Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-69/2025 11.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2-2(119)-888/2025 nömrəli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2-2(119)-888/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 172,70 (yüz yetmiş iki manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Həlimə Alıyeva). İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2-2(119)-888/2025 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə kommersiya mübahisəsidir və cavabdeh vergi ödəyicisi kimi Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Məhkəmə əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə göstərilən qərardadı çıxarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2-2(119)-888/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Sumqayıt Kommersiya Məhkəməsinin 16 may 2025-ci il tarixli e-2-2(119)-888/2025 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və Sumqayıt Kommersiya Məhkəməsinin 16 may 2025-ci il tarixli e-2-2(119)-888/2025 nömrəli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğu və həmin ərazinin Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğu üçün həmin kommersiya işinə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olmasına əsaslanaraq geri qaytarmışdır. Belə ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ərazi vahidi isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə hazırkı ərizə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Gəncə Kommersiya Məhkəməsinə verilə bilər. Qeyd olunur ki, Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarına Gəncə şəhəri Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və şikayətə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Yəni qanunvericilikdə kommersiya mübahisələri üçün cavabdehin vergi ödəyicisi kimi qeydiyyata alındığı Ərazi Vergilər Baş İdarəsinin yerləşdiyi əraziyə verilməsi nəzərdə tutulmamışdır. İşin hallarına əsasən cavabdehin rəsmi olaraq Gəncə şəhərində qeydə alındığı müəyyən edildiyindən hazırki kommersiya mübahisəsinə də yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2-2(119)-888/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-69/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-69/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver