylıq icarə haqqının cəmisi olan 25500 manat, ƏDV borcu olan 4590 manat, elektrik enerjisindən istifadəyə görə 3717 manat, sudan istifadəyə görə 1800 manat, 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 200 manatdan hesablanmaqla cəmi 22600 manat, binanı bağlı saxlayıb 3-cü mərtəbəsinin icarəyə verilməsinə maneçilik törətməyə görə (əldən çıxmış fayda) 16500 manat, yanğında dəymiş zərərə görə 1000 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat mediasiya xərci və məhkəməyə ödənilmiş 318 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 76425 (yetmiş altı min dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəçi İddiaçı ilə icarəyə verən "xxxx" MMC arasında bağlanmış 05 mart 2022-ci il tarixli müqaviləyə əsasən sonuncu tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanda yerləşən qeyriyaşayış sahəsi icarəçi olaraq İddiaçı icarəsinə verilmişdir. İcarəçi İddiaçı isə daha sonra həmin qeyri-yaşayış sahəsinin subicarəçi X1 verilməsinə dair 10 iyun 2022-ci il tarixli müqavilə bağlanmış, lakin həmin müqavilə qarşılıqlı razılaşmaya əsasən 14 iyul 2022-ci il tarixdə rəsmi şəkildə ləğv edilmişdir. Bundan sonra isə icarəyəverən olaraq İddiaçı subicarəçi olaraq Cavabdeh ilə adı çəkilən qeyri-yaşayış sahəsinin subicarəyə verilməsinə dair 07 oktyabr 2022-ci il tarixli subicarə müqaviləsi bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, “İcarəyə verən” İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən (r.n.3M-523) təsdiq edilərək mülkiyyətçi "xxxx" MMC-dən icarəyə götürülmüş MH seriyalı ******* nömrəli “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən "xxxx" MMC-nin mülkiyyətində olan, Texniki Pasportunun ayrılmaz tərkib hissəsi olan “Baş Plan” adlı səhifəsində “A” literlialtında qeyd olunmuş 3 mərtəbəli, zirzəmi ilə birlikdə ümumi sahəsi 7328 kv.m., tikilialtı sahəsi 2062,7 kv.m. olan “Avtomobil sərgi binası” adlı qeyri-yaşayış binasının 1-ci (1500 kv.m.) və 2-ci (2000 kv.m.) mərtəbəyə məxsus cəmi 3500 kv.m. sahəsi olan hissəsini (və ya hissələrini) “İcarəçi”yə icarəyə verir. Müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 07 oktyabr 2022-ci il tarixdən başlayaraq icarə müqaviləsinin uzadılmış və ya uzadılacaq müddətinə daxil olan hər bir ay üçün aylıq icarə haqqı 8500 (səkkiz min beş yüz) manat + 18 % ƏDV “İcarəyə verən”ə ödəməlidir. Müqavilənin 15-ci bəndinə əsasən, “İcarəçi” icarə sahələrində təmir işləri apardığı zaman icarə sahələrinə məxsus 113 (yüz on üç) ədəd şüşəni nasaz vəziyyətə gətirdiyi üçün icarəyə götürdüyü müddətdən 2 (iki) ay müddətinə onları və bundan sonra icarə sahələrinə hər hansı ziyan vurarsa, onu dərhal öz vəsaiti hesabına təmir etməyi və ya təmirin dəyərini icarədara tam şəkildə ödəməyi öhdəliyinə götürmüşdür. Həmin Müqavilənin 19-cu bəndinə əsasən, icarə haqqının bu müqavilədə nəzərdə tutulan son ödəniş günündən 10 (on) gün ərzində ödənilməməsi, habelə hazırkı icarə müqaviləsinin hər hansı müddəasının “İcarəçi” tərəfindən pozulması “İcarəçi”nin bu icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu təqdirdə, “İcarəyə verən” bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görə bilər. İcarə müqaviləsinin vaxtından əvvəl ləğvi “İcarəçi”ni bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən, o cümlədən müqavilənin bağlandığı bütün müddət üçün ödənilməli olan icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən, hazırda üç aylıq icarə haqqının cəmisi – 25500 manat, ƏDV borcu 4590 manat, elektrik enerjisindən istifadəyə görə 3717 manat, sudan istifadəyə görə 1800 manat, 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 200 manat hesablanmaqla cəmi 22600 manat, binanı bağlı saxlayıb 3-cü mərtəbəsinin icarəyə verilməsinə maneçilik törətməyə görə (əldən çıxmış fayda) 16500 manat, yanğında dəymiş zərər 1000 manat və habelə ilkin mediasiya sessiyasının keçirilməsinə görə çəkilən xərci 400 manat olmaqla, ümumilikdə cəmi 76107 (yetmiş altı min yüz yeddi) manat məbləğində borcu yaranmışdır. Subicarəçi Cavabdeh öhdəliklərin yerinə yetirilməsi və pulun qaytarılması ilə bağlı dəfələrlə müraciət edilsə də, sonuncu buna heç bir məhəl qoymayaraq, öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış da əlavə olunmuşdur. Həmin arayışa əsasən cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.

3. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Cavabdeh 15 iyun 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsi və tərəflər arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsi “gecə klubu” kimi fəaliyyat göstərmişdir. Bu qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı İddiaçı ilə onun (Cavabdeh) arasında 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlansa da, həmin obyekt faktiki olaraq X10 tərəfindən istifadə olunmuşdur. Cavabdeh ilə, yəni onunla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında müqavilə bağlanarkən, hər iki tərəf müqavilənin düzgün olaraq sənədləşdirilmədiyini, müqavilənin formal olaraq bağlandığını, İddiaçı ilə X10 artıq müqavilə bağlananadək icarə müqaviləsi münasibətlərində olduqlarını, X4 VÖEN-i olmadığına görə yalnız sənəd üzərində bu Müqavilənin onunla bağlandığını bilirdilər. Qeyd edilən qeyri-yaşayış sahəsinin icarə haqqının məbləği, verilməsi qaydası və digər şərtlər X10 ilə razılaşdırılmışdır. Bundan sonra qeyd olunan obyekt X6 təhvil verilmişdir. Qeyd etmək lazımdır ki, X10 ilə Cavabdeh qohumdurlar və bu səbəbdən də Emil Həsənovun VÖEN-i olmadığından, sonuncunun xahişi ilə Cavabdeh müqavilədə yalnız yazı üzərində tərəf olmuşdur. Tərəflər müqavilə bağlayarkən guya Cavabdeh həmin obyekti işlədəcəyi görüntüsü yaradıblar. Lakin, faktiki olaraq Cavabdeh qeyd edilən obyektlə “aşağı-yuxarı” heç bir əlaqəsi olmamışdır. İddia ərizəsində göstərilən məbləğlər və qeyd edilən ziyan onun tərəfindən vurulmamış və ondan tələb edilməsi əsassızdır. Göstərilən bütün bu hallar Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2023-cu il tarixli hökmü ilə öz təsdiqini tapır. Belə ki, həmin hökmlə qeyd edilən obyektin həqiqətən də Emil Həsənov tərəfindən işlədildiyi təsdiq edilir. Göründüyü kimi, 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi tərəflərin iradə ifadələrinin zədələnməsi nəticəsində bağlanmış, başqa sözlə tərəflərin həqiqi niyyətlərini əks etdirməmişdir. Beləliklə, mülki iş materiallarına əlavə olunmuş icarə müqaviləsinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərkən müəyyən olunur ki, 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi əqdin etibarlı olması üçün zəruri olan şərtlərə, yəni müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi şərtlərinə cavab vermir.

5. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə1 tərəfindən 18 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 07 oktyabr 2022-ci il tarixli İcarə müqaviləsi əsasında yaranmış borcun - altı aylıq icarə haqqının cəmisi olan 51000 manat, ƏDV borcu olan 9180 manat, elektrik enerjisindən istifadəyə görə 3717 manat, 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 100 manatdan hesablanmaqla cəmi 11300 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat mediasiya xərci və məhkəməyə ödənilmiş 318 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 75915 (yetmiş beş min doqquz yüz on beş) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

6. Məhkəmə araşdırması zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdi ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin subicarəyə verilməsi ilə əlaqədar işlərini idarə etmiş və müvafiq etibarnamə əsasında onun adından bu işlərin hamısını özü görmüşdür. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsi 4 mərtəbəlidir və onun ümumi sahəsi 7500 kv.metrdir. Həmin binanın 2 mərtəbəsi, yəni 3500 kv.metr sahəsi əvvəlcə Röyal adlı şəxsə icarəyə verilmişdir və Röyal həmin obyektdən gecə klubu kimi istifadə edəcəkdi. Röyal icarə haqqını ödəyirdi, lakin ziyana düşdüyü üçün obyektdən çıxmaq qərarına gəldi və dedi ki, o, öz komandası ilə obyektdən çıxacaq, lakin heç bir dəyişiklik olmayacaq və onun əvəzinə başqa komanda gələcək. O, Röyalın komandası tərəfindən təmir işləri aparılarkən sındırılmış 113 ədəd pəncərə şüşəsinin pulunu kim ödəyəciyi ilə maraqlandıqda isə, Röyal yeni komandanın həmin pulu da ödəyəcəyini ona bildirmişdi. Bundan sonra Həsənov Emil adlı şəxs obyektə gələrək, Röyalın əvəzindən obyekti onun komandası işlədəcəyini bildirmiş və bununla əlaqədar Həsənov Emilin təqdim etdiyi qohumu Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3500 kv.metrinin icarəyə götürülməsi barədə notarial qaydada 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. O, Emilin komandasından onun atasını, Cavabdehı, Azəri, Pərvin və Rasimi tanıyırdı. Azər Emilin şəriki, Pərvin mühafizəçi, Rasim isə anbardar idi və icarə müqaviləsi isə icarəçi olaraq Vüsalla bağlanmışdır. Komandanın digər üzvlərini isə tanımırdı. Lakin, təxminən 2022-ci ilin 26-27 oktyabr tarixlərində hüquq mühafizə orqanları Həsənov Emili saxta və zəhərli içki satdığına görə həbs etdilər. Həsənov Emil tutulandan sonra Emilin atası həmişə deyirdi ki, obyekti təhvil verib çıxacaqlar. O, Emilin atası ilə yanvar ayının sonuna qədər danışıqlar apardı ki, obyekti təhvil versin və yaranmış icarə haqqı borcunu ödəsin. Həmin danışıqların nəticəsi olaraq 27 yanvar 2023-cü ildə Emilin atasıgil obyekti boşaldıb, açarları təhvil versələr də, yaranmış icarə haqqı borcunu və kommunal xərci ödəməmişlər. 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə 2022-ci ilin oktyabr ayından icarə borcu qalmasa da, digər ayların icarə haqqı pulları ödənməmişdir. İddia ərizəsində tələb edilən pul 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanandan sonraki ayların icarə haqqıdır. İcarəçi Cavabdeh icarə haqqını ödəmədiyi üçün icarəyə verilmiş qeyri-yaşayış sahəsinin sahibi "xxxx" MMC də İddiaçıla bağlanan müqaviləni ləğv etdi. "xxxx" MMC müqavilə ləğv edilənə qədər İddiaçı 105000 manat məbləğində pul almışdır. Vüsalgil isə icarə obyektindən faktiki olaraq 27 yanvar 2023-cü ildə çıxmışlar. İcarəçi Cavabdeh və İddiaçı VÖEN-ləri olsa da, tələb olunan icarə haqqı borcu üzrə sonuncu tərəfindən İcarəçiyə elektron qaimələr verilməmişdir.

7. Məhkəmə araşdırması zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində özünün “gecə klubu” kimi işlətdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyriyaşayış sahəsinin 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin yeznəsi Cavabdeh ilə notarial qaydada bağlandığını, həmin müqavilə bağlanarkən özünün iştirak etmədiyini, lakin 2022-ci ilin oktyabr ayının sonlarında həbs olunduğu üçün həmin “gecə klubu”nun fəaliyyətinin dayandığını və 27 yanvar 2023-cü ildə isə qohumları tərəfindən əmlakları icarə obyektindən çıxarılaraq, həmin qeyri-yaşayış sahəsinin sahibinə, yəni İddiaçı qaytarıldığını bildirmişdir. Eləcə də, obyekt icarəyə götürüləndən sonra o, 2300 manat məbləğində işıq pulu ödəmiş və obyektin heç bir işıq pulu borcu qalmamışdır. Yəni o, Röyaldan biznesi alanda elektrik enerjisindən istifadəylə bağlı yaranmış borcu sıfırlamışdı. Bundan sonra isə öz dövrünə aid olan 2300 manat məbləğində işıq pulunu da sonradan ödəmişdir. O, həbs olunanadək obyekti işlətdiyi müddət üçün aylıq icarə haqqını əvvəlcədən ödəmişdir.

8. “İcarəyə verən” - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “icarəçi” - İddiaçı arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-523 №-si ilə qeyd olunub) 05 mart 2022-ci il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, “İcarəyə verən” Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanda yerləşən MH seriyalı ******* nömrəli “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən mülkiyyətində olan, Texniki Pasportunun ayrılmaz tərkib hissəsi olan “Baş Plan” adlı səhifəsində “A” literi altında qeyd olunmuş 3 mərtəbəli, zirzəmi ilə birlikdə ümumi sahəsi 7328 kv.m. olan“Avtomobil sərgi binası” adlı qeyri-yaşayış binasını, orada (və ya ora üçün) quraşdırılmış əşya və avadanlıqlarla, “Baş Plan”da “B” literi altında qeyd edilmiş ümumi sahəsi 46,1 kv.m. olan “Avtomobil Yuyucu binası”nı orada quraşdırılmış avadanlıqla, “Baş Plan”da “C” literi altında qeyd edilmiş ümumi sahəsi 19,7 kv.m. olan “Qazanxana binası”nı orada quraşdırılmış avadanlıqla və “Baş Plan”da “D” literi altında qeyd edilmiş ümumi sahəsi 4,4 kv.m. olan “Gözətçi binası”nı, habelə “İ”-“Vİ” literləri altında qeyd olunmuş 6 (altı) tikilini, o cümlədən “İİ-Transformator qurğusu”nu həmin Müqavilədə nəzərdə tutulan müəyyən məbləğlərdə icarə haqqı ödənişlərinin müvafiq qaydada ödənilməsi müqabilində “İcarəçi”yə icarəyə vermişdir.

9. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, icarəçi İddiaçı tərəfindən icarəyəverən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin icarə müqaviləsi üzrə nəzərdə tutulan icarə haqqı üzrə müvafiq ödənişlər ödənilmişdir.

10. İcarəyəverən "xxxx" MMC ilə icarəçi İddiaçı arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-1020 №-si ilə qeyd olunub) 11 aprel 2023-cü il tarixli “Müqavilənin ləğvinə dair” Müqavilənin məzmunu ilə müəyyən olunur ki, həmin Müqavilə əsasında icarəyəverən "xxxx" MMC ilə icarəçi İddiaçı 05 mart 2022-ci il tarixli İcarə Müqaviləsinin qarşılıqlı razılıq əsasında 11 aprel 2023-cü il tarixindən etibarən xitam verilməsi və müqavilənin bağlanması üzrə bütün xərclərin İddiaçı tərəfindən ödənilməsi barədə razılığa gəlmişlər.

11. İcarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-2561 №si ilə qeyd olunub) 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, “İcarəyə verən” Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən (r.n.3M-523) təsdiq edilmiş 05 mart 2022- ci il tarixli İcarə müqaviləsi əsasında mülkiyyətçi "xxxx" MMC-dən icarəyə götürülmüş MH seriyalı ******* nömrəli “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanda yerləşən daşınmaz əmlakın Texniki Pasportunun ayrılmaz tərkib hissəsi olan “Baş Plan” adlı səhifəsində “A” literi altında qeyd olunmuş 3 mərtəbəli, zirzəmi ilə birlikdə ümumi sahəsi 7328 kv.m. olan “Avtomobil sərgi binası” adlı qeyri-yaşayış binasının 1-ci (1500 kv.m.) və 2-ci (2000 kv.m.) mərtəbəyə məxsus cəmi 3500 kv.m sahəsi olan hissəsini (və ya hissələrini) “İcarəçi”yə icarəyə vermişdir.

12. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, “İcarəçi” yuxarıda qeyd olunmuş icarə sahələrini və orada (və ya ora üçün) quraşdırılmış avadanlıqları, qurğuları, tikililər və digər əmlakı təhvil-təslim aktına uyğun olaraq icarəyə götürür, onlardan bu icarə müqaviləsinin şərtlərinə və həmin avadanlıq, qurğu və tikililərin texniki şərtlərinə uyğun şəkildə istifadə etmək və bu icarə müqaviləsi ilə nəzərdə tutulmuş məbləğdə, qaydada və müddətlərdə icarə haqqını Azərbaycan manatı ilə “İcarəyə verən”in bank hesabına köçürmə yolu ilə və ya xəzinəsinə (kassasına) nəğd şəkildə tam məbləğdə gecikmədən ödəmək öhdəliklərini öz üzərinə götürür.

13. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, icarə müddəti «07» oktyabr 2022ci il tarixdən «31» dekabr 2022-ci il tarixədək müəyyən edilir. Tərəflərdən biri və ya hər ikisi bu müqavilənin müddətinin növbəti 10 (on) aylıq müddətə uzadılmaması haqqında yazılı məktubunu/məktublarını digər tərəfə icarə müddətinin (o cümlədən uzadılmış müddətin) qurtarmasına ən azı 2 (iki) ay qalmış çatdırmadığı təqdirdə, bu müqavilə müvafiq olaraq «01» yanvar 2023-cü il tarixdən «31» oktyabr 2023-cü il tarixədək birinci uzadılmış 10 (on) aylıq müddətə, «01» noyabr 2023-cü il tarixdən «31» avqust 2024-cü il taixədək ikinci uzadılmış 10 (on) aylıq müddətə, «01» sentyabr 2024-cü il tarixdən «30» iyun 2025-cü il taixədək üçüncü uzadılmış 10 (on) aylıq müddətə avtomatik uzadılmış hesab olunur.

14. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, icarə haqqı “07” oktyabr 2022-ci il tarixdən başlayaraq icarə müqaviləsinin uzadılmış və ya uzadılacaq müddətinə daxil olan olan hər bir ay üçün aylıq icarə haqqı 8500 (səkkiz min beş yüz) manat + 18% ƏDV olaraq müəyyən edilir. İcarə müqaviləsinin uzadılmış və ya uzadılacaq müddətinə daxil olan hər növbəti 10 (on) aylıq dövrdə nəzərdə tutulmuş hər bir ay üçün aylıq icarə haqqının dəyişilməsinə yenidən baxıla bilər. Müqavilənin 17-ci bəndində göstərilmiş hallarda müvafiq müddət üçün hesablanmış icarə haqqı 2 (iki) əmsalına vurulur.

15. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, əlavə dəyər (ƏDV) və torpaq vergiləri qanunvericiliklə müəyyən edilmiş qaydada “İcarəyə verən” tərəfindən hesablanaraq büdcəyə ödənilir.

16. Həmin Müqavilənin 7-ci bəndinə əsasən, “İcarəçi” 07 oktyabr 2022-ci il tarixdən etibarən hər təqvim ayının icarə haqqını həmin ay üçün əvvəlcədən (qabaqcadan) olaraq müvafiq ayın birinci 1 (bir) günü ərzində nəğd və ya bank köçürməsi ilə “İcarəyə verən”ə ödəyir. Hesablaşma müddəti 1 (bir) təqvim ayı hesab olunur.

17. Həmin Müqavilənin 8-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su və çirkab suların axıdılması və s.) istifadə edilməsinə görə haqqlar, ödənişli telefon danışıqları, internetdən istifadə xərcləri və sair əlavə ödənişlər icarə haqqına daxil edilmir və “İcarəçi” tərəfindən ayrıca ödənilir, “İcarəçi" həmin xərcləri gecikdirməyə yolvermədən vaxtında ödəməli, bu ödənişləri təsdiq edən sənədlərin surətlərini “icarəyə verən” üçün ayrıca olaraq sənədləşdirərək saxlamalı və sonuncunun tələbi əsasında dərhal ona təqdim etməlidir.

18. Həmin Müqavilənin 15-ci bəndinə əsasən, “İcarəçi” icarə sahələrində təmir işləri apardığı zaman icarə sahələrinə məxsus 113 (yüz on üç) ədəd şüşəni nasaz vəziyyətə gətirdiyi üçün icarəyə götürdüyü müddətdən 2 (iki) ay müddətinə onları və bundan sonra icarə sahələrinə hər hansı ziyan vurarsa onu dərhal öz vəsaiti hesabına təmir etməyi və ya təmirin dəyərini icarədara tam şəkildə ödəməyi öhdəliyinə götürür.

19. Həmin Müqavilənin 17-ci bəndinin tələblərinə görə, icarə müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilməsi onların 2 (iki) ay qabaqcadan gəldiyi yazılı razılaşmaya müvafiq olaraq həyata keçirilir, icarə müqaviləsinin “icarəçi” və ya “icarəyə verən” tərəfindən birtərəfli qaydada xitamına yol verilmir.

20. Həmin Müqavilənin 19-cu bəndinə əsasən, icarə haqqının bu müqavilədə nəzərdə tutulan son ödəniş günündən 10 (on) gün ərzində ödənilməməsi, habelə hazırki icarə müqaviləsinin hər hansı müddəasının "İcarəçi” tərəfindən pozulması “İcarəçi”nin bu icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu təqdirdə, “İcarəyə verən bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görə bilər. İcarə müqaviləsinin vaxtından əvvəl ləğvi “İcarəçi”ni bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən, o cümlədən müqavilənin bağlanıldığı bütün müddət üçün ödənilməli olan icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir.

21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 iyul 2023-ci il tarixli **********998100 nömrəli məktubunda göstərilir ki, uçot baza məlumatlarına əsasən Cavabdeh (VÖEN **********) sahibkarlıq və ya digər vergi tutma əməliyyatları 27 dekabr 2022-ci il tarixdən 27 dekabr 2027-ci il tarixədək dayandırılmışdır.

22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(006)- 223/2023 nömrəli hökmü ilə X10 (31 oktyabr 2022-ci ildə həbs edilmişdir) istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma cinayətləri üzrə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.1 və 200.2.2-ci maddələri ilə məhkum edilmişdir.

23. Məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli məqsədi ilə 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndində qeyd olunan 113 (yüz on üç) ədəd şüşənin 2022-ci ilin oktyabr-dekabr aylarında mövcud olmuş dəyərinin bazar qiymətlərinə uyğun hesablanması üçün iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 noyabr 2023-cü il tarixli 9/7131 nömrəli Ekspert Rəyində göstərilir ki, 113 ədəd şüşənin 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 11746,35 manat müəyyən olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

24. Sumqayıt Kommersiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli e-2-2(119)- 715/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 25500 (iyirmi beş min beş yüz) manat məbləğində icarə haqqı borcu, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndinə əsasən 113 (yüz on üç) ədəd şüşənin təmir dəyəri olan 11300 (on bir min üç yüz) manat məbləğində pul, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 200,4 (iki yüz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37400,4 (otuz yeddi min dörd yüz manat 40 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 27 yanvar 2023-cü il tarixdən xitam olunmuş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə məhkəmə xərclərinin Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 700.1, 701.2.4, 705, 152.1, 157.8, 158.1, 158.1.2, 158.2, 158.4, 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 445.1, 448, 404, 404.1, 404.2, 404.4-cü maddələri, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

26. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2-2(119)-715/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində də qeyd olunduğu kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış sözügedən müqavilə etibarlılıq şərtlərinə cavab vermir. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1 C ünvanında yerləşən qeyri - yaşayış sahəsi gecə klubu kimi fəaliyyət göstərib. Bu qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlansada həmin obyekt faktiki olaraq X10 tərəfindən işlədilmişdir. Qrşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanarkən hər iki tərəf müqavilənin düzgün olaraq sənədləşdirilmədiyini, müqavilənin formal olaraq bağlandığını, İddiaçı ilə X4 artıq müqavilə bağlananadək icarə müqaviləsi münasibətlərində olduqlarını, X4 VÖEN-i olmadığına görə yalnız sənəd üzərində bu müqavilənin bağlandığını bilirdilər. Qeyd edilən qeyri-yaşayış sahəsinin icarə haqqının məbləği, verilməsi qaydası və digər şərtlər X10 ilə razılaşdırılmışdır. Bundan sonra qeyd olunan obyekt X6 təhvil verilmişdir. Qeyd edək ki, X10, Cavabdeh yeznəsidir və bu səbəbdən Emil Həsənovun vöen-i olmadığından onun xahişi ilə müqavilədə yalnız yazı üzərində tərəf olmuşdur. Tərəflər müqavilə bağlayarkən guya Cavabdeh həmin obyekti işlədəcəyi görüntüsü yaradıblar. Lakin faktiki olaraq Cavabdeh qeyd edilən obyektlə aşağı-yuxarı heç bir əlaqəsi yoxdur. İddia ərizəsində göstərilən məbləğlər və qeyd edilən ziyan onun tərəfindən vurulmayıb və ondan tələb edilməsi əsassızdır. Göstərdiyi bütün bu hallar Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə öz təsdiqini tapır. Belə ki, həmin hökm və qərarla qeyd edilən obyektin həqiqətən də E.Həsənov tərəfindən işlədildiyi təsdiq edilir. Bundan başqa, müqavilənin 2-ci bəndində obyektin təhvil-təslim aktına əsasən təhvil götürülməli olduğu göstərilir. Müqavilənin 15-ci maddəsində qeyd edilir ki, cavabdeh təmir işləri aparılan zaman vurulan ziyanı ödəməyi öhdəsinə götürür. Deməli, 07 oktyabr 2022-ci il də müqavilə bağlanır, təhvil təslim aktı olmadığından həmin tarixdən obyekt təhvil götürülmüş sayılır. Müqavilənin bağlandığı və obyektin hələ təhvil götürülmədiyi halda cavabdehin orada aparılmış təmir işləri nəticəsində dəyən ziyana görə məsuliyyət daşımasınin müqavilədə yazılması bir daha müqavilənin görünüş xarakterli olmasını təsdiq edir. Göründüyü kimi, 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi tərəflərin iradə ifadələrinin zədələnməsi nəticəsində bağlanmış, başqa sözlə, tərəflərin həqiqi niyyətlərini əks etdirməmişdir. Beləliklə, məhkəmə işin hallarını mahiyyəti üzrə araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

29. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

30. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

31. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 701.2.4. İcarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2-2(119)-715/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinə əsasən “icarəyə verən” İddiaçı 05 mart 2022-ci il tarixli İcarə müqaviləsi əsasında mülkiyyətçi "xxxx" MMC-dən icarəyə götürdüyü Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanda yerləşən 3 mərtəbəli və zirzəmi ilə birlikdə ümumi sahəsi 7328 kv.m. olan “Avtomobil sərgi binası” adlı qeyriyaşayış binasının 1-ci (1500 kv.m.) və 2-ci (2000 kv.m.) mərtəbəyə məxsus cəmi 3500 kv.m sahəsi olan hissəsini hər bir ay üçün aylıq icarə haqqı 8500 manat + 18% ƏDV olmaqla “icarəçi” Cavabdeh icarəyə vermişdir. Eyni zamanda, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndinə əsasən icarəçi Cavabdeh məlum icarə sahələrində təmir işləri aparılarkən nasaz vəziyyətə salınmış 113 (yüz on üç) ədəd şüşənin həmin icarə obqyektini icarəyə götürdüyü müddətdən 2 (iki) ay müddətində onları öz vəsaiti hesabına təmir etməyi və ya təmirin dəyərini icarəyəverən İddiaçı tam şəkildə ödəməyi də öhdəsinə götürmüşdür. Məlum icarə obyektini faktiki olaraq “gecə klubu” kimi işlədən icarəçi Cavabdeh qohumu X10 isə 2022-ci ilin oktyabr ayının sonlarında həbs edildiyindən, həmin icarə obyektinin təyinatı üzrə sahibkarlıq fəaliyyəti üzrə istifadəsi dayandırılmış və 27 yanvar 2023-cü ildə həmin icarəyə götürülmüş qeyriyaşayış sahəsi boşaldılaraq icarəyəverən İddiaçı faktiki sahibliyinə qaytarılmışdır. Bununla da, tərəflər arasında həmin tarixdən 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi üzrə yaranmış icarə münasibətlərinə xitam verilmişdir. Lakin, icarəçi Cavabdeh məlum icarə obyektinin faktiki istifadəsində olduğu 27 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edən aylar üzrə 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsində hər bir ay üçün nəzərdə tutulan 8500 manat məbləğində aylıq icarə haqqı pulunu (aylıq icarə haqları üzrə İcarəyəverən tərəfindən İcarəçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada elektron qaimələr təqdim edilmədiyindən, müvafiq qaydada həmin xidmət üzrə nəzərdə tutulan ƏDV məbləğləri hesablanaraq səlahiyyətli dövlət orqanı tərəfindən qeydə alınmamışdır) və həmin Müqavilənin 15-ci bəndində nəzərdə tutulan 113 ədəd pəncərə şüşəsinin dəyərini ödəməmiş və yaxud, həmin şüşələri təmir etməmişdir.

37. İcarəçi Cavabdeh 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyinə görə iddiaçı araşıdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh isə 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin görünüş üçün bağlandığını iddia edərək müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir.

38. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin etmiş, qarşılıqlı iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi üzrə icarəyə verilmiş icarə obyekti Cavabdeh faktiki istifadəsində 27 yanvar 2023-cü il tarixinədək olmuş və həmin tarixdə İcarəçi tərəfə aid əmlaklar çıxarılaraq, icarə obyekti İddiaçı faktiki sahibliyinə qaytarılmışdır. Bu halda isə cavabdeh həmin icarə obyektinə görə 18 iyul 2023-cü ildə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə son istifadə müddəti 2023-cü ilin aprel ayı nəzərə alınmaqla (icarə haqqı hər ayın əvvəlində, yəni ayın 1-ci günündə ödənilməli idi) tələb olunan aylıq 8500 manatdan olmaqla “6 ay üçün hesablanmış 51000 manat məbləğində” icarə haqqı borcun deyil, faktiki olaraq 27 yanvar 2023-cü ildə həmin icarə obyektinin boşaldılması nəzərə alınaraq 25500 manat məbləğində borcun ödənilməməsinə görə müvafiq öhdəlik daşıyır. Qeyd etmək lazımdır ki, bu nəticə - 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 7-ci bəndində nəzərdə tutulan şərtlər və işin konkret halları baxımından da öz təsdiqini tapır. Çünki, həmin Müqavilənin 7-ci bəndinin tələblərinə görə “İcarəçi” 07 oktyabr 2022-ci il tarixdən etibarən hər təqvim ayının icarə haqqını həmin ay üçün əvvəlcədən (qabaqcadan) olaraq müvafiq ayın birinci 1 (bir) günü ərzində nəğd və ya bank köçürməsi ilə “İcarəyə verən”ə ödəməli olduğundan, məlum icarə obyekti İcarə Müqaviləsi bağlandığı 07 oktyabr 2022-ci il tarixindən etibarən İcarəçi tərəfə təhvil verilməsi (müqavilə şərtlərinə görə hər ayın icarə pulu əvvəlcədən, yəni ayın 1-ci günündə ödənilməli olduğundan, ilkin birinci ayın (oktyabr ayının) pulu ödənilmədiyi halda, icarə obyekti icarəçiyə təhvil verilməməli idi) - müqavilə üzrə birinci icarə ayı olan “2022-ci ilin oktyabr ayı” üçün nəzərdə tutulan icarə haqqının ödənilməsini, qalan 2022-ci ilin noyabr və dekabr ayları və 2023-cü ilin yanvar ayı üzrə isə ödənilməməsini təsdiq edir. Ona görə də, bütün bu hallara görə müəyyən olunur ki, İcarəçi olaraq Cavabdeh 2022-ci ilin noyabr və dekabr ayları və 2023-cü ilin yanvar ayı üzrə icarə haqqı borcu ödənilməmişdir ki, bu borcun miqdarı da ümumilikdə 25500 manat məbləğindədir (8500 manat x 3 ay = 25500 manat). Yəni, yuxarıda qeyd olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, iddia ərizəsində mübahisəli icarə sahəsindən 6 ay ərzində istifadə ilə əlaqədar icarə haqqı olaraq cavabdehdən tutulması tələb olunan 51000 (əlli bir min) manat məbləğində pul vəsaitinin yalnız 25500 (iyirmi beş min beş yüz) manat məbləğində olan hissəsinin əsaslılığı - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh “icarəçi” olaraq 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndində nəzərdə tutulan şərtlər baxımından 113 ədəd pəncərə şüşəsinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 13 noyabr 2023-cü il tarixli 9/7131 nömrəli Ekspert Rəyi ilə 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti kimi təxminən hesablanmış 11746,35 manat məbləğində dəyərinin ödənilməməsinə görə də müvafiq öhdəlik daşıyır. Lakin, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndinə əsasən 113 ədəd şüşənin təmir dəyəri tutularkən 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 100 manatdan hesablanmaqla cəmi 11300 manat pulun tutulması barədə iddia tələbi nəzərə alınaraq, cavabdehdən tutulmalı olan 113 ədəd şüşənin təmir dəyərinin məbləği Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, Ekspertiza Rəyində qeyd edilən 113 ədəd şüşənin 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 11746,35 manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehdən müştərək qaydada 113 ədəd şüşənin təmir dəyəri olan 11300 manat pulun tutulması, yəni nisbətən daha az miqdarda pulun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) uyğun olaraq Cavabdeh müvafiq iddia tələbində göstərilən məbləğdə, yəni 113 ədəd şüşənin təmir dəyəri olan 11300 manat məbləğində pul tutulmalıdır. Həmçinin, iddianın "Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi" tələbinə aid hissəsi üzrə yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi 27 yanvar 2023-cü il tarixdən xitam olunmuş hesab edilməlidir. Bundan əlavə, məhkəmə araşdırması zamanı işin halları ilə cavabdehdən "elektrik enerjisindən istifadəyə görə 3717 manat pulun tutulması" hissəsində iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir, yəni məhkəmə araşdırması zamanı həmin iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, işin halları ilə cavabdehdən "9180 manat məbləğində ƏDV borcunun tutulması" hissəsində də ilkin iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir. Çünki, iş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 6-cı bəndinin tələblərinə görə, “əlavə dəyər (ƏDV) və torpaq vergiləri qanunvericiliklə müəyyən edilmiş qaydada “İcarəyə verən” tərəfindən hesablanaraq büdcəyə ödənilməsi” qeyd olunsa da, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, müvafiq VÖEN əsasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “icarəyə verən” İddiaçı tərəfindən müvafiq VÖEN əsasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “icarəçi” Cavabdeh 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi əsasında baş tutmuş icarə münasibətləri üzrə ƏDV daxil aylıq 8500 manat miqdarında icarə haqqı borcunun ödənilməsi ilə əlaqədar mövcud Qanunvericiliyin müəyyən etdiyi qaydada Elektron Qaimə təqdim olunmamış və həmin icarə münasibətləri üzrə maliyyə-mühasibatlıq əməliyyatı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmi qeydiyyata (uçota) alınmayaraq, ƏDV hesablanması və ödənilməsi aparılmamışdır. Qeyd etmək lazımdır ki, xidmət göstərmiş tərəf xidmətinə görə hesablanmış pul vəsaiti üzrə qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanmış ƏDVni Dövlət Büdcəsinə ödəmiş olduğu halda (qanunvericiliyin tələb etdiyi qaydada “elektronqaimə” təqdim etməklə), onun həmin ƏDV məbləğinin əvəzini qarşı tərəfdən (cavabdehdən) tələb etmək hüququ yaranmış olardı. Yəni, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi ilə əlaqədar İcarəyə verən (iddiaçı) tərəfindən müvafiq qaydada Elektron Qaimə tərtib edilərək İcarəçi (cavabdeh) tərəfə təqdim edilmədiyindən, həmin icarə münasibətləri üzrə Elektron Qaimə verildiyi halda hesablanaraq tutulmalı olan “9180 (doqquz min yüz səksən) manat miqdarında ƏDV məbləği” İcarəyə verən tərəfindən müvafiq qaydada ƏDV hesabına ödənilməmişdir. Belə olan halda, yəni baş tutmuş icarə münasibətləri üzrə müvafiq qaydada Elektron Qaimə vermədiyinə görə İcarəyə verən (iddiaçı) tərəfindən ƏDV hesablanmamış və müvafiq qaydada ödənməmişdir. Halbuki, məlum icarə münasibətləri üzrə müvafiq qaydada Elektron Qaimənin də tərtib edilərək təqdim olunması İcarəyə verənin (iddiaçının) vəzifəsi olmuşdur. Eləcə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsi və tərəflər arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır. Belə olan halda isə, məlum icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə verilmiş qarşılıqlı iddia tələbinin təmin edilməsi istisna olunur.

39. Məhkəmə qətnaməsindən narazı qalan ilk iddia üzrə cavabdeh apellyasiya şikayəti vermişdir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri əsassızdır, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göründüyü kimi apellyatorun şikayətinin dəlili tərəflər arasında bağlanmış müqavilənin görünüş üçün bağlanan uydurma əqd olması ilə bağlıdır.

43. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

44. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).

45. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər;əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

46. Məhkəmə kollegiyası qeyd olunan meyarlara əsasən müqavilənin etibarsızlığı halının mövcud olub-olmaması üzrə qiymətləndirmə apararaq hesab edir k, işin müəyyən edilmiş faktiki halları müqavilənin etibarsızlığı nəticəsinə gəlməyə əsas vermir. Kollegiyanın qənaətincə mübahisələndirilən icarə müqaviləsi zəruri etibarlılıq şərlərinə cavab verir. İcarə müqaviləsinin predmeti olan icarə obyektinin icarəçi tərəfindən digər bir şəxsin istifadəsinə verilməsi həmin müqavilənin etibarlılığını şübhə altına alan hal kimi qiymətləndirilə bilməz.

47. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 715/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver