Məhkəmə qərarları › İş №2-2(119)-1511/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1511/2023

07.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmlak tələbi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1511/2023 07.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin tutulması" tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 10 mart 2023-cü ildə Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin tutulması" barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus “DAF XF 105.460-yük” markalı 01-AB113 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısı üçün əsas olmuş 19 iyul 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə başlanmış məhkəmə prosesi zamanı Cavabdeh İddiaçınə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi üzrə ona məxsus "DAF XF 105.460- yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçıdan alınaraq Cavabdeh sahibliyinə və istifadəsinə qaytarılmasını, dəymiş maddi ziyanın əvəzi olaraq (əldən çıxmış fayda) 12000 manat və 2000 manat mənəvi ziyanın və məhkəməyə ödənilən 126 manat dövlət rüsumunun İddiaçındən Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli e-2(060)-2309/2023 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin tutulması" tələbi barədə ilkin iddia ərizəsi təmin olunmamış, Cavabdeh İddiaçınə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilmişdir. Lakin, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(105)-1938/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli e-2(060)-2309/2023 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin tutulması" tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və bundan sonra həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin tutulması" tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsində 07 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh gəlmiş olsalar da, iş üzrə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin İmtahan Qeydiyyat İdarəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən hazırkı kommersiya işinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 iştirakı olmadan və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin İmtahan Qeydiyyat İdarəsininin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin tutulması" tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı "müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin tutulması" tələbi barədə hazırkı iddia ərizəsi ilə Cavabdeh qarşı 10 mart 2023-cü ildə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməklə, ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Halbuki, 01 iyul 2021-ci ildən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı madəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin tutulması" tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin və eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin tutulması" tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxslər ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver