Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-9/2021 01.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Seyidli () qızına qarşı mühafizə zolağında inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdeh Seyidli () qızına qarşı mühafizə zolağında inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, ünvanında, magistral yeraltı su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş “” restoranına aid tikililərin sökülməsi və magistral su kəmərinin sanitar mühafizə rejiminin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin əhalisinin, dövlət, özəl və ictimai obyektlərin fasiləsiz su təhcizatı ilə təmin edilməsi məqsədilə İddiaçı ASC tərəfindən Bakı şəhərindən keçən magistral su kəmərlərinin sanitar mühafizə rejiminin təmin edilməsi üçün tədbirlər həyata keçirilərkən, Bakı şəhəri, Nizami rayonu, ünvanından keçən magistral yeraltı su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında “” restoranına aid tikililərin inşa edildiyi aşkar edilmişdir. Müəyyən edilmişdir ki, həmin restoran Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan göründüyü kimi, Cavabdeh məxsusdur və “” restoranına aid tikililər “Qaraçuxur” su anbarını qidalandıran d = 800 mm, d = 1200 mm və d = 1400 mm diametrli magistral su kəmərinin üzərində və sanitar mühafizə zolağında inşa edilmişdir. Nəticədə həmin su kəmərlərinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla, qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə səbəb olur, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneə yaradır. Eyni zamanda magistral su kəmərlərinin zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir risklərini artırır. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə tikinti üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, ünvanında yerləşən və hal-hazırda “” restoranı kimi tanınan ictimai-iaşə obyekti cavabdeh tərəfindən alınarkən “” yeməkxanası kimi fəaliyyət göstərmişdir. Cavabdeh Seyidli () qızı 02 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin restoranı X1 almışdır. Bundan sonra cavabdeh həmin restoran üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və bu barədə MH seriyalı ******* saylı çıxarış əldə etmişdir. Cavabdeh həmin restorana mülkiyyət hüququnu təsdiqlətdirdikdən sonra orada təmir-bərpa işləri aparmaq qərarına gələrək, Bakı şəhər İcra Hakimiyyətinə və digər aidiyyəti orqanlara müraciət edərək, restoranın əsaslı yenidənqurma işlərinin aparılmasına rəsmi icazələr almışdır. Belə ki, restoranın yenidən qurulması layihəsini rəsmi qaydada təsdiq elətdirdikdən sonra cavabdeh aidiyyəti orqanlardan biri olan İddiaçı ASC-yə də müraciət etmiş, bu barədə İddiaçı ASC-nin səlahiyyətli şəxsinin imzası ilə cavabdehə “” restoranının Bakı şəhərinin su və kanalizasiya sisteminə qoşulması barədə 07 mart 2012-ci il tarixli texniki şərt verilmişdir. Bundan başqa, cavabdeh AR FHN-nin X9 Xidməti, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi, AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və digər orqanlara da müraciətlər edərək, müvafiq icazələr əldə etmişdir. 2013-cü ildə İddiaçı ASC tərəfindən iddia edilən “” restoranının və “” restoranına aid tikililərin magistral su kəmərinin üzərində və sanitar-mühafizə zolağında inşa edilməsi və buna görə də həmin restoranın sökülməsi barədə tələb qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən restoranla bağlı ilk növbədə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh tərəfindən alınmış və bu barədə cavabdehin adına mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edilmişdir. Daha sonra həmin ərazidə əvvəllər restoran kimi fəaliyyət göstərmiş “” yeməkxanasının əsaslı təmir və yenidən qurulması barədə layihə hazırlanaraq Bakı şəhər İcra Hakimiyyətində rəsmi təsdiq edilmiş və digər aidiyyəti qurumlar tərəfindən, eləcə də iddiaçı tərəfin özü də daxil olmaqla müvafiq icazələr alınmışdır. Həmçinin iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası keçirilmiş və ekspertiza zamanı təhqiqat obyektinə (“” restoranı) baxış keçirilən zaman hər hansı yeraltı su kəməri aşkar edilməmiş və qeyd edilən restoranının şəhərsalma və tikniti norma və qaydalarına uyğun inşa edildiyi təsdiq edilmişdir. Ona görə də tamamilə əsassız olduğu üçün məhkəmədən iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin surətindən görünür ki, X3 ünvan 5eməkxanasını qanunvericilikdə müəyyən edilmiş qaydada 14.08.2007-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən satın almışdır. - Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin surətindən görünür ki, X3 ünvan 5eməkxanasının yerləşdiyi 450 kvm torpaq sahəsini 06.09.2007-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən qanunvericilikdə müəyyən edilmiş qaydada satın almışdır. - Əmlakın texniki inventarlaşdırılması bürosunun müəssisə və obyektin texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B. küçəsində yerləşən, ümumi sahəsi 266,5 kvm, əsas sahəsi 223,1 kvm, köməkçi sahəsi 43,4 kvm olan qeyriyaşayış binası 1981-ci ildə inşa edilmişdir. - 02 dekabr 2008-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 daşınmaz əmlakın dövlət reyestrindən 25 dekabr 2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən onun adına qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, ünvanında, 0,045 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 266,5 kv.m, əsas sahəsi 223,1 kv.m, köməkçi sahəsi 43,4 kv.m olan qeyri-yaşayış binasını ( yeməkxanasını) Cavabdeh satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, ünvanında, 0,045 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 266,5 kv.m, əsas sahəsi 223,1 kv.m, köməkçi sahəsi 43,4 kv.m olan qeyri-yaşayış binası ( yeməkxanası) tam mülkiyyət hüququ əsasında Cavabdeh adına 04 fevral 2009-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 1165 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 14.01.2009-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, ünvanında yerləşən qeyriyaşayış binasının ( yeməkxanası) hüquq subyekti Cavabdehdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 26.05.2015-ci il tarixli Əmlak kompleksi kimi müəssisənin Texniki Pasportundan müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, B. küçəsi ünvanında yerləşən əmlak kompleksinin hüquq subyekti X4r. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, B. küçəsi ünvanında, 0,045 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 1287,2 kv.m olan qeyri-yaşayış binası (əmlak kompleksi kimi müəssisə) tam mülkiyyət hüququ əsasında Cavabdeh adına 26 may 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 1607 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 2011-ci il tarixli, H- 211 saylı və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01 fevral 2011-ci il tarixli, 18/03-8/175 saylı məktublarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvanında yerləşən və Cavabdeh məxsus qeyri-yaşayış binasının yenidən qurulması layihəsi həmin inzibati orqanlarla razılaşdırılmışdır. - Bakı Sukanal İdarəsinin Nizami Sukanal Departamentinin əməmkdaşları tərəfindən 01.03.2012-ci ildə tərtib edilmiş aktda qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, ünvanında yerləşən qeyri-yaşayış obyekti (restoran) həmin küçədən keçən Qaraçuxur su anbarlarını qidalandıran yeraltı magistral su xəttinin üzərində inşa edilmişdir. Həmin tikili Cavabdeh məxsusdur. - 07 may 2012-ci il tarixli, 006/2/121-tş saylı texniki şərtin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini T.Cabbarovun imzası ilə G. B.yə “” restoranının Bakı şəhərinin su və kanalizasiya sisteminə qoşulmasına icazə verilmiş, bu şərtlərə uyğun sxem tərtib edilmiş və Cavabdeh bu işlərin icrası üçün İddiaçı ASC-yə 11.07.2012-ci il tarixdə 2072,82 manat məbləğində pul vəsaiti ödəmişdir. - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 2011-ci il tarixli, H- 2011 saylı və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01 fevral 2011-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvanında yerləşən və Cavabdeh məxsus qeyri-yaşayış binasının yenidən qurulması layihəsi həmin inzibati orqanlarla razılaşdırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28.10.2013-cü il tarixli, 14602 saylı ekspert rəyində qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, ünvanında yerləşən qeyri-yaşayış tikilisinə dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş idarəsi tərəfindən 08.10.2010-cu il tarixində razılaşdırılmış eskiz layihəsinə uyğun olduğunu və tədqiqat obyetkinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın verildiyini nəzərə alaraq “” restoranının şəhərsalma və tikinti norma qaydalarına uyğun inşa edildiyi müəyyən edilir. Bakı şəhəri, Nizami rayonu, ünvanında yerləşən “” restoranının tikililərinin İddiaçı ASC-yə məxsus hər hansı yeraltı magistral su kəmərinin mühafizə zonasında inşa edilməsi müəyyən olunmadı. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.02.2016-cı il tarixli, **********75 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən faktiki ölçülmüş torpaq sahəsinin xxxxnin elektron kadastr baza məlumatına əsasən hər hansı magistral su kəmərinin mühafizə zonasında yerləşməsi barədə məlumat yoxdur. İddiaçı ASC-nin balansında olan, Qaraçuxur su anbarını qidalandıran yeraltı magistral su kəmərləri barədə “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin arxiv və elektron bazasında heç bir məlumat yoxdur, sözü gedən kəmərin mövcud və ya layihəsinin plan-xəritə materialları barədə məlumatın əldə edilməsi üçün aidiyyəti istifadəçi təşkilata müraciət olunması məqsədəmüvafiqdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iddia tələbini Bakı şəhəri, Nizami rayonu, ünvanında, magistral yeraltı su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş “” restoranına aid tikililərin sökülməsi və magistral su kəmərinin sanitar mühafizə rejiminin təmin edilməsi təşkil edir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ünvanı əvvəllər ünvan 5eməkxanası olmuşdur. Sonradan həmin qeyri-yaşayış sahəsi ” restoranı olmaqla, ünvanı ünvan 7nda mübahisələndirilmir. Eyni zamanda hazırda 0,045 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 1287,2 kv.m olan qeyri-yaşayış binası-əmlak kompleksi kimi müəssisənin ünvanı ünvan 8sab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Hazırkı mübahisə üzrə qeyri-yaşayış sahəsinin magistral yeraltı su kəmərinin mühafizə zolağında yerləşməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin magistral yeraltı su kəmərinin mühafizə zolağında yerləşdiyini iddia etsə də, bu halı təsdiq edən sübutları, magistral yeraltı su kəmərinin planı, sxemi, yerləşmə vəziyyətini əks etdirən hər hansı bir sübutu və s. məhkəməyə təqdim edə bilməmişdir. Bakı şəhəri, Nizami rayonu, B. küçəsində yerləşən, ümumi sahəsi 266,5 kvm, əsas sahəsi 223,1 kvm, köməkçi sahəsi 43,4 kvm olan qeyri-yaşayış binası 1981-ci ildə inşa edilmiş, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 2011-ci il tarixli, H-211 saylı və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01 fevral 2011-ci il tarixli 18/03-8/175 nömrəli məktubları ilə Cavabdeh məxsus həmin qeyriyaşayış binasının yenidən qurulması layihəsi adı çəkilən inzibati orqanlarla razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin sədrinin birinci müavini tərəfindən təsdiq edilmiş 07.05.2012-ci il tarixli texniki şərtdən görünür ki, su təchizatı məqsədi ilə həmin obyektin su kəmərinə və kanalizasiya şəbəkəsinə qoşulmasına icazə verilmiş, bu şərtlərə uyğun sxem tərtib olunmuş və cavadeh bu işlərin icrası üçün iddiaçı təşkilata 11.07.2012ci il tarixdə 2072,82 manat pul vəsaiti ödəmişdir. Göründüyü kimi, iddiaçının tələbini əsaslandırmaq üçün yeganə sübutu kimi təqdim etdiyi 01.03.2012-ci il tarixli çizginin tərtib edilməsindən sonra - 07.05.2012-ci il tarixdə “xxxx” ASC-nin sədrinin müavini tərəfindən mübahisəli tikililərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmasına dair texniki şərti təsdiq olunmuşdur. İşdə olan ekspert rəyi ilə mübahisəli tikilinin Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 2010-cu ildə razılaşdırılmış eskiz layihəsinə uyğun olduğu, şəhərsalma və tikinti norma qaydalarına uyğun inşa edildiyi və həmin tikililərin İddiaçı ASC-yə məxsus hər hansı yeraltı magistral su kəmərinin mühafizə zonasında inşa edilməsinin müəyyən olunmadığı qeyd olunmuşdur. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətindən mütəxəssis rəyi alınmış, mütəxəssis İddiaçı ASC-nin təşəbbüs göstərməməsi səbəbindən baş tutmayan ekspertiza suallarına aydınlıq gətirərək Ədliyyə Nazirliyinin ekspertinin və GPS aparatı işlədən mühəndisin iştirakı ilə koordinatları ölçməklə müəyyən etmişdir ki, mübahisəli tikililərin xxxxnin elektron kadastr baza məlumatlarına əsasən hər hansı magistral su kəmərinin mühafizə zonasında yerləşməsi barədə məlumat yoxdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yuxarıda qeyd olunan normaya münasibətdə məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, ünvanında yerləşən qeyri-yaşayış tikilisi (“” restoranı) özbaşına tikinti sayıla bilməz. Çünki qeyd edilən qeyri-yaşayış tikilisi cavabdeh tərəfindən 2008-ci ildə alqı-satqı müqaviləsi əsasında digər şəxsdən alınmış və həmin alqı-satqı müqaviləsinin də əsasında cavabdehə mülkiyyət hüququ təsdiq edən çıxarış verilmişdir. Eləcə də, cavabdeh həmin ərazidə tikinti və yenidən qurma işləri apararaq bu barədə aidiyyəti dövlət orqanlarından (İddiaçı ASC də daxil olmaqla) müvafiq icazələr almış və qeyd edilən qeyriyaşayış tikilisini, yəni “” restoranını şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun inşa etmişdir. İş üzrə keçirilmiş ekspertizanın nəticəsi kimi ekspert rəyində də, Bakı şəhəri, Nizami rayonu, ünvanında yerləşən qeyri-yaşayış tikilisinin (“” restoranı) şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun inşa olunduğu qeyd edilmişdir. İddiaçı tərəfindən iddia edilən ərazidə yeraltı magistral su kəmərinin olması işin gedişində heç bir mötəbər sübutlarla sübuta yetirilə bilməmişdir. Eyni zamanda əsas məqamlardan biri də ondan ibarətdir ki, mülkiyyətçi olan cavabdehə məxsus qeyri-yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qənaətinə əsasən iddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və mütəxəssis rəyinə görə mütəxəssisə ödənilməli xərc qismində 60 (altmış) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx”xxxx“Kapitalbank'’ ASC-nin 1 saylı Xətai filialı, VOEN **********, hesab № AZ23AİİB********************) hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) və və mütəxəssis rəyinə görə mütəxəssisə ödənilməli xərc qismində 60 (altmış) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx”xxxx“Kapitalbank'’ ASC-nin 1 saylı Xətai filialı, VOEN **********, hesab № AZ23AİİB********************) hesabına köçürülsün Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-9/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-9/2021
01.06.2021 · Sair işlər - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver