Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-524/2022 08.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 Mehdi oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh2nə qarşı verilmiş “torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 17 iyul 2017-ci ildə Cavabdeh1 qarşı “torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi” tələbi barədə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Siyəzən rayonunun Zarat kəndində dövlət mülkiyyətində olan 5,3 ha torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli 2(059)-735/2017 nömrəli qətnaməsi ilə həmin iddianın təmin edilməsi, Cavabdeh1 Mütəllim oğlunun Siyəzən RİHBnın Zarat kənd İƏD üzrə nümayəndəliyinin ərazisində olan dövlət mülkiyyətinə məxsus sahibkarlıq məqsədləri üçün verilmiş 5,3 ha torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi qət edilmişdir. Həmin mülki işdə işə cəlb edilməyən, lakin məlum qətnamənin hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Cavabdeh2 Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli 2(059)-735/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli 2(105)-679/2022 nömrəli qərardadı ilə hüquqi şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli 2(059)-735/2017 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh1 Mütəllim oğluna qarşı “torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi” barədə iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iddia tələbinə dair kommersiya işi üzrə İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 05 iyun 2022-ci ildə məhkəməyə “cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi” barədə yazılı ərizə (vəsatət) təqdim edilərək, iş üzrə əsl olmayan Cavabdeh1 Mütəllim oğlunun cavabdeh siyahısından çıxarılması və hazırkı kommersiya işi üzrə Cavabdeh1 Mütəllim oğlunun əsl Cavabdeh2 ilə əvəz olunması xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 06 iyun 2022-ci tarixli 2-2(119)-524/2022 nömrəli qərardadı ilə İddiaçı “cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi” barədə ərizəsi təmin olunaraq, hazırki kommersiya işi üzrə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. İş üzrə 08 iyun 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı nümayəndəsi Nümayəndə2 gəlmiş olsa da, iş üzrə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan iş üzrə məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən Cavabdeh2nə qarşı verilmiş “torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırkı iddia ərizəsi 17 iyul 2017-ci ildə məhkəməyə Cavabdeh1 qarşı verilmiş olsa da, İddiaçı 05 iyun 2022-ci il tarixli “cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi” barədə ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 06 iyun 2022-ci tarixli qərardadı ilə iş üzrə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırkı iş üzrə vermiş olduğu iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mövcud mübahisəni Cavabdeh2 ilə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməmiş və eyni zamanda, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl hal-hazırda Qanunvericiliyin tələb etdiyi qaydada tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənəd, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməklə ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır və işə baxılarkən əvəz edilmiş əsl cavabdeh olaraq Cavabdeh2 MMC-nin də mövcud mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi hüquq və imkanları gözlənilməli və iddia ərizəsi verilənədək iddiaçı tərəfin qanunla müəyyən edilmiş qaydada müraciəti əsasında cavabdeh tərəf mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3) və yaxud, bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 MMC ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün lazımi hərəkətlərin olunmaması və eləcə də, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı Cavabdeh2nə qarşı “torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi” tələbi barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.1-ci və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 149-150-ci maddələrinin tələblərini lazımi qaydada yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən Cavabdeh2nə qarşı verilmiş “torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-524/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-524/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver