Məhkəmə qərarları › İş №2-2(105)-61/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-61/2024

22.04.2024 · Torpaq mübahisələri - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-61/2024 22.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X12 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-238/2024 nömrəli kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-2(119)-238/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 06 noyabr 2020-ci il tarixdə Cavabdehnə qarşı torpaq tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.189702 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3.335 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.85 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.688 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.54 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.616 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.5522 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-09 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyim, mülkiyyətimdə olan ünvan 1i ərazisində yerləşən 0.6161 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyim, iddiaçının mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.547 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, iddiaçının mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.631 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh tərəfindən 13 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iş üzrə İddiaçı, eləcə də iş üzrə tərəf olmayan Şabran rayonu, Dəvəçi Bələdiyyəsinə, Şabran rayonu notariat konturuna, X5 və X3 qarşı “torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların və torpaq sahəsinin plan və ölçü sənədlərinin ləğv edilməsi" barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələblərinin rədd edilməsi, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin təmin edilərək İddiaçıla Şabran rayonu Dəvəçi Bələdiyyəsi arasında xx.xx.2016cı il tarixdə müvafiq olaraq 5.2 ha və 4.0 ha torpaq sahələrinin alqı-satqısına dair Şabran rayon notariat kontorunda bağlanmış AN-1 ******* və AN-1 ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onun əsasında İddiaçı adına DƏDRX-nın 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* və ******* saylı çıxarışların, 067931 və 067907 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi, Mənsur X1 və X7 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqısatqı müqavilələrinin etibarsız sayılması və onun əsasında İddiaçı Nəməlulla oğlunun adına verilmiş çıxarışın və torpaq sahəsinin plan ölçüsü sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-2(119)- 238/2024 nömrəli (hakim Fərman Həmidli) qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.

4. Məhkəmə mövqeyini qarşılıqlı iddianın ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı verilməli olduğu halda, hazırkı iş üzrə iddiaçı ilə yanaşı, iş üzrə tərəf olmayan digər şəxslərə qarşı da iddia tələbi irəli sürməsi ilə əsaslandırılmışdır.

5. Cavabdehin nümayəndəsi Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-2(119)-238/2024 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilərək qarşılıqlı iddia tələbinin icraata qəbul edilməsini xahiş etmiş və şikayəti, məhkəmənin gəldiyi nəticənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin tələblərinə zidd olması ilə əsaslandırmışdır.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-2(119)- 238/2024 nömrəli (hakim Fərman Həmidli) qərardadı ilə Cavabdeh tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-2(119)-238/2024 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvədə saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 155.1, 155.3 və 156.1-ci maddələrinin tələblərinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri :

9. Cavabdeh nümayəndəsi Vəkil1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qarşılıqlı iddia tələblərini icraata qəbulundan imtina ilə bağlı düzgün olmayan nəticəyə gəlmiş, hazırkı iş üzrə məhkəmə baxışının məhkəmə hazırlıq iclası mərhələsində olmasına düzgün hüquqi qiymət verməmiş, işin 2020-ci ildən məhkəmə aidiyyətinin pozulması ilə icraatda olması və həmin iş üzrə qüvvədə olmayan məhkəmə aktlarının olmaması kimi halları nəzərə almadan qeyd olunan prossesual hərəkətin edilməməsini hazırkı qarşılıqlı iddianın verilməsi üçün vaxtın ötürülməsi kimi dəyərləndirmişdir. Onda sual olunur ki, niyə məhkəmə hazırkı iş üzrə hazırlıq iclası keçirir? Elə bir başa məhkəmə baxışından başlayardı. Hazırlıq iclası tərəflərə məhkəmə müdafiəsini qurmaq, işdə olan sənədlərlə tanış olmaq, qarşılıqlı tələb irəli sürmək və s. prossesual hərəkərlərin edilməsi üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlər, o cümlədən ilkin iddia ərizəsi və onun əsaslandırılması üçün istinad olunan sənədlər elektron qaydada sənədlər qrafasına yüklənməmişdir. Məhkəmə hesab edir ki, işin aidiyyətin pozulması ilə baxıldığı məhkəmə instansiyaları bu işi görməli idi. Sual olunur ki, əvvəlki məhkəmələr işin elektron versiyasını natamam yerinə yetirmişlərsə, burada cavabdeh tərəf kimi onların sənədlərlə tanışlığı üçün maneələrin aradan qaldırılmasını kim təmin edəcək? Hesab edir ki, qarşılıqlı iddia tələbi ilk iddianın qismən və ya tam rədd olunmasına yönəldiyindən icraata qəbul edilməlidir. Həmin iddiada başqa şəxslərin də cavabdeh, üçüncü şəxs və s. prossesual statuslarda mövcud olması qarşılıqlı tələbin qəbulundan imtina üçün əsas sayıla bilməz. Məhkəmənin gəldiyi nəticə AR MPM-nin 155.1-ci maddəsinin tələblərinə ziddir və qarşılıqlı iddiaya münasibətdə səhv tövsif və tətbiq olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-238/2024 saylı 14 mart 2024-cü il tarixli Qərardadının ləğv edilib, Cavabdeh MMC-nin qarşılıqlı iddia tələblərinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

11. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-2(119)-238/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2- 2(119)-238/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.

13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-2(119)- 238/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini qarşılıqlı iddianın ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı verilməli olduğu halda, hazırkı iş üzrə iddiaçı ilə yanaşı, iş üzrə tərəf olmayan digər şəxslərə qarşı da iddia tələbi irəli sürməsi ilə əsaslandırılmışdır. Məhkəmənin mövqeyinə görə Sumqayıt Kommersiya Məhkəməsinin sözügedən qərardadı ilə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinin tələbi nəzərə alınaraq qarşılıq iddianın icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə, qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında Mülki Prosessual Məcəllənin 156.1.1-ci, 156.1.2-ci və 156.1.3-cü maddələrinə istinad edilərək göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının məzmunu belə nəticəyə gəlməyə imkan verir ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiasına qarşı tələb və müdafiə vasitəsinin təzahürüdür və hər iki iddia növü arasında bağlılıq və asılılıq mövcud olmaqla, qarşılıqlı tələblərin ödənilməsinə və ya aradan qaldırılmasına yönəlmişdir. İlkin və qarşılıqlı iddiaların birlikdə baxılması tərəflər arasındakı mübahisənin qısa müddətdə həll edilməsini, ziddiyyətli qərarların çıxarılmasının qarşısının alınmasını təmin edir. Mülki Prosessual Məcəllənin istinad olunan normalarından və buna uyğun olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi, qarşılıqlı iddia o halda verilə bilər ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olsun və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnsin. Həmçinin qanunvericilik cavabdehin ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia vermək hüququnu təsbit etməklə yanaşı, qarşılıqlı iddianın bilavasitə iddiaçıya qarşı verilməsinin mümkünlüyünü imperativ qaydada müəyyən etmişdir. Lakin, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ilə müəyyən edilir ki, cavabdeh həmin ərizə ilə məhkəməyə müraciət edərkən ilkin iddia üzrə iddiaçı ilə yanaşı, hazırkı iş üzrə tərəf olmayan Şabran rayonunun Dəvəçi Bələdiyyəsini, Şabran rayonu notariat kontorunu, X6 və X4 da cavabdeh qismində iddia ərizəsində qeyd etmiş və onlara qarşı tələblər irəli sürmüşdür. Başqa sözlə, cavabdeh hazırkı iş üzrə iddiaçı ilə yanaşı, iş üzrə tərəf olmayan digər şəxslərə qarşı da iddia tələbi irəli sürməklə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinin tələblərini pozmuşdur. Odur ki, Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyinə görə Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-2(119)-238/2024 nömrəli qərardadı ilə cavabdehin iddiaçıya, eləcə də iş üzrə tərəf olmayan Şabran rayonu Dəvəçi Bələdiyyəsinə, Şabran rayonu notariat konturuna, X5 və X3 qarşı “torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların və torpaq sahəsinin plan və ölçü sənədlərinin ləğv edilməsi" barədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl edildiyini göstərmişdir. Apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-2(119)-238/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver