Məhkəmə qərarları › İş №2-2(113)-71/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-71/2020

18.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-71/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçı Azərbaycan Milli Elmlər X2 və müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Milli Elmlər X1 Cavabdeh MMC-yə qarşı “sökülmüş hasarın bərpası” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Milli X3 İnstitutu və müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Milli Elmlər X1 Cavabdeh MMC-yə qarşı “sökülmüş hasarın bərpası” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6 maddələrinə uyğun olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Milli Elmlər X2 və müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Milli Elmlər X1 Cavabdeh MMC-yə qarşı “sökülmüş hasarın bərpası” tələbinə dair iddiası baxılmamış saxlanılsın və ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver