Məhkəmə qərarları › İş №2-2(113)-331/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-331/2020

16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-331/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC şirkətinin 250.777,14 manat görülmüş işin dəyəri və 50.000 manat İddiaçı MMC şirkətinə vurulmuş ziyan tutularaq İddiaçı MMC şirkətinin “Bank of Azerbaijan” bankının 1 saylı filialında olan 2-231-61-1 nömrəli hesabına keçirilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi barədə **********42 saylı bildirişə əsasən müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli xx.xx.2012-ci il tarixdə ********** № ilə dövlət qeydiyyatına alınmış iş üzrə Cavabdeh MMC xx.xx.2018-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi R.Həsənov iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qismində çıxış edən hüquqi şəxs Cavabdeh MMC ləğv olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar