Məhkəmə qərarları › İş №2-2(121)-639/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-639/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-639/2021 09.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – iddiaçı İmişli rayonu X1 Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma və tikililərin öz hesabına sökülməsi barədə iddiasına dair iş materiallarını nəzərdən keçirərək müəyyən etdi : İddiaçı İmişli rayonu X2 Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma və tikililərin öz hesabına sökülməsi barədə iddia ərizəsi ilə İmişli Rayon Məhkəməyə müraciət etmişlər. Göstərilən iddia tələbi əsasında iş İmişli Rayon Məhkəməsinin 2(036)-237/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyatda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında İmişli Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında mübahisəli icarə müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Qeyd olunan müqavilədən görünür ki, Cavabdeh fiziki şəxs kimi, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs kimi müqaviləni imzalamışdır. Müqavilədə cavabdehin hazırki müqaviləni məhz sahibkar kimi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bağlanılmasına dair hər-hansı qeyd mövcud deyildir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan isə aydın olur ki, cavabdeh vergi ödəyicisi kimi (VÖEN **********) xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli icarə müqaviləsi bağlandığı zaman (yəni, xx.xx.2020-ci il tarixdə) hazırki iş üzrə cavabdeh olan Cavabdeh fərdi sahibkar statusuna malik olmamışdır. Yəni, tərəflər arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanılmış və hazırki iddia məhz həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında icarəyə verilmiş torpaq sahəsi ilə bağlıdır. Müqavilə bağlanarkən hazırki iş üzrə cavabdeh olan Cavabdeh fərdi sahibkar olmamışdır və bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisə onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə işin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud mübahisə üzrə cavabdeh icarə müqaviləsi bağlandığı zaman fərdi sahibkar statusuna malik olmadığından, işə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırki iş üzrə Cavabdeh mövcud mübahisənin yaranmasına əsas olan icarə müqaviləsi bağlandığı zaman fərdi sahibkar statusu olmayan fiziki şəxs olduğundan, vergi ödəyicisi kimi qeydiyyata bundan 6 ay sonra, yəni xx.xx.2020-ci il tarixdə alındığından, iş İmişli Rayon Məhkəməsinin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edildiyindən və Cavabdeh İmişli rayonu, Xoşçobanlı kəndi ünvanında qeydiyyatda olduğundan, məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32.7 və 263- 264-cü maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı İmişli rayonu X1 Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma və tikililərin öz hesabına sökülməsi barədə iddiası əsasında işin icraata qəbul edilməsindən imtina edilsin. İşin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar