Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-3/2021 11.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nurullayev Rövşən Azad oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı X1 (hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi) xx xxxxxxx 2018-ci ildə Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2018-ci il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 4899,28 (dörd min səkkiz yüz doxsan doqquz manat 28 qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 5410 manat məbləğində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Cavabdeh (VÖEN **********) xx xxx 2018-ci il tarixinə Dövlət Büdcəsinə 4899,28 manat məbləğində ödənilməmiş vergi borcu yaranmış olduğundan, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxx 2018-ci il tarixli Qərar qəbul etmiş və həmin Qərar əsasında vergi ödəyicisi Cavabdeh xx xxx 2018-ci il tarixə ödənilməmiş 4899,28 manat məbləğində vergi borcuna görə 5410 manat dəyərində əmlakları (2 ədəd kondisioner və 98 ədəd gül səbəti) siyahıya alınaraq, xx xxx 2018-ci il tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi (əvvəlki adı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı X1) tərəfindən xx xxxxxx 2021-ci ildə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, xx xxx 2018-ci il tarixinə hesablanmış 2843,52 (iki min səkkiz yüz qırx üç manat 52 qəpik) manat məbləğində vergi borcunun Dövlət Büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus siyahıya alınmış 4410 manat dəyərində 98 (doxsan səkkiz) ədəd gül səbətinin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və iddiaçı tərəfindən “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə hazırkı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-151/2019 nömrəli qanuni qüvvəyə minmiş qərarına əsasən xx xxx 2018-ci il tarixinə hesablanmış 4899,28 manat məbləğində ödənilməmiş vergi borcuna azalma verilmiş və buna görə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Cavabdeh (VÖEN **********) Dövlət Büdcəsinə ödənilməmiş 2843,52 manat məbləğində vergi borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nurullayev Rövşən Azad oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və xx xxx 2018-ci il tarixinə hesablanmış 2843,52 manat məbləğində vergi borcunun Dövlət Büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus siyahıya alınmış 4410 manat dəyərində 98 ədəd gül səbətinin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün hüquqi şəxs Cavabdeh (VÖEN **********) Dövlət Büdcəsinə xx xxx 2018-ci il tarixə hesablanmış vergi borcunun 4899,28 (dörd min səkkiz yüz doxsan doqquz manat 28 qəpik) manat hissəsi ödənilməmişdir. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisinin xx xxx 2018-ci il tarixinə olan 4899,28 manat məbləğində ödənilməmiş vergi borcuna görə əmlakı siyahıya alınmış və bu barədə xx xxx 2018-ci il tarixli **********8 saylı protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisi Cavabdeh məxsus 1000 manat dəyərində 2 ədəd kondisioner və 4410 manat dəyərində 98 ədəd gül səbəti siyahıya alınmış və həmin əmlaklar siyahıya alındıqdan sonra saxlanılması üçün Cavabdeh məsul saxlancına verilərək, bu barədə xx xxx 2018-ci il tarixli “Vergi ödəyicisinin siyahıya allnmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri Cavabdeh elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Həmin əmlaklar siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx xxxx 2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş olsa da, məlum vergi borcu ödənilməmişdir. Bundan sonra iddaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı X1 (hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi) xx xxxxxxx 2018-ci ildə Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2018-ci il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 4899,28 manat hissəsinin ödənilməsinin təmin olunması məqsədi ilə həmin siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Cavabdeh məlum vergi borcunu inzibati icraat qaydasında mübahisələndirmiş olduğundan, xx xxxxxx 2018-ci il tarixli qərardadla hazırkı iş üzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh “qərarların ləğv edilməsi, vergi borclarının və maliyyə sanksiyalarının silinməsi” tələbi barədə inzibati iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(085)- 151/2019 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh “qərarların ləğv edilməsi, vergi borclarının və maliyyə sanksiyalarının silinməsi” tələbi barədə inzibati iş üzrə qəbul edilmiş Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 1(085)-151/2019 nömrəli qərarı ilə iddia qismən təmin olunmuş və həmin məhkəmə Qərarı xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnərək, məhkəmə baxışı davam etdirilmişdir. İş üzrə icraat təzələndikdən sonra iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx xxxxxx 2021-ci ildə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, xx xxx 2018-ci il tarixinə hesablanmış 2843,52 manat məbləğində vergi borcunun Dövlət Büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus siyahıya alınmış 4410 manat dəyərində 98 ədəd gül səbətinin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 89.14.7-ci maddəsinə əsasən, siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən Cavabdeh (VÖEN **********) qarşı verilmiş xx xxx 2018-ci il tarixinə hesablanmış 2843,52 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 98 ədəd gül səbətinin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə nəzərdə tutulan iddia təmin edilməli və xx xxx 2018-ci il tarixinə hesablanmış 2843,52 manat məbləğində vergi borcunun Dövlət Büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) məxsus siyahıya alınmış 98 ədəd gül səbəti ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Eləcə də, Cavabdeh dövlət nəfinə 10 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxx 2018-ci il tarixinə hesablanmış 2843,52 (iki min səkkiz yüz qırx üç manat 52 qəpik) manat məbləğində vergi borcunun Dövlət Büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) məxsus siyahıya alınmış 98 (doxsan səkkiz) ədəd gül səbəti ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-3/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-3/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver