Məhkəmə qərarları › İş №2-2(3-8)-10/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-8)-10/2026

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(3-8)-10/2026 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Quba Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2-2(119)- 612/2024 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2-2(119)- 612/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Quba bələdiyyəsinin mülkiyyətində olmuş Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 125 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013- cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı satqı müqaviləsi əsasında Cavabdeh3 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********36 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 126 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,0021 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 18 fevral 2014-cü il tarixli 261 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış 04 mart 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edillməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 Quba şəhərində yerləşən 0,0021 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi və göstərilən torpaq sahələrinin iddiaçı Quba bələdiyyəsinin mülkiyyətinə qaytarılması qət edilmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2-2(119)- 612/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh7 və Cavabdeh5 tərəfindən birgə apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 24 yanvar 2025-ci il tarixli 2-2(105)-14/2025 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh7 və Cavabdeh5 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2- 2(119)-612/2024 nömrəli qətnaməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Cavabdeh7 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 iyul 2025- ci il tarixli 2-2(102)-351/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 24 yanvar 2025-ci il tarixli 2-2(105)- 14/2025 nömrəli qətnaməsi - Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 2013-cü il 19 yanvar tarixli 125 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 2013-cü il 19 fevral tarixli AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 2013-cü il 14 mart tarixli, **********36 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 2013-cü il 19 yanvar tarixli 126 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 2013-cü il 19 fevral tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi barədə tələblərin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi qərara alınmışdır.

6. Cavabdeh4 (vəkil X2 vasitəsilə) 22 avqust 2025-ci il tarixdə "işə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında" ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək - Quba bələdiyyəsinin iş üzrə eyni əsaslarla iddia tələbinin digər cavabdehə münasibətdə təmin edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 09 iyul 2025-ci il tarixli 2- 2(102)-351/2025 nömrəli qərarına əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2-2(119)-612/2024 nömrəli qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsində ləğv edilərək, yeni açılmış hallar üzrə ona münasibətdə yenidən baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 07 noyabr 2025-ci il tarixli 13-2(102)-41/2025 nömrəli qərardadı ilə qanuni qüvvəyə minmiş məhkəmə aktına Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2- 2(119)- 612/2024 nömrəli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəçi Cavabdeh4 və onun vəkili X1 ərizəsinin rədd edilməsi və ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilməsi qərara alınmışdır.

8. Cavabdeh4 27 noyabr 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2-2(119)-612/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti, eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2- 2(119)-612/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli 2-2(119)- 612/2024 nömrəli qərardadı ilə Cavabdeh4 Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2-2(119)-612/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

10. Cavabdeh həmin qərardaddan şikayət vermişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli, 2-2(119)- 612/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

12. Şikayət onunla əsaslandırılmışdır ki, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizədə və məhkəmə iclasında prosessual müddətin buraxılmasının onun iradəsindən asılı olmayan səbəblərdən baş verdiyini bildirərək bununla bağlı məhkəməyə sübutlar təqdim etmişdir. Belə ki, 2024-cü ilin oktyabr-noyabr aylarında ona məxsus “ASAN İmza”da texniki problemlərin olmasını, “ASAN İmza”nı 12 noyabr 2024-cü il tarixdə yeniləməsini, buna baxmayaraq, məlumatların oxunma bölməsində yenə müəyyən problemlərin qalmaqda davam etməsini, 2024-cü ilin oktyabr ayının 3-dən sonra şəxsi kabinetinə gələn bütün məlumatları 06 may 2025-ci il tarixdə oxumasını, sözügedən qətnaməni də şəxsi kabinet vasitəsilə 06 may 2025-ci il tarixdə oxumasını əsaslandıraraq bu barədə müvafiq sübutları təqdim etmişdir. Ərizəyə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ASAN Sertifikat Xidmətləri Mərkəzi”ndən təqdim edilmiş 12 noyabr 2024-cü il tarixli bildirişi, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışları əlavə etmişdir. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Quba Bələdiyyəsi Cavabdeh3 və ona qarşı məhkəmədə 0.009, 0.03 və 0.0021 ha torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin ləğv edilərək həmin torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması dair iddia qaldırmamışdan əvvəl, o, Cavabdeh3 ona məxsus qeyri-yaşayış obyektinin anbarının və ikinci mərtəbəyə giriş-çıxış hissəsində yerləşən ümumi istifadədə olan 300 kv.m. torpaq sahəsinin qanunsuz yolla arvadının qardaşı, Quba bələdiyyəsinin sədri Cavabdeh5 alması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişdir. Quba bələdiyyəsinin iddia tələbi ona və Cavabdeh3 qarşı eyni predmet və eyni əsaslarla olduğu halda, o, üzürlü səbəblərdən prosessual müddəti buraxaraq apellyasiya və kassasiya şikayəti verə bilmədiyindən Azərbaycan Respublikası Ali Məhkəməsi Cavabdeh3 münasibətdə olan hissədə Quba bələdiyyəsinin iddia tələbini qanunsuz və əsassız hesab edərək rədd edilməsi barədə yeni qərar qəbul etmişdir. Lakin ona münasibətdə olan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, Ali Məhkəmənin qərarı ilə Quba bələdiyyəsinin iddia tələbi Cavabdeh3 münasibətdə qanunsuz və əsassız hesab edilərək rədd edildiyi təqdirdə, ona qarşı hissədə icra edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qeyd edilən “bərabərlik hüququ”nun və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində əks olunan “hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”nın pozulması ilə nəticələnəcəkdir. Göstərilənləri nəzərə alınaraq Sumqayıt Kommersiya Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli 2-2(119)- 612/2024 nömrəli qərardadının ləğv edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. (...)

Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (...)

Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (...)

Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. [155] 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (...) Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

16. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

19. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.

20. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2-2(119)-612/2024 nömrəli qətnaməsinin əsas mətni Cavabdeh4 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 04 oktyabr 2024-cü il tarixdə yerləşdirilmişdir.

21. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetinə 04 oktyabr 2024-cü il tarixdə yerləşdirildiyindən, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır.

23. Qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablandıqda, apellyasiya şikayəti 27 noyabr 2025-ci il tarixdə verildiyindən cavabdehin apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхdığı müəyyən olunur.

24. Apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

25. Belə ki, Cavabdeh4 tərəfindən təqdim edilmiş buraxılmış müddətin bərpası haqqında ərizədə müddətin buraxılması 2024-cü ilin oktyabr-noyabr aylarında ona məxsus “ASAN İmza”da texniki problemlər olması, “ASAN İmza”sını 12 noyabr 2024-cü il tarixdə yeniləməsi, buna baxmayaraq, ona məxsus məlumatların oxunma bölməsində yenə müəyyən problemlər qalmaqda davam etməsi, 2024-cü ilin oktyabr ayının 3-dən sonra şəxsi kabinetinə gələn bütün məlumatları 06 may 2025-ci il tarixdə oxuması, sözügedən qətnaməni də şəxsi kabinet vasitəsilə 06 may 2025-ci il tarixdə oxuması ilə əsaslandırılmışdır. Cavabdeh ərizəyə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ASAN Sertifikat Xidmətləri Mərkəzi”ndən təqdim edilmiş 12 noyabr 2024-cü il tarixli bildirişi, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışı əlavə etmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətin qeyd olunan dəlili ilə bağlı məhkəmə göstərmişdir ki, Cavabdeh4 iddiaçı Quba bələdiyyəsinin verdiyi kommersiya işi üzrə bütün məhkəmə iclaslarında, o cümlədən məhkəmə qətnaməsinin elan edildiyi sonuncu məhkəmə iclasında iştirak etmiş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticədən bilavasitə məlumatlı olmuşdur.

27. Onun hazırda istinad etdiyi hal - “ASAN İmza”sında 2024-cü ilin oktyabr-noyabr aylarında texniki problem olması barədə dəlil ona görə əsassızdır ki, cavabdeh həqiqətən də bu texniki problemə görə qətnaməni əldə edə bilməmişdisə, bununla əlaqədar məhkəməyə müraciət edib texniki problem barədə məlumat verə və ya müvafiq dövlət rüsumunu ödəməklə məhkəmə aktını təkrarən əldə edə bilərdi. Cavabdeh bu imkanların hər hansı birindən istifadə etməmişdir.

28. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, iş üzrə digər cavabdehlər Cavabdeh7 və Cavabdeh5 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə iş Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olduğu dövrdə Cavabdeh4 11 yanvar 2025-ci il, 24 yanvar 2025-ci il və 14 fevral 2025-ci il tarixlərində elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə müraciətlər ünvanlamışdır. Hətta 14 fevral 2025-ci il tarixli müraciətində iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qəbul etdiyi 24 yanvar 2025-ci il tarixli 2-2(105)-14/2025 nömrəli qətnamənin 12-ci vərəqinə istinad edərək Cavabdeh7 məxsus torpaq sahəsinin yerləşmə yeri ilə bağlı düzəliş edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə tanış olaraq xx.xx.2025-ci il tarixdə ona düzəliş edilməsi ilə bağlı həmin məhkəməyə müraciət edən cavabdehin Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə 06 may 2025-ci il tarixdə tanış olmasına istinad etməsi halı da məhkəmə qətnaməsindən cavabdehin məlumatlı olmasın təsdiq edir.

29. Nəzərə alınmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının həmin qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Cavabdeh4 tərəfindən həmin qətnamə də mübahisələndirilməmişdir. Eyni zamanda Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsini xahiş edən cavabdeh həmin qətnamə ilə yanaşı, həmin qətnamə üzrə gəlinən nəticəni qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsinin qətnaməsini də mübahisələndirməmişdir.

30. Apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsindən imtina barədə birinci instansiya məhkəməsinin gəlinmiş nəticəsi ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər üzrlü hesab edilə bilməz. Belə ki, qətnamənin surəti cavabdehə qanunla müəyyən olunmuş qaydada təqdim edilmiş, cavabdeh sadalanan hallardan göründüyü kimi məhkəmə aktının mövcudluğundan və onun məzmunu ilə məlumatlı olmuş, lakin buna baxmayaraq, qanunla müəyyən edilmiş prosessual müddət ərzində şikayət verməmişdir.

31. İş materiallarından və təqdim olunmuş sübutlardan görünür ki, şikayətçi məhkəmə aktı ilə tanış olmuş, onun hüquq və vəzifələrinə təsirini dərk etmiş, lakin bir ildən artıq müddətdə hərəkətsiz qalmışdır. Yalnız uzun müddət keçdikdən sonra şikayətlə məhkəməyə müraciət edilməsi, faktiki olaraq, prosessual hüquqlardan ədalət mühakiməsinin məqsədlərinə zidd şəkildə istifadə edildiyini göstərir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual hüquqların həyata keçirilməsi vicdanlılıq, ağlabatanlıq və hüquqi müəyyənlik prinsiplərinə uyğun olmalıdır. Hüquqdan yalnız formal imkan kimi istifadə edilməsi, qarşı tərəfin və məhkəmənin legitim gözləntilərini pozmaqla hüquqi sabitliyə xələl gətirir və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

33. Bundan əlavə, şikayətçinin prosessual müddəti buraxmasının obyektiv və üzrlü səbəbləri məhkəməyə təqdim edilməmiş, müddətin bərpasını əsaslandıran hallar sübuta yetirilməmişdir. Belə olan halda, müddətin uzun zaman sonra bərpası məhkəmə aktlarının qüvvəsinin və hüquqi müəyyənliyin sarsıdılmasına səbəb ola bilər.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamədən istənilən vaxt apellyasiya şikayəti verilməsi qətnamə ilə hüquqları bərpa edilən və ya təmin edilən şəxsin hüquqlarının realizəsini xəyali etmiş olacaqdır ki, bu da qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir.

35. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2- 2(119)-612/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2-2(119)- 612/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver