Məhkəmə qərarları › İş №2-2(105)-74/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-74/2023

01.05.2023 · Sair işlər - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-74/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-61/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 fevral 2020-ci il tarixli ******* saylı aktında qeyd olunur ki, İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman “abonent qaz sayğacından əvvəl, tənzimləyici qurğunun alt hissəsini açaraq rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir” kimi nöqsan aşkar olunmuşdur.

2. 31 mart 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 5,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 31104 m3 həcmində müəyyən edilmişdir.

3. Abonent saldosundan görünür ki, 31104 m3 qaz sərfiyyatına görə mübahisələndirilən akta əsasən 6220,80 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Aura” restoranı ilə bağlı İddiaçı barəsində tərtib olunmuş 24 fevral 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin Cavabdehndən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək Cavabdeh əməkdaşları tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Aura” restoranı ilə bağlı iddiaçı barəsində tərtib olunmuş 24 fevral 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi, mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin və hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları Quba rayonu, Qəçrəş kəndində yerləşən iddiaçıya məxsus “Aura” restoranına gələrək 24 fevral 2020-ci il tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən guya, “abonent qaz sayğacından əvvəl, təmizləyici qurğunun alt hissəsini açaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edir” qeydi aparılmış, 31 mart 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 31104 m3 qazdan istifadəyə görə 6220,80 manat məbləğində əsassız və qanunsuz borc hesablanmışdır. Borcun ödənilmədiyi halda Cavabdeh tərəfindən iddiaçıya obyektə verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Restorana verilən təbii qazın kəsilməsi iddiaçını külli miqdarda ziyana sala bilər. Belə ki, o, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, heç bir zaman cavabdeh təşkilatla aralarında qaz borcu ilə bağlı problemi və təbii qazdan qanunsuz istifadə halı olmamışdır. Bunun üçün 2020-ci ildə akt tərtib edilənə qədər və akt tərtib edildikdən sonrakı dövrlərin qaz sərfiyyatlarını abonent saldosu üzrə müqayisə etmək kifayətdir. Abonent saldosundan da göründüyü kimi qaz sərfiyyatlarında hər hansı fərq mövcud deyildir. Eyni zamanda iddiaçıya məxsus obyekt ilin hər vaxtı fəaliyyət göstərə bilmir və onun fəaliyyəti mövsümi xarakter daşıyır. 6220,80 manat məbləğində ziyanın hansı meyarlar əsasında hesablanması, obyektdə olmayan qaz cihazlarının qeyd edilərək müvafiq hesablamaların aparılması iddiaçının hüquqlarının kobudcasına pozulması deməkdir. Həmçinin sahibkar kimi iddiaçıya məxsus obyekt Cavabdeh əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Belə ki, həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli idi. Lakin nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə iddiaçıya yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş, X5 reyestrində qeydə alınmadan yoxlama aparılmışdır. İddiaçı məhkəməyə müraciət edənə qədər qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin iştirak etməməsi səbəbindən mediator tərəfindən 07 oktyabr 2022-ci il tarixli, MŞB/8-00031 nömrəli arayış verilmişdir. Bundan əlavə iddiaçı həm elektron qaydada, həm də poçt vasitəsilə Cavabdehnə borcun silinməsi ilə bağlı pretenziya məktubu ilə müraciət etmiş, lakin Cavabdeh tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş və təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən yerində ******* saylı akt tərtib edilmişdir. Abonentin qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, orada istifadə olunan avadanlıqların inventarlaşması aparılmış, akt tərtib edilərək qaz paylayıcısına vurduğu ziyan müəyyən edilmişdir. İddiaçının istifadə etdiyi təbii qazın dəyərinə görə ******* saylı aktla itirilmiş qazın bərpası üçün cəmi: 31104 m3x0.20 qəpik =6220,80 (altı min iki yüz iyirmi manat 80 qəpik) manat hesablanmışdır. İddiaçı öz iddia ərizəsində “əsassız yazılmış borcun silinməsi” tələbini qeyd etsə də, Cavabdeh tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, 31104 m3 təbii qaz sayğacdan keçən istifadə olunmuş təbii qazın dəyəri olaraq abonentin ünvanına istifadə etdiyi qaz sərfiyyatına görə yazılmış borc 0,20 qəpikdən hesablanmışdır və 6220,80 manat borc yaranmış və iddiaçı brocunu qəbul edərək 6181 manat ödəmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-61/2023 nömrəli, 08 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddia tələbinin təmin edilməsi, 24 fevral 2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus olan Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00054) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 6220,80 (altı min iki yüz iyirmi manat 80 qəpik) manat məbləğində borcun silinməsi, hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 250 (iki yüz əlli) manat məbləğində və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, Cavabdehndən dövlət nəfinə 82,2 (səksən iki manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilərək 24 fevral 2020-ci il tarixli ******* nömrəli akt tərtib etmiş, lakin cavabdeh tərəfindən aparılan yoxlama X5 reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 5.2, 31.2, 31.2.3, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3, 119.2, 121.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qaz sayğacı restoranın ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçiləri sayğacdan kənar qanunsuz xətt aşkar edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni restoranın ərazisinə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Mübahisə edilən məbləğ abonentin sayğacdan kənar xətt ilətəbii qazdan qanunsuz istifadə etdiyinə görə müqavilədə nəzərdə tutulan qazişlədici cihazlara uyğun hesablanmışdır. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sayğacdan kənar xətt aşkar edərkən balans mənsubiyyətində hərəkət etmiş, restoranın ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar. Sayğacdan kənar xəttin aşkar edilməsi qanunsuz yoxlama kimi qiymətləndirilə bilməz. Çünki, sayğac obyektdən kənar yerdə quraşdırılmışdır, sayğacdan kənar xətt isə sayğacdan əvvəl qaz şəbəkəsinə birləşdirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 11.6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

2. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X5 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlama aktında X5 reyestrindən verilən kod.

19. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 07 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00054 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli “G-6” markalı sayğac quraşdırılmışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, 24 fevral 2020-ci il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 6220,80 manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 24 fevral 2020-ci ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində quraşdırılmış qaz sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X5 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmışdır.

25. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apardığı yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Yuxarıda isitnad olunan qanunvericilik normalarının tələbindən isə görünür ki, sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-61/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver