Məhkəmə qərarları › İş №2-2(108)-31/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-31/2025

30.07.2025 · Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-31/2025 30.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “müqavilə üzrə yaranmış borc tələbi və dəymiş zərərin ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(123)-111/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Res publikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 vasitəsilə 05 fevral 2025-ci il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş 58.632,30 (əlli səkkiz min altı yüz otuz iki manat otuz qəpik) AZN məbləğində ödənilməmiş borcun və öhdəliyin icrasının gecikdirilməsinə görə ödənilməli olan 5.863,2 (beş min səkkiz yüz altmış iki manat iyirmi qəpik) məbləğində cərimə olmaqla ümumilik də 64.495,50 AZN (altmış dörd min 495 manat əlli qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 284 (iki yüz səksən dörd) manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 02 aprel 2025-ci il tarixli, e-2-2(123)-111/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən 58632,30 (əlli səkkiz min altı yüz otuz iki manat otuz qəpik) manat borc və 5863,20 (beş min səkkiz yüz altmış üç manat iyirmi qəpik) manat cərimə alınaraq İddiaçı MMC-nə ödənilməsi və i ddiaçı tərəfindən ödənilmiş 284 (iki yüz səksən dörd) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq İddiaçı MMC-nə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(123)-111/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 22 aprel 2025-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) xx.xx.2025-ci il tarixli, e-2-2(123)-111/2025 nömrəli qətnaməsinin ləğv edilmə si və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) anlayışına əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). AR MM-nin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur. Hazırki iş üzrə cavabd eh qismində göstərilən idarənin mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasd a iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən ed ilir ki, burada da cavabdehin hər hansı təqsiri olması qeyd edilə bilməz. Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron-qaimə sənədləri göstərilir, halbuki həmin elektron-qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz. İddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi. Eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac var idi. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının vəkili-nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə iddiaçının vəkili-nümayəndəsinin iştirakı olm adan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə görə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(123)-111/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasə n apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya qeyd edir ki, iddia tələbi iki hissədən yəni, müqavilə üzrə yaranmş borc tələbindən və dəymiş zərərin ödənilməsi tələbindən ibarətdir. Bu baxımdan kolegiya ilk olaraq müqavilə üzrə yaranmş borc tələbinə dair hissəsində hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.2-c i maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Sözügedən Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onla rın məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.2-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilə nin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabde hdir. Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. İddia edilən borcun y aranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Kollegiya cavabdehin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, 18 yanvar 2021-ci il tarixli, MTN 08/2021 saylı xidmət müqaviləsindən görünür ki, sifarişçi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi ilə icraçı MƏTİN İNŞAAT” MMC-i arasında müqavilə bağlanmaqla sifarişçi yerinə yetirilicək alkapon, profil, alminium işlərinin və həmi işlərin yerinə yetirilməsi üçün istifadə olunacaq malların dəyərini icraçıya ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri yerinə yetirməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıva n Şəhər İdarəsinə icraçı MƏTİN İNŞAAT” MMC-i tərəfindən 448627,68 (dörd yüz qırx səkkiz min altı yüz iyirmi yeddi manat altmış səkkiz qəpik) manat həcmində görülən işlər elektron qaimə faktura üzrə təhvil-təslim edilmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında olan 18 yanvar 2021-ci il tarixli, MTN 08/2021 nömrəli xidmət müqaviləsi əsasında qaimə fakturalara əsasən işlərin görülməsi, malların alınması iş materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur, məhz bu məqsədlə tərəflər arasında 15 iyul 2023-cü il tarixdə üzləşmə aktı tərtib edilmişdir. İddiaçı və cavabdeh arasında 15 iyul 2023-cü ildə müəssisələrin rəhbər və mühasiblərinin imzası və möhürlə təsdiq edilmiş “Üzləşmə Aktı” aktı tərtib edilmişdir ki, bu da özlüyündə mübahisəsiz şəkildə cavabdehin iddiaçıya 58.632,30 (əlli səkk iz min altı yüz otuz iki manat otuz qəpik) manat məbləğində olan borcunun mövcudluğunu təsdiq edir. Qeyd edilməlidir ki, üzləşmə aktı - iki müəssisə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Qanunvericilikdə “Üzləşmə aktı” blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Lakin, müəssisələr “Üzləşmə aktı” formasında ümumi qaydada sənədlərdə zəruri olan rekvizitləri nəzərə alaraq hazırlaya bilərlər. Həmin “Üzləşmə Aktı”na əsasən üzləşmə aparılmış və cavabdeh təşkilatın iddiaçı təşkilata 58.632,30 (əlli səkkiz min altı yüz otuz iki manat otuz qəpik) manat borcu olduğu müəyyən edilərək qarşılıqlı imza və möhürlə təsdiq edilmişdir. Bu hal həm iddiaçı və həm də cavabdeh tərəfindən mübahisəsiz şəkildə qəbul edilmişdir. Həmçinin iş materiallarında olan: 489837 saylı, xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, iddiaçı tərəfindən dəyəri 60527,72 manat dəyərində işlər təqdim edilmişdir. 307225 saylı, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, iddiaçı tərəfindən dəyəri 54933,25 manat dəyərində işlər təqdim edilmişdir. 139955 saylı, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, iddiaçı tərəfindən dəyəri 33543,05 manat dəyərində işlər təqdim edilmişdir. 364164 saylı, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, iddiaçı tərəfindən dəy əri 35545,85 manat dəyərində işlər təqdim edilmişdir. 243261 saylı, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, iddiaçı tərəfindən dəyəri 5751,20 manat dəyərində işlər təqdim edilmişdir. Cavabdeh tərəf isə yuxarıda qeyd edilən elektron qaimə-fakturaları qəbul etməkdən imtina etməmiş, hətta həmin elektron qaimə-fakturalar əsasında 130906.11 (bir yüz otuz min doqquz yüz altı manat on bir qəpik) manat ödəniş etmişdir. Nəticədə isə iddiaçı qalmış borcunu tələb etməkdə haqlı olmuşdur. Buna görə də cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlili əsassız hesab edilməlidir. Apellyasiya şikayətində qeyd edilmiş “Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsiri olması qeyd edilə bilməz. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron-qaimə sənədləri göstərilir, halbuki həmin elektron-qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır k i, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz” dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsində əlavə dəyər vergisinin (ƏDV-nin) anlayışı verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstəril məsi,......... vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Qeyd edilən müddəalara uyğun olaraq cavabdehin fəaliyyətinin əhatə etdiyi tikinti obyektlərinin hansısa formada ƏDV-dən azad edilməsi, cavabdehə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənilməsi, iddiaçının da Ə DV-dən azad edilməsi kimi hesab edilə bilməz və cavabdeh tərəfindən alınmış mal-materialın dəyərinin ödənilməməsi üçün əsas sayılmamalıdır. Eyni zamanda iddiaçı və cavabdeh arasında 15 iyul 2023-cü ildə müəssisələrin rəhbər və mühasiblərinin imzası və möhürlə təsdiq edilmiş “Üzləşmə Aktı” ilə, həmçinin həm birinci instansiya məhkəməsində işə baxılması zamanı, həm apellyasiya baxışı zamanı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi qismində iştirak etmiş idarənin mühasibi Nümayəndə2 izahatları ilə iddia tələbi, borclarının olduğu və ödəməli olduqları etiraf edilmiş, lakin bunun onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yarandığını bildirmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cava bdeh tərəf apellyasiya şikayətində öz nümayəndəsinin birinci instansiya məhkəməsində iddianın etirafı ilə bağlı verdiyi ifadəsini doğrulayaraq qeyd etmişdir ki, “qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaraq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsirinin olması qeyd edilə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən... Cavabdeh tərəfindən iddia tələbi et iraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin borclarının onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yaranması barədə dəlili qanunu və əsaslı hesab edilə bilməz və sifarişçisi tərəfindən gördüyü işin dəyərinin kəsir ödənilməsi cavabdehin iddiaçıdan aldığı malmaterialların dəyərinin ödənilməməsinin səbəbi kimi göstərilməsi yolverilməzdir. Bu hal yalnız cavabdehə həmin vəsaiti aidiyyəti üzrə tələb etmək hüququ verir. Belə ki, elektron-qaimələrə əsasən satılan mallar ƏDV daxil satılmışdırsa əgər, belə olan halda iddiaçı tərəf öz satdığı mallara görə ƏDV ödəmişdir və qarşılığında cavabdeh tərəfdən ödədiyi ƏDV-ni tələb etməkdə haqlı olmuşdur. ƏDV-də elə bir vergi məbləğidir ki, həmişə qarşı tərəfdən alınır. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfin borcunun ƏDV-dən yaranmasını, ƏDV-nin ona ödənilmədiyi üçün ödəniş etməməsini bildirməsi iddiaçı tərəfin maraqlarının pozulmasına gətirib çıxaran hal olmuşdur. Kollegiya apellyasiya şikayətinin “iddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi” dəlilinə və 23 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinin vəsatətinə əsasən borc məbləğinin tam dəqiq müəyyən edilməsi, onun yaranma tarixlərinin və həmin borc məbləğinin ƏDV daxil və ya ƏDV xaric hesablanmasının müəyyənləşdirilmə si məqsədilə, həmçinin müvafiq tələb üzrə işi hərtərəfli araşdırıb, qanuni və əsaslı nəticəyə gəlmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(108)-31/2025 nömrəli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin edilərək ekspert rəyi kollegiyaya təqdim olunanadək apellyasiya icraatı üzrə icraat dayandırılmış, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2025-ci il tarixli, 704 nömrəli ekspert rəyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına daxil olmuş və kollegiyanın 21 iyul 2025-ci il tarixli, 2-2(108)-31/2025 nömrəli qərardad ilə iş üzrə icraat təzələnmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2025-ci il tarixli, 704 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan qaimə fakturalara əsasən götürülən malların dəyəri 188301,13 (bir yüz səksən səkkiz min üç yüz bir manat on üç qəpik) manat təşkil edir. Ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən həyata keçirilən ümumi ödənişlər 130906,11 (bir yüz otuz min doqquz yüz altı manat on bir qəpik) manat təşkil edir (İ və İV suallar üzrə). Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, 05 fevral 2025-cü il tarixə (sualda göstərilən tarixə) cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura K omitəsinin Naxçıvan Şəhər İdarəsinin, iddiaçı "xxxx" MMC-yə borcu X5 məlumatlarının düzgünlüyü nəzərə alındıqda 58632,30 (əlli səkkiz min altı yüz otuz iki manat otuz qəpik) manat müəyyən olunur. Həmin borc məbləğinin ƏDV xaric olaraq hesablanması akt məlumatlarında göstərilmədiyindən həmin borc məbləğinin ƏDV borcunu ayrı-ayrılıqda müəyyən etmək mümkün olmadı (İİ, İİİ, V və İV suallar üzrə). X4 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2025ci il tarixli, 704 nömrəli ekspert rəyini məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirərək belə hesab edir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bir hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, müqavil ə tərəflərinin hüquq və vəzifələrinin həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımı qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəm iyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar). Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə qiymət verilməsi zə ruridir. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Mülki Məcəllənin 1096-cı və 1097-ci maddələrinin düzgün tətbiq edilməməsi” dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericilik əmələ gəlmə əsasına görə öhdəliyin iki qrupa bölünməsini qəbul edir: müqavilə öhdəliyi və müqavilədənkənar öhdəlik. Müqavilə öhdəliyi, bir qayda olaraq, müqavilələrdən əmələ gəlir. Müqavilədənkənar öhdəlik isə elə bir öhdəlik növüdür ki, bu növ öhdəlik müqavilələrdən yox, qanunda nəzərdə tutulan əsaslardan yaranır. Bu öhdəlik qanunda nəzərdə tutulan hüquqi faktlar əsasında, əsasən d ə subyektin iradəsindən asılı olmadan əmələ gəlir (lakin bu öhdəliyin hüquqa zidd olmayan hərəkətlərdən yaranması da mümkündür, məs., əsassız varlanma). Müqavilədənkənar öhdəlik üçün mülki hüquq pozuntuları ilə bağlı olan münasibətlər xarakterikdir. Bu öhdəliyin əsas növü mülki hüquq pozuntusu (delikt) öhdəliyidir. Delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzini tam həcmdə ödəməyə borclu olur, zərəçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir (Mülki Məcəllənin 1097.1-ci maddəsi). Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasınd a malların nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir, yəni konkret olaraq mübahisənin hüquqi əsasını mülki hüquq pozuntusu deyil, nisyə alqı-satqı müqaviləsi təşkil edir və bu dəlil əsaslı deyil. Kollegiya iddia tələbinin dəymiş zərərin ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində qeyd edilmiş borc məbləğinin 10 faizinə uyğun olaraq cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinm ək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cəri mə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hü ququ özündə saxlamış olduğu halda tələb edə bilər. Kollegiya yuxarıda qeyd edilən maddi hüquq normalarına istinadən qeyd edir ki, tərəflər arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli, MTN 08/2021 nömrəli xidmət müqaviləsində dəbbə pulunun (cərimə, penya) ödənilməsi şərtləndirilməmiş, iddiaçı tərəf isə dəbbə pulunun alınması və hətta onun 10 faiz olaraq tutulmasını nəyə əsasən tələb etdiyini əsaslandırmamışdır. Həmçinin kollegiya qeyd edir ki, dəbbə pulu haqqında razılaşma yazılı formada olmalıdır, lakin iş materialları tədqiq edilərkən belə bir razılaşmanın mövcudluğu öz əksini tapmamışdır. Eyni zamanda cavabdeh tərəfin dəbbə pulu ödəyəcəyi barədə hər hansı bir vəd verməsi də sübut olunmur və belə bir sübut növü nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə təqdi m edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. İş materiallarından o da aydın olur ki, tərəflər arasında olan müqavilə əsasında cavabdeh iddiaçıya ödənişlər etmişdir, məhkəmə iclaslarında cavabdehin nümayəndəsi borclu olduqlarını etiraf etmiş, lakin qalmış borc məbləğini ödəyə bilmədiklərini onlara ödənilməmiş olan ƏDV-dən yaranmış olduğunu əsaslandırmış və bu əsasla da qalıq borc məbləğlərini ödəmədiklərini qeyd etmişdir. Sadalananlara əsasən kollegiya iddiaçının tələb etdiyi dəbbə pulu hissəsində haqlı olmadığı qənatinə gəlir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası bildirir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(123)-111/2025 nömrəli qətn aməsində məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olması (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi), tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsi), bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilməli (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə sinin 76.2-ci maddəsi) olduğu ilə əlaqədar olan və digər zəruri prosessual normalar rəhbər tutulmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən qətnaməsində iddia tələbinin təmin edilməsilə bağlı gəldiyi nəticənin əsaslı olub-olmadığı ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, barəsində şikayət verilmiş qətnamədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi iddia tələbinin borcun alınması hissəsində düzgün, dəbbə pulunun ödənilməsi hissəsində isə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya icraatı zamanı kollegiya tərəfindən tədqiq edilərək hərtərəfli qiymətləndirilmiş iş üzrə sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şə hər İdarəsi arasında olan 18 yanvar 2021-ci il tarixli, MTN 08/2021 nömrəli xidmət müqaviləsinə əsasən tərəflər üzərinə öhdəlik götürmüş, lakin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi götürmüş olduğu öhdəliyi lazımınca icra etməmiş, malların dəyəri tam ödənilməmişdir. Kollegiya qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 0 6 mart 2008-ci il tarixli X6 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün hüquqi qiymət verməmiş, iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquq i aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(108)-31/2025 nömrəli məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə qərardadı ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibat ekspertizasının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Kollegiya ekspertiza xərcinə münasibətdə qeyd ed ir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Kollegiya qeyd edilən maddənin tələbindən çıxış edərək hazırkı iş üzrə ekspertiza xərcinin tərəflər arasında bölüşdürülməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Beləliklə, məhk əmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(123)-111/2025 nömrəli qətnaməsi qismən, 5863,20 (beş min səkkiz yüz altmış üç manat iyirmi qəpik) manat cərimənin alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməli, qətnamdə “İddia təmin edilsin” sözləri “iddia qismən təmin edilsin” sözləri ilə əvəz edilməli, iddia üzrə ödənilmiş 284 (iki yüz səksən dörd) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 258,15 (iki yüz əlli səkkiz manat on beş qəpik) manat məbləği cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçınə qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qərarı, “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. K ollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1ci maddəsinə uyğun olaraq kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Bununla da, iddia üzrə rədd edilmiş hissə 5863,20 (beş min səkkiz yüz altmış üç manat iyirmi qəpik) manat təşkil etdiyindən həmin hissəyə münasibətdə kassasiya şikayəti verilə bilməz. Kollegiya qeyd olunan nəticə yə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.2, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(123)-111/2025 nömrəli qətnaməsi qismən, 5863,20 (beş min səkkiz yüz altmış üç manat iyirmi qəpik) manat cərimənin alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin və i ddia tələbi həmin hissədə rədd edilsin. Qətnamdə “İddia təmin edilsin” sözləri “iddia qismən təmin edilsin” sözləri ilə əvəz edilsin. İddia üzrə ödənilmiş 284 (iki yüz səksən dörd) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 258,15 (iki yüz əlli səkkiz manat on beş qəpik) manat məbləği cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçınə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamənin ləğv edilmiş hissəsindən kassasiya şikayəti verilə bilməz. Qətnamənin digər hissəsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan R espublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver