Məhkəmə qərarları › İş №2-2(115)-252/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-252/2021

03.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-252/2021 03.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 2019-cu il üçün əsassız hesablanmış 1328,91 manat mənfəət vergisi və 375,39 manat faizin ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia tələbinə kommersiya mübahisəsi kimi baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, hesablanmış vergi borcu inzibati orqanın qərar və yaxud hərəkətinin nəticəsində yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı əsassız hesablanmış vergi borcunun və faizin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. İddiaçıya izah olunur ki, mübahisə ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar