Məhkəmə qərarları › İş №2-2(115)-149/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-149/2021

07.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-149/2021 07.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Vahid və ortaqları tam ortaqlı “Nuranə” kredit ittifaqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Vahid və ortaqları tam ortaqlı “Nuranə” kredit ittifaqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 29 avqust 2014-cü il tarixli, 26-14/SKMF saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh1 kreditə götürdüyü 5000 manat əsas borcun,3887,9 manat əsas kredit borcun, 658,24 manat faiz borcun, 279,12 manat cərimə borcu olmaqla 4825,26 manat borcun, iddiaçı ilə Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7,Cavabdeh3, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2 arasında bağlanmış 29 avqust 2014-cü il tarixli, 26-14/SKMF saylı zaminlik müqaviləsinə əsasən zamindən və borcludan borcun tutulmasını, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı Vahid və ortaqları tam ortaqlı “Nuranə” kredit ittifaqı tərəfindən məhkəməyə ərizə göndərilərək ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı Vahid və ortaaqları tam ortaqlı “Nuranə” kredit ittifaqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı borc tələbinə tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar