Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1578/2024 23.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Abşeron rayonu Hökməli Bələdiyyəsi cəlb edilməklə Cavabdeh qarşı “tikilinin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Abşeron rayonu Hökməli Bələdiyyəsi cəlb edilməklə Cavabdeh qarşı “tikilinin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu ilə Buta-Hökməli yolu arasındakı ərazidən keçən 220 kV-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin 3-cü və 4-cü dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni obyektin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsiin 20 iyun 2024-cü il tarixli 2(012)-38/2024 nömrəli qərardadı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Abşeron rayonu Hökməli Bələdiyyəsi cəlb edilməklə Cavabdeh qarşı “tikilinin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək 2-2(119)-1578/2024 nömrəli kommersiya işi üzrə müvafiq dəqiqləşdirmələri aparmaq məqsədilə iddia ərizəsinin geri qaytarmaqla baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Abşeron Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Abşeron rayonu Hökməli Bələdiyyəsinin nümayəndələri və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin nümayəndələrinin və cababdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə1 ərizəsi təmin edilməli, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Abşeron rayonu Hökməli Bələdiyyəsi cəlb edilməklə Cavabdeh qarşı “tikilinin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırkı mübahisənin obyektiv həlli məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası ekspertizası keçirilmiş və ekspertiza tərəfindən 16 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8549 nömrəli ekspert rəyi verilmişdir. Həmin ekspert rəyinə əlavə edilmiş “ekspertiza xərclərinə dair” bildirişdə keçirilmiş ekspertiza tədqiqatının 50 (əlli) manat məbləğində müəyyən edilərək, həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi Nümayəndə1 ərizəsi təmin edilsin. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Abşeron rayonu Hökməli Bələdiyyəsi cəlb edilməklə Cavabdeh qarşı “tikilinin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq X1 ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №2-2(119)-1578/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1578/2024
23.11.2024 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair mülki iş - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Qanunsuz tikilinin sökülməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver